Məhkəmə qərarları › İş №e-2(001)-698/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-698/2025

21.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-698/2025 21.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33143 manat pul məbləğinin və iddiaçı tərəfindən ödənilmiş 190 manat pul məbləğində dövlət rüsumunun İddiaçı MTK-nın xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK (icraçı) və X14 (sifarişçi) arasında 164 saylı xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili sifarişçiyə satmağı, sifarişçi isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. X21 həmin mənzilə görə ümumilikdə 28820 manat pul məbləğində ödəniş etmişdir. Belə ki, X14 cavabdeh Zolfi Bakshaliyə 3 il müddətinə, AR- 1№7000028 saylı xx.xx.2019-cu il tarixli etibarnamə vermişdir. Harunova Aybəniz cavabdeh Zolfi Bakshaliyə həmin etibarnaməni ona görə vermişdir ki, Zolfi Bakshali etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili Harunova Aybənizin qonşusu adına rəsmiləşdirsin. Zolfi Bakhshali həmin etibarnamə əsasında İddiaçı Mənzil Tikinti Kooperativinə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq İddiaçı MTK və Harunova Aybənizin arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə xitam verilməsi və sözügedən mənzilə dair eyni şərtlərlə yeni müqavilənin Cavabdeh ilə bağlanmasını xahiş etmişdir. Beləliklə, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 164/A nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanıldıqdan sonra Cavabdeh tərəfindən İddiaçı MTK-nə hər-hansı bir ödəniş edilməmişdir. Bir müddət sonra, X14, MTK-nə müraciət edərək Zolfi Bakshalinin onu aldatdığını və ona hər-hansı bir ödəniş etmədiyini bildirərək, MTK-dən köməklik göstərilməsini xahiş etdi. İddiaçı MTK isə X11 hər-hansı bir köməklik göstərə bilməyəcəyini və X5rşı məhkəməyə müraciət etməsini məsləhət vermişdir. X24 həmin mənzili Cavabdeh adına rəsmiləşdirmişdir, cavabdeh isə həmin mənzili başqa şəxsə satmışdır. Hal-hazırda həmin mənzil X15 mülkiyyətindədir. Bu səbəbdən, X8 Bakshalı və İddiaçı MTK-nə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 girişli binanın, 4-cü, 9-cu mərtəbəsində yerləşən ümumisahəsi 62 kv.m olan 38 saylı 1 otaqlımənzil üçün İddiaçı MTK-nə ödənilmiş 28820 manatı, təmir üçün çəkilmiş 3000 manat, həmçinin 28820 manatı özlərində 42 ay saxlayaraq gecikdirdikləri vaxt üçün illik 5 faiz, yəni 5043 manat əldən çıxmış faydanı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın MTK və Zolfi Bakhshalidən müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MTKdan 33143 (otuz üç min yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X11 ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı MTK-nın vəkili və nümayəndəsi ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Beləliklə, birinci instansiya məhkəməsinin həmin qanunsuz qətnaməsi qüvvəyə minmişdir. Bildirim ki, Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsinə əsasən, İddiaçı MTK X11 33143 (otuz üç min yüz qırx üç) manat pul məbləği ödəmişdir. Lakin, işin hallarında da göründüyü kimi,Cavabdehəsassız olaraq varlanmışdır. Belə ki, X6 təqdim etdiyi etibarnamə əsasında, sözügedən mənzil üzrə müqavilənin cavabdeh ilə bağlanmasına nail olmuş, cavabdeh isə İddiaçı MTK-nə hər-hansı bir pul məbləği ödəməmişdir. Baxmayaraq ki, Harunova Aybəniz qızının, onunla İddiaçı MTK arasında bağlanmış 164 saylı xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsindən və həmin mənzil üzrə yeni müqavilənin CavabdehAkif qızı ilə bağlanmasından, yəni İddiaçı MTK-nin hər-hansı bir təqsiri olmamasından məlumatı olmuşdur, o məhkəməyə müraciət etdiyi iddia tələbində İddiaçı MTK-də cavabdeh qismində qoymuşdur. İddiaçı MTK-nin vəkili və nümayəndəsi isə məhkəmə iclaslarında iştirak etməməsi səbəbi ilə işin halları düzgün araşdırılmamış və düzgün olmayan qətnamə çıxarılmışdır. Nəticə etibarı ilə, Cavabdeh əsassız varlanmış, X14 tərəfindən cavabdehin yoldaşı Zolfi Bakshali verilən etibarnamədən istifadə edərək onu aldatmış, İddiaçı MTK-nə sözügedən mənzilə görə nəinki hər-hansı bir pul məbləği ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə etmişdir. Onu da bildirim ki, Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin 20-ci bəndində qeyd edilmişdir ki, Zolfi Bakshalinin nümayəndəsi məhkəmə iclaslarında onun sözügedən mənzilə dair başqa şəxslə müqavilə bağlandığından xəbərinin olmadığını, mənzil etibarnamə əsasında deyil, MTK-nə ilkin ödəniş etməklə əldə etdiyini və daha sonra cavabdeh Acalova Asyelin adına rəsmiləşdirdiyini bildirmişdir. Halbuki, CavabdehAkif qızı tərəfindən İddiaçı MTK-nə hər-hansı bir ödəniş edilməmiş, Zolfi X2 verdiyi etibarnaməyə əsasən İddiaçı MTK-nə ərizə ilə müraciət etmişdir, yəni cavabdehin Harunova Aybənizin həmin mənzil barədə müqavilə bağladığından məlumatı olmuşdur, yəni o əgər mənzili əldə etmək istəyirdisə Aybəniz Harunovaya mənzilin pulun ödəməli idi. Həmçinin cavabdeh və Harunova Aybəniz MTK-ya birlikdə gəlmişlər və Harunova Aybəniz müqavilənin ləğv edilməsinə etiraz etməmişdir və daha sonra cavabdeh tərəfindən aldadıldığı ona məlum olmuşdur. Görünür ki,cavabdehin yoldaşı Zolfi Bakshali ilə, ona verilmiş etibarnamədən sui-istifadə etməklə əsassız olaraq varlanmaq məqsədi olmuşdur. Qeyd edir ki,İddiaçı MTK-nin nümayəndəsi və vəkili tərəfindən Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüş və qətnamənin icrasıməcburi olduğundan,İddiaçı MTK X11 33143 (otuz üç min yüz qırx üç) manat pul məbləği ödəmişdir. Bu səbəbdən, İddiaçı MTK-nə vurulmuş zərərin əvəzinin cavabdehdən tələb edilməsiəsası yaranmış və cavabdeh tərəfindən iddiaçıya 33143 manat pul məbləğinin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili izahatına bildirmişdir ki, Zolfi əvvəlki məhkəmə mübahisəsində Aybənizi tanımadığını desə də, MTK-ya Aybəniz tərəfindən ona verilmiş etibarnamə ilə gəlir, mənzili ilk vaxtlar öz adına, daha sonra yoldaşının adına rəsmiləşdirir. Müqavilə 2020-ci ildə bağlansa da, Zolfiyə verilən etibarnmə 2018-ci il tarixlidir. Görünən odur ki, Aybəniz və Zolfi arasında qarşılıqlı münasibət var. Bundan başqa Zolfi məhkəmə iclasında Aybənizin ona borcunun olduğunu iddia edibsə, nə üçün həmin vaxt Aybənizə və ya MTK-ya ödəniş etmək məcburiyyətində olsun ki?. Belə ki, Zolfi mənzili Aybənizdən, yəni fiziki şəxsdən alır. Burda MTK-ya edilməli olan hər hansı ödənişdən söhbət getmir. Yəni, əgər ödəniş edilməli olsa belə, bu ödəniş Aybənizə ödənilməli idi. Cavabdeh tərəfin təqdim etdiyi qəbzin əsli MTK-da yoxdur. Lakin bir hüquqşünas gözü ilə baxanda subyektiv fikri kimi qəbzin əslə oxşadığını deyə bilər. Ola bilsin ki, mənzilə dair müavilə yeni alıcının adına rəsmiləşəndə, bağlanan müqavilənin predmetində ödənilmiş və ya ödənilməli olan məbləğ göstərilmədiyindən, sənədləşmədə texniki prosedur kimi, əvvəldən ödənilmiş məbləğin əslində yeni alıcı tərəfindən ödənildiyini kimi qeyd olunub. Aybənizin Zolfi və MTK-ya qarşı qaldırdığı iddianın nəticəsindən MTK-nın məlumatı olmur. Həmin mübahisə dövründə hətta vəkil çıxan qətnamədən şikayət vermə müddətini belə ötürür. İcra mərhələsində məlum olur ki, MTK qətnamə üzrə pul ödəməlidir. Heç əvvəlki mübahisələrdə həmin maliyyə arayışı heç bir məhkəmədə təqdim edilmir.

4. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Aysel xanımın MTK qarşısında icrasız qalmış hər hansı öhdəliyi yoxdur. Ödənişin edilməsi isə məhkəməyə şəklini təqdim etdiyi kassa mədaxil orderi ilə sübut olunur. Hətta bağlanan müqavilədə MTK özü ödənilmiş və qalıq məbləği qeyd etməklə, əslində ödənişi qəbul etdiyi göstərmiş olur.

5. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etirazında göstərir: X14 ilə İddiaçı MTK arasında 12 noyabr 2019-cu il tarixli 164 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən MTK Bakı şəhəri Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 bloklu binanın 4-cü blokunda 9-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzili A.Harunovaya satmağı, A.Harunova isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəfələr arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəfləri mənzilin hər kv.metrinin dəyərini 1300 manata, mənzilin ümumi qiymətinin 80600 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar. A. Harunova razılaşdıqları kimi 12 noyabr 2019-cu il tarixdə 24180 manat ödəniş etmiş, ona bu barədə kassa mədaxil orderi verilmişdir. Daha sonra eyni mənzilə görə MTK ilə Zolfi Bakhshali arasında 25 yanvar 2020-ci il tarixli, 164/A saylı müqavilə bağlanmışdır. Zolfi Bakhshaliyev mənzilə görə 27320 manat ilkin ödəniş etməklə MTK-da aldığı, daha sonra arvadı Cavabdeh adına rəsmiləşdirmişdir. 3. Məhkəmə belə nəticəyə gəlmişdir ki, MTK-nın eyni mənzilə dair Z.Bakhshali ilə müqavilə bağlamaqla əvvəlki müqaviləni ləğv etmək barədə iradəsi aşkardır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, A.Harunova MTK-ya müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödədiyi 28820 manatı tələb etməkdə haqlıdır. Məhkəmə həmin məbləğin müştərək qaydada həm MTK-dan, həm də Zolfi Bakhshalidən tutulmalı olması barədə iddiaçının tələbini əsaslı hesab etməmişdir. Beləki, iddiaçı ilə Zolfi Bakhshalı arasında mübahisə predmetine dair hər hansı öhdəlik münasibətlərinin yaranmsı işin halları ilə müəyyən edilmir. Beləki, Mülki Məcəllənin 386-cı maddəsinin tələbi baxımından, tərəflər arasında hər hansı öhdəlik münasibətlərinin yaranması üçün ya tierefier arasında müqavilə münasibətləri olmalı, ya zərər vurulması, ya da əsassız varlanma halının olması müəyyən edilməlidir. Yekun olaraq məhkəmənin bu qətnaməsinə əsasən, A.Harunovanın iddiası qismən təmin edilmiş, mənzilə görə ödənilmiş pul vəsaitinin əvəzi kimi 28820 manat, havelə əldən çıxmış fayda kimi 4323 manat olmaqla, ümumilikdə 33143 manat pul vəsaitini "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, iş materialllarında olan "Dərnəgül MTK tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli 164/A saylı kassa medaxil orderindən görünur ki, Zolfi Baxşəli Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, 16 mərtəbə, 7 bloklu kompleksin 4-cu blokunda (-cu mətrəbəsində yerləşən ümumi sahəsi, 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzil üçün 27320 manat kassaya mədaxil etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-739/2024 saylı qətnaməsindən görünür ki, məhkəmə İddiaçı (MTK) Zolfi Bakhshaliyı qarşı pul tələbinə dair iddiasının dəlilləri ilə razılaşmamışdır.

6. Qətnamə ilə müəyyən edilmişdir ki, "İddiaçı tələbini əsassız varlanmaya dair maddi hüquq normaları ilə əsaslandırmağa çalışsa da, İşin müəyyən olunan hallarına görə, o qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə "xxxx" MTK-dan 33143 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X11 ödənilmısi qət edilmiş pulu teleb edir. Məhkəmə hazırki tələb üzrə iddiaçının "... X7 təqdim etdiyi etibarnamə esasında, sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, iddiaçı "xxxx" MTK-nə hər hansı bir pul məbləği ödəməmiş, eləcə də, mənzili sataraq gəlir əldə etmişdir....." arqumentinə münasibətdə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin e-2 (001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamənin əsaslandırma hissəsində (29 bənd) məhkəmə məsələyə qiymət verərək göstərmişdir ki, ".... mübahisəli məbləğin müştərək qaydada həm MTK-dan, həm də Zolfi Bakhshalıdın tutulmalı olmasi barədə iddiaçının tələbini əsaslı hesab etməmişdir. Bele ki, iddiaçı ilə cavabdeh Zolfi Bakhshalı arasında mübahisə predmetinə dair hər hansı öhdəlik münasibətlərinin yaranması işin halları ilə müəyyən edilmir..."(Qətnamənin 6-cı səh.) Daha sonra qətnamədə qeyd edilir: "Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamə üzrə iddiaçıının üzərinə həvalə edilmiş 33143 manat pul məbləğinin cavabdehdən tutulması üçün Azərbaycan Respublikasıının 1091.1-ci və 1091,2-ci maddələrinin dispozisiya şərtlərinin cavabdehe münasibətdə mövcudluğu müəyyən edilmir." Beləliklə məhkəmə qət etmişdir, ki iddiaçı "xxxx" Mənzil Tikinti X9rşı pul tələbinə dair iddiası təmin ediməsin.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2557/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-739/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İlk növbədə bildirmək istəyir ki, Zolfi Bakhsahalı mənim həyat yoldaşımdır və onunla aralarında nikah 06 aprel 2009-cu ildə bağlanılmışdır. Həyat yoldaşı Zolfi Bakhshalı "xxxx" MKT -nın sədri Cəbrayıl Nəbiyevə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək X14 tərəfindən onun adına verilən 19 noyabr 2018-ci il tarixli etibarnaməyə əsaslanaraq Bakı şəhəri Binəqədi rayonu Dernegül qesebesi 3095-ci mehelle 16 mertebeli 7 bloklu binanın 4-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəisi 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzilə dair MTK ilə X14 arasında bağlanmış 164 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləye xitam verib həmin mənzilə dair eyni şərtlərlə yeni müqavilənin həyat yoldaşı Cavabdeh ilə bağlanmasını xahiş etmişdir. "xxxx" MTK, VÖEN **********, 25 yanvar 2020ci il tarixli 164/A nəmrəli kassa mədaxil Orderindən görünür ki, Zolfi Baxşali Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli 7 bloklu kompleksin 4cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzil üçün 27320( iyirmi yeddi min üç yüz iyirmi) manat kassaya mədaxil etmişdir. Həmçinin 25 yanvar 2020-ci il tarixdə onunla "xxxx" MTK arasında Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 30985-ci məhəllə, 16 mərtəbəli 7 bloklu binanın 4-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m. olan 38 saylı 1 otaqlı mənzilin mənə verilməsi (alqı-satqısı) ilə bağlı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 2.1.-ci bəndindən görünür ki, Müqavilənin 1.1.-ci məndində göstərilən 1 otaqlı ümumi satış sahəsi 62 kv.m. olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 1.300 manat olmaqla mənzilin ümumi qiyməti ise 80600 (səksən min altı yüz) manat təşkil edir. Həmin müqavilənin 2.2.-ci bəndindən görünür ki, bu müqavilə bağlandığı tarixədək mənzilin ümumi dəyərindən ümumilikdə 27300 (iyirmi yeddi min üç yüz iyirmi) manat ödənilmişdir. Mənzilə dair ödəniləcək qalıq məbləğ 53280 (əlli üç min iki yüz səksən) manat təşkil edir. Ödəniləcək məbləğ 53.280 manat pul vəsaiti isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə (əlavə 1) uyğun olaraq 34 ay müddətində ödəyir. Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş və mənzili 29 dekabr 2021-ci ildə X4. "xxxx" MTK-nın 29 dekabr 2021-ci il tarixli 143 saylı Maliyyə arayışından görünür ki, X20 həqiqətən "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi Rayonu Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 525 mənzilli say11, ümumi sahəsi 62 kv.m. ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

7. Zolfi Baxşali İddiaçı MTK-nın sədri C.Nəbiyevə yazılan xx.xx.2020-ci il tarixli ərizəsində göstərir: Hörmətli Cəbrayıl müəllim, vətəndaş X18 tərəfindən onun adına verilmiş 09 noyabr 2018-ci il tarixli AR-1 №7000028 nömrəli etibarnaməyə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül əsəbəsi 3095-ci məhəllə, 16 mərtəbəli 7 bloklu binanın 4-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı mənzilə dair MTK ilə X18 ilə arasında bağlanmış 164 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə xitam verib, həmin mənzilə dair eyni şərtlərlə yeni müqavilənin həyat yoldaşı Cavabdeh ilə bağlanmasını sizdən xahiş edirəm.

8. Bakı Nikah Evi tərəfindən verilən AZ-İ seriyalı, 488349 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X30 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında həmin tarixdə 640 № ilə qeyd edilmişdir.

9. İddiaçı MTK tərəfindən verilən 164/A saylı, xx.xx.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Zolfi Baxşali Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu kompleksin, 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m, olan 38 saylı 1 otaqlı mənzil üçün 27320 manat kassaya mədaxil edilmişdir.

10. İcraçı İddiaçı MTK ilə sifarişçi Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli, 164/A saylı müqavilədən görünür ki, icraçı 1 otaqlı, ümumi satış sahəsi 62 kv.m olan mənzilin ümumi qiyməti 80600 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə bağlandığı tarixədək mənzilin ümumi dəyərindən ümumilikdə 27320 manat ödənilmişdir. Mənzilə dair ödəniləcək qalıq məbləğ 53280 manat isə 34 ay müddətində sifarişçi tərəfindən ödənilir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X15 adına qeydiyyatdan keçmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1388/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı MTK-dan 33143(otuz üç min yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X11 ödənilməsi qət edilmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 739/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı MTK-nın Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2557/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı MTK-nın apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-739/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı MTK-nın Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamənin Apellyasiya instansiyası məhkəmsinin mövqeyi hissəsində göstərilir: İş materialları ilə müəyyən edilir ki, Zolfi Bakhshali MTK-ya müraciət edərək, sözügedən mənzilin Cavabdeh adına rəsmiləşdirilməsini xahiş etmiş, sonradan mənzilə dair müqavilə də, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənzilə görə ödənilməmiş hər hansı məbləği Zolfi Bakhshalidən deyil, mənzili əldə etmiş şəxsdən, yəni Cavabdeh tələb edə bilər.

15. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:

16. X14 ilə(sifarişçi) İddiaçı MTK(icraçı) arasında xx.xx.2019-cu il tarixli, 164 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 bloklu binanın, 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzil üçün 27320 manat (bu barədə MTK tərəfindən 164, 164/01, 164/02 saylı kassa mədaxil orderi verilmişdir), sayğacın quraşdırılması üçün isə 1500 manat (bu barədə MTK tərəfindən qəbz verilmişdir) ödəniş etmişdir. Daha sonra X10 Zolfi Bakhshaliyə verdiyi xx.xx.2018-ci il tarixli etibarnamə əsasında Zolfi Bakhshali həmin mənzili xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirir. Rəsmiləşdirmə isə A.Harunovun adından etibarnamə əsasında Zolfi Baxşali tərəfindən İddiaçı MTK-ya yazılmış ərizəsi əsasında həyata keçirilir. Bundan sonra MTK ilə Zolfi Baxşali arasında xx.xx.2020-ci il tarixli, 164/A nömrəli müqavilə bağlanır və Zolfi Baxşali tərəfindən 27320 manat ödənilməsinə dair MTK kassa mədaxil orderi tərtib edir. Eyni gündə MTK ilə Zolfi Baxşali arasında müqaviləyə xitam verilməsi barədə razılıq əldə edilir və yenidən həmin mənzilin arvadı Cavabdeh adına rəsmiləşdirilməsi barədə MTK-ya ərizə təqdim edir. Bunun davamı olaraq MTK ilə Cavabdeh arasında müqavilə bağlanır və müqavilə üzrə qalıq borcun 53280 (80600- 27320) olduğuna dair ödəniş cədvəli tərtib edilir.

17. Daha sonra Harunova Aybəniz İddiaçı MTK-ya və Zolfi Bakhshali-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia edir ki, MTK qanunsuz olaraq onun cavabdeh Zolfi Bakhshali-yə verdiyi etibarnamə əsasında mənzili sonuncunun adına rəsmiləşdirmiş, hansı ki, etibarnamə əsasında öz xeyrinə əqd bağlaya bilməzdi. Buna baxmayaraq onun müqavilə üzrə ödənişlərini geri qaytarmamışdır.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1388/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MTK-dan 33143(otuz üç min yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X11 ödənilməsi qət edilir. Həmin qətnamə ilə müəyyən edilir ki, eyni mənzilə görə MTK ilə Zolfi Bakhshali arasında X1 adına vermiş olduğu AR-İ seriyalı, №7000028 nömrəli, xx.xx.2018-ci il tarixli etibarnamə əsasında xx.xx.2020-ci il tarixli, 164/A saylı müqavilə bağlansa da, eyni tarixdə Zolfi Bakhshalinin müraciəti əsasında MTK tərəfindən həmin müqaviləyə xitam verilmişdir.

19. Hazırda iş materialları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MTK ilə sifarişçi Cavabdeh arasında 164/A saylı müqavilə bağlanır və mübahisəli mənzil Cavabdeh adına rəsmiləşdirilir. ( Zolfi Bakhshalinin arvadı) Müqavilənin 2.2-ci bəndində isə müqavilə bağlandığı tarixədək mənzilin ümumi dəyərindən ümumilikdə 27320 manat ödənildiyi göstərilir.

20. İddiaçı iddia edir ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1388/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsinə nail ola bilmədiklərindən, qətnamə qanuni qüvvəsini aldıqdan sona icra edilmiş və X11 33143 manat ödəniş edilmişdir. Halbuki, Zolfi Bakhshali və onun arvadı Cavabdeh tərəfindən mübahisəli mənzilə görə MTK-ya ödəniş edilməmişdir.

21. İddiaçı MTK tərəfindən Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddia qaldırılsa da, həmin iddia təmin edilmir, qətnamədən apellyasiya şikayəti verilir və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə, müqavilənin MTK ilə Cavabdeh arasında bağlanmış olması əsas göstərilməklə, MTK-ya Zolfi Bakhshalidən yox, Cavabdehndn pulu tələb etmək hüququnun olması izah edilir.

22. Cavabdeh tərəf isə mənzilə görə onun əri Zolfi Baxşali tərəfindən 27320 manatın ödənilməsini təsdiq edən kassa mədaxil orderinin olduğunu əsas gətirməklə iddianı qəbul etmir.

23. Mənzilə görə ödənişlər tam yerinə yetirildikdən sonra mənzil Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X3 və hazırda onun xüsusi mülkiyyətindədir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi üzrə ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. İşin müəyyən edilmiş hallarından görünür ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş mənzil hissə-hissə ödənilməsi şərtilə əvvəlcə Aybəniz Harunovaya satılmış və A.Harunova mənzilə görə ümumilikdə 27320 manat, sayğac quraşdırılmasına görə 1500 manat MTK-ya ödəniş etmişdir. Daha sonra Zolfi Baxşali A.Harunovanın etibarnamə üzrə nümayəndəsi kimi MTK-ya ərizə ilə müraciət etmiş və MTK ilə Harunova Aybəniz arasında bağlanmış müqavilənin öz adına keçirilməsinə nail olmuşdur. Göründüyü kimi Harunova Aybəniz ilə Zolfi Baxşali arasında payın alqı-satqısına dair müqavilə bağlanmamış, Zolfi Baxşali sadəcə təmsilçi qismində çıxış edərək müqaviləni öz adına rəsmiləşdirmişdir, halbuki təmsilçinin təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamaq səlahiyyəti olmamışdır. Bu rəsmiləşdirmə isə formal olaraq yeni müqavilənin bağlanması və yeni kassa mədaxil qəbzinin (27320 manat ödənilməsinə dair) verilməsi qaydasında həyata keçirilmişdir. Halbuki, X22 Aybənizlə mənzilin pay haqqının alqı-satqısına dair müqavilə bağlamaq niyyəti olmuş olsaydı, mənzilə görə əvvəlki payçının ödədiyi məbləği (27320 manat) də ona ödəməli və ya onlar arasında digər öhdəlik münasibətləri var idisə öhdəliyin əvəzləşdirilməsi və.s formada rəsmiləşdirməli idi. Və ya Zolfi baxşali təmsilçi qismində təmsil edilənin adından müqaviləyə xitam verilmə səlahiyyətini həyata keçirdirdisə, təmsil edilənin MTK-ya ödədiyi pulu alıb tapşırığın mahiyyətinə uyğun olaraq təmsil etdiyi şəxsə ödəməli idi. Bunun davamı olaraq eyni gündə, ehtimal edilir ki, Zolfi Baxşali təmsiliçi qismində şəxsən özü barəsində əqd bağlamaq səlahiyyəti olmadığını anlayaraq, MTK ilə onun arasında bağlanmış müqaviləyə xitam verilməsi barədə razılaşmış və həmin müqaviləyə xitam verilərək onun arvadı Cavabdeh ilə MTK arasında yeni müqavilə bağlanmışdır. Hansı ki, faktiki olaraq (çünki əgər MTK ilə Zolfi Baxşali arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdirsə, bu zaman mənzilə dair hüquq münasibətləri əvvəlki vəziyyətə avtomatik olaraq qayıtmışdır) Zolfi Baxşali yenə də təmsilçi kimi öz xeyrinə, yəni arvadı ilə müqavilə bağlamışdır. Müqaviləyə əlavə edilən ödəniş cədvəlindən isə müəyyən edilir ki, müqavilə üzrə ümumi borcdan 27320 manatın artıq ödənildiyi nəzərə alınaraq, qalıq borcun 53280 manat olduğu öz əksini tapmışdır. Bundan sonra isə mənzilə görə ödənişlər Zolfi Baxşali tərəfindən aparılmışdır.

26. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1388/2023 saylı qətnaməsi ilə isə MTK-dan mənzilə görə ödənilən 27320 manat, sayğaca görə ödənilən 1500 manat, əldən çıxmış fayda qismində 4323 manat ona görə tutulmuşdur ki, MTK müqaviləyə xitam verilmə qaydalarını pozmuşdur. Hansı ki, MTK müqaviləyə xitam verilən zaman əvvəlki payçının ödədiyi pay haqqının qaytarılmalı(və ya tərəflərin razılığı ilə digər formada əvəzləşdirmə) olması ilə bağlı qanunvericiliyin tələbini təmin etməmişdir.

27. İşin faktiki halları baxımından o qənaətə gəlirəm ki, iddiaçının tələbi qismən əsaslıdır və əsassız varlanma qaydalarına uyğun olaraq mənzilə görə Harunova Aybənizin xeyrinə MTK-dan tutulan 27320 manat məbləğ əsassız olaraq varlanan cavabdehdən tutulmalıdır. Belə ki, yuxarıda göstərilən işin faktiki hallarından müəyyən edildiyi kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1388/2023 saylı qətnaməsi ilə aradan qalxmış əsasa görə cavabdeh 27320 manat məbləğində əsassız olaraq varlanmışdır. Digər hissədə məhkəmə iddianı ona görə əsaslı hesab etmir ki, sayğaca görə MTK-ya ödənilən vəsaitin ümumiyyətlə hüquqi əsası müəyyən edilmir və əldən çıxmış fayda qismində MTK-dan pulun tutulması məhz onun hüquqa zidd hərəkətindən irəli gəlmiş, dolayısı ilə zərərin vurulmasında hazırki iş üzrə cavabdehin təqsiri olmamışdır.

28. Belə ki, Mülki Məcəllənin:

29. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Tətbiq edilən prosessual normalar

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

34. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

37. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

38. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 27320 manat, məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

39. Məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində isə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 156 məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27320 (iyirmi yeddi min üç yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MTK-ya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 156 (yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar