Məhkəmə qərarları › İş №e-2(001)-6736/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6736/2021

04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6736/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X18 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə İddiaçı Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 20 dekabr 2019-cu il təvəllüdlü X11 və 22 dekabr 2018-ci il təvəllüdlü X9 ataları olmasının müəyyən edilməsi və uşaqlara doğum haqqında şəhadətnamənin (ata adı qrafasında İddiaçı, ana adı qrafasında X4 yazılmaqla) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı X4 ilə faktiki nikah münasibətlərinə daxil olmuş, nikahlarından 22 dekabr 2018-ci il təvəllüdlü X12 və 20 dekabr 2019-cu il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Bu barədə tibbi şəhadətnamələr mövcuddur. Uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün iddiaçı Binəqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Elvira Feyzullayevanın şəxsiyyət vəsiqəsi olmaması əsası ilə cavabdeh tərəfindən şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdi. Cavabdehin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında göstərdi ki, həqiqətən də o, iddiaçı ilə rəsmi nikaha daxil olmadan faktiki olaraq ailə münasibətlərindədirlər. Faktiki nikahlarından 20 dekabr 2019-cu il təvəllüdlü X11 və 22 dekabr 2018-ci il təvəllüdlü X13 adlı uşaqları vardır. Sonda E.M.Feyzullayeva məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan: - 20 nömrəli uşaq poliklinikasında verlmiş tibbi arayışlardan görünür ki, 22 dekabr 2018-ci il tarixdə və 20 dekabr 2019-cu il tarixdə kişi cinsindən uşaq doğmuşdur. Bu fakt doğum haqqında tibbi şəhadətnamələrlə də öz təsdiqini tapmışdır. - Ümumvətəndaş pasportunun surətindən görünür ki, X1 Respublikasının vətəndaşıdır. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin İddiaçı ünvanlandırdığı 17 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, 22 dekabr 2018-ci il tarixdə və 20 dekabr 2019-cu il tarixdə faktiki nikahdan doğulmuş uşaqların doğumunun qeydə alınması üçün ananın şəxsiyyət vəsiqəsi təqdim olunmadığından İddiaçı ərizəsini təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. - 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. - 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. - 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11.2-ci bəndinə əsasən, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: - 6.6-cı bəndinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır. - 6.19-cu bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğma haqqında yeni şəhadətnamə verir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin 17 avqust 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5.1-ci bəndinə əsasən uşağın doğumunun qeydə almasından imtinası əsaslı olsa da bu hal uşağın və onun valideyinlərinin hüquqlarının sərbəst həyata keçirilməsinə maneələr törədəcək. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin (uşaqların anasının) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi həm iş materialları, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatı ilə sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 22 dekabr 2018-ci il təvəllüdlü X12 və 20 dekabr 2019-cu il təvəllüdlü X8 atası olması müəyyən edilməli, uşaqların doğum haqqında şəhadətnamələrinin ata adı qrafasında İddiaçı, ana adı qrafasında X4 göstərilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxx 1991-ci il təvəllüdlü X5 22 dekabr 2018-ci il təvəllüdlü X12 və 20 dekabr 2019-cu il təvəllüdlü X8 atası olması müəyyən edilsin. 22 dekabr 2018-ci il təvəllüdlü X12 və 20 dekabr 2019-cu il təvəllüdlü X10 doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. 22 dekabr 2018-ci il təvəllüdlü X12 və 20 dekabr 2019-cu il təvəllüdlü X8 doğum haqqında şəhadətnamələrinin “ata adı” qrafasında “İddiaçı”, “ana adı” qrafasında isə “X4” qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar