Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-681/2025 01.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakın 1/2 hissəsinə və həmçinin Cəlilabad rayonu Abazalı kəndində yerləşən ümumi birgə payda olan 3.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, nikahları Nərimanov Rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri pozulmuşdur. Artıq ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Onların nikahları formal xarakter daşıyır, nikahlarının pozulması ilə bağlı Binəqədi Rayon Məhkəməsində hüquqi proseslər davam edir. Cavabdehlə aralarında əmlak mübahisəsi vardır. Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil alınmışdır və hazırda cavabdehın mülkiyyətindədir. Həmçinin DTXK tərəfindən verilmiş JN-0091 nömrəli xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cəlilabad rayonu, Abazalı kəndində yerləşən ümumi birgə payda olan 3.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Yuxarıda sadalanan əmlak birgə nikah dövründə əldə edildiyindən onların birgə mülkiyyətləri hesab olunur və həmin əmlaklar cavbdehlə onun arasında bölünməlidir. Cavabdeh birgə nikah dövründə əldə etdikləri əmlakdan ona çatası payı verməkdən imtina edir, bununla da birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətlərə dair onun hüquqlarını pozur. Onlar aralarında olan mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediatora müraciət etsə də bu mübahisənin mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Bu barədə mediator X6 tərəfindən MŞB/9/2024-00879 nömrəli, xx.xx.2024-cü il tarixli "İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayış verilmişdir.
3. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabeh Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 1/2 hissəsi payının müəyyən edilməsi və “Toyota Prado” minik ağ mirvari rəngli, buraxılış ili 2014-cü il olan, **-HQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) İddia ərizəsinə qarşı etiraz:
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, iddiaçı Cəlilabad rayonu Abazallı kəndində yerləşən ümumi birgə payda olan 3.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş edərəkən unutmuşdur ki, həmin torpaq ailə üzvlərinə xx.xx.1998-ci il tarixində torpaq islahatı həyata keçirilərəkən ayrılmışdır və həmin torpağa DTXK tərəfindən JN-0091 nömrəli, xx.xx.1998-ci il tarixli torpağa müikiyyət hüququna dair dövlət aktı verilmişdir. Cəlilabad rayonu, Abazalı kəndində yerləşən ümumi birgə payda olan 3.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ailə üzvlərinin və cavabdehin adına yeni çıxarış verilməklə qeydiyyatdan keçmişdir və hazırda onun və ailə üzvlərinin birgə mülkiyyətindədir. İddiaçının həmin vaxt 7 yaşı olmuşdur və 7 yaşında necə ailə qura bilərdi? Həmin vaxt vavabdehin 18 yaşı olduğundan torpaq islahatı həyat keçirilərkən ona da ümumi payda 0,64 ha torpaq sahəsi ayrılmışdır. Göstərilən torpaq sahəsi birgə nikahları zamanı alınmamışdır. Həmin xx.xx.2023-cü il tarixdə ailə üzvlərinin X1, X3, X2, X4 və onun ümumi birgə payları tanınmış və onlara yeni çıxarış verilməklə təkrar qeydiyyatdan keçirmişlər. Göründüyü kimi torpaq islahatı həyata keçirilərkən onların nikahları olmamış və iddiaçının 7 yaşı olmuşdur. Hesab edir ki, iddiaçı vəkilsiz bu ərizəni yazdığından qanundan xəbərsiz olmuşdur və vəkillə məsləhətləşməmişdir. İddaçı hətta Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakın 1/2 hissəsinə və həmçinin Cəlilabad rayonu, Abazallı kəndində yerləşən ümumi birgə payda olan 3.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edərkən torpaq hərisliyinə uyaraq ümumi birgə mülkiyyətdə olan ondan başqa 4 nəfərin də payının 1/2 hissəsini istəməkdən çəkinməmişdir. Ona görə də iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddiasını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
c) Mülki işin materialları:
7. Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 652090 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Yunusova (Zeynalova) Günay Şamo qızı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və 113 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.
8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 05 avqust 2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 iştirak etmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdehh oğlunun adına 2 saylı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-721 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 129, 28 saylı mənzil xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 14 saylı DNK-nın 4Ə-821 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdehh oğlunun adına 3 saylı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1657 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Seyidzadə küçəsi, ev 38, 311 saylı mənzil xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdehh oğlunun adına ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-0091 nömrəli, xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cəlilabad rayonu, Abazallı kəndində yerləşən ümumi birgə payda olan 3.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsin tərəfindən Vəkil1 ünvanlanmış 3-13-16/2-134386/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, (14 avqust 2024-cü il tarixli, 111/24KP nömrəli məktuba cavab olaraq) DİN Baş X18i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1980-ci il təvəllüdlü Cavabdehh oğlunun adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsin tərəfindən məhkəməyə ünvanlanmış 3-13-16/2-211965/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, DİN Baş X18i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdehh oğlunun adına xx.xx.2024-cü il tarixdə “Toyota Prado” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X5 adına rəsmiləşdirilmişdir. Hal-hazırda Cavabdehh oğlunun adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur.
12. Cavabdehh oğlu ilə X10 arasında bağlanmış 29 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Toyota Prado” markalı, **-HQ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25000 ABŞ dolları məbləğinə satılıb və bu məbləği “satıcı” “alıcı”dan alıb.
ç) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
13. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.
14. İddia tələbini araşdıran məhkəmə aşağıda sadalanan qanunvericilik aktı normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
15. 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
16. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
17. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər-arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. Ər-arvadın ümumi əmlakının qanuni rejimi, o cümlədən bu rejimə əsasən birgə mülkiyyət hesab edilən əmlak bu əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun ər-arvadın hər birinin əmlakı, ayrıca əmlakın birgə mülkiyyət sayılması üçün əsaslar, ümumi əmlakın bölünməsi və bu zaman payların müəyyən edilməsi Ailə Məcəlləsinin 7-ci fəsli ilə tənzimlənir (31-37-ci maddələr). Həmin Qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. 3.2ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.3-cü bəndinə əsasən qeyd edilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. (bənd 3.4). Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. (bənd 3.5). Həmin Qərarın 3.6-cı bəndində qeyd edilmişdir ki, odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
18. 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
19. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
20. 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
21. Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir.
22. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə müvafiq olaraq ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
23. Beləliklə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumiliyi prezumsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah dövründə əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır (məhkəmə qərarı və s.).
24. Məhkəmə qeyd edir ki, ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyətdir. Ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə, birgə mülkiyyət münasibətlərinə xitam verilir. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: a) əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; b) əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ər-arvadın ümumi birgə mülkiyyət hüquq münasibətlərinin yaranması əsası qanunla müəyyən olunan qaydada bağlanan nikahdır.
25. Beləliklə ümumi mülkiyyətə dair ər-arvad bərabər hüquqlara malikdirlər. Ümumi birgə mülkiyyətə sərəncam verilməsi mülkiyyətin bölünməsi, payların müəyyən edilməsi yolu ilə həyata keçirilə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi əsasları və qaydaları isə Ailə Məcəlləsinin 36-cı maddəsində təsbit olunmuşdur.
26. Qeyd edilməlidir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ərarvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti.
27. İş materiallarından göründüyü kimi, Cavabdeh ilə Yunusova (Zeynalova) Günay Şamo qızı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır.
28. Bununla yanaşı iş materialları ilə sübuta yetirilir ki, Cavabdehh oğlunun adına 3 saylı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1657 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Seyidzadə küçəsi, ev 38, 311 saylı mənzil xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
29. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Seyidzadə küçəsi, ev 38, 311 saylı mənzil Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunmuşdur və onların birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən həmin daşınmaz əmlak üzərində hər birinin 1/2 hissədə payı müəyyən edilməlidir.
30. Bundan başqa iş materialları ilə sübuta yetirilir ki, DİN Baş X18i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdehh oğlunun adına xx.xx.2024-cü il tarixdə “Toyota Prado” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X5 adına rəsmiləşdirilmişdir. “Toyota Prado” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25000 ABŞ dolları məbləğinə satılıb.
31. Məhkəmə hesab edir ki, “Toyota Prado” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə, yəni tərəflərin birgə nikahı dövründə alınmışdır və onların birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən “Toyota Prado” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25000 ABŞ dolları məbləğinə satıldığından, həmin dəyərin 1/2 hissəsi, yəni 12500 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
Azərbaycan Respublikası MPM-nin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (qeyd: iddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutulması barədə tələb mövcud deyil).
36. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
37. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Binəqədi rayonu, H.Seyidzadə küçəsi, ev 38, 311 saylı mənzil üzərində İddiaçı 1/2 hissədə payı müəyyən edilməli və “Toyota Prado” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 25000 ABŞ dolları məbləğin 1/2 hissəsi, yəni 12500 ABŞ dolları məbləğində pul vəsaiti (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilsin. Birgə nikah dövründə əldə olunmuş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, H.Seyidzadə küçəsi, ev 38, 311 saylı mənzil üzərində İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. “Toyota Prado” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 25000 ABŞ dolları məbləğin 1/2 hissəsi, yəni 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova