Məhkəmə qərarları › İş №e-2(001)-7130/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7130/2024

15.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7130/2024 15.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “yeni-qeyri-yaşayış sahəsinin verilməsi və icarə haqqının ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanındayerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 101.5 m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MMC-yə sökülməsi üçün təhvil verilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 101.5 m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada, X1 küçəsinə baxan istiqamətdə 101.5 m ölçüdə təmirli qeyri-yaşayış sahəsinin 2 (iki) ilmüddətinə Cavabdeh təhvil verilməsi; Sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MMCtərəfindən Cavabdeh hər ay 1 000 (bir min) manat məbləğində icarə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxılində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsı şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin” Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutununmütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, həmin binanın daxili həyət hissəsində yerləşən 3 ədəd iki mərtəbəli yaşayış evinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: onların ikiədədi XX əsrin əvvəllərində (yəni, 100 ildən də əvvəl) inşa olunmuşdur § yaşayış evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlullarıaşınmışdır; § girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətliçatlar yaranmışdır; § yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda gücləndirilmə tədbirləri görülmədən müxtəlif ölçülərdə boşluqlar açılmışdır ki, bu da binanın yükdaşma qabiliyyətinin azalmasına səbəb olmuşdur; § evlərin kommunikasiya sistemləri- elektrik, su və kanalizasiya sistemləri köhnəlmiş və yararsız vəziyyətdədir; § evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və faza sərtliyini xeylizəiflətmişdir; § yaşayış evlərimövcud tikinti norma və qaydalara cavab vermir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1635 №-li 19 yanvar 2021-ci il tarixli“Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər, eynizamanda söküləcək qeyri-yaşayış sahələrinin əvəzinə eyniölçülü, lakin daha əlverişli xüsusiyyətlərə malik, normalara cavab verən qeyri-yaşayış sahələri təklif edilir, eynizamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış və fəaliyyət məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə və icarə haqları təklif olunur. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli 274 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti (95%) ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yenimənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 101.5 m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mülkiyyətçilər kimi, sahib olduğu Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 101.5 m sahədən ibarət olan və halhazırda istifadəyə yararsız olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli, müasir və innovativ tələblərə cavab verən, 101.5 m sahədən ibarət qeyri-yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 1000 (bir min) manat icarə haqqı təklif olunur. Bildirmək istəyirik ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi 1926-cı ildə inşa olunmuş 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və istismarımümkün olmayan vəziyyətdədir. İddiaçı MMC cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyibinanın 160-dan artıq sakini (ümumilikdə 168 sahə mülkiyyətçisi vardır) ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqlarımənzillərin əvəzinə təmirlimənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə və icarə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığıevlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və küllimiqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəlisürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Qeyd edilənlərə əsasən hesab edirik ki, hazırki iddia təmin edilməli və Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 101.5 m sahədən ibarət qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 1000 (bir min) manat icarə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mübahisəli qeyriyaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşsə də, cavabdeh Binəqədi rayonunda qeydiyyatdadır. Göründüyü kimi, hazırki iddia tələbi mülkiyyətdən məhrumetmə ilə əlaqədar olduğundan bu tələb, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin təsir dairəsinə düşmür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxılində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsı şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Həmin müqavilənin icrasının həyata keçirilməsi ilə bağlı iddiaçı hüquqlarının pozulduğunu iddia edir. Göründüyü kimi hazırki mübahisə qanuni sahib kimi iddiaçının hüquqlarının pozulmasını aradan qaldırılması ilə bağlıdır. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Bundan əlavə qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Hansı ki, həmin prinsiplərin təmin edilməsi həmçinin özlüyündə sübutların daha tez və səmərəli təmin edilməsini də ehtiva edir. Odur ki, sökülməsi və boşaldılması tələb edilən tikili Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən iddiaya müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,39, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “yeni-qeyri-yaşayış sahəsinin verilməsi və icarə haqqının ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər(elektron qaydada təqdim edilmiş sənədlər istisna olmaqla), o cümlədən ödənilmiş 100(bir yüz ) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar