Məhkəmə qərarları › İş №e-2(001)-64/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-64/2024

19.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-64/2024 19.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yerdə (naturada) ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində mülkiyyət hüququ əsasında 1/3 hissəsi (0,083 hektarı) ona məxsus olan torpaq sahəsinin yerdə (naturada) koordinatları göstərilməklə ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5 ilə anası Bağırova (Əhmədova) Əminə Nəsrəddinovna 1964-cü ildə el adəti ilə ailə həyatı qurmuş, xx.xx.1965-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş, həmin nikahdan xx.xx.1965-ci il tarixdə böyük qardaşı Cavabdeh2, xx.xx.1967-ci il tarixdə o və xx.xx.1974-cü il tarixdə kiçik qardaşı Cavabdeh1 anadan olmuşdur. 1967-ci ildə X12a Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 0,25 ha sahəsi olan 442 nömrəli bağ sahəsi verilmişdir. X12 xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. 1990-cı ilin dekabr ayında X6 ilə ailə həyatı qurmuş, xx.xx.1998-ci il tarixdə isə boşanmışdır. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sözügedən 0,25 ha bağ sahəsinin üzərində olan tikililərin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə anası X7 arasında müqavilə bağlanmışdır. Anası X7 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum atası və anasından miras qalmış sözügedən 0,25 ha bağ sahəsi o və qardaşları tərəfindən faktiki olaraq qəbul edilmişdir. 2021-ci ildə o, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahişi ilə ünvan 3 notariat ofisinə müraciət etmişdir. Bundan sonra notariat orqanı vərəsələrin dairəsini müəyyən etmiş və gələcəkdə vərəsəlik şəhadətnaməsi verilməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sözügedən 0,25 ha bağ sahəsinin mərhum anası X1 adına özəlləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 0,25 ha sahəsi olan 442 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən ibarətdir. ünvan 3 notariat ofisi tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******,xx.xx.2019-ASAN 3, FİN:xxxxxxx,d/t:xx.xx.1967) miras əmlakdan 1/3 hissədə pay almalıdır, digər vərəsələr xx.xx.1965-ci il tarixdə anadan olmuş Cavabdeh2 və xx.xx.1974-cü il tarixdə anadan olmuş Cavabdeh1 miras əmlakdan hər birinə ayrı-ayrılıqda düşən 1/3 hissə notariat ofisinə müraciət etmədikləri üçün açıq saxlanılır. Yəni Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 0,25 ha sahəsi olan 442 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsi (0,083 hektarı) mülkiyyət hüququ əsasında ona məxsusdur. O, hazırda üçüncü qrup əlil oğlu ilə birlikdə kirayədə yaşayır, şəxsi evi və ya mənzili yoxdur. Həmin 0,083 hektar torpaq sahəsində, yaxud da həmin torpaq sahəsini satıb başqa yerdə özünə ev tikdirmək istəyir. Lakin qardaşları buna mane olurlar. Çünki kiçik qardaşı Cavabdeh1 sözügedən torpaq sahəsinin düz ortasında özünə özbaşına ev tikdirmişdir. Torpaq sahəsinin baş tərəfində isə böyük qardaşı Şaban atalarından qalmış evdə ailəsi ilə birlikdə yaşayır. Sözügedən torpaq sahəsinin ona məxsus 1/3 hissəsini (0,083 hektarı) evlərin mövcud olduğu şəraitdə ayırmaq mümkün deyildir. Hətta o, torpaq sahəsinin aşağı hissəsində ayrılması mümkün olan 0,05 ha torpaq sahəsinin ona verilməsini, 0,033 hektarın isə bazar qiyməti ilə pulunun verilməsini xahiş etsə də onlar buna razı olmamışlar. xx.xx.2022-ci il tarixdə qardaşları Şaban və Cavabdeh1ların hərəkətləri barədə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinnin təhqiqatçısı polis kapitanı Rəşad Yaqubovun xx.xx.2022-ci il tarixli qərarı ilə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mübahisə mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Odur ki, o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin yerdə (naturada) ayrılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, həmçinin bilmişlər ki, sonuncu ekspertiza rəyinə etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, ekspert rəylərindən də göründüyü kimi torpaq sahəsinin naturada bölgüsü mümkündür. Lakin, ekspertlərin tərtib etdiyi bölgü sxemindəki kimi bölgü payçıların maraqlarına ziddir. Belə ki, paylı mülkiyyətdə olan torpaq sahəsi əlverişsiz bölgü ilə bölünmüşdür. Bununla da payçıların torpaq sahəsi yararsız vəziyyətə gəlir. Halbuki düzbucaqlı şəkildə olan torpaq sahəsinin proporsional bölünməsi payçıların mənafeyinə uyğun olardı. Bundan əlavə, həmin ərazidə onun və oğlunun evi var. Əvvəl ora zibilxana idi, oranı özü təmizləyib düzəltdirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) izahatında bildirdi ki, onlar, ekspert rəyləri ilə razı deyillər. Torpaq sahəsi ekspert rəyindəki kimi bölünsə, torpaq sahələri yararsız olacaqdır. Bu cür bölgü ilə qətiyyən razı deyillər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, o, ümumiyyətlə iddianı qəbul etmir. Onun Xırdalanda evi olmuş, iddiaçının onlardan heç nə tələb etməməsi şərtilə həmin evi iddiaçıya verməyə razılaşmışlar. İndi isə deyirlər ki, gəlsin 4 sot torpaq versinlər, ev tiksinlər, amma evi və torpağı satmasın. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, torpaq sahəsinin 2/3 hissəsi isə X4 adında açıq qalmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, payçılar arasında bölünməsi nəzərdə tutulan mübahisəli torpaq sahələri, ümumi hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Mübahisəli torpaq sahənin üzərində yarımçıq və tam şəkildə inşa olunmuş yaşayış evləri mövcuddur. Payçılar arasında razılığı olduğu təqdirdə sözügedən torpaq sahəsinin naturada ayrılması mümkündür. Bundan əlavə olaraq bildirir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazidə X1 adına **********2458 nömrəli (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı mövcuddur. Hər biri 1/3 hissə (0.083 ha) olmaqla bölünməsi mümkündür. Bu barədə tərtib edilmiş bölgü sxemi əlavə olunur. Payçılar arasında razılığın olduğu təqdirdə sahənin bölünməsi mümkündür. Rəyə əlavə edilmiş koordinatlar cədvəli:

1. 833.0 m2 X=401029.8760, Y=4489961.0994; X=401029.8762 Y=4489954.9729; X=401029.8256, Y=4489952.9029; X=400997.8296, Y=4489951.8364; X=400998.4207, Y=4489932.0627; X=400979.0600, Y=4489930.9400; X=400979.3500, Y=4489960.9600

2. 833.0 m2 X=401029.8762, Y=4489954.9729; X=401052.8120 Y=4489955.5018; X=401053.2566, Y=4489944.8328; X=401026.6162, Y=4489944.0763; X=401027.0908, Y=4489933.7251; X=400998.4207, Y=4489932.0626; X=400997.8296, Y=4489951.8364, X=401029.8256, Y=4489952.9029

3. 833.0 m2 X=401069.9700, Y=4489961.2100; X=401070.2900 Y=4489936.2300; X=401027.0908, Y=4489933.7251; X=401026.6162, Y=4489944.0763; X=401053.2566, Y=4489944.8328; X=401052.8257, Y=4489955.5021; X=401029.8762, Y=4489954.9729, X=401029.8760, Y=4489961.0994, X=401029.8760, Y=4489961.0994 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, payçılar arasında bölünməsi nəzərdə tutulan mübahisəli torpaq sahələri, ümumi hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Mübahisəli torpaq sahəsinin üzərində yarımçıq və tam şəkildə inşa olunmuş yaşayış evləri mövcuddur. Payçılar arasında razılığın olduğu təqdirdə sözügedən torpaq sahəsinin naturada ayrılması mümkündür. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazidə X1 adına **********2458 nömrəli (ləğv edilmiş) Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı mövcuddur. Hər biri 1/3 hissə (0.083 ha) olmaqla bölünməsi mümkündür. Bu barədə tərtib edilmiş bölgü sxemi mütəxəssis rəyinə əlavə olunur. Payçılar arasında razılığın olduğu təqdirdə sahənin bölünməsi mümkündür. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, payçılar arasında bölünməsi nəzərdə tutulan mübahisəli torpaq sahələri, ümumi hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Mübahisəli torpaq sahənin üzərində yarımçıq və tam şəkildə inşa olunmuş yaşayış evləri mövcuddur. Payçılar arasında razılığı olduğu təqdirdə sözügedən torpaq sahəsinin naturada ayrılması mümkündür. Bundan əlavə olaraq bildirir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazidə X1 adına **********2458 nömrəli (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı mövcuddur. Hər biri 1/3 hissə (0.083 ha) olmaqla bölünməsi mümkündür. Bu barədə tərtib edilmiş bölgü sxemi əlavə olunur. Payçılar arasında razılığın olduğu təqdirdə sahənin bölünməsi mümkündür. Rəyə əlavə edilmiş koordinatlar cədvəli:

1. 833.0 m2 X=401029.8760, Y=4489961.0994, Z=0.0000; X=401029.8762 Y=4489954.9729, Z=0.0000; X=401029.8256, Y=4489952.9029, Z=0.0000; X=400997.8296, Y=4489951.8364, Z=0.0000; X=400998.4207, Y=4489932.0627, Z=0.0000; X=400979.0600, Y=4489930.9400, Z=0.0000; X=400979.3500, Y=4489960.9600, Z=0.0000;

2. 833.0 m2 X=401029.8762, Y=4489955.9730, Z=0.0000; X=401052.7620, Y=4489956.5000, Z=0.0000; X=401053.3200, Y=4489943.8350, Z=0.0000; X=401021.6640, Y=4489943.0960, Z=0.0000; X=401022.0990, Y=4489933.4360, Z=0.0000; X=400998.4207, Y=4489932.0626, Z=0.0000; X=400997.8296, Y=4489951.8364, Z=0.0000; X=401029.8256, Y=4489952.9029 Z=0.0000;

3. 833.0 m2 X=401029.8760, Y=4489961.0990, Z=0.0000; X=401069.9700 Y=4489961.2100, Z=0.0000; X=401070.2900, Y=4489936.2300, Z=0.0000; X=401022.0990, Y=4489933.4360, Z=0.0000; X=401021.6640, Y=4489943.0960 Z=0.0000; X=401053.3200, Y=4489943.8350, Z=0.0000; X=401052.7620, Y=4489956.5000, Z=0.0000; X=401029.8760, Y=4489955.9730, Z=0.0000; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, payçılar arasında bölünməsi nəzərdə tutulan mübahisəli torpaq sahələri, ümumi hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Mübahisəli torpaq sahənin üzərində yarımçıq və tam şəkildə inşa olunmuş yaşayış evləri mövcuddur. Payçılar arasında razılığı olduğu təqdirdə sözügedən torpaq sahəsinin naturada ayrılması mümkündür. Bundan əlavə olaraq bildirir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazidə X1 adına **********2458 nömrəli (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı mövcuddur. Hər biri 1/3 hissə (0.083 ha) olmaqla bölünməsi mümkündür. Bu barədə tərtib edilmiş bölgü sxemi əlavə olunur. Payçılar arasında razılığın olduğu təqdirdə sahənin bölünməsi mümkündür. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Payçılar arasında bölünməsi nəzərdə tutulan mübahisəli torpaq sahələri, ümumi hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Mübahisəli torpaq sahəsinin üzərində yarımçıq və tam şəkildə inşa olunmuş yaşayış evləri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazidə X1 adına **********2458 nömrəli (ləğv edilmiş) Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı mövcuddur. Hər biri 1/3 hissə (0.083 ha) olmaqla bölünməsi mümkündür. Bu barədə tərtib edilmiş bölgü sxemi mütəxəssis rəyinə əlavə olunur. Tərtib edilmiş sxemdə göstərilən 1saylı sahədə Cavabdeh2, 2- saylı sahədə isə Cavabdeh1 məxsus tikili mövcuddur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir . Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı payının naturada ayrılmasını tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların nəticələrinə görə iddiaçının payının naturada ayrılması mümkündür. Ekspertlər bununla bağlı bölgü sxemi tərtib etmiş və koordinatları müəyyən etmişlər. Məhkəmə iş üzrə alınmış rəyləri müqayisəli şəkildə təhlil edərək belə hesab edir ki, iş üzrə verilmiş sonuncu iki rəy mötəbər sübut kimi qiymətləndirilməli və həmin rəylər əsasında iddiaçının payı naturada ayrılmalıdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia təmin edilməli, İddiaçı adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsinə payı rəyə əlavə olunmuş koordinatlar üzrə naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və cəmi 150 manat məbləğində ekspertiza xərci isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətеtdi:

İddia təmin edilsin. İddiaçı adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsinə payı aşağıdakı koordinatlar üzrə naturada ayrılsın: 833.0 m2 X=401029.8760, Y=4489961.0990, Z=0.0000; X=401069.9700 Y=4489961.2100, Z=0.0000; X=401070.2900, Y=4489936.2300, Z=0.0000; X=401022.0990, Y=4489933.4360, Z=0.0000; X=401021.6640, Y=4489943.0960 Z=0.0000; X=401053.3200, Y=4489943.8350, Z=0.0000; X=401052.7620, Y=4489956.5000, Z=0.0000; X=401029.8760, Y=4489955.9730, Z=0.0000. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatların dəyərini təşkil edən cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar