Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6378/2025 09.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Maraqlı şəxs ilə aralarında yaranmış ailə mübahisəsinin həll olunması üçün qanunvericiliyin tələblərinə müvafiq qaydada mediasiya təşkilatına müraciət etmişlər. Mediasiya təşkilatında mediasiya prosesi zamanı cavabdeh Maraqlı şəxs ilə razılıq əldə etmiş və aralarında 03 sentyabr 2025-ci il tarixli, MŞB/10/2025-00530 nömrəli barışıq sazişi ikitərəfli qaydada imzalanmışdır. Barışıq sazişinin icrası üçün hər hansı addım atılmamışdır. Yəni cavabdeh Maraqlı şəxs barışıq sazişi ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Halbuki barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalı idi. Bu səbəbdən Maraqlı şəxs ilə aralarında bağlanmış 03 sentyabr 2025-ci il tarixli, MŞB/10/2025-00530 nömrəli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Ərizəçi İddiaçı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçi İddiaçı izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 03 sentyabr 2025-ci il tarixli, MŞB/10/2025-00530 saylı Barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış və həmin sazişdə aşağıdakılar göstərilmişdir: ...1) İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqlar üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 1-15i tarixləri arasında hər uşağa 500 manat, ümumilikdə 1500 manat məbləğində aliment haqqını İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2) "Tərəflər" razılaşırlarki, birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 ata Maraqlı şəxs ilə görüşünə məhdudiyyət qoyulmasın. 3) Tərəflər razılığa gəldilərki, birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 xaricə çıxışı ilə əlaqəli sənədlərin hazırlanmasına razılıq verilməsini öhdəliklərini öz üzərlərinə götürürlər. 4) Tərəflər, İddiaçı və Maraqlı şəxs hazırki sazişin icra olunmaması təqdirdə yaranacaq problemlərin həlli ilə əlaqədar olaraq iddia ərizələri (ərizələr) və şikayətlərin Binəqədi rayon Məhkəməsinə müraciət etməsinə razılığa gəldilər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 03 sentyabr 2025-ci il tarixli, MŞB/10/2025-00530 saylı Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-15i tarixləri arasında hər uşağa görə 500 manat, ümumilikdə 1500 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürmüş, lakin maraqlı şəxs tərəfindən qeyd olunanlar hal-hazırkı vaxtadək icra edilməmişdir. İş materiallarında olan sənədlərlə Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində sadalanmış əsasların mövcud olması təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış 03 sentyabr 2025-ci il tarixli, MŞB/10/2025-00530 saylı Barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticə hissəsi QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış 03 sentyabr 2025-ci il tarixli, MŞB/10/2025- 00530 saylı Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: ...1 ) ikinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları : xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-15i tarixləri arasında hər uşağa görə 500 manat, ümumilikdə 1500 manat məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2) "Tərəflər" razılaşırlarki, birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 ata Maraqlı şəxs ilə görüşünə məhdudiyyət qoyulmasın. 3) Tərəflər razılığa gəldilərki, birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 xaricə çıxışı ilə əlaqəli sənədlərin hazırlanmasına razılıq verilməsini öhdəliklərini öz üzərlərinə götürürlər. 4) Tərəflər, İddiaçı və Maraqlı şəxs hazırki sazişin icra olunmaması təqdirdə yaranacaq problemlərin həlli ilə əlaqədar olaraq iddia ərizələri (ərizələr) və şikayətlərin Binəqədi rayon Məhkəməsinə müraciət etməsinə razılığa gəldilər. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2(001)-6378/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6378/2025
09.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver