Məhkəmə qərarları › İş №e-2(001)-784/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-784/2025

09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-784/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Tibb Universitetinin X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Azərbaycan Tibb Universitetinin X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ATU X4 25579.24 (iyirmi beş min beş yüz yetmiş doqquz manat iyirmi dörd qəpik) manat və 168 (yüz altmış səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı ATU X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü xəstə X7 xx.xx.2024-cü il tarixində Respublika Klinik Xəstəxanasının reanimasiya və intensiv terapiya şöbəsindən Azərbaycan Tibb Universitetinin X2 reanimasiya şöbəsinə portativ suni tənəffüs aparatına qoşulmuş halda daxil olmuşdur. Klinikaya daxil olarkən posthipoksik ensefalopatiya, ikitərəfli pnevmoniya, baş-beyin qan dövranının pozğunluğu, beyin ödemi, septiki vəziyyət diaqnozları qoyulmuşdur. Xəstəyə kliniki vəziyyətinə uyğun müalicə başlanmış, antibakterial, antiviral, beyin ödemi əleyhinə, antieplieptik və əzələ relaksantı, antipiretikler, parenteral və enteral qidalanma təyn edilmişdir. Xəstənin xx.xx.2024-cü il tarixində yaxınları müalicədən imtina edərək, evə aparmışdır. Bütün bunlarla əlaqədar xəstə yaxınları klinikanın xəzinəsinə buğu nə qədər 15700 (on beş min yeddi yüz) manat ödənilmiş, 25579.24 (iyirmi beş min beş yüz yetmiş doqquz manat iyirmi dörd qəpik) manat qalıq borc qalmışdır. Bu borcla bağlı xəstə L.Malikovanın anası Cavabdeh xx.xx.2024-cü il tarixdə aylıq 1000 manat (min manat) ödəyəcəyi üçün ərizə yazaraq möhlət xahiş etmiş, lakin ödənişdən yayınmışdır. Cavabdeh öz möhlət ərizəsinə əsasən qalıq borcu müəyyən edilmiş qaydada və müddətdə hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda klinikaya ödənilməsi barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. 20 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək göstəmişdir ki, cavabdehin qızı xx.xx.2024-cü il tarixdə Respublika Klinik Xəstəxanasından ağır vəziyyətdə Azərbaycan Tibb Universitetinin X4 daxil olmuşdur. Klinikada 4 ay yatmış və 15700 manat ödəniş etmiş, lakin qalan 25579,24 manat ödənilməmişdir. Klinikaya daxil olarkən ikitərəfli pnevmaniya, baş-beyin qan dövranının pozğunluğu və digər agır xəstəliklər aşkar edilmişdir. Uşaq Azərbaycan Respublikasının vətəndaşı olmadığından sığorta tərəfindən xərclər qarşılanmamışdır. Həmçinin cavabdeh klinikaya ərizə ilə müraciət edərək ona möhlət verilməsini xahiş etmiş və aylıq 1000 manat ödəyə biləcəyini bildirmişdir. Lakin ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü qızı xx.xx.2024-cü il tarixdə Respublika Klinik Xəstəxanasından Azərbaycan Tibb Universitetinin X4 köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə isə evə aparan zaman qızı vəfat etmişdir. O, klinikaya 15700 manat məbləğində ödəniş etmiş, digər ödənişləri isə ərizə yazaraq qəbul etmiş və ödəməyi öhdəsinə götürmüşdür. Lakin qızı vəfat etdiyindən ödəniş etməyə imkanı olmamışdır. Onun qızı Rusiya vətəndaşı olduğundan, icbari sığorta hesabına onu müalicə etmək mümkün olmamışdır. O, həmçinin bildirmişdir ki, bahalı dərmanları özü almışdır. O, hazırda iddiaçıya borcunun olduğunu etiraf edir, lakin həmin məbləği birdəfəyə ödəyə bilmir. Mülki iş materiallarında olan: Cavabdeh tərəfindən Azərbaycan Tibb Universitetinin X2 direktoru Ə.Sultanova ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, qızı X8 xx.xx.2024-cü il tarixdə Respublikası uşaq klinik xəstəxanasına ağır vəziyyətdə gətirilmişdir. Həmin vaxtadək 14000 manat pul ödənilmiş və onun həmin tarixə 11585,74 manat məbləğində borcu qalmışdır. O, hər ayın 5-nə qədər 1000 manat ödəyəcəyini öhdəsinə götürmüş, əks halda qanuna uyğun olaraq məhkəməyə veriləcəyi barədə məlumatlandığını bildirmişdir. Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2024-cü il tarixli, 387 nömrəli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X12 xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək ATU X3 Reanimasiya və Anezteziya şöbəsində müalicə almışdır. Daxil olduğu gündən xəstə yaxınları xəstəxanaya cəmi 15700 AZN ödəniş ediblər. Xəstənin borcu 25579.24 AZN təşkil edir. Borc aşağıda göstərilən xidmətlərdən yaranıb: Traxeostoma - 300 AZN, Anesteziya - 30 AZN, Laboratoriya - 4592.56 AZN, Müayinələr - 35 AZN, Radiologiya - 580 AZN, USM - 47AZN, Xidmətlər (Suni tənəffüs aparatı qan preparatı) - 8527 AZN, Yataq xidmət - 14750 AZN və Dərman - 12417.68 AZN təşkil edir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 450.1. Öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. Maddə 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk olaraq qeyd edilməlidir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü xəstə X9 xx.xx.2024-cü il tarixdə Respublika Klinik Xəstəxanasının reanimasiya və intensiv terapiya şöbəsindən Azərbaycan Tibb Universitetinin X2 reanimasiya şöbəsinə portativ suni tənəffüs aparatına qoşulmuş halda daxil olmuşdur. Klinikaya daxil olarkən posthipoksik ensefalopatiya, ikitərəfli pnevmoniya, baş-beyin qan dövranının pozğunluğu, beyin ödemi, septiki vəziyyət diaqnozları qoyulmuşdur. Xəstəyə kliniki vəziyyətinə uyğun müalicə başlanmış, antibakterial, antiviral, beyin ödemi əleyhinə, antieplieptik və əzələ relaksantı, antipiretikler, parenteral və enteral qidalanma təyn edilmişdir. Xəstənin xx.xx.2024-cü il tarixində yaxınları müalicədən imtina edərək, evə aparmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən klinikanın xəzinəsinə 15700 manat məbləğində pul ödənilmiş və onun 25579.24 (iyirmi beş min beş yüz yetmiş doqquz manat iyirmi dörd qəpik) manat qalıq borc qalmışdır. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X2 direktoru Ə.Sultanova ərizə ünvanlayaraq göstərmişdir ki, qızı X8 xx.xx.2024-cü il tarixdə Respublikası uşaq klinik xəstəxanasına ağır vəziyyətdə gətirilmişdir. Həmin vaxtadək 14000 manat pul ödənilmiş və onun həmin tarixə 11585,74 manat məbləğində borcu qalmışdır. O, hər ayın 5-nə qədər 1000 manat ödəyəcəyini öhdəsinə götürmüş, əks halda qanuna uyğun olaraq məhkəməyə veriləcəyi barədə məlumatlandığını bildirmişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Tibb Universitetinin X6 tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X9 xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək ATU X3 Reanimasiya və Anezteziya şöbəsində müalicə almış və Cavabdeh ümumilikdə Traxeostoma - 300 manat, Anesteziya - 30 manat, Laboratoriya - 4592.56 manat, Müayinələr - 35 manat, Radiologiya - 580 manat, USM – 47 manat, Xidmətlər (Suni tənəffüs aparatı qan preparatı) - 8527 manat, Yataq xidmət - 14750 manat və Dərman - 12417.68 manat olmaqla, ümumilikdə, 25579.24 borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıya borcunun olduğunu etiraf etmiş, lakin həmin məbləği birdəfəyə ödəyə bilmədiyini göstərmişdir. Göründüyü kimi tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmış, iddiaçı tərəfi xx.xx.2017-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar öz üzərinə düşən öhdəlikləri yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə, iddia ərizəsində qeyd edilən həmin halları, yalnız qoyulmuş iddia tələbləri çərçivəsində və iddia tələbinin təmin olunmasına təsir edə biləcək hədlərdə araşdırmaqla onlara hüquqi qiymət verir və qeyd edir ki, həmin hallar, qətnamədə istinad edilən digər əsaslarla yanaşı iddianın təmin olunması üçün əsas verir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 25579,24 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25579,24 (iyirmi beş min beş yüz yetmiş doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Tibb Universitetinin X4 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunduğundan onun verilməsi üçün ödənilmiş 168 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 25579,24 (iyirmi beş min beş yüz yetmiş doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Tibb Universitetinin X4 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 168 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçı Azərbaycan Tibb Universitetinin X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar