Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7713/2023 15.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı adından Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqlarını müdafiə etdiyi vətəndaş İddiaçı Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsi tərəfindən hüquqa zidd şəkildə saxlanılması barədə hərəkətlərin qanunsuz hesab edilməsi xahiş edilmişdir. İddia ərizəsinin mükünlüyünü yoxlayaraq hesab edirəm ki, iddia ərizəsi səhvən elektron kabinet vasitəsilə iddia icraatı formasında verildiyindən onun qəbul edilməsindən imtina edilsin. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.2.3-cü maddəsində göstərilmişdir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verə bilərlər. Odur ki, iddia ərizəsində qeyd edilən məsələyə mülki məhkəmə icraatında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalı və iddiaçıya cinayət prosesini həyata keçirən orqanın hərəkət və ya hərəkətsizliyindən cinayət mühakimə icraatı qaydasında məhkəməyə və ya yuxarı orqanına şikayət vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-7713/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7713/2023
15.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver