Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6174/2023 18.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (bundan sonra MMMC) qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “elektrik enerjisinin verilməsi, sayğacdan istifadəyə məhdudiyyətin qadağan edilməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı ş, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı mənzilin (abunə kodu **********200008 olan) elektrik enerjisi ilə təmin edilməsinin bərpa edilməsi vəzifəsinin Cavabdeh2 və cavabdeh "xxxx" MMMC-yə həvalə edilməsi; həmin mənzilin elektrik enerjisi ilə təmin edilməsinə hər hansı formada dayandırılması (kəsilməsi) və digər formada məhdudiyyətin yaradılması, həmin mənzilin elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün quraşdırılmış sayğacın yerləşdiyi sahəyə (otağa) İddiaçı sərbəst və məhdudiyyət qoyulmadan giriş-çıxışına (sayğaca baxış keçirilməsinə) maneçiliyin və məhdudiyyətin yaradılması Cavabdeh2 və cavabdeh "xxxx" MMMC-yə qadağan edilməsi; Cavabdeh2 və cavabdeh "xxxx" MMMC-dən müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi kimi 1500 (min beş yüz) manat, mənəvi ziyanın əvəzi kimi 3000 (üç min) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx"MTK ilə müqavilə bağlayaraq Bakı ş, C.Xəndan küçəsi 3202-ci məhələdə tikilmiş, 3 otaqlı ümumi sahəsi 112,2 kv.molan 8 saylı mənzili alıb. Mənziliddiaçıyasatıldıqdan sonraiddiaçıtərəfindənmənzilin yaşayış üçün yararlı vəziyyətə gətirilmiş vəailəsiilə birlikdə yaşamağa başlamışdır. Bütün sakinlər kimi, iddiaçı da mənzilinin elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı "xxxx"ASC ilə müvafiq müqavilə bağlanmış və iddiaçının adına **********200008 abunə kodu verilib. İddiaçı ilə "xxxx" MTK arasında bağlanan xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi barədə iddiaçı X7 tərəfindən iddia qaldırılıb və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilib. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilən şikayətlər təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb. İddiaçının mənzilinin yerləşdiyi bina "xxxx" MTK tərəfindən tikilib və sonradan kooperativ rəhbərliyi barəsində cinayət işi başlanılıb. Daha sonra kooperativ rəhbərliyi vəfat edib. 2022-ci ildə isə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeydiyyata alınaraq Cavabdeh2 özünü həmin cəmiyyətin sədri kimi qeydiyyata aldırıb. Cavabdeh2 hələ sədr kimi qeydiyyata alınmazdan əvvəl ayrı-ayrı adlar altında müxtəlif məbləğlərdə qanunsuz pul yığımları etməyə başlamışdır. Günü bu gün də cəmiyyət adından yığılan pullar qeyri-rəsmi qaydada icra edilir və mülkiyyətçilərin heç birinə ödənişlərlə bağlı rəsmi sənəd verilmir. Bu cür ödənişlərin edilməsi iddiaçıdan da tələb edilib və iddiaçı bunun qanunsuz olduğunu bildirdikdən sonra Cavabdeh2 cəmiyyətin adından çıxış edərək və şəxsən iddiaçının mənzilinə verilən elektrik enerjisinin verilişini qanunsuz olaraq dayandırıb. Cavabdeh həmçinin qanunsuz olaraq binanın birinci mərtəbəsində yerləşən sayğacların quraşdırıldığı otağın qapısını bağlamış və iddiaçıya öz sayğacına baxışın keçirilməsini və sayğac göstəricilərinə nəzarət edilməsini ümumiyyətlə məhdudlaşdırılıb. Bununla bağlı video görüntü və foto məhkəməyə təqdim edilir. İddiaçının mənzilinə elektrik enerjisinin qanunsuz dayandırılmasından sonra həm cavabdehə və dövlət orqanlarına müraciət edib. İddiaçının müraciətinə cavabdeh tərəfindən 7 saylı mənzilin ona təhvil verilməsi və 2500 (iki min beş yüz) manat pulun verilməsi tələb edilib. "xxxx" ASC-nin Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi iddiaçının müraciəti əsasında cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu ilə mənzilə verilən elektrik enerjisinin dayandırılmasının qanunsuz olması və bu cür əməllərin qarşısının alınması tələb edilib. Energetika Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu yuxarıda göstərilən xüsusatları daha geniş şəkildə özündə əksetdirərək mənzilə verilən elektrik enerjisinin dayandırılmasının qanunsuz olmasını bir daha təsdiq edib. Dəymiş maddi və mənəvi ziyanla bağlı hallar: cavabdeh tərəfindən iddiaçıya məxsus sayğaca və elektrik xətlərinə edilmiş qanunsuz müdaxilə nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, elektrik enerjisinin təminatının dayandırılması nəticəsində iddiaçının ərzaq məhsulları, mənzilinin bir otağının yenidən əsaslı təmiri ilə bağlı alınmış materiallar istifadə müddətini ötürmüşdür. Bundan əlavə, elektrik xəttinin müsbət və mənfi gərginlik xətlərinin hər ikisinə bilərəkdən müsbət xəttə (fazaya) sayğac otağından qoşulması nəticəsində alətləri də sıradan çıxmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdən mənzildə elektrik enerjisinin cavabdeh tərəfindən qanunsuz kəsilməsindən sonra yaşayış mümkün olmamış və iddiaçının ailə üzvləri kirayə mənzil tutmaq məcburiyyətində qalıb. Hüquqlarına qanunsuz müdaxilə və ilin yay fəslində mənzilinin elektrik enerjisinin kəsilməsi və bərpa edilməsiilə bağlı uzun müddət ərzində müraciətlərin edilməsi iddiaçının mənəvi sarsıntılar keçirməsi ilə nəticələnib. Cavabdehlərin qanunsuz əməlləri iddiaçını çıxılmaz hala salıb və ailəsi ilə maddi və mənəvi əziyyətlər çəkmək məcburiyyətində qalıb. Nəticədə iddiaçıya 1500 manat maddi ziyan dəyib. İddiaçı ona vurulan mənəvi ziyanı 3000 (üç min) manat həcmində qiymətləndirir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir. Bundan əlavə cavabdehin etirazının dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçının mülkiyyətində bir neçə əmlak ola bilər və bu cavabdehin hərəkətlərinə haqq qazandırmır. Bununla belə təqdim edilmiş saldolar iddiaçının sözügedən mənzildən istifadə etdiyini təsdiq edir. Eyni zamanda cavabdehin kommunal ödənişlərlə bağlı tələbi hazırki mübahisənin predmeti deyildir və əgər belə tələb varsa məhkəməyə iddia ilə müraciət etmək hüququ vardır.
4. Məhkəmə iclaslarında Cavabdeh2 həm öz adından, həm də "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qanuni təmsilçisi kimi çıxış edərək izahat vermişdir. Fiziki şəxs olaraq həmin binanın sakini olduğunu və mübahisənin onun fiziki şəxs kimi hərəkətləri ilə bağlı olmadığını bildirdi. MMMC-nin adından isə yazılı etiraz təqdim etmiş və etirazın dəlillərini müdafiə etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 16 mərtəbəli, 1 bloklu 64 mənzilli binanın 8-ci mənzilinin mülkiyyətçisi İddiaçı xx.xx.2023-cü il tarixli İddia ərizəsi ilə "xxxx" MMMC-ni və sədri qismində məni Binəqədi Rayon Məhkəməsinə verərək, ona 1500 (min beş yüz) manat maddi ziyan, 3000 (üç min) manat mənəvi ziyan ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, adı çəkilən ünvandakı 8-ci mənzildə guya ailəsi ilə birlikdə yaşayır və elektrik enerjisi kəsildiyi üçün ailəsi ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Bu yalandır. Elə isə o, kirayədə yaşadığı mənzilin yerini göstərsin biz də məlumatlanaq. Digər tərəfdən, binada yaşayan sakinlər də ifadə verə bilərlər ki, İddiaçı və ailəsi həmin 8-ci mənzildə yaşamayıb. Diqqətinizə çatdırırq ki, "xxxx" MMMC-nin Nizamnaməsində də göstərildiyi kimi mənzil mülkiyyətçiləri öz vəsaitləri hesabına binanı yaşayış üçün yararlı vəziyyətə gətirməyi öz öhdələrinə götürmüşlər. Belə ki, xx.xx.2019-cu il tarixdən binanın inşaatçısı "xxxx" MTKnın sədri Elmira Şirinova ölmüş, bina inşaası yarımçıq qalmışdır. Bina sakinləri (payçıları) dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarına müraciət etsələr də, qəbullarda olsalar da hər dəfə bizə bildirilmişdir ki, bina MTK tərəfindən inşa olunduğu üçün yarımçıq qalan işlərin başa çatdırılması onların səlahiyyətində deyil və yalnız mənzil mülkiyyətçiləri öz vəsaitləri hesabına bütün qalan işləri görməlidirlər. Əlacsız qalaraq biz-mənzil mülkiyyətçiləri öz vəsaitlərimiz hesabına bütün yarımçıq qalan işlərin görülməsinə başladıq. Çox çətinliklərlə binaya su, işıq, qaz xətlərinin çəkilməsi, sayğacların quraşdırılması, zibilxananın tikilməsi, mühafizə üçün köşkün alınması və gətirilib quraşdırılması, sərnişin liftinin alınması və quraşdırılması - bu müqabildən görülən işlər sırasındadır. Hələ də görüləcək işlər həddindən çoxdur. Belə ki, digər yük liftinin alınıb quraşdırılması, mənzil qəfəsələri sahələrinin və pilləkənlərin təmiri və üzlənməsi, yanğın təhlükəsizliyi avadanlıqlarının alinib quraşdırılması, binanın istismara verilməsi üçün hazırlanması işləri görüləcək növbəti işlərimizin siyahısındadır. Hamıya bəlli olan faktlardır ki, bu işlərin görülməsi üçün nə qədər vəsaitə ehtiyac duyulmaqdadır. Mənzil mülkiyyətçilərinin razılığı əsasında yaratdığımız "xxxx" MMMC də bu işlərin görülməsinə məsuldur. Lakin bir çox mənzil mülkiyyətçilərinin bu miqyasda işlərin görülməsini qərəzli olaraq görməzdən gəlməsi, bəzən də kommunal və digər ödənişlərin ödənilməsindən yayınması qarşıda duran işlərin görülməsinin yubanmasına gətirib çıxarır ki, bu da digər ödənişləri vaxtlı-vaxtında edən mənzil mülkiyyətçilərinin haqlı narazılıqlarına səbəb olur. Qeyd edim ki, iddiaçı bir gün belə olsun mübahisəli mənzildə yaşamayıb. Bunu işə əlavə olunan bina sakinlərinin tərtib etdiyi aktdan da bir daha görmək olar. İddiaçı faktiki olaraq ailə üzvləri ilə birlikdə tamam başqa yerdə yaşayır. Yəni mənzil təhvil verildikdən sonra iddiaçı iddia etdiyi mıənzildə yaşamamış, həmin mənzili hər hansı şəkildə üçüncü şəxslərin istifadəsinə və ya kirayəsinə verməmişdir. Onun yaşayış ünvanı barədə müvafiq arayış təqdim ediləcəkdir. Yəni iddiaçı hazırki iddia ilə özünü guya mənzilin sakini kimi təqdim etməklə mahiyyət etibarı ilə hüququdan sui-istifadə edir. Mülki Məcəllənin 16 və 560-cı maddələrinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd edim ki, müştərək cəmiyyət olaraq biz ümumi yığıncaqla bina sakinlərinin mənzillərinin inzibati təsərrüfat qaydalarına, texniki təhlükəsizlik qaydalarına nəzarət edirik. Bu vəzifə Cəmiyyətin nizamnaməsində xüsusi olaraq təsbit olunmuşdur. Biz yaşayış olmayan bütün mənzillərdə elektrik enerjisini məhz texniki təhlükəsizlik məqsədi ilə dayandırırıq (Bu halı məhkəmədə şahid kimi digər bina sakinləri bir daha təsdiq edəcəklər). Yəni mənzildə hər hansı fövqəladə hadisənin baş verməsi təqdirdə bu, qapısı bağlı olan mənzil üçün hər hansı xilasetmə tədbirlərini istisna edir. Məsələn, mənzildə qısa qapanma nəticəsində yanğın hadisəsi baş verə bilər ki, bu ilk olaraq qonşuların, ümumilikdə bütün binanın həyatına və əmlakına ağır bərpa olunmaz zərərin vurulmasına gətirib çıxarar. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarının 9.3.7-ci maddəsinə görə elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyi yerinə yetirməlidir. Biz Cəmiyyət olaraq binada faktik olaraq yaşamayan bütün sakinlərin elektrik enerjisinin məhz təhlükəsizlik qaydalarına görə verilməsinin dayandırılması barədə razılığa gəlmişik. Yəni iddiaçı yeganə şəxs deyil ki, onun sayğacı bağlanmışdır. Bundan əlavə iddiaçı Cəmiyyət tərəfindən müəyyən olunmuş kommunal xidmət haqqlarını da ümumiyyətlə ödəmir. Hansıki bu vəzifə qanunla məznilin təhvil verildiyi andan müəyyən olunmuşdur. Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə görə mənzil-tikinti kooperativi üzvləri üçün mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. "xxxx" MMMC olaraq bizim əlimizdə məcburetmə tədbiri yoxdur ki, ödəniş etməyən mənzil mülkiyyətçilərini ödənişləri vaxtlı-vaxtında etməyə məcbur edək. Bəs nə edək? Onların belə hərəkətləri digər ödəniş edən mənzil mülkiyyətçilərinin hüquqlarını pozur. "xxxx"a binanın borcunu ödədikdən sonra binaya işığın verilməsini bərpa etdik.
6. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:
8. Bakı şəhəri, Cəfər Xəndan küçəsi 3202-ci məhəllədə tikilmiş, 3 otaqlı ümumi sahəsi 112.2 kv.m olan 8 saylı mənzil iddiaçının istifadə və sahibliyindədir. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır.
9. Həmin mənzilin yerləşdiyi binanın birgə idarə edilməsi, ümumi əmlakının istismarı, ona sahibliyini, ondan istifadəni və qanunvericilikldə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə MMMC yaradılmışdır. MMMC-nin qanuni təmsilçisi Cavabdeh2dır. Cavabdeh2 da həmin binadan sakin kimi yaşayır.
10. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında enerjitəchizatı müəssisəsi ilə məişət abonenti(əhali) arasında elektrik enerjisinin alqı satqısının birtipli müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən enerjitəchizatı müəssisəsi(bundan sonra Azərişıq) ünvan 2 ünvanında məişət abonenti X1 elektrik enerjisi ilə təchiz etməyi, abonent isə istifadə etdiyi elektrik enerjisinə görə onun əvəzini ödəməlidir.
11. Hazırda iddiaçı cavabdehlərin onun elektrik enerjisindən istifadə etməyinə mane olduğunu, binanın birinci mərtəbəsində yerləşən və elektrik sayğacının olduğu otağa onun girişinin əngəlləndiyini bildirir, bunun nəticəsində ona maddi və mənəvi zərərin dəydiyini iddia edir.
12. İddiasını aşağıdakı sübutlarla əsaslandırır:
13. 1)iddiaçının müraciəti əsasında Binəqədi Rayonu Enerji Təchizatı və Satışı İdarəsi xx.xx.2023-cü il tarixdə MMMC-nin sədri Cavabdeh2 məktub göndərmişdir və həmin məktubda qeyd edilir ki, Bakı şəhəri, Cəfər Xəndan küçəsi 3202-ci məhəllə, 8 saylı mənzilin sahibi İddiaçı 17 iyul 2023-cü il tarixdə Azərişıq ASC-yə müraciət etmişdir, müraciətin araşdırılması nəticəsində məlum olmuşdur ki, həmin mənzil **********20008 abunə kodu altındadır. "xxxx" ASC və abonent arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən abonent vaxtı-vaxtında istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarının 9.13 bəndinə əsasən istehlakçıya elektrik enerjisinin verilmısini yalnız Enerji Təchizatı müəssisəsi("xxxx" ASC) dayandıra bilər. Odur ki, abonentin mənzilinə elektrik enerjisinin verilişinin "xxxx" MMMC tərəfindən dayandırılmasının qarşısının alınmasını tələb edirik.
14. 2) Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müraciətinə 26 iyul 2023-cü il tarixdə belə cavab vermişdir: Agentliyin Bakı filialınıın, "xxxx" ASC-nin Binəqədi Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin, "xxxx" MMMC-nin nümayəndəsinin və qohumunuz X2 iştirakı ilə yerində baxış keçirilmişdir. Məlum olmuşdur ki, sanitar təmizliyin təmin edilməsi, məişət tullantılarının daşınması, əmlakın, mühəndis-texniki qurğuların saxlanılması, istismarı və cari təmiri ilə bağlı mənzilinizdə yaranmış kommunal borcla əlaqədar MMMC-nin nümayəndəsi tərəfindən mənzilinizə elektrik enerjisinin verilişi dayandırılmış, MMMC-nin sədri Cavabdeh2 ilə aparılan danışıqlara əsasən bərpa olunmuşdur. Eyni zamanda, mənzilinizdə hesablaşmaların "xxxx" ASC ilə aparıldığı və aylar üzrə istehlak edilmiş elektrik enerjisinə görə borcunuzun olmadığı müəyyən edilmişdir. Agentliyin Bakı Filialının nümayəndəsi tərəfindən MMMC-nin sədri Cavabdeh2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”-nın 9.13-cü bəndinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən istehlakçılara elektrik enerjisinin verilişinin dayandırılması halları izah olunmuşdur.
15. 3) İddiaçı, X3, X4, X5 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş AKTdan görünür ki, mənzilə verilən elektrik enerjisi xx.xx.2023-cü ildə MMMC-nin sədir Cavabdeh2 tərəfindən kəsilmişdir. Dəfələrlə mənzilə verilən ana elektrik xəttində qısaqapanmalar yaradılmışdır. Edilmiş mürsciətlər əsasında elektrik enerjisi bir neçə dəfə əlaqəli idarələr tərəfindən bərpa olunsa da, yenidən qısa müddət ərzində(10-15 dəqiqə sonra) ərzində yenidən kəsilmişdir. Enerjinin kəsilməsi və qəsdən yaradılan qısa qapanmalar nəticəsində mənzilin bir otağında təmir işi aparan ustanın işlək vəziyyətdə olan “Bosh” markalı kəsici-cilalayıcı maşını sıradan çıxmış, soyuducuda olan ərzaqlar xarab olmuşdur. Mənzilə verilən enerjinin davamlı və uzun müddətdir kəsilməsi səbəbindən, orada yaşamaq mümkün olmamışdır. Elektrik enerjisinin kəsilməsi nəticəsində mənzilin otağında planlaşdırılmış təmir işləri dayanmış və əvvəlcədən alınmış aşağıda sadalanan təmir-tikinti materiallarının son istifadə vaxtı keçmiş və yararsız hala düşmüşdür: 15 kisə “Akdeniz” üzlük-astar materialları, 7 kisə Makina suvağı, 5 kisə Mətanət A kafel metlax yapışdırıcısı, 10 qutu kafel metlax aradoldurucusu, 10 qutu tesero divar kağızı yapışdırıcısı, 6 ədəd silikon yapışdırıcı, 2X25 kg Betek, 1X25 kg Fab Tavan, 1x3 kg Fab tutkal boya məhsulları, 7 ədəd Rocket künc plastik yapşdırıcı, 100 m künc lepkası. Təmir tikinti materiallarının yararsız hala düşməsini, ərzaq məhsullarının xarab olmasını, əlavə kirayə xərclərini, kəsici-cilalayıcı maşının sıradan çıxmasını, materialların daşınması nəqliyyat xərcləri, mənzilə qaldırılması xərclərini nəzərə alaraq indiki bazar qiymətlərinə uyğun olaraq 1500 manat dəyərində ziyan dəymişdir.
16. Cavabdeh MMMC-nin nümayəndəsi isə iddiaya etirazını belə əsaslandırır ki, Fövqəladə Hallar Nazirliyinin tələbnaməsinə əsasən onlara binanın yaşayış sahələrində elektrik enerjisindən istifadə edilməsinə nəzarət edilməsi tapşırığı verilmişdir. İddiaçı isə həmin mənzildə yaşamadığından mənzilə verilən elektrik enerjisini təhlükəsizlik qaydalarına uyğun olaraq kəsmişlər. Hansı ki, həmin elektrik naqilləri, sayğaclar və digər kommunal təchizatlar MMMC tərəfindən, yəni binanın aktiv sakinləri tərəfindən çəkilmişdir. İddiaçı isə mənzilə görə nə kommunal ödəniş edir, nə bu proseslərdə iştirak edir. Onun kifayət qədər kommunal borcu vardır. Binanın birinci mərtəbəsində elektrik otağı var və bütün sayğaclar orada yerləşir. İddiaçı mənzildə yaşamağa başlayacağı halda onun elektrik enerjisi bərpa edilə və həmin otağın açarı verilə bilər.
17. Sonuncu məhkəmə iclasında MMMC-nin nümayəndəsi 30 noyabr 2023-cü il tarixli AKT-a münasibətdə bildirmişdir ki, artıq qeyd olunan ünvandakı mənzil elektrik işığı ilə təmin edilmişdir. Cavabdehin nümayəndəsi isə həmin hala münasibətdə bildirdi ki, hazırda elektrik enerjisindən istifadəyə yaradılan maneə aradan qalxmış olsa belə, cavabdehlərin yenidən eyni hərəkətə yol verəcəkləri istisna edilmir, çünki dəfələrlə müvafiq orqanın tapşırıqlarına baxmayaraq bu hal təkrarlanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
19. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
20. 119.7. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları iştirakçısı olduqları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar.
21. 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır.
22. 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək.
23. 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək.
24. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
25. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
26. 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və.s.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
30. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
32. 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.
33. 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.
34. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
35. “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.13-cü maddəsində qeyd edilmişdir ki, Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmirprofilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.
36. İşin müəyyən edilmiş faktiki hallarından məlum olur ki, iddiaçı istifadə və sahibliyində olan mənzilində elektrik enerjisindən istifadə edə bilmir. Halbuki elektrik enerjisi təchizatçısı ilə bağladığı müqaviləyə əsasən onun mənzili elektrik enerjisi ilə təchiz edilmiş və abonentin təchizatçıya hər hansı borcu yoxdur. İşin mübahisəsiz halı kimi müəyyən edilən hallardan biri ondan ibarət olmuşdur ki, iddiaçının mənzilinə elektrik enerjisinin verilməsi cavabdeh MMMC-tərəfindən dayandırılmışdır. MMMC bu hərəkətini həm nizamnaməsi ilə üzərinə qoyulmuş vəzifələrlə, həm FHN-nin tapşırığı kimi əsaslandırmağa çalışsa da, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, MMMC kommunal ödənişlər etməyən mənzil mülkiyyətçisinə təsir etmək üçün bu addımı atmışdır. Çünki nə Mənzil Məcəlləsinin müvafiq maddələrində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə belə bir hüquq və ya vəzifə verilmişdir, nə onun nizamnaməsində qeyd olunan məsələ təsbit edilmişdir, nə də ki Fövqəladə Hallar Nazirliyi MMMC qarşısında belə bir tələb qoymuşdur.
37. Bu səbəbdən də iddiaçının mənzilindən istifadə etməsi ilə bağlı cavabdeh MMMC-nin hərəkətləri qanunsuz hesab edilməli və əşyadan istifadə ilə bağlı məhdudiyyətlərin yaradılması qadağan edilməlidir.
38. Digər cavabdehə münasibətdə iddiaçının tələbi əsassızdır, çünki Cavabdeh2 məhz MMMC-nin qanuni təmsilçisi olduğu üçün cavabdeh kimi cəlb edilmiş və onun qonşu kimi fiziki şəxs olaraq iddiaçı ilə arasında hər hansı mübahisəsi yoxdur. Hüquqi şəxsin işçisi kimi isə onun məsuliyyəti isə yalnız Mülki Məcəllənin 1096 və 1099-cu maddəsinin tələbi baxımından mülki hüquq pozuntusu törədildiyi halda mümkündür. Lakin hazırki mübahisədə bu hal təsdiq olunmur.
39. Məhkəmə eyni zamanda iddiaçının mənzilinə verilən elektrik enejisinin bərpa edildiyini nəzərə alaraq, iddia tələbinin digər hissədə, yəni mənzilin elektrik enerjisi ilə təmin edilməsinə hər hansı formada dayandırılması (kəsilməsi) və digər formada məhdudiyyətin yaradılması, həmin mənzilin elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün quraşdırılmış sayğacın yerləşdiyi sahəyə (otağa) İddiaçı sərbəst və məhdudiyyət qoyulmadan giriş-çıxışına (sayğaca baxış keçirilməsinə) maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdeh "xxxx" MMMC-yə qadağan edilməsi hissəsində təmin edilməli olduğu qənaətinə gəlir. Üstəlik elektrik enerjisi ilə təmin edilməsinə törədilən maneənin qadağan edilməsi özündə elektrik enerjisinin bərpa edilməsi hüquqi nəticəsini də ehtiva etdiyindən məhkəmə iddianı qismən təmin etmişdir.
40. İddia tələbinin digər hissələrini məhkəmə ona görə əsassız hesab edir ki, iddiaçı dəymiş maddi zərərlə bağlı mötəbər sübut təqdim etməmiş, özünün, qohumunun və ustaların tərtib etdiyi AKT-la kifayətlənmişdir. Halbuki, həmin sübutetmə vasitəsi iddiaçının tələbinin təsdiq olunması üçün kifayət etmir və istinad edilən AKT mötəbər sübut kimi qiymətləndirilə bilməz.
41. İddianın mənəvi zərərin tutulması hissəsində də məhkəmə tələbi əsassız hesab edir.
42. Belə ki, iddiaçı yaranmış mübahisədən dolayı hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş, bunu əsaslandırmamış və işin halları ilə də müəyyən edilməmişdir.
43. Halbuki mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
48. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
49. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Bakı ş, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı mənzilin (abunə kodu **********200008 olan) elektrik enerjisi ilə təmin edilməsinə hər hansı formada dayandırılması (kəsilməsi) və digər formada məhdudiyyətin yaradılması, həmin mənzilin elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün quraşdırılmış sayğacın yerləşdiyi sahəyə (otağa) İddiaçı sərbəst və məhdudiyyət qoyulmadan giriş-çıxışına (sayğaca baxış keçirilməsinə) maneçiliyin və məhdudiyyətin yaradılması cavabdeh "xxxx" MMMC-yə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
50. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı ş, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı mənzilin (abunə kodu **********200008 olan) elektrik enerjisi ilə təmin edilməsinə hər hansı formada dayandırılması (kəsilməsi) və digər formada məhdudiyyətin yaradılması, həmin mənzilin elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün quraşdırılmış sayğacın yerləşdiyi sahəyə (otağa) İddiaçı sərbəst və məhdudiyyət qoyulmadan giriş-çıxışına (sayğaca baxış keçirilməsinə) maneçiliyin və məhdudiyyətin yaradılması cavabdeh "xxxx" MMMC-yə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev