Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-730/2024 30.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ildə Bakı Turizm Peşə məktəbinə daxil olmuş və Cavabdeh ilə Bakı Turizm Peşə məktəbində tanış olmuşdur. Cavabdeh ilə münasibətləri qrup yoldaşı kimi çox yaxşı olmuş və o, iddiaçıya özünü dürüst, inamlı və etibarlı insan kimi tanıtmışdır. Bundan başqa o, iddiaçıya bildirmişdir ki, özü polis nəfəri işləyir. Cavabdeh 2023-cü ilin aprel və may aylarında hissə-hissə olaraq aprel ayında 5000 manat borca pul istəyərək 2023-cü ilin may ayının 25-də qaytaracağını bildirmiş, bundan başqa 2023-cü ilin may ayında avtomobil ilə adam vurduğu üçün əlavə olaraq 5100 manat borc istəyərək ümumilikdə 10100 manat pulu 2023-cü ilin may ayının 25-də qaytarmağı barədə söz verərək iddiaçını inandırmışdır və iddiaçı ona inanıb 10100 manat pulu Cavabdeh vermişdir. Lakin, o, dəfələrlə cavabdehdən borca verdiyi pulu geri tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə də Cavabdeh etibardan sui istifadə edərək borca aldığı 10100 manat məbləğində pulu mənimsəmişdir. Bu barədə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə ərizə ilə müraciət edilsə də, ərizəyə cavab olaraq bildirdilər ki, şikayət mülki iş olduğundan məhkəməyə müraciət edilməsi zəruridir. Bundan əlavə şikayət əsasında Cavabdeh Polis Bölməsinə dəvət olunmuş və ondan borc pul alıbalmaması barədə izahat alınmışdır. Cavabdeh izahat yazaraq etiraf etmişdir ki, ümumilikdə iddiaçıdan 10100 manat borc pul alsa da hal-hazırda ödəyə bilmir. Artıq cavabdehin onun pulunu qaytarması ilə bağlı heç bir addım atmadığını gördüyü üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili cavabdehin hazırlıq iclasında, heç bir təsir altında olmadan iddia tələbində qeyd olunmuş məbləği borc almasını etiraf etdiyini və buna dair ərizəsini məhkəməyə təqdim etdiyini bildirib, məhkəmə iclasının təxirə salınmasına qəti şəkildə etiraz etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, lakin iştirak etməməsinin üzrlü səbəblərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh eyni məzmunlu teleqramla xx.xx.2023-cü il tarixdə də məhkəməyə müraciət etmiş, məhkəmə cavabdehin müraciətini nəzərə alaraq məhkəmə hazırlıq iclasını təxirə salmış, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında isə iştirak edən Cavabdeh iddianı etiraf etmiş və buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin tam etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, 10100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 10100 (on min yüz) manat məbləğində pul və ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-730/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-730/2024
30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver