Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7592/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-4.1.3-cü maddəsinə əsasən ərizənin verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. - 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İddiaçı iddia ərizəsində cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsən küçəsində yerləşən 15 a nömrəli fərdi yaşayış evində təmir işlərini gördüyünü və təmir işlərinə görə cavabdehin ona 4690 manat pul ödəməli olduğunu qeyd etsə də, verilmiş tələbi təsdiq edən sənədləri təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, idiaçının mövcud pul tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə aid olması aşkar olmadığından, buna görə də məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halı müəyyən etmək və mövcud iddia ərizəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qəbul etmək mümkün olmadığından hazırkı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, təkrar (iddia icraatı qaydasında) məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bu halda ididaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Azərbaycan Respublikası MPM-nin 284-1 və 284-5.3 -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya qeyd edilən tələblə təkrar (iddia icraatı qaydasında) müraciət etmək hüququnun olması izah olunsun. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-7592/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7592/2024
11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver