Məhkəmə qərarları › İş №e-2(001)-789/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-789/2022

27.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-789/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclası katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılamsı və s.” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçın Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılamsı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Q.İsmayılova Cavabdehla barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 13.04.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində istifadədə olan 0.1942 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın 1-ci mərtəbəsində 23.5 kv.m ümumi əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyesrində 13 nömrəli reyestr kitabının 1422 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 27.01.2022-ci il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. -191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. -261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək,mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: İddiaçı (vəkil və etibarnamə üzrə nümayəndəsi Vəkil şəxsində) və cavabdeh Cavabdeh (bundan sonra birlikdə “Tərəflər” adlandırılacaqdır) aşağıdakı şərtlərlə razılığa gəlir və barışıq sazişi imzalayırlar:

1. Cavabdeh mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsində 8 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 23.5 kv.m qeyri-yaşayış sahəsini (bundan sonra “Obyekt” adlandırılacaqdır) 01 noyabr 2026-ci il tarixə qədər İddiaçı “Obyekt”-in texniki pasportuna uyğun vəziyyətdə, üzərində heç bir kommunal (qaz, su, işıq, istilik enerjisi) və s. öhdəliyi olmadan geri qaytarmalıdır.

2. “Obyekt” Cavabdeh istifadəsində olan müddət ərzində Cavabdeh “Obyekt”-in istifadəsinə görə İddiaçı 10.01.2021-ci il tarixdən başlayaraq hər ayın 10 qədər hər ay 300 manat pul ödəməlidir. Ödəmə 2 aydan artıq müddətdə gecikdirildikdə sazişin birinci bəndində göstərilən müddət nəzərə alınmdan, “Obyekt” dərhal “Obyekt”-in texniki pasportuna uyğun vəziyyətdə, üzərində heç bir kommunal (qaz, su, işıq, istilik enerjisi) və s. öhdəliyi olmadan geri qaytarmalıdır. Qeyd olunan pul aşağıdakı hesaba ödənilməlidir:

Kapitalbank Gənclik filialı KOD: 20125 CİF: 2457229 VÖEN: ********** M\H: AZ37NABZ******************** SWİFT:AİİBAZ2X H/H: AZ28AİİB**********022586142 Kart hesabı: ********************

3. Cavabdeh İmanov X1 Şəbnəm Təvəkkül qızına sonuncu tərəfindən pozulmuş hüquqlarının bərpasına görə ödənilmiş 1200 manat pulu barışıq sazişi bağlanan gündən 4 (dörd) ay ərzidnə hər ayın 10-na qədər ən azı 300 manat olmaqla aşağıda göstərilən hesaba ödənilsin:

Kapitalbank Gənclik filialı KOD: 20125 CİF: 2457229 VÖEN: ********** M\H: AZ37NABZ******************** SWİFT:AİİBAZ2X H/H: AZ28AİİB**********022586142 Kart hesabı: ********************

4. Bu sazişi imzalamaqla, “Tərəf”-lər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.

5. Bu barışıq sazişinin təsdiq edilməsi ilə “Tərəf”-lərin hazırkı mülki iş üzrə (mübahisəsi) gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır.

6. “Tərəf”-lər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildiyi və qərardad qanuni qüvvəsini aldığı andan qüvvəyə minir. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılamsı və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar