Məhkəmə qərarları › İş №e-2(001)-7571/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7571/2024

06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7571/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı elektron qərarın ləğvinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı elektron qərarın ləğvinə dair ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki halda mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmənin mövqeyi İlk öncə ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçinin faktiki tələbini barəsində tərtib edilmiş inzibati xətanın törədilməsinə dair qərarın ləğvi təşkil edir. Yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən göstərilən məzmunlu işlərə məhz inzibati xətalara dair məhkəmə icraatı qaydasında baxılmasını mümkün sayır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı elektron qərarın ləğvinə dair ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən icraata götürülməsindən imtina olunmalı, iddiaçıya iddia icraatı qaydasında deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun inzibati xətaya dair barəsində çıxarılmış qərardan şikayətlə məhkəməyə müraciət etməsi tövsiyyə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı elektron qərarın ləğvinə dair dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun barəsində çıxarılmış qərardan şikayətlə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar