Məhkəmə qərarları › İş №e-2(001)-7170/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7170/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7170/2021 29.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və X3) qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 128 manat sığorta ödənişinin, ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(001)- 7170/2021 saylı qərardadı ilə iddiaçı Paşa Sığorta” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 10.11.2020-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan ** FJ *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 814 D markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PD *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalıavtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuşzərər aktına əsasən ** PD *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 13.07.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 128,00 (yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin,cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh sürücüyə dəymiş ziyanı ödədiyindən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iş üzrə sığorta şirkəti tərəfindən onlara ödəniş edildiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cavabdeh tərəfindən ona məxsus avtomobilin təmir edildiyini bildirmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 10.11.2020-ci il tarixdə, saat 08:43-də Cavabdeh idarə etdiyi “Mercedes 814D” yük markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə “Toyota Prius” **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki, “Mercedes 814D” yük markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsus olmuş,16.08.2019-cu il tarixli etibarnaməyə əsasən həmin avtomaşını Cavabdeh idarə etməyi etibar etmişdir. İş materiallarından görünür ki, “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx"MMC-yə məxsusdur və 06.11.2020-ci il tarixli etibarnamə əsasında həmin avtomobili X6 oğluna idarə etməyi etibar etmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitələrinin Kasko Sığortası şəhadətnaməsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, sığortalı "xxxx" MMC tərəfindən “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 03.12.2019-cu il tarixdən 02.12.2020-ci il tarixədək "xxxx" ASC-də Kasko növü ilə sığortalanmışdır. İş materiallarında olan 15.02.2021-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” Hesabatdan görünür ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 328 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan 19.02.2021-ci il tarixli sığorta aktının lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC tərəfindən 10.11.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş 328 manat zərər üçün “Toyota Prius” markalı **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə 200 manat azadolma məbləği nəzərə alınmaqla, 128 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli ödəniş tapşırığının lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC tərəfindən 19.02.2021-ci il tarixli Sığorta aktına əsasən “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə 128 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan 08.04.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh tərəfindən 10 noyabr 2020-ci ildə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş sığortalı “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı sığortalıya 128 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh avtomobili təmir etdirdiyini bildirmiş olsa da, bu hala dair sübut məhkəməyə təqdim edə bilməmiş, lakin Sğorta şirkəti avtomobilin sahibi "xxxx" MMC-yə 128 manat məbləğində sığorta ödənişini ödəməsinə dair kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Belə olan halda Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 128 manat məbləğində sığorta ödənişinin tutulmasına dair iddia tələbi təmin edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul və 0,40 manat bank xidmət haqqı da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh oğlu subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ondan 128 (yüz iyirmi səkkiz) manat pul vəsaiti, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 128 (yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişi, habelə iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 148,40 (yüz qırx səkkiz manat 40 qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar