Məhkəmə qərarları › İş №e-2(001)-6203/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6203/2021

27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6203/2021 27.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanındakı mənzildən Cavabdeh çıxarılması, mənzilin Cavabdeh qeyriqanuni sahibliyindən götürülərək ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən 72,7 kv.metr sahəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı Şəki şəhərində yaşayır və həmin mənzili dəllal vasitəsilə kirayə verir. Cavabdeh də mənzilin kirayəşinidir. Belə ki, cavabdeh həmin mənzili 2019-cu ilin dekabr ayından kirayə götürmüş, həmin vaxt iddiaçı Şəki şəhərində olduğundan və sonradan pandemiya şəraiti olduğundan tərəflər arasında kirayə müqaviləsi bağlanmamışdır. Cavabdeh ilk 5 ay hər ayı 450 manata, sonradan 4 ay pandemiya dövründə hər ayı 350 manata evdə yaşamış, 2020-ci ilin avqust ayından isə heç bir ödəniş etməmişdir. Cavabdehdən kirayə haqqını iddiaçının qohumu X1 götürüb iddiaçıya göndərmişdir. İddiaçı Elşad Məmmədov vasitəsilə cavabdehin ona məxsus evi tərk etməsini tələb etsə də, cavabdeh indiyədək mənzildə qeyri-qanuni yaşamaqdadır. İddiaçının övladı Bakı şəhərində ali təhsil müəssisəsinə daxil olmuş, Bakı şəhərində daimi yaşayış yerinə ehtiyac duymuş, iddiaçı isə öz mülkiyyətində olan həmin mənzili cavabdehin oranı zəbt etməsi səbəbindən övladına verə bilməmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, o, mənzilin 2021-ci ilin noyabr ayınadək kirayə haqqını Elşad adlı şəxsə əvvəlcədən ödəniş etmiş, iddiaçını ümumiyyətlə tanımamışdır. Elşad adlı şəxslə aralarında kirayə müqaviləsi də vardır, mənzilin kirayə haqqını 2021-ci ilin noyabr ayınadək ödəməsini təsdiq edəcək şahidləri də vardır. Yalnız həmin tarixdə evi tərk edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, hazırki iş üzrə iddiaçı onun qaynının arvadıdır. Cavabdeh iddiaçıya məxsus sözügedən məznilə görə kirayə haqqını ona ödəmiş, o da pulu Şəki şəhərində yaşayan İddiaçı göndərmişdir. Cavabdeh həmin evdə yaşadığı bir müddət hər ay ona stabil olaraq 450 manat kirayə pulu vermiş, 2020-ci ilin oktyabr ayında 350 manat ödəniş etmişdir. O, niyə 350 manat ödədiyini soruşduqda Cavabdeh iddiaçı ilə razılaşdığını, pandemiya şəraitinə görə qiymətdən endirim olduğunu bildirmişdir. Zaur ona bir neçə ayın kirayə haqqını birdəfəlik cəm şəkildə ödəməmiş, hər ay stabil ödənişlər etmiş, sonradan ödənişləri gecikdirmişdir. İddiaçının övladı Bakı şəhərində ali təhsil müəssisəsinə daxil olduğundan uşaqların Bakı şəhərində daimi yaşayış yerinə ehtiyacları var idi. O, arvadı ilə birlikdə iddiaçıya məxsus, cavabdehin yaşadığı evə gedərək Zaurdan evi tərk etməli olduğunu bildirdikdə Zaur onların üzərinə hücum etmiş, onlar dərhal evi tərk edərək oradan uzaqlaşmışdırlar. İş materiallarında olan “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən 72,7 kv.metr sahəli mənzil İddiaçı mülkiyyətindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Cavabdeh izahatında İddiaçı tanımadığını bildirsə də, iddia ərizəsində göstərilən evdə faktiki olaraq yaşadığını etiraf etmişdir. Buna görə də, məhkəmə cavabdehin iddiaçıya məxsus mənzildə faktiki olaraq yaşamasına işin mübahisələndirilməyən halı kimi qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh iddia ərizəsində göstərilən mənzillə bağlı Elşad adlı şəxslə aralarında kirayə müqaviləsi bağlandığını, habelə, mənzildə kirayə qalması ilə bağlı 2021-ci ilin noyabr ayınadək kirayə haqqını ödədiyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş, izahatında göstərilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin müəyyən edilən hallarına görə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmamış, iddiaçı cavabdeh qarşısında heç ir öhdəlik götürməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə işin faktiki halları və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən mənzil hazırda Cavabdeh qanunsuz istifadəsində olduğundan Cavabdeh həmin mənzildən çıxarılmalı, mənzil iddiaçıya qaytarılmalı, beləliklə, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən çıxarılsın, həmin mənzil İddiaçı qaytarılsın. Dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar