Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6740/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mövcud olan 8.600 manat borcunun, iddia ərizəsinin verilməsinə görə əlavə olaraq ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun, vəkilə ödənilmiş 200 manat xidmət haqqının, ümumilikdə 8.910 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qızı Məmmədova Elnarə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən geyim mağazalarının birini icarə müqaviləsi əsasında işlədir. Özü də həmin mağazada qızına kömək etmək məqsədilə işləyir. 2020-ci il avqust ayında mağazaya müştəri qismində gələn cavabdeh 100 nömrəli məktəbdə müəllimə işlədiyini və müəllim həmçinin, digər rəhbər şəxslərin qızıl-ziynət əşyaları almaqda maraqlı olduğunu bildirmişdir. Cavabdeh ondan qızıl-ziynət əşyalarının olub-olmadığını soruşmuş, onların müqabilində yüksək məbləğdə ödəniş edəcəyini bildirmişdir. Razılaşmaya əsasən, təqribən 2-3 gün sonra işdə olduğu zaman, cavabdeh iş yerinə gətirdiyi qızıl-ziynət əşyası - 32 qram həcmində sepi 4.000 manat müqabilində almışdır. Lakin cavabdeh ödənişi hissə-hissə ödəyəcəyini bildirməsinə baxmayaraq, 800 manat ödədikdən sonra noyabr ayında yaşadığı evə gələrək, yenidən qızıl-ziynət əşyalarını almaq istədiyini bildirmişdir. Həmin vaxt onlar yenidən razılaşmışlar. Çünki Abşeron rayonu, Mehdiabad qəsəbəsində ev tikdirdiyi üçün pula ehtiyacı var idi. Buna görə də, cavabdehə 9.000 manat dəyərində qızıl-ziynət əşyalarını verməyə razı olmuşdur. Lakin cavabdeh söz verdiyi vaxtda ödəniş etməmiş və yalnız hissə-hissə 1.566 manat pul ödəmişdir. Daha sonra isə cavabdeh növbəti günlər ərzində həmin əşyaların pulunu verəcəyinə söz versə də, müxtəlif bəhanələrlə qaytarmaqdan yayınmışdır. Bununla bağlı 2021-ci ildə aidiyyəti üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət etməyinə baxmayaraq, ötən müddət ərzində cavabdeh tərəfindən ayrı-ayrılıqda 2.366 manat, daha sonra 1.044 manat dəyərində kombi və 1.000 manat ödəniş edilmişdir. Hazırda cavabdehin ona olan ümumi borcu 8.600 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı və digərlərinin kollektiv ərizəsi üzrə araşdırma zamanı izahatında İddiaçı ilə borcu ilə bağlı razışaşdılarını göstərmişdir. "xxxx" ASC-nin ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 200 manat məbləğində vəsait köçürülmüşdür. 12 oktyabr və 19 oktyabr 2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; Cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8.600 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən nəhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə 200 manat xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8.600 (səkkiz min altı yüz) manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. Cavabdeh 110 (bir yüz on manat) manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə 200 (iki yüz) manat xərcin əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-6740/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6740/2022
01.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver