Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6752/2024 21.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MTK-nin cavabdeh Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasına qarşı “ekspert rəyinini ləğv edilməsi” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MTK cavabdeh Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasına qarşı “ekspert rəyinini ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının (ərizəçinin) hansı orqana müraciət etməli olmasını orada göstərir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə (maraqlı şəxsə) qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göründüyü kimi iddiaçı məhkəməyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan məsələ ilə bağlı iddia ərizəsi vermişdir. Belə ki, iddia ərizəsindən aydın olur ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyyətlər var, ekspert rəyi tam əsassız, qanunsuz olmaqla yanaşı reallığı əks etdirmir, rəydə ekspert tərəfindən aparılmış tədqiqatlar təsvir edilməmişdir və s. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özüözlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər. İddiaçının mübahisələndirdiyi ekspert rəyi müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla iddiaçının irəli sürdüyü tələb üzrə etibarlı hüquq münasibətlərinin yaranıbyaranmadığını təsdiq edən sübutlar qismində çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər. Şübhəsiz ki, mübahisələndirilən sənədlər özündə müəyyən iradə bəyanlarını və məlumatları əks etdirdiyi üçün hər hansı faktın müəyyən olunması və ya hüququn qeydə alınması zamanı ayrılıqda və ya digər sənədlərlə məcmu halda əsas kimi çıxış edə bilər. Lakin bu əlamət də istənilən sənədin, aktın, iradə ifadəsinin etibarsızlığı barədə məsələnin ayrıca məhkəmə icraatı qaydasında yoxlanılmasına əsas vermir. Qeyd olunan halda maraqlı tərəf təqdim olunan sənədlər əsasında müəyyən edilmiş hüquqi nəticələri (əşyanın qanunsuz sahiblikdən tələb edilməsi, müqavilənin etibarsız hesab olunması, aparılmış qeydə düzəliş edilməsi və s.) mübahisələndirməli və bu zaman hüquqi nəticənin yaranması üçün əsas olmuş sənədlərin (misal üçün ekspert rəyinin, ərizənin, məxaric orderinin, maliyyə arayışının və s.) müvafiq tərəfin həqiqi iradəsini əks etdirmədiyini, qeyri-mötəbər və ya saxta olduğunu və s. halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddi ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı MTK-nin cavabdeh Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasına qarşı “ekspert rəyinini ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-6752/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6752/2024
21.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver