Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-8135/2025 19.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı AR İpoteka və Kredit Zəmanət Fondu ilə xx.xx.2024-cü il tarixdə arasında bağlanmış KM4948 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə hüquqların şəxsi hüquqlar hesab edilməsi və öhdəliklərin şəxsi öhdəlikləri hesab edilməsi, cavabdehin razılığı olmadan həmin müqavilə ilə aldığı Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1 Saray H Yaşayış Kompleksi, ev 9, mənzil 65-ü özgininkiləşdirmək hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı AR İpoteka və Kredit Zəmanət Fondu ilə xx.xx.2024-cü il tarixdə arasında bağlanmış KM4948 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə hüquqların şəxsi hüquqlar hesab edilməsi və öhdəliklərin şəxsi öhdəlikləri hesab edilməsi, cavabdehin razılığı olmadan həmin müqavilə ilə aldığı Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1 Saray H Yaşayış Kompleksi, ev 9, mənzil 65-ü özgininkiləşdirmək hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hazırki iddiaərizəsinin məzmunundan belə aydın olur ki, şəxs İpoteka və Kredit Zəmanət Fondu ilə arasında bağlanmış KM4948 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə hüquqların şəxsi hüquqlar hesab edilməsi və öhdəliklərin şəxsi öhdəlikləri hesab edilməsi, cavabdehin razılığı olmadan həmin müqavilə ilə aldığı torpaq sahəsinin özgəninkiləşdirmək hüququnun müəyyən edilməsini məhkəmədən xahiş edir, lakin sözügedən əmlakın hazırda çıxarışla digər şəxsin (AR İpoteka və Kredit Zəmanət Fondu) mülkiyyətində olması, o cümlədən də torpaq sahəsi ilə bağlı heç bir real mübahisənin olmadığı, alqı-satqının cavabdehin iştirakı olmadan baş tutmasının mümkünsüzlüyünə dair heç bir real vəziyyətin (notariat kontorunun imtinası (və s) olmadığı halda hər hansı hüquqların məhkəmə qaydasında təsbit olunması qanunauyğun hesab edilə bilməz. Bundan əlavə məhkəmə xüsusi icraat qaydasında fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, lakin məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi faktiki olaraq ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55, 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı AR İpoteka və Kredit Zəmanət Fondu ilə xx.xx.2024-cü il tarixdə arasında bağlanmış KM4948 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə hüquqların şəxsi hüquqlar hesab edilməsi və öhdəliklərin şəxsi öhdəlikləri hesab edilməsi, cavabdehin razılığı olmadan həmin müqavilə ilə aldığı Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1 Saray H Yaşayış Kompleksi, ev 9, mənzil 65-ü özgəninkiləşdirmək hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu (qəbz № **********, xx.xx.2025) İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-8135/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-8135/2025
19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver