Məhkəmə qərarları › İş №e-2(001)-7491/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7491/2021

14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7491/2021 14.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qərardadından Cavabdeh şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7491/2021 saylı, 02.11.2021-ci il tarixli qərardadı ilə Cavabdeh mülki işin aidiyyəti üzrə Mingəçevir Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehin qeydiyyat ünvanını nəzərə almadan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki cavabdeh Əliyev X2 şəhəri, 20 Yanvar küçəsi, ev 166, mənzil 9 ünvanında qeydiyyatdadır. Mülki iş 21.09.2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilərkən ərazi aidiyyəti qaydalarını pozmuşdur. Belə ki, o, mülki iş məhkəmənin icraatına qəbul edilməmişdən öncə, yəni - 20.09.2021-ci il tarixdə ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil şikayətin təmin edilməməsini xahiş edərək bildirdi ki, iddia tərəf məhkəməyə elektron qaydada 18.09.2021-ci il tarixdə müraciət etmiş, bu zaman iddiaçı tərəfindən aidiyyat qaydaları pozulmamışdır. Bu səbəbdən də mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, MPM-in 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır, 269.2-ci maddəyə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, iş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh 20 sentyabr 2021-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsi ona 27.09.2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin: - 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə görə mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. - 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. - 45.3-cü maddəsinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına 21.09.2021-ci il tarixdə qəbul edilən vaxt cavabdeh Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonunda deyil, ünvan 2 ünvanında olduğundan, iş ərazi aidiyyəti üzrə Mingəçevir Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 39, 44, 263264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli 2(001)-7491/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Mingəçevir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar