Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6988/2025 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə və s.) X11 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibiQuliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququna yaradılan maneələrin qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı “mənzilə köçürülmə və mülkiyyət hüququna yaradılan maneələrin qadağan edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, məhkəmədən İddiaçı ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh tərəfindən iddiaçının mənzildən istifadə hüquqlarının məhdudlaşdırılması ilə bağlı maneələrin aradan qaldırılması və mənzildən istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı maneələrin yaradılmasının Cavabdeh qadağan edilməsi, vəkilə ödənilmiş hüquqi yardıma görə 300 manatın, etibarnamə üçün ödənilmiş 17 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş, 50 manat və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X9 xx.xx.1991-ci il tarixdə rəsmi nikah bağlayaraq mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 35 mənzildə birgə təsərüfat aparmağa başlamışlar. Birgə nikahlarından 1995-ci ildə X7 anadan olmuşdur. X9 xx.xx.2010-cu ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra mərhum həyat yoldaşı X2 birinci nikahından olan oğlu və iddiaçının ögey oğlu, hazırki tərəb üzrə Cavabdeh ilə birlikdə yaşayıblar. Lakin təxminən 2 ay bundan öncə iddiaçı marketdən alış-veriş etmək üçün mənzildən çıxmış, geri qayıdan da isə qapını aça bilməmişdir. Belə ki, cavabdeh qapının açarlarını ondan xəbərsiz olaraq dəyişmiş, iddiaçını isə mənzilə buraxmaqdan imtina etmişdir. Halbuki, iddiaçı xx.xx.1991-ci il tarixdən mərhum həyat yoldaşı X9 ilə birlikdə həmin mənzildə yaşayıb, həyat yoldaşı vəfat etdikdən sonra da həmin mənzildə yaşamağa davam etsə də hazırda ögey oğlu- Cavabdeh ərindən ona miras kimi qalmış mənzildə yaşamasına imkan verməyərək, qanunsuz olaraq onun hüquqlarını məhdudlaşdırır. İddia ərazəsinə əlavə edilmiş xx.xx.1983-cü il tarixli Orderin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 35 mənzil X5 verilmişdir. İddia ərazəsinə əlavə edilmiş xx.xx.1991-ci il tarixli X1 surətindən görünür ki, X9 ilə İddiaçı arasında nikah qeydə alınmışdır. İddia ərazəsinə əlavə edilmiş xx.xx.2010-cu il tarixli X4 surətindən görünür ki, X9 ağ ciyər emboliyası səbəbi ilə xx.xx.2010-cu il tarixdə rəfat etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, 1991-ci ildə nikaha daxil olaraq hazırkı mübahisəli evdə yaşamağa başlamışdır. Əvvəllər də cavabdehlə aralarında xırda söz-söhbət olsa da mənzildə yaşamağa davam edirdi. Lakin son 4 aydır ki, cavabdeh onu mənzilə buraxmır. Onun isə başqa yaşamağa yeri yoxdur. Bu səbəbdən də məhkəmədən iddianın təmin edilməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verməklə, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaya münasibətdə təqdim etdiyini etirazını müdafiə edir və iddia tələbini qismən qəbul edir. İddiaçının mənzildə yaşamağına etiraz etmir. Lakin şərtləri var. Belə ki, evin açarı iddiaçıya verilməyəcək, iddiaçı axşam saat 10-a qədər evə gəlməli, həm evin təmizliyinə həm də kommunal xidmətlərə görə ödənişlərə kömək etməlidir. O halda iddiaçının mənzildə yaşamağına etirazı yoxdur.
Mülki işin materialları:
6. Azərbaycan SSR tBakı şəhər İK XDS tərəfindən verilən 232140 saylı orderin surətindən görünür ki, Lenin küçəsində, 3194 məhəllə, 13 saylı evin iki otaqlı 35 nömrəli mənzili X5 verilmişdir. Ailə üzvləri X9, Cavabdeh, X8r.
7. AZ-İ seriyalı, 591493 saylı X1 surətindən görünür ki, X9 ilə İddiaçı arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 83 № ilə qeyd edilmişdir.
8. AZ-İ seriyalı, 445516 saylı X4 surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə ölmüşdür.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr-ti, ev 187, mənzil 35 yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, giriş 119, M3, m1 xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2025-ci il tarixində rəsmiləşmişdir.
10. Mpay MMC ödəniş portalından olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 19 saylı Vəkil Bürosunun hesabına 300 manat ödəniş edilmişdir.
11. 03.10.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə verilən etibarnamə üçün 17,25 manat ödəniş edilmişdir.
12. İddiaçı tərəfindən iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
13. MŞB/2/2025-01051 saylı xx.xx.2025-ci il tarixli mediasiya arayışına görə xx.xx.2025-ci il tarixində keçirilən mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
14. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının:
15. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
16. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur;
17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;
19. 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;
20. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarından görünür ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
22. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da, saxlanılır.
23. Müəyyən edilmişdir ki, mübahisəli mənzil 1983-cü ildən iddiaçının mərhum ərinin adına orderlə verilmişdir. İddiaçı ilə mərhum X9 arasında xx.xx.1991-ci ildə rəsmi nikah bağlanmış və iddiaçı həmin tarixdən mübahisə predmeti olan mənzildə yaşamağa başlamışdır. Cavabdeh iddiaçının mərhum ərinin oğludur. Hazırda mübahisəli mənzil cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh iddia tələbinə etiraz etsə də şərtləri daxilində iddiaçının mənzilə köçürülməsinə etiraz etmədiyini bildiri.
24. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə istifadə hüququ yarandığından, yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ olduğundan cavabdeh tərəfindən onun istifadə hüquqlarına yaradılan manelər aradan qaldırılmalıdır. Bundan başqa maneələrin aradan qaldırılması iddia tələbinin mənzildən istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi hissəsini də əhatə etdiyindən ona ayrıca münasibət bildirməyə ehtiyac yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir.
19. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.
21. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
22. 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə
22. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr-ti, ev 187, mənzil 35 yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, giriş 119, M3, m1 saylı mənzilə köçürülməli, cavabdeh tərəfindən onun istifadə hüquqlarına yaradılan manelər aradan qaldırılmalıdır.
23. Hüquqi yardım üçün ödənilmiş 300 manat, etibarnamə üçün ödənilmiş 17 manat, dövlət rüsumunun əvəzi qismində 50 manat və mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mülkiyyət hüququna yaradılan maneələrin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr-ti, ev 187, mənzil 35, yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, giriş 119, M3, m1 saylı mənzilə köçürülsün. Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr-ti, ev 187, mənzil 35, yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, giriş 119, M3, m1 saylı mənzildən istifadə hüquqlarına yaradılan manelər aradan qaldırılsın. Hüquqi yardım üçün ödənilmiş 300 manat, etibarnamə üçün ödənilmiş 17 manat, dövlət rüsumunun əvəzi qismində 50 manat və mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova