Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6862/2024 29.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri olması barədə işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarıldığını (sədrlik edən hakim Abbas Rzayev), həmin qətnamənin ona rəsmi şəkildə təqdim edilmədiyini, ona görə 2(001)-12711/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamənin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3cü maddələrinə əsasən iddia ərizəsində iddiaçının, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer; iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu səbəbdən məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildiyini yoxlamalıdır. Beləliklə, iddia ərizəsinin forması və məzmunundan görünür ki, o iddia ərizəsinin forması və məzmunu ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməməklə verildiyinə görə onun məhkəmə icraatı mümkün deyil, ona görə iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddia ərizəsi ilə arzuladığı nəticə, yəni Binəqədi Rayon Məhkəməsinin 2(001)-12711/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətinin ona təqdim edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə deyil, qətnamənin surətinin verilməsi barədə ərizə ilə müraciət edilməli idi. Belə ki, Mülki Prosessual Məcəllənin tələbinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Mülki məhkəmə icraatında məhkəmə aktlarının surətləri təkrarən verildikdə dövlət rüsumu ödənilir. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. (MPM-in 108, 134.1.5-ci maddələri) Həmçinin “Dövlət resumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları takrarən verildikdə dövlət rüsumu alınır. Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə köçürülür. (Qanunun 2.0.1., 4.1., 9.2-ci maddələri.) Ona görə iddiaçıya izah olunur ki, məhkəməyə iddia ərizəsi ilə deyil, qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməklə qətnamənin surətinin verilməsi barədə ərizə ilə müraciət edə bilər. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmadığından, yəni cavabdehin adı, soyadı, rəsmi (və ya faktiki) qeydiyyatda olduğu ünvan, iddiaçının tələbləri, tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı göstərilmədiyindən geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-6862/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6862/2024
29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver