Məhkəmə qərarları › İş №e-2(001)-7919/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7919/2024

26.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7919/2024 26.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı, 24002.2020-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərədən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı, 24002.2020-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin yenidən icraya yönəldilməsi vəzifəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının (ərizəçinin) hansı orqana müraciət etməli olmasını orada göstərir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə (maraqlı şəxsə) qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddia ərizəsindən göründüyü kimi İddiaçı məhkəməyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan məsələ ilə bağlı ərizə vermişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı “icra vərəqəsinin yenidən icraya yönəldilməsi” tələbi ilə iddia ərizəsi formasında məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə iddia ərizəsi ilə deyil, ərizə ilə müvafiq məhkəməyə müraciət etməlidir. Ona görə də iddiaçıya izah olunmalıdır ki, hazırki tələblə müvafiq məhkəməyə ərizə formasında müraciət etsin. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı, 24002.2020-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli 99.60 (doxsan doqquz manat altmış qəpik) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar