Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-729/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclası katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi və s.” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 91 saylı (yeni qaydalarla: AZ 1114, Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi, 82, M14, m3) mənzildən və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən ½ hissədə İddiaçı payının real (naturada) ayrılması, bu mümkün olmadıqda isə qeyd olunan daşınmaz əmlakların hərracda satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə barışıq sazişi təqdim edərək təsdiqlənməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İşdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası MPM-nin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. - 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Bundan başqa tərəflərdən hər hansı biri bu saziş ilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: 1.1. İddiaçı qəbul edir ki, paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin məhkəmə ekspertizası mərkəzinin 22 may 2024-cü il tarixli, 3-16-16/2- 9/1228, 10/1251 №-li ekspert rəyində naturada bölgünün təklif olunan ikinci variantında (10-cu vərəqin arxa üzü) işarələnmiş hissəsi iddiyaçıya verilir. 1.2. Cavabdeh paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi, ev 82 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin məhkəmə ekspertizası mərkəzinin 22 may 2024-cü il tarixli, 3-16-16/2-9/1228, 10/1251 №-li ekspert rəyində naturada bölgünün təklif olunan ikinci variantında (10-cu vərəqin arxa üzü) işarələnmiş hissəsinin iddiyaçıya verilməsinə razıdır. 2.1. İddiaçı paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi, ev 82 ünvanında yerləşən 91 saylı (yeni qaydalarla: AZ 1114, Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi, 82, M14, m3) mənzildəki payına görə cavabdeh tərəfindən təklif olunan 140.000 (yüz qırx min) manat kompensasiya təklifini qəbul edir. 2.2. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi, ev 82 ünvanında yerləşən 91 saylı (yeni qaydalarla: AZ 1114, Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi, 82, M14, m3) mənzildəki iddiaçının payına görə 140.000 (yüz qırx min) manat kompensasiya ödənişini 31 dekabr 2024-cü il tarixinədək iddiaçıya ödəməyi öhdəsinə götürür. 2.3. Sazişi imzalayan tərəflər üzərinə götürür ki, hazırkı barışıq sazişində qeyd olunan müddətdə barışıq sazişi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməlidirlər. 2.4. Barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş tərəf (və ya tərəflər) bunun nəticəsində öhdəliyini icra etmiş tərəf qarşısında dəymiş ziyan həcmində məsuliyyət daşıyır. İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-729/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-729/2024
22.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver