Məhkəmə qərarları › İş №e-2(001)-6509/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6509/2025

26.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6509/2025 26.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin formasına və məzmununa əməl edilməmişdir. - 152-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət edilməlidir. Qanunvericiliyin göstərilən tələblərinə riayət edilmədikdə isə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsindən görünür ki, İddiaçı mərhum əri 1938-ci il təvəllüdlü X3 atası X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi tələb xüsusi icraat qaydasında baxılmalı tələb olsa da iddiaçı məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki xüsusi icraat qaydasında ərizə ilə müraciət etməli idi. Yuxarıda sadalanan xüsusatlara və göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalı və ona ümumi qaydada xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı müvafiq tələblə ümumi qaydada xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar