Məhkəmə qərarları › İş №e-2(001)-6320/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6320/2025

12.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6320/2025 12.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, “Biləcəri Təmir Quraşdırma” X1 Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı nümayəndəsi vasitəsilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xüsusi mülkiyyətində olan ünvan ünvanındakı torpaq sahəsindəki olan cavabdehlərə məxsus olan dəmir boruların çıxardılması və dəymiş maddi ziyanın 90.000 (doxsan min) manatın, o cümlədən hüquqi yardıma görə vəkilə ödədiyi 450 manat, hazırki iddia tələbi üçün ödədiyi 360 manat dövlət rüsumun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır: Bildirirəm ki, Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şosessi, Dəmiryolunun 516-cı km yerləşən Dəmiryol keçidi yanında yerləşən torpaq sahəsinə dəmir borular yerləşdirilmişdir. Mən notarial qaydad alqı-satqı müqaviləsi bağladığım zaman satıcı qısa zamanda dəmir boruların torpaq sahəsindən boşaldılmasına söz versə də, sözünə əməl etməmişdir. Mən həmin torpaq sahəsinin öz adıma rəsmiləşdirdikdən sonra həmin dəmir boruların satıcıdan boşaldılmasını tələb etsəm də, həmin dəmir boruların ona məxsus olmamasını və hansısa şirkətə məxsus olmasını şıfahi qaydada mənə bildirmişdir. Həmin dəmir borular razılığım olmadan torpaq sahəmə yığılmış və hal-hazırda da həmin ərazidə qalmaqdadır. Bundan başqa həmin dəmir boruların torpaq sahəmdə olması məni mülkiyyətçi kimi hüquqlarımı pozur və hal-hazlrda da pozmaqdadır. Mülkiyyətçi kimimən torpaq sahəmdə tam istifadə etməkdən, sahib olmaqdan məhrum edilmişəm. Mənə məxsus torpaq sahəsinin 1250 kv.mertri cavabdehlərə məxsus dəmir boruların yerləşdirilməsi səbəbindən mülkiyyət hüququm məhdudlaşdırılmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini digər ərizələrdən fərqləndirən cəhətlərdən biri də onun forma və məzmununun qanunla müəyyən edilməsidir. Aşağıda göstərilən prosessual normaların tələblərindən müəyyən olunur ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildiyi halda onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin forma və məzmununa əməl edilməsi, iddia ərizəsində iddiaçının tələblərinin aydın göstərilməsi, tələb yönəldilən tərəflərin dəqiq müəyyən edilməsi, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların qeyd edilməsi ilk növbədə mülki işlərə prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi daşıyır. Bununla yanaşı iddia ərizəsinin məzmun baxımından tələblərə uyğun olmasının zərurəti ondan irəli gəlir ki, işdə iştirak edən şəxslər iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edə bilsin. Lakin nə iddia ərizəsinin əsaslandırılmasından, nə ona əlavə edilən sənədlərdən iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hal müəyyən edilmir. Misal üçün 90000 maddi ziyanın müştərək qaydada cavabdehlərdən tutulması tələbi irəli sürülsə də, iddia ərizəsinin məzmununda bununla bağlı hər hansı əsaslandırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, “Biləcəri Təmir Quraşdırma” X1 Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar