Məhkəmə qərarları › İş №e-2(001)-6286/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6286/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6286/2023 02.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı (1 saylı Bakı “ASAN Xidmət” X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməs” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh doğduğu xx.xx.2022-ci il təvəllüdlü Turanın bioloji atası olmadığım üçün 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 382 nömrəli qeyddə, həmin qeyd əsasında verilmiş “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədə, 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin doğum kitabının 5361-ci səhifəsində, AZ-İV №808424 nömrəli doğum haqqında şəhadətnamədə onunxx.xx.2022-ci il təvəllüdlü Turanın biolojiatası olmasına dair bütün qeydlərin etibarsız hesab edilməsi və ilk iddia üzrə iddiaçı Cavabdeh aliment tələbi haqqında iddiasının isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, qarşılıqlı iddia ərizəsinin qəbul edilməsinə yol verilməməli və qarşılıqlı iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. - 155.2-ci maddəsinə əsasən Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. - 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: - qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. - Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsindən görünür ki, tərəflər arasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında başqa iş vardır və ilkin iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəmiş, lakin o, qarşılıqlı iddia ərizəsini səhvən müstəqil iddia ərizəsi kimi elektron sistemə daxil etmişdir. Halbuki qarşılıqlı iddia ərizəsi ilk iddia ilə birlikdə baxılmaq üçün təqdim edilməli və müvafiq olaraq ilk iddianın baxıldığı icraat üzrə elektron sistemə daxil edilməli idi. Odur ki, yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddia geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı (1 saylı Bakı “ASAN Xidmət” X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar