Məhkəmə qərarları › İş №e-2(001)-6565/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6565/2021

06.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6565/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair mülki işin materiallarını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)- 6565/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 491 kv.m. hissəsinin Cavabdeh mülkiyyətində olması ilə bağlı çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhərinin Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağldır və ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. 17.08.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)-6565/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia ərizəsi ilə ilkin olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması əsası ilə geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(001)- 6565/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)-6565/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olması əsas ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə şikayət vermək hüququnun olmasına baxmayaraq, iddiaçı həmin qərardadı mübahisələndirməmiş və 09.08.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hər hansı məhkəmə tərəfindən iddia ərizəsinin artıq bir dəfə qaytarılması digər məhkəmənin üzərinə həmin iddia ərizəsini icraata qəbul edilməsi öhdəliyini qoymur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2021-ci il tarixli, 2(103)- 9100/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(001)- 6565/2021 saylı qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ … İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olması əsası ilə geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, məhkəmələr arasında ərazi aidiyyəti bağlı fikir ayrılığı mövcuddur. Ona görə də kollegiya hesab edir ki, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən məhz fikir ayrılığının aradan qaldırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməli idi”. Apellyasiya instansiyası məhkəməsi qərardadın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Halbuki, iş materiallarından göründüyü kimi, hazırkı iş bir məhkəmədən digərinə göndərilməmiş, iddiaçı ilkin olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi həmin məhkəmə tərəfindən qaytarıldıqdan sonra qərardadı mübahisələndirməmiş və YENİ iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadında müəyyən olunmuş göstərişlərə əsasən belə qənaətə gəlirəm ki, hazırki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün 2(001)-6565/2021 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar