Məhkəmə qərarları › İş №e-2(001)-7083/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7083/2022

18.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7083/2022 18.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Emin Musayevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 oktyabr 2022-ci il tarixli qəarından şikayətini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Şirkəti Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Emin Musayevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 oktyabr 2022-ci il tarixli qəarından şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə “iddia ərizəsi” kimi mülki icraat çərçivəsində məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətin məqsədi “Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Emin Musayevin 02 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarının qanunsuz hesab edilməsi və qərarın ləğv edilərək yenidən ilkin araşdırma aparılmaqla fakt üzrə cinayət işinin başlanması üçün toplanmış materialların Binəqədi rayon Polis İdarəsinə göndərilməsi barədə qərar qəbul edil”məsindən ibarətdir və qeyd olunan məsələlərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, şikayətin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Emin Musayevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 oktyabr 2022-ci il tarixli qəarından şikayətinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar