Məhkəmə qərarları › İş №e-2(001)-6827/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6827/2025

16.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Bakıǝşəhəri İşǝ№ǝe-2(001)-6827/2025 16.03.2026 BAKIǝŞƏHƏRIǝBINƏQƏDIǝRAYONǝMƏHKƏMƏSI Hakim MəmmədovaǝSəidəǝHüseynağaǝqızınınǝsədrliyi, HüseynzadəǝNərminǝYaşarǝqızının katibliyi, Ərizəçiǝİddiaçı İbrahimǝoğlununǝnümayəndəsi (vəkili)ǝVəkil qzının, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə vəǝX7 iştiraklarıǝilə, Ərizəçi İddiaçı İbrahim oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədəǝərizəsinəǝxüsusiǝicraat qaydasındaǝbaxaraq, MǝÜǝƏǝYǝYǝƏǝNǝǝǝEǝTǝDǝİ: Təsviri hissə İddiaçı İbrahim oğlu xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1979-1993-cü il və 2010-2017-ci il tarixləri aralığındakı əmək stajının təsdiq edilməsi, ümumi sosial sığorta stajına daxil edilməsi və müvafiq şəkildə əmək pensiyasının yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin əmək stajı tam şəkildə nəzərə alınmamış və ümumi əmək stajına heç bir dəyişiklik edilməmişdir. Füzuli rayonu 1993-cü ilin avqustunda işğal edilmişdir. Nəticədə ərizəçi İddiaçı İbrahim oğlunun işdən çıxma əmri tərtib edilməmişdir. İşlədiyi müəssisə işğal edilmiş ərazidə olduğundan, zavod da işğal edildiyindən müəssisədən heç bir sənəd arxivə təhvil verilməmiş və yandırılaraq məhv edilmişdir. AR Milli Arxiv İdarəsinin ## ###### 2022ci il tarixli məktubunda bu fakt öz təsdiqini tapmışdır.ǝZavodun işǝqəbul ilə bağlı əmrlərinin qeydiyyatı kitabı və bəzi işə qəbul əmrləri müəssisənin kadrlar inspektoru tərəfindən xilas edilmişdir. Bundan əlavə 1979-cu il tarixdən etibarən ərizəçi birlikdə eyni müəssisə tərkibində kadrlar inspektoru, operator və hüquqşünas işləmişdir. Müəssisənin əmrlər kitabında bütün qeyd edilmiş əmrlər barədə qeydlər mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizəçi tərəfindən ##.##.2025-ci il tarixində yenidən müraciət edilmişdir. Müraciətə maraqlı şəxs tərəfindən ## ######## 2025-ci il tarixli, *-**-*/*-V-******/*/**** saylı məktub ilə cavab verilmişdir. Məktubda bildirilmişdir ki, ərizəçinin ##.##.1974-cü ildən ##.##.1979-cu ilədək təhsil aldığı illər də nəzərə alınmaqla, ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajı 9 il 3 ay olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı qəbul edilmişdir.ǝX6 filialının ##.##.2025-ci il tarixli **/A nömrəli arxiv arayışına əsasən Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozun 1979-cu ilə dair arxiv sənədləri ##.##.1993-cü il tarixində işğal zamanı yanğın nəticəsində məhv edilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2021-ci il tarixli, **/**-**-**-**** nömrəli məktubuna əsasənǝTR05.1983-0 tarixli ** nömrəli əmr ilə Füzuli rayon Üzümlülük sovxozuna ərizəçinin işə qəbul olunmağı barədə məlumat aşkar edilsə da, işdən azad olma barədə qeyd yoxdur.ǝHəmçinin ##.##.1985-ci il tarixli 237k və ##.##.1987-ci il tarixli **L nömrəli əmrlərlə Füzuli rayon * nömrəli Üzümçülük zavoduna direktor vəzifəsinə təyin olunmağı barədə qeydlər olsa da, işdən azad edilmə barədə məlumatlar aşkar edilməyib.ǝQeyd olunanlara əsasən, sözügedən müəssisələrdən əməkhaqqı alınmasını müəyyən etmək mümkün olmadığından həmin dövrlər ərizəçi Vidadi Valiyev Ibrahim oğlunun sosial sığorta stajına daxil edilməmişdir.ǝƏlavə olaraq ərizəçinin ##.##.1997-ci ildən ##.##.2005-ci ilədək olan dövr üzrə Rusiya Federasiyasında əmək fəaliyyəti də sosial sığorta stajına daxil edilmir. Belə ki, ##.##.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən həmin müqavilənin tətbiqi üçün səlahiyyəti orqanlarǝinzibati saziş imzalamalıdırlar. Sözügedən inzibati saziş tərəflər arasında imzalanmamışdır.ǝHəmçinin 2010-2017-ci illərə aid (Ukrayna Respublikasında əmək fəaliyyəti dövrləri üzrə) məcburi dövlət sosial sığorta haqları isə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınarsa, əmək pensiyasının yenidən hesablanması zamanı həmin pensiya kapitalından istifadə ediləcəkdir.ǝƏrizəçi tələb olunan faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar qaydada əldə etməyə cəhd etmiş, lakin həmin sənədlərinǝəldəǝedilməsiǝvəǝya bərpaǝedilməsiǝməlumǝsəbəblərdənǝmümkünǝolmamışdır. Ərizəçinin nümayəndəsi ##.##.2025-ci il tarixdə “Elektron Kabinet” vasitəsilə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək ərizəçi İddiaçı Ibrahim oğlunun 1979-1993-cü illər ərzində Füzuli rayonunun * nömrəli üzüm emalı zavodunda (əvvəlki adı - Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodu) işləməsi ilə bağlı əmək stajının təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi ## ####### 2025-ci il tarixdə “Elektron Kabinet” vasitəsilə etiraz ilə müraciət edərək ərizəçi İddiaçı İbrahim oğlunun maraqlı şəxs Mərkəzi Filial cəlb edilməklə "iş stajı faktının müəyyən edilməsi” tələbinə dair e-*(***)-****/**** nömrəli iş üzrə ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Belə ki, ərizəçi İddiaçı 1979-1993-cü illerde Füzuli rayonunda sovxozda müxtəlif vəzifələrdə ve 2010-2017-ci iller üzrə Ukrayna Respublikasında işlədiyini və əməkhaqqı aldığını iddia edir. Qeyd edilməlidir ki, ərizəçi hüquqi fakt kimi təsdiqlətmək istədiyi əmək fəaliyyəti dövrlərini və iş yerlərini tam aydın göstərməmişdir. 2010-2017-ci illər üzrə Ukrayna Respublikasında işləməsi ilə əlaqədar məcburi dövlət sosial sığorta haqlarını ödəməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra ərizəçinin müraciətinə baxılacağı bildirilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Respublikası Höküməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, təqaüdlərin hesablanması əmək stajına daxil edilən iş dövrünün əməkhaqqından (gəlirindən) aparılır. Qeyd edilənlərdən də göründüyü kimi ərizəçinin təqdim etdiyi sənədlərə nəzər yetirdikdə onun 2010-2017-ci il tarixlərdə Ukrayna Respublikasında əmək fəaliyyəti dövrü öz təsdiqini tapmadığından hazırki iddianın rədd olunması haqqında qətnaməǝqəbulǝedlməsiǝxahişǝolunur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə göstərilənləri təsdiq edərək, müdafiəǝetdiyini bildirib, təminǝedilməsinəǝdair qətnaməǝçıxarılmasınıǝxahişǝetdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak edərək tələbin rədd olunmasınıǝməhkəmədənǝxahişǝetdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış: Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin ##.##.1983-cü il tarixli, **l saylı əmrinin surətindən görünür ki, İddiaçı İbrahim oğlu “Bakı fəhləsi” sovxozunda baş şərabçıǝvəzifəsinəǝtəyinǝolunur. Azərbaycan SSR X2 Komitəsinin ##.##.1987-ci il tarixli, *** saylı əmri və “Azərüzümsənayenin” ##.##.1987-ci il tarixli, **-* saylı əmrlərinin surətindən görünür ki, İddiaçı İbrahim oğlu yenidən təşkil edilmiş Füzuli rayon №* üzüm emalı zavoduna direktor vəzifəsinəǝtəyinǝolunmuşdur. Azərbaycan Respublikası X6 filialının ##.##.2025-ci il tarixli, **/A nömrəli arxiv arayışına əsasən Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozun 1979-cu ilə dair arxiv sənədləriǝ##.##.1993-cüǝil tarixindəǝişğalǝzamanıǝyanğınǝnəticəsindəǝməhvǝedilmişdir. Ukrayna X4 Texnoloji İnstutunun **/** saylı, 24.02.10 tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı İbrahim oğlu 1974-1979-cu illər ərzində X4 Texnoloji İnstutunun “şərabçılıqǝtexnologiyası” ixtisasıǝüzrəǝbitirmişdir. Əmrlər Kitabçasının surətindən görünür ki, 1985-ci ilin müxtəlif dövrlərini əhatə edən zaman kəsiyində İddiaçı İbrahim oğlu Şərab zavodu direktoru qismində işçilər barəsində müvafiq əmrlər qəbul etmiş, müvafiq fotoşəkillər əsasında həmin əmrlər üzərində olan ştamp və möhürlərin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Azərüzüm sənaye” üzümün istehsalı və emalı üzrə Respublika sənaye birliyinə və Füzuli rayon * nömrəli üzüm zavoduna aid olması müəyyən olunur. Məhkəmənin suallarına cavab olaraq ərizəçinin nümayəndəsi həmin möhür və əmrlər kitabını ərizəçinin 1993-cü ildə Füzuli rayonundan çıxanda özü ilə gətirdiyiniǝvəǝhazırdaǝda onda olduğunuǝbildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## ######## 2025-ci il tarixli vətəndaş Əliyev Vidadi İbrahim oğluna ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur “...ərizəçinin ##.##.1974-cü ildən ##.##.1979-cu ilədək təhsil aldığı illər də nəzərə alınmaqla, ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajı 9 il 3 ay olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı qəbul edilmişdir. X6 filialının ##.##.2025-ci il tarixli **/A nömrəli arxiv arayışına əsasən Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozun 1979-cu ilə dair arxiv sənədləri ##.##.1993-cü il tarixində işğal zamanı yanğın nəticəsində məhv edilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2021-ci il tarixli, **/**-**-**-**** nömrəli məktubuna əsasən TR05.1983-0 tarixli ** nömrəli əmr ilə Füzuli rayon Üzümçülük sovxozuna ərizəçinin işə qəbul olunmağı barədə məlumat aşkar edilsə də, işdənçıxma əmri barədə qeyd yoxdur. Həmçinin ##.##.1985-ci il tarixli 237k və ##.##.1987-ci il tarixli **L nömrəli əmrlərlə Füzuli rayon * nömrəli Üzümçülük zavoduna direktor vəzifəsinə təyin olunmağı barədə qeydlər olsa da, işdən azad edilmə barədə məlumatlar aşkar edilməyib. Qeyd olunanlara əsasən, sözügedən müəssisələrdən əməkhaqqı alınmasını müəyyən etmək mümkün olmadığından həmin dövrlər ərizəçi Vidadi Valiyev Ibrahim oğlunun sosial sığorta stajınıza daxil edilməmişdir. Əlavə olaraq ərizəçinin ##.##.1997-ci ildən ##.##.2005-ci ilədək olan dövr üzrə Rusiya Federasiyasında əmək fəaliyyəti də sosial sığorta stajına daxil edilmir. Belə ki, ##.##.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən həmin müqavilənin tətbiqi üçün səlahiyyəti orqanlar inzibati saziş imzalamalıdırlar. Sözügedən inzibati saziş tərəflər arasında imzalanmamışdır. Həmçinin 2010-2017-ci illərə aid (Ukrayna Respublikasında əmək fəaliyyəti dövrləri üzrə) məcburi dövlət sosial sığorta haqları isə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınarsa, əmək pensiyasının yenidən hesablanması zamanıǝhəminǝpensiya kapitalındanǝistifadəǝediləcəkdir...” Məhkəməǝiclasındaǝifadəǝverənǝşahidlər X3 öz əmək kitabçasını məhkəməyə təqdim etdi və ifadəsində bildirdi ki, özü də Füzuli rayonundandır. 1978-ci ildə Füzuli rayon Bakı Fəhləsi sovxozunda işləmişdir. Ərizəçinin 1979-cu ildə bir qrup gənc tələbə ilə Odessadan gələrək savxozda işləməyə başlamasını bildirmiş, sonradan özü iş yerini dəyişmiş, ərizəçi isə Füzuli işğal olunanadək həmin sexdə direktor olmuşdur. X5 bildirdi ki, özü Füzuli rayonunda anadan olmuşdur. 1976-cı ildən Bakı Fəhləsi sovxozunda işləmiş, həmin ildə hərbi xidmətə yollanmış, 1982-ci ildə Füzuli rayonu, Bakı Fəhləsi sovxozunda işləmişdir. Ərizəçini də əsgərləkdən gələndən sonra sovxozda əvvəlcə texnoloq, sonra isə Füzuli rayonu işğal olunanadək həmin savxozun direktoru vəzifəsində çalışdığınıǝbilir. Məhkəmənin tətbiq etdiyi hüquq: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının: 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasınıǝistisna edir. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsiǝvəǝödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı,ǝəmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarıǝəsasındaǝmüəyyənǝedilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəməǝqaydasındaǝmüəyyənǝedilməsiǝyolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinəǝxüsusiǝdiqqətǝyetirilməlidir. AzərbaycanǝRespublikasıǝMülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinəǝköməkǝgöstərir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldəǝetdiyi məlumatlarǝsübutlarǝhesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirakǝedənǝşəxslərinǝizahatlarıǝiləǝmüəyyənǝedilir. 305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqiǝəhəmiyyətiǝolan faktlarınǝmüəyyənǝedilməsiǝhaqqında. 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasındaǝbaşqaǝişlərəǝbaxılmasıǝda nəzərdəǝtutula bilər. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindənǝverilənǝşəhadətnamələrdənǝbaşqa)ǝhəminǝşəxsəǝməxsusǝolmasıǝfaktının. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 17-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərinǝifadələrinəǝəsasənǝmüəyyənǝedilir. Həmin qərardan da göründüyü kimi, iş stajının təsdiq olunması üçün: ən azı iki nəfər şahid olmalı; həmin şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və iddia olunan müddətdəǝşahidlərinǝözlərininǝişləmələriǝbarədəǝsənədǝolmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir,ǝyəni: - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsiǝvəǝya əmlakǝhüquqlarınınǝyaranmasına,ǝdəyişməsinəǝvəǝya xitamınaǝsəbəbǝolmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəməninǝsəlahiyyətinəǝaid olan hüquqǝhaqqındaǝmübahisəǝiləǝəlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericilikləǝbaşqaǝqaydasıǝnəzərdəǝtutulmamalıdır. Məhkəm araşdırması zamanı müəyyən olunur ki, ərizəçi 1974-1979-cu illər ərzində Ukrayna Respublikası Odessa şəhərində təhsil almış, daha sonra isə Füzuli rayonuna qayıdaraq Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodunda iş fəaliyyətinə başlamış, texnoloq kimi işləmişdir. Daha sonra 1983-ci il tarixli əmrlə ərizəçi sözügedən savxozda direktor vəzifəsinə təyin olunmuşdur. Daha sonra onun bu fəaliyyətini təsdiqləyən hal həm şahid ifadələri, həmçinin də sovxoza məxsus əmrlər kitabında imzaladığı əmrlər, təşkilata məxsus möhürlərin olması bir daha təsdiq edir. Lakin şəxsin 1979-cu ildən sözügedən təşkilatda işləməyə başlaması hər hansı rəsmi arxiv arayışı, əmək kitabçası ilə deyil, yalnız şahid ifadələri ilə təsdiqlənir. Bundan əlavə şəxs barəsində 1983-ci ildə sovxozun direktoru təyin olunması ilə əlaqədar əmri olsa da, onun sonrakı davamedici fəaliyyətini, yalnız əmrlər kitabı kimi təqdim etdiyi 1985-ci ilin müxtəlif dövrlərinə aid əmrlərin surəti və şahid ifadələri təsdiq edir. Lakin onun vəzifəyə təyin olunmasına dair əmri və özünün imzaladığı əmrləri yalnız ümumi dövrün qısa zaman kəsiyini əhatə etdiyindən və ərizəçinin sözügedən təşkilatda əmək fəliyyətinin fasiləsiz olaraq 1979-1993-cü illər ərzində davam etməsinə dair təqdim edilən tam əmək fəaliyyətini təsdiq edən rəsmi mənbələr olmadığından inzibati orqan tərəfindən qeyd olunan dövr fasiləsiz əmək stajı kimi qəbul edilməmişdir. Həmçinin hamıya məlum hal kimi İ Qarabağ müharibəsi zamanı Füzuli rayonunun ##.##.1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində rayon əhalisinin məcburi qaydada yaşadıqları yeri tərk etmələri, o cümlədən də rayonda mövcud bütün müəssisə və təşkilatların müharibə əsnasında fəaliyyətini dayandırması baş vermişdir. Həmçinin iş materiallarına əlavə edilmiş X6 filialının ##.##.2025-ci il tarixli, **/A nömrəli arxiv arayışına əsasən Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozun 1979-cu ilə dair arxiv sənədləri ##.##.1993-cü il tarixində işğal zamanı yanğın nəticəsində məhv edildiyi qeyd olunmuşdur. Həmin dövrədək ərizəçi sovxozda işləmiş, lakin onun işdən çıxmasına dair müvafiq əmr olmadığından şəxsin əmək stajının müəyyən edilməsində çətinlik yaranmışdır. Halbuki, şəxs sözügedən təşkilatdan işdən əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə ayrılmamış, onun əmək fəaliyyəti 1993-cü ildə rayonun işğalı ilə məcburi qaydada dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin 1979-1993-cü illər ərzində Füzuli rayonunun * nömrəli üzüm emalı zavodunda (əvvəlki adı - Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodu) işləməsinə dair (1979-cu ildən 1983-cü ilədək Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozda üzümçü texnoloq kimi, daha sonra 1983-cü ildən 1993-cü ilədək olan dövr ərzində isə sonradan adı dəyişərək Füzuli rayonunun * nömrəli üzüm emalı zavodu kimi fəaliyyətini davam edən müəssisədə direktor kimi) hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin məhkəmə öz qətnaməsində şəxsin işlədiyi müəssisə ilə yanaşı, tutuduğu vəzifələrin də göstərilməsini irəli sürülmüş tələbdən kənara çıxmaq kimi qiymətləndirmir və bunu gələcəkdə qətnamənin icrasında hər hansı bir çətinliyin yaranmasının qarşısının alınmasıǝüçünǝzəruriǝhesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıǝsübutǝetməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdəǝiştirakǝedənǝşəxslərəǝaid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasındaǝtədqiqǝolunmuşǝsübutlarlaǝəsaslandırır. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə hesab edir ki, xərclər ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 vəǝ362-ci maddələriniǝrəhbərǝtutaraq, məhkəmə Nəticə hissəsi QǝƏǝTǝǝǝEǝTǝDǝİ: Ərizəǝtəminǝedilsin. Ərizəçi İddiaçı Ibrahim oğlunun 1979-1993-cü illər ərzində Füzuli rayonunun * nömrəli üzüm emalı zavodunda (əvvəlki adı - Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodu) işləməsinə dair (1979-cu ildən 1983-cü ilədək Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozda üzümçü texnoloq kimi, daha sonra 1983-cü ildən 1993-cü ilədək olan dövr ərzində isə sonradan adı dəyişərək Füzuli rayonunun * nömrəli üzüm emalı zavodu kimi fəaliyyətini davam edən müəssisədə direktor kimi) hüquqiǝəhəmiyyətliǝfakt müəyyənǝedilsin. Məhkəməǝxərcləriǝərizəçiyəǝaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayətiǝveriləǝbilər. Hakim SəidəǝMəmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar