Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-905/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “təhsil hüququnun bərpası və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında Müqavilə”yə dair xx.xx.2024-cü il tarixli, 329 nömrəli xəbərdarlıq bildirişinin etibarsız hesab olunması və onun əsasında verilmiş müvafiq əmrin ləğv edilməsi, cavabdehin üzərinə X17 Dünya Məktəbinə bərpa edilməsi öhdəliyinin qoyulması və cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20 000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) ilə aralarında xx.xx.2024-cü il tarixində “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında Müqavilə”(bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilədə Cavabdehin, oğlu, xx.xx.2013-cü il təvəllüdlü Furkan Quliyevə ödənişli əsaslarla (Müqavilədə razılaşdırılan illik təhsil haqqı ödənişi qarşılığında), müvafiq təhsil proqramlarına uyğun təhsil vermək öhdəliyi müəyyən olunmuşdur. Oğlu bu Müqavilə və digər analoji müqavilələr əsasında artıq 6-cı ildir ki, Cavabdehin rəhbərlik etdiyi “Dünya məktəbi” təhsil müəssisəsində (bundan sonra “məktəb”) təhsil alır. Cavabdeh əvvəlki tədris illərində Müqavilə üzrə üzərinə düşən vəzifəni icra edib, oğlumun məktəbdə müvafiq təhsil proqramı üzrə keçirilən dərslərdə iştirak etməsinə şərait yaratsa da, 2024 – 2025-ci tədris ilində bu öhdəliyinin icrasından qərəzli və məqsədli şəkildə yayınmış və Müqaviləyə birtərəfli qaydada xitam verməklə, oğlunu məktəbdən xaric etmişdir. Təsadüfi deyildir ki, bundan bir müddət əvvəl, oğlu məktəbin direktoru Mərufə Mədətlinin, təhsil hissəsinin müdiri Leyla Cəbrayılovanın və məktəbin pedaqoji heyətindən bəzi işçilərin (əsasən sinif rəhbəri, fizika müəllimi və s.) onunla kobud davrandığını və ona mənfi psixoloji təzyiq (bullinq) göstərdiyini bildirib, narazılıq etməyə başlamışdır. Bu narazılığı hər ötən gün daha da artaraq o həddə çatmışdır ki, davamlı psixoloji təzyiqdən və aqressiv, neqativ münasibətdən dolayı, dərslərdə iştirak etməkdən çəkinmiş, sinif rəhbərinin davamlı təzyiqindən hətta intihar etməyi belə düşünmüşdür. Yaranmış vəziyyət valideyn olaraq onları çox narahat etdiyindən, mövcud problemin həll olunması məqsədilə, məktəbin direktoruna və təhsil hissəsinin müdirinə müraciət edib, mənfi halların qarşısının alınmasına çalışmış, məktəbin məsələyə biganə yanaşdığını gördükdə isə, aidiyyəti orqanlara (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə) bununla bağlı müraciətlər ünvanlamışlar. Bundan sonra məktəb məsələyə daha da aqressiv yanaşaraq, onlardan sanki “qisas” almaq məqsədilə, Müqavilə tərəfi kimi ona Müqaviləyə xitam verəcəyi barədə xəbərdarlıq bildirişi göndərmiş və bildirişdə Müqaviləyə xitam verilmə səbəbi (əsası) kimi, oğlumun məktəbin daxili qaydalarını pozduğunu və dərslərdə düzgün davranmadığını göstərmişdir. Bunun ardınca isə Müqaviləyə birtərəfli qaydada xitam vermiş və oğlunu məktəbdən xaric etmişdir. Məktəb rəhbərliyi bununla bağlı verilmiş müvafiq əmri, müraciətlərinə baxmayaraq, təqdim etməkdən imtina etmiş və bu imtinasını həmin əmrin məktəbin daxili sənədi olması ilə əsaslandırmışdır (müvafiq yazışma əlavə edilir). Halbuki, müvafiq əmrlə tanış olmaq valideyn olaraq onların hüququdur və məktəb bu hüququn təmin edilməsindən əsassız yerə boyun qaçırmamalıdır. Cavabdeh bu hərəkətləri ilə, məsələyə öz qərəzli və qeyri-obyektiv davranışını əyani şəkildə nümayiş etdirmişdir. O, oğlunu məktəbdən xaric etməklə, onun ali konstitusion hüquqlarından olan təhsil hüququnu pozmuş, onun isə həm valideyn, həm də Müqavilə tərəfi olaraq, müvafiq hüquq və qanuni maraqlarıma toxunmuşdur. Cavabdeh oğlunu məktəbdən xaric edib, onu təhsil hüququndan məhrum etməklə, qanunvericiliyin aşağıdakı tələblərini pozmuşdur: Azərbaycan Respublikası Konstitusiyasının 42-cimaddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 22-ci maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsilalmaq hüququ vardır. Həmin maddənin tələbinə görə, uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunlarının 5.1-cimaddəsinə əsasən, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunlarının 5.4-cü maddəsinə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Qanunvericilikdə təhsil hüququnun toxunulmazlığı və əhəmiyyəti vurğulanmaqla yanaşı, onun pozulmasına görə məsuliyyət tədbiri də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə fizikişəxslər yüz manat məbləğində, vəzifəlişəxslər üç yüz manat məbləğində, hüquqişəxslər beş min manat məbləğində cərimə edilir. Təhsil hüququnun məhdudlaşdırılması beynəlxalq hüquq normalarının aşağıdakı tələblərinə də ziddir: “İnsan hüquqlarının və X16 haqqında Konvensiya”ya dair xx.xx.1952-ci il tarixli Protokolun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. “Uşaq hüquqları haqqında Konvensiya”nın 28-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın təhsil hüququnu tanıyır və orta təhsilin bütün uşaqlar üçün mümkün olmasını təmin edir. Uşaqların məktəbdən xaric edilməsinin yolverilməzliyi ilə bağlı məsələ müxtəlif dövrlərdə mətbuatda da işıqlandırılmış, bu məsələyə təhsil ekspertlərinin mövqeyi alınmışdır (əlavə edilir). Təhsil ekspertləri öz müsahibələrində dəfələrlə vurğulayıblar ki, şagird heç bir halda məktəbdən azad oluna bilməz. Hər kəsin təhsil almaq hüququ vardır və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz, heç kimə də bunu etməyə ixtiyar verilmir. Bu, şagirdin məktəbin daxili nizam-intizam qaydalarını pozduğu hallara da aiddir (bu halda məktəb tərəfindən başqa addımlar atıla bilər (məsələn, şagirdin sinfinin dəyişdirilməsi, valideynlə söhbət və s.)). Cavabdeh Müqaviləyə xitam verərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Müqavilənin müddəalarının aşağıdakı tələblərini də pozmuşdur: Mülki Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin 7.1-ci bəndinə əsasən, Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər. Müqavilənin 7.3-cü bəndinə əsasən, tərəflərdən biri Müqaviləni birtərəfli qaydada ləğv etmək istəyərsə, digər tərəfə 7 (yeddi) iş günü əvvəlcədən yazılı məlumat verməlidir. İddia ərizəsinə əlavə olunan, Cavabdehin ona xx.xx.2024-cü il tarixində göndərdiyi “Müqaviləyə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 329 nömrəli xəbərdarlıq bildirişindən göründüyü kimi, o, Müqavilənin birtərəfli qaydada ləğv edilməsi haqqında yazılı məlumatlandırmanı Müqavilənin 7.3- cü bəndinin tələbini pozaraq etmişdir. Yəni, Müqavilə müəyyən edilmiş xəbərdarlıq müddətinə riayət olunmadan ləğv edilmişdir (Müqavilənin ləğv olunduğu tarixlə Xəbərdarlıq bildirişinin göndərildiyi tarix arasındakı fərq 7 iş günü deyil, 6 iş günü təşkil edir). Digər tərəfdən, Bildirişdə Müqaviləyə birtərəfli qaydada xitam verilmə əsası kimi, oğlunun məktəbin nizam intizam qaydalarını pozması qeyd edilsə də, konkret olaraq hansı tarixdə, hansı nizam intizam qaydasını pozduğu və buna görə barəsində hansı tədbirin görüldüyü qeyd edilməmiş və bununla bağlı hər hansı sənədə (komissiya rəyinə, akta və s.) istinad verilməmişdir. Bütün bu xüsusatlar Bildirişin özlüyündə əhəmiyyətsiz, onun əsasında verilmiş qərarların, icra edilmiş hərəkətlərin isə əsassız olduğunu göstərir. Cavabdehin müvafiq hərəkətlərinin mənfi nəticələri yuxarıda qeyd edilən pozuntularla məhdudlaşmır. O, oğlumun təhsil hüququnu pozmaqla bərabər, ona böyük mənəvi sarsıntı yaşatmışdır. Son dövrlər məktəbdə oğluma psixoloji təzyiqin göstərilməsi, onun dərslərdən kənarlaşdırılması, təhsil aldığı mühitdən uzaqlaşdırılması və sinif yoldaşları ilə ünsiyyətdə olma imkanından məhrum edilməsi oğlumun psixolojisağlamlıq durumuna ciddimənfi təsir göstərmişdir. Mövcud şəraitdə məktəb ona psixoloji yardım göstərmək, onun problemini dinləyib həllinə çalışmaq əvəzinə, onu məktəbdən xaric etməklə yaranmış vəziyyəti daha da gərginləşdirmişdir. Özü də, bunu təhsil ilinin ortasında, təhsilmüəssisələrində yerlərin dolduğu, təhsil proqramlarının tərtib edilib təhsil prosesinin davam etdiyi bir dövrdə edərək, bizi çıxılmaz vəziyyətdə qoymuşdur. Qeyd edilməlidir ki, məktəbdə baş verən özbaşınalıq halları mənim kimi, başqa valideynləri də ciddi narahat etdiyindən, hətta bir neçə dəfə mətbuatda da işıqlandırılmışdır (mediada paylaşılan müvafiq məlumat əlavə edilir). Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, dərs otaqlarından qonşu otaqlara səs yayılması mümkünsüzdür. Böyük oğlu hazırki məktəbin məzunudur və Avropa Şurasında çalışır. İkinci övladının da, həmin məktəbin məzunu olmasını istəmişdir. Uşağın əşyaları 25 dekabr tarixində sinifdə qalıb və hətta oğlunun dostları müəllimin dostlarının əşyalarını atmasına mane olmuşlar. 17 oktyabr tarixində məktəbin qərarından məlumatlanandan sonra oğlu noyabr ayının 1dən etibarən 1 №-li məktəbdə təhsilini davam etdirir. Lakin əvvəlki sinif yoldaşları ilə ünsiyyətini saxlayır. Oktyabr ayının 7-14 aralığından oğlu tamamilə dərsə getməyib. Nə rəhbərlik, nə müəllim kollektivi, nə də, öz sinif rəhbəri bununla maraqlanmayıb. Məktəbə bərpa olunmaq uşağının arzusudur. Belə ki, 6 ildir bir məktəbdə və dostları ilə oxuyur. Uşağına məktəbdə psixoloji təsir göstərilir. Hətta direktor uşağın anasına demişdir ki, “sənin oğlun gələndə mən koridorda kənara çəkilirəm” Alman dili müəlliminin dərsində müəllim uşağın yerini 3 dəfə dəyişdirir. Sentyabr ayının 26 sında uşaq özünü 6-cı mərtəbədən atmaq istəmişdir. Uşağı çox qısa bir müddət ərzində dəyərləndirməklə, məktəbdən xaric ediblər. Hansı ki, həmin müəllim cəmi müstəqil iş dərsində 2 saat uşaqla ünsiyyətdə olub və belə bir qənaətə gəlib.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Pərvanə Qurbanlı sinifdə ikinci müəllimə kimi arxada oturur və şagirdlərin dərs zamanı davranışlarına nəzarət edir. Övladı sinif yoldaşını eyvanda saxlamamışdır. Uşağı başqa şagird eyvanda saxlamışdır. Hazırda eyvanda qalan uşağın məktəbdən kənarlaşdırılması ehtimalı da vardır. "xxxx" MMC-də sinif otaqlarında kamera nəzarəti vardır. O, dəfələrlə kamera görüntülərinin təqdim edilməsi ilə bağlı "xxxx" MMC-nin rəhbərliyinə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Bundan başqa ayın 17-də "xxxx" MMC tərəfindən onlayn qaydada uşağın məktəbdən çıxması barədə bildiriş göndərilmişdir. Halbuki həmin tarixdə Aygün İsayeva ölkədə olmamışdır. Aygün İsayevanın imzası ştampla vurulmuşdur. Onu da xüsusilə qeyd etmək istəyir ki, Pərvanə Qurbanlı ölkə xaricindən Azərbaycan Respublikasına yeni qayıtmışdır. Pərvanə Qurbanlı ölkəyə qayıtdıqdan dərhal sonra "xxxx" MMC-də fəaliyyətə başlamışdır. "xxxx" MMC ilə Pərvanə Qurbanlı arasında əmək müqaviləsinin olmasına şübhə edir. Çünki "xxxx" MMC-də müəllimə kimi işə düzəlmək üçün imtahandan keçməlidir. X37 ölkəyə qayıdan kimi məktəbə işə düzəlmişdir və 9 gün ərzində oğlunun məktəbdən kənarlaşdırılmasına dair təqdimatla "xxxx" MMC-nin rəhbərliyinə müraciət etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə rus dili müəlliməsi uşağın dərs vaxtı davranışları barəsində mənfi rəy, ədəbiyyat müəlliməsi Çinarə Piriyeva isə xx.xx.2024-cü il tarixdə uşağın davranışları və dərsə hazılaşması barədə müsbət rəy vermişdir. Məktəbin hər iki müəlliməsinin rəylərində ziddiyyətlər vardır. Bundan başqa bildirmək istəyir ki, yoldaşının məktəbin rəhbərliyi ilə, yəni Aygün İsayeva və Hamlet İsaxanlı ilə çox yaxın qohumluq münasibətləri vardır. Bu səbədən də nə yoldaşı, nə də ki, o, məktəbə qarşı heç bir vaxt səs çıxarda bilməz və məktəb rəhbərliyinə qarşı heç bir qərəzləri ola bilməz. Uşağının çəkisi çoxdur. Uşaq hər dəfə məktəbdən evə gəldikdə onun kök olmasına güldüklərini bildirmiş və hətta özünü eyvandan atmaq həddinə çatmışdır. Marifə xanım hər dəfə yoldaşıma zəng edərək, uşağın kök olduğunu bildirmişdir. Təhsil haqqına görə 1500 manat ödəniş etmişdir.Övladı məktəbdən kənarlaşdırılsa da, ödəniş geri qaytarılmamışdır. Pərvanə Qurbanlı hazırda da "xxxx" MMC-də çalışır. Məktəbdə gedən dərslərə onlayn baxmağımız qanunla müəyyən edilsə də, məktəbin onlayn kamera sisteminə daxil ola bilmirlər. Məktəb tərəfindən uşağın nizam intizami ilə bağlı bizə hər hansı bir məlumat verilməmişdir. Valideyn iclası barədə onlara məlumat verilsə də, sinif rəhbərinin təqdimat verməsi barədə məlumat verilməmişdir. Bundan başqa yoldaşım ərizədə səhhəti ilə bağlı prosedura getdiyini bildirmişdir.
5. İddiaçının cavabdehin nümayəndəsi və vəkilinin iddiaya etirazına münasibəti: Etirazın nəzərə alınmaması barədə tələbinin cavabdeh tərəfindən bəhanə kimi qiymətləndirilməməsi üçün orada qeyd edilən bütün məqamlara mahiyyəti üzrə münasibət bildirmək istəyir. Bildirir ki, iddia ərizəsini təqdim etdikdən sonra cavabdeh oğlunun 6-cı sinifdə təhsil aldığı 1-2 aylıq dövr üzrə qiymət cədvəlini təqdim etmişdir (əlavə olunur). Həmin cədvəldə əvvəlki tədris illərinin nəticələrinə dair cədvəllərdən (1-5-ci siniflərin nəticələrinə dair müvafiq cədvəllər əlavə olunur) fərqli olaraq, Pedaqoji şuranın hər hansı qərarına istinad olunmamış, psixoloqun rəyi və imzası əks etdirilməmişdir. Üstəlik, əvvəlki cədvəllər oğlunun təhsil aldığı rus dilində tərtib olunsa da, bu cədvəl nədənsə azərbaycan dilində tərtib edilmişdir ki, bu da onun tələm-tələsik və tapşırıq əsasında hazırlandığını əyani sübut edir. Halbuki, 5-ci sinfin nəticələri ilə bağlı qiymət cədvəli bütün lazımi tələblərə uyğun olaraq tərtib edilmiş, övladım "sinfin aktiv iştirakçısı" və "sinif yoldaşları ilə yaxşı münasibətlərdə olan" bir şagird kimi qiymətləndirilmişdir. Belə olan halda təbii sual yaranır ki, necə olur ki, cəmi 5 ay (onun da 3 ayı yay tətilinə təsadüf etmişdir) sonra, məhz sinfə yeni rəhbərin təyinatı ilə (özü də, sinif rəhbəri fəaliyyətə məktəbdə dərslərin başladığı 9 sentyabr deyil, 16 sentyabr tarixindən başlamışdır) və cəmi bir neçə gün ərzində göstərilən qiymətləndirmə 180 dərəcə dəyişmişdir? Qeyd edilənlər, o cümlədən iddia ərizəsində ifadə olunmuş məqamlar və iddiaya etirazın əsaslandırmasının təhlili bir daha belə qənaətə gəlməyə əsas verir ki, övladı təhsil müəssisəsindən təhsil hüquqları kobud şəkildə pozulmaqla, qərəzli şəkildə, əslində valideynlərindən "qisas" almaq məqsədilə xaric edilmişdir. Göstərilənlər təhsil müəssisəsinin məsələyə qərəzli və qeyri-obyektiv münasibətini əyani şəkildə nümayiş etdirir. Konkret olaraq, iddia ərizəmə etirazda göstərilənlərə gəldikdə isə bildirir ki, əvvəla, həyat yoldaşı Lamiyə Quliyeva tərəfindən sinif rəhbəri Pərvanə Qurbanlının işdən çıxarılmasına dair təzyiq edilməmişdir. Etirazın özündə də istinad olunan xx.xx.2024-cü il tarixli ərizədə də konkret olaraq göstərildiyi kimi, P.Qurbanlının "sinif rəhbərliyindən kənarlaşdırılması" istənilmişdir. Tarixlərə diqqət etsək görərik ki, ərizə P.Qurbanlı sinif rəhbəri kimi fəaliyyətə başladıqdan cəmi 10 (on) gün sonra yazılmışdır ki, bu da müəllimənin övladıma qarşı həddindən artıq kobud, valideynlərinə qarşı isə qisas və nifrət dolu münasibəti ilə bağlı olmuşdur. Belə ki, həmin 10 (on) günün cəmi 8 (səkkiz) günü iş (dərs) günü olmuş, hətta həmin gündən 1 (bir) gün əvvəl isə sinif rəhbəri tərəfindən məktəb direktorunun adına təqdimat yazılmışdır. Başqa sözlə, tədris ilinin başladığı cəmi 1 (bir) həftə sinif rəhbərində şagird barədə tam mənfi təəsüratın formalaşması üçün yetərli olmuş, məktəbin psixoloqunun şagirdlə görüşü təşkil edilməmiş, əsaslandırılmış rəyi alınmamış, heç bir maddi sübut əlavə olunmadan təhrif edilmiş məlumatlara əsaslanan təqdimat və protokollar tərtib edilmiş və nəticədə övladı qardaşının 11 (on bir), özünün isə 5 (beş) il təhsil aldığı orta məktəbdən təhsil ilinin başlanğıcında, təhsil müəssisələrində yerlərin dolduğu, təhsil proqramlarının tərtib edilib təhsil prosesinin davam etdiyi bir dövrdə xaric edilmişdir. Razılaşarsınız ki, sinif rəhbərinin öz təqdimatında ən "təsirli" pozuntu kimi göstərdiyi "sinif yoldaşını balkona salaraq qapını bağlamışdır" qeydi müqabilində 11 yaşlı bir uşaq barəsində görülən tədbir çox ağır olmuş, hərəkəti ilə nəticə arasında səbəbli əlaqə ümumiyyətlə nəzərə alınmamış, "törətdiyi əməlin" müqabilində çox ağır cəza almışdır (özü də, həmin hadisənin hansı tarixdə baş verdiyi göstərilməmiş, bununla bağlı hər hansı sübut, videogörüntü təqdim edilməmişdir, halbuki, etirazda sinif otaqları ilə dəhlizin 24 saat videomüşahidə altında olduğu bildirilmişdir). Qeyd etməli olduğum çox vacib və əhəmiyyətli məqamlardan biri də yuxarıda yol verilən mühüm təhrifetmənin valideyn iclasında da davam etdirilməsi ilə bağlıdır. Belə ki, iclasın nəticələrinə həsr olunmuş xx.xx.2024-cü il tarixli protokolun giriş hissəsində həyat yoldaşım Lamiyə Quliyevanın rəhbərliyə ünvanladığı müraciətin müzakirəyə çıxarıldığı bildirilsə də (bu barədə xx.xx.2024-cü il tarixli protokolda da konkret qeyd vardır), nəticədə valideynlər qarşısında fərqli sual qoyulmuş və müəllimin işdən çıxarılmasına münasibət soruşulmuşdur, halbuki, yuxarıda da qeyd etdiyim kimi, yoldaşım Pərvanə Qurbanlının yalnız sinif rəhbərliyindən kənarlaşdırılmasını xahiş etmişdir. Bu isə tamamilə fərqli iki mövqedir və valideynlər qarşısında sual düzgün qoyulacağı halda, nəticəsinin fərqli olması ehtimalı kifayət qədər böyük idi (təsadüfi yerə deyildir ki, protokolda "Valideynlərin ümumi rəyləri" hissəsində "Müəllim də pedaqoji etikanı qorumalıdır", "Nizam-intizam koordinatoru və psixoloq uşaqlarla iş aparmalıdır", "Sinifdə balkonlar bağlı olmalıdır, balkonların olması təhlükəlidir" kimi vacib haqlı detallara toxunulub). Bu baxımdan, həmin protokolun əsaslandırıcı bir sənəd, sübut kimi qəbul edilməsi yolverilməzdir. Uyğun olaraq, rus dili və ədəbiyyat müəllimi Çinarə Piriyevanın xx.xx.2024-cü il tarixli təqdimatı və yoldaşım Lamiyə Quliyeva ilə keçirilmiş görüşün nəticələrinə dair xx.xx.2024-cü il tarixli Protokol da bizdə əsaslı şübhələr yaradır. Fikrimizcə, həmin "təqdimatın" sonradan tərtib edilməsi ehtimalı realdır, "Protokol" isə yalnız cavabdehin əməkdaşları tərəfindən, yoldaşımın iştirakı olmadan tərtib edilərək imzalanmışdır. Məlum olduğu kimi, müəllim cavabdehi təmsil edir, məhkəməyə tutarlı əsaslar təqdim edə bilmədikləri üçün bu üsullarla, tabeçiliklərində olan şəxslərin belə "təqdimatları" və tərtib etdikləri "protokollar" hesabına formal olaraq sənəd sayının artırılmasına cəhd edilməsi tam anlaşılandır. Halbuki, məsələn, ədəbiyyat müəllimi Emiliya Əhmədovanın, Musiqi/Dram müəllimi Ceyla Həsənovanın, Ümumi tarix müəllimi Sevil Əliyevanın və Təbiət fənnini tədris edən Azadə Məhəmmədyarovanın şagirdin davranışı və tədris prosesində iştirakı ilə bağlı 27-xx.xx.2024-cü il tarixlərində X5 mövqeləri tam əksinə olmuşdur (əlavə olunur). Bu isə yuxarıda gəldiymiz nəticənin düzgünlüyünə, sinif rəhbərinin oğlumla qərəzli davranışının əsl səbəbinin bizə qarşı olan qisas hissindən irəli gəlməsinə dəlalət edir. Buradan həm də o nəticə çıxır ki, hər bir şagirdə fərdi yanaşma mütləqdir, düzgün münasibət qurulacağı halda Furkanla da normal şəkildə yola getmək və nəticə almaq olardı. X42, yoldaşımın da ərizəsində haqlı olaraq qeyd etdiyi kimi, uşağı stressə salmış, onu daimi təzyiq altında saxlayaraq, məqsədli şəkildə aqressiv davranışına (geridönüşünə) şərait yaratmışdır ki, məktəbdən xaric olunmasına süni zəmin yaransın. Etirazda yazdığı xx.xx.2024-cü il tarixli ərizəyə də toxunulmuş, ərizədə qeyd olunanlar sanki övladımın məktəbdən xaric edilməsinə dəlalət edən əsaslardan biri kimi təqdim edilmişdir. Halbuki, mən ərizədə övladının təlimtərbiyəsinə müəllimlərlə birlikdə nəzarət etməyə məsul olduğunu bildirərək, uşağa pedaqoji cəhətdən daha çox vaxt ayırmaqlarını xahiş etmidir. Lakin, ərizəyə cavab olaraq, cəmi 10 gün sonra ona övladının məktəbdən xaric olunacağı barədə bildiriş-xəbərdarlıq ünvanlanmışdır. Həmin müddətdə ərizədə göstərilənlərə nail olunması sadəcə mümkünsüz idi ki, bu da məktəb rəhbərliyinin onunla görüşlərinin və həmin görüşlərin nəticəsi olaraq bizdən ərizələr almasının sadəcə formal görüntü yaratmaq məqsədi güddüyünün, əsl niyyətin (uşağın istənilən vəchlə məktəbdən uzaqlaşdırılmasının) isə əvvəlcədən planlaşdırıldığının növbəti bariz göstəricisidir. Etirazda Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığı və müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını tənzimləyən müddəalarına da istinad olunmuşdur və bu zaman nəzərə alınmamışdır ki, təhsil müəssisəsi sıradan bir hüquqi şəxs deyildir, fəaliyyətinə dair ciddi tələblər vardır, həmin fəaliyyət geniş qanunvericilik aktları ilə tənzimlənir, lisenziya əsasında (məsələn, cavabdeh xx.xx.2016-cı il tarixli, 089584 saylı lisenziya əsasında fəaliyyət göstərir), ümumi dövlət təhsil standartlarına uyğun fəaliyyət göstərir, akkreditasiyadan keçir və xüsusi hesabatlılıq qaydası vardır. Bu baxımdan, müqavilə azadlığı prinsipi hazırkı münasibətlərə, o cümlədən cavabdehin xeyrinə geniş və hüdudsuz mənada tətbiq və təfsir edilə bilməz, müqaviləyə təhsil müəssisəsinin istədiyi vaxt və formada xitam vermək hüququ yoxdur. Bunun üçün real hüquqi əsaslar, əsaslandırılmış qərar və rəylər mövcud olmalı və digər zəruri tələblərə riayət olunmalıdır. Cavabdehlə aramızda bağlanmış xx.xx.2024-cü il tarixli "Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında Müqavilə"yə (bundan sonra "Müqavilə") isə yuxarıda göstərilən çoxsaylı pozuntularla xitam verilmişdir. Etirazda göstərilən digər məqamlara münasibəti aşağıdakı kimidir: Şagirdlə kobud davranma vo ona mənfi psixoloji təzyiqlə əlaqədar kobud davranış və psixoloji təzyiq ümumi rəftarın bir elementidir və mütləq olaraq fiziki hərəkətlərdə ifadə olunmaya, sözlü də ola bilər, bundan əlavə, iddiaçının qeyd edilən video müşahidə kameralarına çıxışı olmadığından, təbii olaraq, hər hansı görüntü də təqdim edə bilməmişdir. Amma iddiaçıdan fərqli olaraq cavabdeh belə imkana malik olsa da, etiraza heç bir görüntü əlavə edilməmişdir. Məktəbdən xaric edilmə barədə əmrin təqdim edilməməsi ilə əlaqədar təəssüf ki, cavabdehin nümayəndəsi prosesin əvvəldən daxilində olmadığı üçün real situasiyadan xəbərsizdir. Belə ki Müqaviləyə xitam verilməsi barədə bildirişdə göstərilən xx.xx.2024-cü il tarixində də X12 müvafiq qeydlər aparıldığından və məktəbdən oğlunun təhsilinin sonrakı durumunu müəyyənləşdirmək üçün heç bir təsdiqedici sənəd ala bilmədiyindən, əmri tələb etmişdir. Siz də razılaşarsınız ki, belə situasiya ilə heç də hər bir valideyn qarşılaşmır. Göründüyü kimi, bu məsələnin əmək münasibətlərinə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Şagirdin təhsil hüququnun pozulması ilə əlaqədar - "Təhsil haqqında" AR qanununun 3.0.3-сӣ maddəsinə görə, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri, bərabərlik bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunmasıdır. Həmin qanunun 5-ci maddəsinin tələblərinə görə isə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 6-cı maddədə isə qeyd edilir ki, bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Qanunun 14.4-cü maddəsinə əsasən, təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir (təhsil müəssisəsi müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur). Göründüyü kimi, Azərbaycan Respublikasının təhsil qanunvericiliyi təşkilatihüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinin statusunu və öhdəliklərini kifayət qədər aydın şəkildə tənzimləyir və bu sahədə yaranan münasibətlərin eyni zamanda, təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edildiyini qeyd edir. Bu baxımdan, cavabdehin nizamnaməsinin məhkəməyə təqdim edilməsi vacib şərt kimi çıxış edir. Müqaviləyə xitam verilməsi üçün xəbərdarlıq müddəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci madədsinə görə, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Fikrimizcə, qanunun bu göstərişi məsələyə tam aydınlıq gətirir. Şagirdin mənəvi sarsıntı keçirməsi ilə əlaqədar bilavasitə konkret məsələ ilə bağlı mənəvi sarsıntı keçirilməsinə maddi formada hər hansı dəlil göstərilməsi təcrübəsi maraqlıdır, cavabdehin nümayəndəsindən buna bir-iki nümunə göstərməsini xahiş edir. Bu məsələ ilə əlaqəli məqamlarla bağlı iddia ərizəsinə kifayət qədər material əlavə edilmişdir. Şəxsən mənə bir valideyn kimi maraqlı olan budur ki, oğlumun təhsil aldığı sinfə yenicə rəhbər təyin olunan Pərvanə Qurbanlı fəaliyyətdə olduğu 10 gün ərzində Azərbaycan Respublikasının "Ümumi təhsil haqqında" qanununun 23-cü maddəsi ilə müəyyən olunan aşağıdakı vəzifələrdən hansını həyata keçirmişdir ki, nəticədə məsələ övladımın məktəbdən xaric olunması ilə nəticələnmişdir: "Ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; - əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək; valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlima və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.".İddiasına hüquqi qiymət verərkən yuxarıda qeyd edilən xüsusatları nəzərə almağınızı xahiş edir .
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, təqdim edilən nizamnamənin müvafiq bəndinə istinadla yazılı izahatlarını məhkəməyə təqdim etmişlər. Təqdim edilən sənədlərdən heç biri nizamnamədən başqa üçüncü şəxs tərəfindən təsdiq olunmayıb. Burda istinad oluna biləcək yeganə sənəd həmin nizamnamədir. Nizamnamənin 5.3.10-cu yarımbəndinə əsasən, təhsildə zəif nəticələr göstərən şagirdlərin məktəbdən xaric olunması Pedaqoji Şuranın vəzifələrinə aid edillib. Lakin belə bir iclas keçirilməyib və qərar da, yoxdur. İntizam Siyasəti 2024-cü ilin oktyabr ayına aiddir ki, bu isə bütün hadisələrdən sonrakı tarixə aiddir. Mübahisənin həllində əhəmiyyətsizdir. Məktəbdə balkonla bağlı yaranmış narazılığı hansı ki, uşaqların təhlükəsizliyini təmin etmək üçün balkonların açılıb-bağlanmasına edilən nəzarətlə aradan qaldırmaq olardı. Burada şagird barəsində təqdimat yazılmasına əsas yoxdur. Psixoloqun ümumiyyətlə bütün bu proseslərdə iştirakı təmin edilə bilərdi. Amma təmin edilməyib. Mübahisədə müəlimlə şagirdin münasibəti yox, rəhbərliyin şagirdə münasibəti göz önündə olmalıdır.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçının oğlu Furkan Quliyev 5 ildir ki, "xxxx" MMC-də təhsil alırdı. İddiaçının böyük oğlu da həmin məktəbdə 11 il təhsil almışdır. İddiaçı uşaqların təhsil haqqı ödənişləri vaxtı-vaxtında icra etmişdir. İddiaçının oğlu Furkan Quliyevin təhsil aldığı sinifə Pərvanə Qurbanlı adlı yeni sinif rəhbəri təyin olunmuşdur. Pərvanə Qurbanlı sinif rəhbəri kimi xx.xx.2024-cü il tarixdə fəaliyyətə başlamış və artıq xx.xx.2024-cü il tarixində qaydaların pozulması ilə bağlı Furkan Quliyevin barəsində məktəbin rəhbərliyinə təqdimat vermişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə uşağın anasının ərizəsi alınmışdır. Halbuki, uşaq tədrisə başlayandan sinif rəhbəri tərəfindən müxtəlif təzyiqlərə məruz qalması, üstünə qışqırması və sair barədə valideynlərinə şikayətlənmişdir. Bundan sonra iddiaçının yoldaşı Pərvanə Qurbanlının sinif rəhbərliyindən kənarlaşdırılması üçün məktəbin rəhbərliyinə xahiş etmişdir. Tarixlərə diqqət etsək görərik ki, ərizə P.Qurbanlı sinif rəhbəri kimi fəaliyyətə başladıqdan cəmi 10 gün sonra yazılmışdır ki, bu da müəllimənin iddiaçının uşağına qarşı həddindən artıq kobud, valideynlərinə qarşı isə qisas və nifrət dolu münasibəti ilə bağlı olmuşdur. Belə ki, həmin 10 günün cəmi 8 günü dərs günü olmuş, hətta həmin gündən 1 gün əvvəl isə sinif rəhbəri tərəfindən məktəb direktorunun adına təqdimat yazılmışdır. Başqa sözlə, tədris ilinin başladığı cəmi 1 həftə sinif rəhbərində şagird barədə tam mənfi təəssüratın formalaşması üçün yetərli olmuş, məktəbin psixoloqunun şagirdlə görüşü təşkil edilməmiş, əsaslandırılmış rəyi alınmamış, heç bir maddi sübut əlavə olunmadan təhrif edilmişdir. Məlumatlara əsaslanan təqdimat və protokollar tərtib edilmiş və nəticədə iddiaçının böyük oğlunun 11, kiçik oğlunun isə 5 il təhsil aldığı orta məktəbdən təhsil ilinin başlanğıcında, təhsil müəssisələrində yerlərin dolduğu, təhsil proqramlarının tərtib edilib təhsil prosesinin davam etdiyi bir dövrdə xaric edilmişdir. Razılaşarsınız ki, sinif rəhbərinin öz təqdimatında ən “təsirli” pozuntu kimi göstərdiyi “sinif yoldaşını balkona salaraq qapını bağlamışdır” qeydi müqabilində 11 yaşlı bir uşaq barəsində görülən tədbir çox ağır olmuş, hərəkəti ilə nəticə arasında səbəbli əlaqə ümumiyyətlə nəzərə alınmamış, “törətdiyi əməlin” müqabilində çox ağır cəza almışdır. Həmçinin həmin hadisənin hansı tarixdə baş verdiyi göstərilməmiş, bununla bağlı hər hansı sübut, videogörüntü təqdim edilməmişdir. Halbuki, etirazda sinif otaqları ilə dəhlizin 24 saat videomüşahidə altında olduğu bildirilmişdir. Qeyd etməli olduğum çox vacib və əhəmiyyətli məqamlardan biri də yuxarıda yol verilən mühüm təhrifetmənin valideyn iclasında da davam etdirilməsi ilə bağlıdır. Belə ki, iclasın nəticələrinə həsr olunmuş xx.xx.2024-cü il tarixli protokolun giriş hissəsində iddiaçının həyat yoldaşı Lamiyə Quliyevanın rəhbərliyə ünvanladığı müraciətin müzakirəyə çıxarıldığı bildirilsə də bu barədə xx.xx.2024-cü il tarixli protokolda da konkret qeyd vardır, nəticədə valideynlər qarşısında fərqli sual qoyulmuş və müəllimin işdən çıxarılmasına münasibət soruşulmuşdur. Halbuki, yuxarıda da qeyd etdiyim kimi, iddiaçının yoldaşı Pərvanə Qurbanlı yalnız sinif rəhbərliyindən kənarlaşdırılmasını xahiş etmişdir. Bu isə tamamilə fərqli iki mövqedir və valideynlər qarşısında sual düzgün qoyulacağı halda, nəticəsinin fərqli olması ehtimalı kifayət qədər böyük idi. Təsadüfi yerə deyildir ki, protokolda “Valideynlərin ümumi rəyləri” hissəsində “Müəllim də pedaqoji etikanı qorumalıdır”, “Nizam-intizam koordinatoru və psixoloq uşaqlarla iş aparmalıdır”, “Sinifdə balkonlar bağlı olmalıdır, balkonların olması təhlükəlidir” kimi vacib haqlı detallara toxunulub. Bu baxımdan, həmin protokolun əsaslandırıcı bir sənəd, sübut kimi qəbul edilməsi yolverilməzdir. Uyğun olaraq, rus dili və ədəbiyyat müəllimi Çinarə Piriyevanın xx.xx.2024cü il tarixli təqdimatı və iddiaçının yoldaşı Lamiyə Quliyeva ilə keçirilmiş görüşün nəticələrinə dair xx.xx.2024-cü il tarixli Protokol da bizdə əsaslı şübhələr yaradır. Fikrimizcə, həmin “təqdimatın” sonradan tərtib edilməsi ehtimalı realdır, “Protokol” isə yalnız cavabdehin əməkdaşları tərəfindən, iddiaçının yoldaşının iştirakı olmadan tərtib edilərək imzalanmışdır. Məlum olduğu kimi, müəllim cavabdehi təmsil edir, məhkəməyə tutarlı əsaslar təqdim edə bilmədikləri üçün bu üsullarla, tabeçiliklərində olan şəxslərin belə “təqdimatları” və tərtib etdikləri “protokollar” hesabına formal olaraq sənəd sayının artırılmasına cəhd edilməsi tam anlaşılandır. Halbuki, məsələn, ədəbiyyat müəllimi Emiliya Əhmədovanın şagirdin davranışı və tədris prosesində iştirakı ilə bağlı 27-xx.xx.2024-cü il tarixlərində X5 mövqeləri tam əksinə olmuşdur. Bu isə yuxarıda gəldikləri nəticənin düzgünlüyünə, sinif rəhbərinin iddiaçının oğlu ilə qərəzli davranışının əsl səbəbinin iddiaçı tərəfə qarşı olan qisas hissindən irəli gəlməsinə dəlalət edir. Buradan həm də o nəticə çıxır ki, hər bir şagirdə fərdi yanaşma mütləqdir, düzgün münasibət qurulacağı halda Furkanla da normal şəkildə yola getmək və nəticə almaq olardı. X42, iddiaçının yoldaşının da ərizəsində haqlı olaraq qeyd etdiyi kimi, uşağı stressə salmış, onu daimi təzyiq altında saxlayaraq, məqsədli şəkildə aqressiv davranışına şərait yaratmışdır ki, məktəbdən xaric olunmasına süni zəmin yaransın. Etirazda iddiaçının yazdığı xx.xx.2024-cü il tarixli ərizəyə də toxunulmuş, ərizədə qeyd olunanlar sanki iddiaçının övladının məktəbdən xaric edilməsinə dəlalət edən əsaslardan biri kimi təqdim edilmişdir. Halbuki, iddiaçının yoldaşı ərizədə övladının təlim-tərbiyəsinə müəllimlərlə birlikdə nəzarət etməyə məsul olduğunu bildirərək, uşağa pedaqoji cəhətdən daha çox vaxt ayırmaqlarını xahiş etmişdir. Lakin, ərizəyə cavab olaraq, cəmi 10 gün sonra iddiaçıya övladının məktəbdən xaric olunacağı barədə bildiriş-xəbərdarlıq ünvanlanmışdır. Həmin müddətdə ərizədə göstərilənlərə nail olunması sadəcə mümkünsüz idi ki, bu da məktəb rəhbərliyinin iddiaçı və onun yoldaşı ilə görüşlərinin və həmin görüşlərin nəticəsi olaraq iddiaçının yoldaşından ərizələr almasının sadəcə formal görüntü yaratmaq məqsədi güddüyünün, əsl niyyətin uşağın istənilən vəchlə məktəbdən uzaqlaşdırılmasının isə əvvəlcədən planlaşdırıldığının növbəti bariz göstəricisidir. Şagirdlə kobud davranma və ona mənfi psixoloji təzyiqlə əlaqədar – kobud davranış və psixoloji təzyiq ümumi rəftarın bir elementidir və mütləq olaraq fiziki hərəkətlərdə ifadə olunmaya, sözlü də ola bilər, bundan əlavə, iddiaçının qeyd edilən video müşahidə kameralarına çıxışı olmadığından, təbii olaraq, hər hansı görüntü də təqdim edə bilməmişdir. Amma iddiaçıdan fərqli olaraq cavabdeh belə imkana malik olsa da, etiraza heç bir görüntü əlavə edilməmişdir. Bundan başqa iddia ərizəsinə etiraza münasibətdə əlavə olaraq bildirmək istəyir ki, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli iddiaya, ərizənin verildiyi tarixdən qanunla etirazın verilməsi üçün müəyyən olunmuş müddəti ötürdükdən sonra elektron qaydada etiraz təqdim edərək cavabdehin pozuntularına haqq qazandırmağa çalışmışdır. Etiraz prosessual pozuntu ilə təqdim edildiyindən nəzərə alınmamasını məhkəmədən xahiş edir. İddiaçı təhsil haqqı ödənişi etmişdir. Lakin uşaq məktəbdən xaric olunsa da, müqaviləyə görə ödəniş geri qaytarılmır. Hesab edir ki, Lamiyə Qurbanlı uşaqla düzgün ünsiyyət forması qurmamışdır, uşağa fərdi yanaşmamışdır.
8. İddiaçının nümayəndəsi və vəkilinin hazırlıq iclasından sonra təqdim edilmiş sənədlərə və vəsatətə dair yazılı etirazı: "Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin (bundan sonra "Cavabdeh") nümayəndəsi və vəkili hazırkı iş üzrə iddia ərizəsinə etirazla bağlı İddiaçının xx.xx.2024-cü il tarixli yazılı izahatına xx.xx.2024-cü il tarixində mülahizə təqdim etmiş, habelə şahidlərin çağırılması barədə vəsatət vermişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, mülahizə və ona əlavə edilən sənədlər məhkəmə tərəfindən nəzərə alınmamalı, vəsatət isə təmin edilməməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra "MPM") 78.1-ci maddəsinə əsasən, sübutlar (tərəflərin tələb və etirazlarını əsaslandıran hallar) işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 184.3-cü maddəsinin tələbinə görə, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından da göründüyü kimi, məhkəmə tərəflərin hazırkı işlə tanış olub, onun həlli üçün əhəmiyyətli hesab etdikləri məlumat və sənədləri vaxtında təqdim edə bilmələri üçün, hazırlıq iclasını iddia ərizəsi icraata qəbul edildikdən (xx.xx.2024-cü il) bir aydan da artıq vaxta (xx.xx.2024-cü il tarixinə) təyin etmiş və MPM-in 154.1-ci maddəsinin tələbinə uyğun olaraq, Cavabdehə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini İddiaçıya və məhkəməyə təqdim etməli olduğunu bildirmişdir. Bu müddətin qarşı tərəfin iş üzrə sənədlərlə tanış olub, öz etiraz, mülahizə və sübutlarını təqdim etməsi üçün yetərli müddət olmasına baxmayaraq, Cavabdeh yalnız xx.xx.2024-cü il tarixində (hazırlıq iclasına cəmi 3 gün qalmış) iddia ərizəsinə etiraz təqdim etmişdir. Həmin etiraza tərəfimizdən xx.xx.2024cü il tarixində yazılı izahat verilmiş, izahatın bir nüsxəsi hazırlıq iclası zamanı Cavabdehin nümayəndəsi və vəkilinə təqdim edilmiş, hətta izahatda göstərilən bəzi məqamlara həmin iclasda onun tərəfindən şifahi mövqe də bildirilmişdir. Bunu Cavabdehin nümayəndəsi və vəkili özü də müvafiq vəsatətində aydın şəkildə ifadə və etiraf etmişdir. Hazırlıq iclasında tərəflərdən əlavə qeydlərinin və məhkəməyə iş üzrə sübut qismində təqdim olunacaq digər sənədlərinin olub-olmaması hakim tərəfindən dəqiqləşdirilmiş (bunu iclas zalında aparılmış səs və videoyazının təhlili yolu ilə də aydın şəkildə müşahidə etmək mümkündür), onların işin məhkəmə baxışına təyin olunmasına münasibəti öyrənilmişdir. Cavahdehin nümayəndəsi və vəkili müvafiq izahatla tanış olmaq, ona münasibət bildirmək və əlavə sənədlər təqdim etmək üçün məhkəmədən əlavə vaxt istəməmiş, hazırlıq iclasının təxirə salınması ilə bağlı vəsatət verməmiş və baxış iclasının təyin olunmasına etiraz etməmişdir. Buna baxmayaraq, o, hazırlıq iclası bitdikdən, iş məhkəmə baxışına təyin edildikdən 24 gün sonra (xx.xx.2024-cü il tarixində) mülahizə və əlavə sənədlər təqdim etmiş və şahidlərin çağırılması barədə vəsatət vermişdir. Halbuki, Cavabdehin həmin sənədləri və vəsatəti işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verməsinə mane olan, onun iradə ifadəsindən asılı olmayan səbəb(lər)i olmamışdır. Bu baxımdan, Cavabdehin nümayəndəsi və vəkilinin vəsatət və əlavə sənədləri qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ərzində məhkəməyə təqdim etməməsini etirazla bağlı müvafiq izahatın hazırlıq iclası zamanı verilməsi ilə əlaqələndirməsi sadəcə bir bəhanədir, məqsədi isə prosessual müddətin üzrsüz səbəbdən buraxılmasına əsas axtarmağa çalışmasıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin nəzərə alınmalıdır ki, Cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlər (Cavabdehin Nizamnaməsi istisna olmaqla) birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, onlar mülahizədə göstərilən halları əsaslandıran sübutlar kimi qəbul edilməməlidir. Cavabdehin Nizamnaməsi dövlət qeydiyyatına alındığından və məhkəməyə hazırlıq iclasında verdiyimiz vəsatət əsasında təqdim olunduğundan hesab edirik ki, Cavabdeh tərəfin həmin iclasdan sonra təqdim etdiyi sənədlərdən yalnız Nizamnamə məhkəmə tərəfindən nəzərə alına bilər. Digər sənədlər isə məhkəməyə qanunvericiliklə müəyyən olunmuş prosessual müddətlər pozularaq, gecikmə ilə təqdim edildiyindən, bu isə onların sonradan tərtib olunma ehtimalını əhəmiyyətli dərəcədə artırdığından (məsələn, "İntizam Siyasəti"nin 2024-cü ilin oktyabr ayında, artıq məhkəmədə iddia qaldırılması mərhələsində hazırlandığı görünür. Bundan əlavə, həmin sənədin iddia olunan təsdiq tarixi İddiaçının oğlunun "Dünya məktəbi"ndə təhsil aldığı dövrə təsadüf etmədiyindən, hazırkı mübahisəyə ümumiyyətlə tətbiq edilə bilməz), həmin sənədlər qəbul edilməməlidir. Vəsatətə gəldikdə isə, bir tərəfdən, onun verilməsi üçün nəzərdə tutulan müddətə riayət edilmədiyindən, digər tərəfdən, şahid qismində dəvət olunması istənilən şəxslər Cavabdehlə aralarında mövcud olan işgüzar əlaqələr və tabeçilik (işəgötürən- işçi) münasibətlərindən dolayı bu işdə maraqlı olduqlarından və həmin əlaqələr/münasibətlər şahid ifadələrinin obyektivliyi və qərəzsizliyini əsaslı şəkildə şübhə altına aldığından, vəsatət təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Cavabdehin nümayəndəsi və vəkilinin işin məhkəmədə baxılmağa hazırlanması prosesi yekunlaşdıqdan sonra təqdim etdiyi sənədləri (Nizamnamə istisna olmaqla) nəzərə almamağınızı və şahidlərin məhkəməyə çağırılması barədə vəsatətini təmin etməməyinizi xahiş edirik.
9. İddiaçının nümayəndəsi və vəkli izahatına əlavəsində göstərir: "Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin (bundan sonra "Cavabdeh") nümayəndəsi və vəkilinin yazılı etirazına dair xx.xx.2024-cü il tarixli izahatımızda İddiaçının oğlunun 6-cı sinifdə təhsil aldığı 1-2 aylıq dövr üzrə Cavabdeh tərəfindən təqdim edilmiş qiymət cədvəlində, əvvəlki tədris illərinin nəticələrinə dair cədvəllərdən fərqli olaraq, Pedaqoji Şuranın hər hansı qərarına istinad olunmadığını qeyd etmişik. "Təhsil haqqında" AR Qanununun təhsil müəssisəsinin fəaliyyətinin, hüquq və vəzifələrinin, bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla, onun nizamnaməsi ilə müəyyən edilməsinə dair müddəasını əsas götürərək, Pedaqoji Şuranın səlahiyyət dairəsinin müəyyən edilməsi məqsədilə, İzahatda Cavabdehin Nizamnaməsinin məhkəməyə təqdim edilməsinin vacibliyini vurğulamışıq və hazırıq iclasında müvafiq vəsatətlə çıxış etmişik. Məhkəmə vəsatətimizi təmin edərək, Cavabdehdən Nizamnamənin təqdim olunmasını tələb etmişdir. Həmin tələb əsasında Cavabdehin nümayəndəsi və vəkili Nizamnaməni məhkəməyə təqdim etmişdir. İddiaçının oğlunun məktəbdən xaric edilməsinin əsassız olduğu Cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi Nizamnamədən də aydın görünür. Nizamnamənin 5.3.10-cu yarımbəndinə əsasən, təhsildə zəif nəticələr göstərən şagirdlərin məktəbdən xaric olunması Pedaqoji Şuranın vəzifələrinə aid edildiyindən, həmin orqanın qərarı olmadan (Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında, habelə xx.xx.2024-cü il tarixli mülahizəsi ilə (həmin mülahizənin mötəbərliyi tərəfimizdən qəbul edilmir, bu barədə məhkəməyə etiraz təqdim olunmuşdur), müvafiq qərarın mövcud olmaması faktını etiraf və təsdiq etmişdir), şagirdin məktəbdən xaric edilməsi Nizamnamənin tələblərinə birmənalı və tamamilə bariz şəkildə ziddir və şagirdin məktəbə bərpa olunmasını zəruri edir. Digər tərəfdən, Nizamnamədə şagirdin yalnız təhsil nəticələrinə (göstəricilərinə) görə məktəbdən xaric edilməsi əsası göstərilmişdir ki, bu da başqa əsaslarla (məsələn, şagirdin davranışına, nizam-intizamına görə) onun məktəbdən xaric olunmasının mümkünlüyünü istisna edir. Qeyd olunan vacib xüsusatları işə hüquqi qiymət verərkən nəzərə almağınızı xahiş edirik.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianı qəbul etmir və təmin edilməməsini xahiş edir. Əlavə olaraq iş üzrə şahidlərin (məktəb kollektivininin müəllimlərinin) dindirilməsi zərurəti yaranmışdır. Bu barədə vəsatətinin təmin edilməsini xahiş edir. Nizamnamənin 5.3.10-cu maddəsinə əsasən Pedaqoji Şura ilin sonunda illik qiymətləndirmə əsasında qərar verir. İlin ortasında belə bir zərurət yaranarsa, bu direktorun öz əmri ilə olur. İntizam Siyasəti iki redaksiyada təqdim edilib. Hər birində buhal göstərilib.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Məhkəmə prosesinə xx.xx.2024-cü il tarixdə qoşulmuşdur. İddia ərizəsinə qanunla müəyyən olunmuş müddətdə etiraz təqdim etməsə belə, hazırda iddiaya etirazı şifahi qaydada məhkəməyə bildirir. İddiaçının yoldaşı da "xxxx" MMC-nin rəhbərliyinə və sinif rəhbərinə qarşı qərəzli mövqedə olmuşdur. Lakin bununla bağlı iddiaçı tərəf öz izahatlarında heç bir şey deməmişdirlər. Bundan başqa müqaviləyə xitam bildirişində qeyd edildiyi kimi ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləyə xitam verilməsinin səbəbi 6b sinif şagirdi X17 dərsə hazırlıqsız gəlməsi, dərs vaxtı sistematik olaraq diqqətini dərsdən yayındırması və digər şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb olması, dərsdə yersiz replikalar atması, sakitliyi və dərsi pozması, habelə valideyni Lamiyə Quliyeva tərəfindən haqsız olaraq 6b sinif rəhbəri Pərvanə Qurbanlıya işdən çıxmasına dair təzyiq edilməsi, əsası isə Müqavilənin 7.2.3 (Valideyn və ya Şagird Məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə) və 7.2.7-ci (Şagird digər şagirdlərə, müəllimlərə və Məktəbin işçilərinə qarşı kobud rəftar etdikdə, Məktəbin daxili qaydalarını pozduqda, dərslərdə düzgün davranmadıqda, dərsləri mənimsəyə bilmədikdə, bilik səviyyəsinin yoxlanması və qiymətləndirilməsi məqsədilə keçirilən imtahanları verə bilmədikdə) bəndləridir. Sinif rəhbəri Pərvanə Quliyeva xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edərək bildirmişdir ki, 6b sinif şagirdi Quliyev Furkan davranış qaydalarına əməl etmir, sinif yoldaşları ilə ehtiyatsız davranır, dərsdə səs salır, özünə və digər şagirdlərə mane olur. Belə ki, ötən həftə digər şagirdi eyvana çıxarmış və geri qayıda bilməməsi üçün eyvanın qapısını kilidləmişdir. Pərvanə Quliyeva həmin təqdimatda həmçinin göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "sərbəst iş" dərsi vaxtı Furkana edilən 3-cü xəbərdarlıqdan sonra həddində ona səsini ucaltmış və yerini dəyişdirmişdir və xahiş etmişdir ki, Furkanın davranışındakı pozuntuları düzəltmək üçün valideyni cəlb edilsin. X26 xx.xx.2024-cü il tarixdə 6b sinif rəhbəri Pərvanə Qurbanlının "sərbəst iş" dərsi vaxtı övladı Quliyev Furkana səsini ucaltmasından narazı qalmış və məktəbə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək Pərvanə Qurbanlının sinif rəhbərliyindən kənarlaşdırılmasını xahiş etmişdir. Həmin müraciətə əsasən növbəti gün - xx.xx.2024-cü il tarixdə Quliyeva Lamiyə məsələnin həll edilməsi məqsədilə məktəbə dəvət edilmiş və onunla görüş keçirilmişdir. Görüş zamanı söhbət qarşılıqlı anlayış mühitində davam etmiş, valideyn övladının davranışındakı problemlərdən xəbərdar olduğunu bir neçə dəfə etiraf etmiş, buna baxmayaraq Pərvanə Qurbanlının sinif rəhbərliyindən çıxarılmasını tələb etmişdir. X22 təklif edilmişdir ki, Quliyev Furkan digər sinfə keçirilsin, lakin valideyn qəti şəkildə bundan imtina etmiş və öz tələbində israr etmişdir. Belə olan halda valideynə izah edilmişdir ki, təkcə onun müraciəti ilə sinif rəhbərini kənarlaşdırmaq mümkün deyil, bunun üçün valideyn iclası keçirilməli və digər valideynlərin fikri öyrənilməlidir. Lamiyə Quliyeva valideyn iclasının təşkil edilməsinə etiraz etməmiş və bütün valideynlərin onunla eyni fikirdə olduğunu iddia etmişdir. Lamiyə Quliyeva ilə görüş müsbət ab-havada yekunlaşmış və qərara alınmışdır ki, məsələnin yekun həlli sinifdə təhsil alan digər şagirdlərin valideynlərinin ümumi qərarından asılı olacaqdır. Görüş zamanı razılaşdırılmış qərara baxmayaraq görüşdən dərhal sonra Lamiyə Quliyeva sinif rəhbəri Pərvanə Qurbanlıya zəng edib sərt formada 2 saat ərzində işdən çıxmasını tələb etmişdir, əks halda bir düyməni basmaqla onu prokurorluq və digər müvafiq orqanlara göndərəcəyi ilə hədələmişdir. Sinif rəhbəri bu hədədən qorxmuş və bu məsələdə kömək üçün məktəb rəhbərliyinə yazılı qaydada müraciət etmişdir. Sinif rəhbəri ilə telefon danışığından sonra Lamiyə Qurbanlı məktəbin Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətliyə də eyni tələblə - heç bir araşdırma aparmadan Pərvanə Qurbanlını 2 saat ərzində məktəbdən çıxartmaq tələbi ilə audio mesajlar göndərmiş, həmin mesajlarda məktəbin, xüsusilə də direktorun ünvanına kobud sözlər işlətmişdir. Bütün bunlar görüş zamanı razılaşdırıldığı kimi valideyn iclasının keçirilməsi və nəticəsi gözlənilmədən baş vermişdir. xx.xx.2024-cü il tarixdə Lamiyə Quliyevanın qaldırdığı məsələ ilə əlaqədar 6b sinfi üzrə keçirilmiş valideyn iclasının protokolundan görünür ki, 18 valideyndən 13-ü iclasda şəxsən iştirak etmiş və sinif rəhbərinin vəzifəsində qalmasının lehinə fikir bildirmişlər. Valideynlərin 2-si eyni mövqeyi Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətliyə telefonla bildirmişlər. Sözügedən iclasda Quliyev Furkanın valideyni Lamiyə Quliyeva iştirak etməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Həmçinin rus dili və ədəbiyyatı müəllimi Çinarə Piriyeva xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edərək bildirmişdir ki, onun çoxsaylı iradlarına məhəl qoymayaraq 6b sinif şagirdi Quliyev Furkan ev tapşırığını yerinə yetirmir, dərsə hazırlıqsız gəlir, həmin tarixədək rus dili dəftəri tutmamışdır, dərs zamanı sistemli şəkildə dərsdən yayınır və digərlərini də yayındırır, yeni dərs izah edərkən hamı müəllimə qulaq asdığı halda Furkan dərsə qulaq asmır, yerindən replika atmaqla sakitliyi və dərsi pozur. Quliyev Furkanın yol verdiyi davranış pozuntuları barədə xx.xx.2024-cü il tarixdə İddiaçı ilə görüş keçirilmiş və görüş zamanı iddiaçıya Quliyev Furkanın məktəbin nizam-intizam qaydalarını dəfələrlə pozması barədə ətraflı məlumat verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək övladı Quliyev Furkanın təlim-tərbiyəsində cavabdehliyi öz üzərinə götürməsinə, həmçinin övladının qaydalara riayət edəcəyinə dair müəllimlərin köməyi ilə məsuliyyəti öz üzərinə götürməsinə dair söz vermişdir. Yalnız bütün bunlardan sonra Quliyev Furkanın davranışında yaxşılığa doğru dönüş baş vermədiyinə, valideyn Lamiyə Quliyevanın sinif rəhbəri Pərvanə Qurbanlıya və məktəb kollektivinə qərəzli mövqe bəsləməsini davam etdirdiyinə görə müqaviləyə xitam verilmişdir. İddiaçı və cavabdeh müqavilə azadlığı prinsipini rəhbər tutaraq ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləni bağlayarkən müqavilənin 7.2-ci bəndində məktəb tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinin şərtlərini müəyyən etmişlər. Müqaviləyə bu qaydada birtərəfli xitam vermə şərtlərinin daxil edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1 və 421.1-ci maddələrinin tələbinə tam uyğundur. Yuxarıda qeyd edildiyi kimi cavabdeh həmin müqavilənin 7.2.3 və 7.2.7-ci bəndlərinə əsaslanmaqla müqaviləyə birtərəfli qaydada xitam vermişdir. İddia ərizəsində Mərufə Mədətlinin, Leyla Cəbrayılovanın və məktəbin pedaqoji heyətindən hər hansı işçinin X28 ilə kobud davranması və ona mənfi psixoloji təzyiq göstərməsi barədə qeyd edilənlər doğru deyil. Bu səbəbdən də iddiaçı ərizəsinə hər hansı dəlil və ya sübut əlavə etməyib. Qeyd edirik ki, məktəbin sinif otaqları və dəhlizləri video müşahidə altındadır, indiyədək X43a qarşı hər hansı kobud davranış və ya hər hansı formada təzyiq qeydə alınmamışdır. İddiaçının ərizədə şagirdin məktəbdən xaric edilməsi barədə əmrin təqdim edilməməsini öz hüququnun pozulması kimi təqdim etməyə çalışması anlaşılmır və qəbul edilmir. Görünür ki, iddiaçı mülki hüquq münasibətlərini digər hüquq münasibətləri, böyük ehtimalla əmək hüquq münasibətləri ilə səhv salıb. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqavilə əmək müqaviləsi deyil ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənsin və müqaviləyə xitam verilməsi əmrlə rəsmiləşdirilsin. xx.xx.2024-cü il tarixli 56 nömrəli müqavilə xidmət göstərilməsinə dair müqavilədir, həmin müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir və həmin məcəllədə müqaviləyə xitam verilərkən bir tərəfin digər tərəfə hər hansı əmr təqdim etməsi nəzərdə tutulmur. Cavabdeh ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilələrə xitam verərkən öz sənəd dövriyyəsini nizamlamaq məqsədilə sırf daxili istifadə üçün əmr verir və bu əmrlərin surəti mülki müqavilə üzrə tərəflərə təqdim edilmir. Müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 329 nömrəli xəbərdarlıq bildirişi müqavilə şərtlərinə uyğun verilmişdir. Belə ki, valideyn xx.xx.2024-cü il tarixdə səhər tezdən saat 09:00-dan bildirişi almışdır, həmin tarix bildirişin verildiyi 1-ci iş günüdür və yeddinci iş günü xx.xx.2024-cü il tarixdir. Beləliklə də, cavabdeh müqavilənin 7.3-cü bəndinə uyğun olaraq 7 iş günü öncədən yazılı bildiriş vermə qaydasına riayət etmişdir. İddiaçının yoldaşı uşağın nöqsanları ilə bağlı, yəni uşağın davranışlarının normal olmadığını məktəbin Arifə Mədətli adlı müəlliməsinə etiraf etmişdir. Müqavilənin 7-ci bəndində valideynin çox sərt danışığı, etik qaydada əməl etməməsi, hörmətsizlik etməsinə görə uşaq məktəbdən kənarlaşdırıla bilər. Həm şagirdin, həm də valideynin hərəkətlərinə görə uşaq məktəbdən kənarlaşdırılmışdır. Şagirdin məktəbdən kənarlaşdırılması ilə bağlı əmrin valideynə təqdim edilməməsi ilə bağlı bildirmək istəyir ki, Mülki Hüquqda belə bir tələb müəyyən olunmamışdır. Belə ki, şagirdin məktəbdən kənarlaşdırılması ilə bağlı əmr məktəbin daxili məsələləri nizamlamaq üçündür. Ödənişli təhsil xidmətləri ilə bağlı müqaviləyə xitam verilən zaman qarşı tərəfə əmrin surəti təqdim olunmur. Qanunda və müqavilədə belə bir tələb yoxdur.
12. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etirazında göstərir: 1. Müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə əlaqədar: Müqaviləyə xitam bildirişində qeyd edildiyi kimi ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləyə xitam verilməsinin səbəbi 6b sinif şagirdi X17 dərsə hazırlıqsız gəlməsi, dərs vaxtı sistematik olaraq diqqətini dərsdən yayındırması və digər şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb olması, dərsdə yersiz replikalar atması, sakitliyi və dərsi pozması, habelə valideyni Lamiyə Quliyeva tərəfindən haqsız olaraq 6b sinif rəhbəri Pərvanə Qurbanlıya işdən çıxmasına dair təzyiq edilməsi, əsası isə Müqavilənin 7.2.3 (Valideyn və ya Şagird Məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə) və 7.2.7-ci (Şagird digər şagirdlərə, müəllimlərə və Məktəbin işçilərinə qarşı kobud rəftar etdikdə, Məktəbin daxili qaydalarını pozduqda, dərslərdə düzgün davranmadıqda, dərsləri mənimsəyə bilmədikdə, bilik səviyyəsinin yoxlanması və qiymətləndirilməsi məqsədilə keçirilən imtahanları verə bilmədikdə) bəndləridir. X2 və anası Lamiyə Quliyevanın davranışı ilə əlaqədar aşağıdakıları məhkəməyə bildirir. Sinif rəhbəri Pərvanə Quliyeva xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edərək bildirmişdir ki, 6b sinif şagirdi Quliyev Furkan davranış qaydalarına əməl etmir, sinif yoldaşları ilə ehtiyatsız davranır, dərsdə səs salır, özünə və digər şagirdlərə mane olur. Belə ki, ötən həftə digər şagirdi eyvana çıxarmış və geri qayıda bilməməsi üçün eyvanın qapısını kilidləmişdir. Pərvanə Quliyeva həmin təqdimatda həmçinin göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "sərbəst iş" dərsi vaxtı Furkana edilən 3-cü Xəbərdarlıqdan sonra həddində ona səsini ucaltmış və yerini dəyişdirmişdir və xahiş etmişdir ki, Furkanın davranışındakı pozuntuları düzəltmək üçün valideyni cəlb edilsin. X26 xx.xx.2024-cü il tarixdə 6b sinif rəhbəri Pərvanə Qurbanlının "sərbəst iş" dərsi vaxtı övladı Quliyev Furkana səsini ucaltmasından narazı qalmış və məktəbə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək Pərvanə Qurbanlının sinif rəhbərliyindən kənarlaşdırılmasını xahiş etmişdir. Həmin müraciətə əsasən növbəti gün-xx.xx.2024-cü il tarixdə Quliyeva Lamiyə məsələnin həll edilməsi məqsədilə məktəbə dəvət edilmiş və onunla görüş keçirilmişdir. Görüş zamanı söhbət qarşılıqlı anlayış mühitində davam etmiş, valideyn övladının davranışındakı problemlərdən xəbərdar olduğunu bir neçə dəfə etiraf etmiş, buna baxmayaraq Pərvanə Qurbanlının sinif rəhbərliyindən çıxarılmasını tələb etmişdir. X22 təklif edilmişdir ki, Quliyev Furkan digər sinfə keçirilsin, lakin valideyn qəti şəkildə bundan imtina etmiş və öz tələbində israr etmişdir. Belə olan halda valideynə izah edildi ki, təkcə onun müraciəti ilə sinif rəhbərini kənarlaşdırmaq mümkün deyil, bunun üçün valideyn iclası keçirilməli və digər valideynlərin fikri öyrənilməlidir. Lamiyə Quliyeva valideyn iclasının təşkil edilməsinə etiraz etməmiş və bütün valideynlərin onunla eyni fikirdə olduğunu iddia etmişdir. Lamiyə Quliyeva ilə görüş müsbət ab-havada yekunlaşmış və qərara alınmışdır ki, məsələnin yekun həlli sinifdə təhsil alan digər şagirdlərin valideynlərinin ümumi qərarından asılı olacaqdır. Görüş zamanı razılaşdırılmış qərara baxmayaraq görüşdən dərhal sonra Lamiyə Quliyeva sinif rəhbəri Pərvanə Qurbanlıya zəng edib sərt formada 2 saat ərzində işdən çıxmasını tələb etmişdir, əks halda "bir düyməni basmaqla" onu prokurorluq və digər müvafiq orqanlara göndərəcəyi ilə hədələmişdir. Sinif rəhbəri bu hədədən qorxmuş və bu məsələdə kömək üçün məktəb rəhbərliyinə yazılı qaydada müraciət etmişdir. Sinif rəhbəri ilə telefon danışığından sonra Lamiyə Qurbanlı məktəbin Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətliyə də eyni tələblə heç bir araşdırma aparmadan Pərvanə Qurbanlırı 2 saat ərzində məktəbdən çıxartmaq tələbi ilə audio mesajlar göndərmiş, həmin mesajlarda məktəbin, xüsusilə də direktorun ünvanına kobud sözlər işlətmişdir. Bütün bunlar görüş zamanı razılaşdırıldığı kimi valideyn iclasının keçirilməsi və nəticəsi gözlənilmədən baş vermişdir. xx.xx.2024-cü il tarixdə Lamiyə Quliyevarın qaldırdığı məsələ ilə əlaqədar 6b sinfi üzrə keçirilmiş valideyn iclasının protokolundan görünür ki, 18 valideyndən 13-ü iclasda şəxsən iştirak etmiş və sinif rəhbərinin vəzifəsində qalmasının lehinə fikir bildirmişlər. Valideynlərin 2-si eyni mövqeyi Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətliyə telefonla bildirmişlər. Sözügedən iclasda Quliyev Furkanın valideyni Lamiyə Quliyeva iştirak etməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Həmçinin əlavə edir ki, rus dili və ədəbiyyatı müəllimi Çinarə Piriyeva xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edərək bildirmişdir ki, onun çoxsaylı iradlarına məhəl qoymayaraq 6b sinif şagirdi Quliyev Furkan ev tapşırığını yerinə yetirmir, dərsə hazırlıqsız gəlir, həmin tarixədək rus dili dəftəri tutmamışdır, dərs zamanı sistemli şəkildə dərsdən yayınır və digərlərini də yayındırır, yeni dərs izah edərkən hamı müəllimə qulaq asdığı halda Furkan dərsə qulaq asmır, yerindən replika atmaqla sakitliyi və dərsi pozur. Quliyev Furkanın yol verdiyi davranış pozuntuları barədə xx.xx.2024-cü il tarixdə İddiaçı ilə görüş keçirilmiş və görüş zamanı iddiaçıya Quliyev Furkanın məktəbin nizam-intizam qaydalarını dəfələrlə pozması barədə ətraflı məlumat verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək övladı Quliyev Furkanın təlim-tərbiyəsində cavabdehliyi öz üzərinə götürməsinə, həmçinin övladının qaydalara riayət edəcəyinə dair müəllimlərin köməyi ilə məsuliyyəti öz üzərinə götürməsinə dair söz vermişdir. Yalnız bütün bunlardan sonra Quliyev Furkanın davranışında yaxşılığa doğru dönüş baş vermədiyinə, valideyn Lamiyə Quliyevanın sinif rəhbəri Pərvanə Qurbanlıya və məktəb kollektivinə qərəzli mövqe bəsləməsini davam etdirdiyinə görə müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən çıxarış Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yuxarıda istinad edilən normalara əsasən iddiaçı və cavabdeh müqavilə azadlığı prinsipini rəhbər tutaraq ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləni bağlayarkən müqavilənin 7.2-ci bəndində məktəb tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinin şərtlərini müəyyən etmişlər. Müqaviləyə bu qaydada birtərəfli xitam vermə şərtlərinin daxil edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1 və 421.1-ci maddələrinin tələbinə tam uyğundur. Yuxarıda qeyd edildiyi kimi cavabdeh həmin müqavilənin 7.2.3 və 7.2.7-ci bəndlərinə əsaslanmaqla müqaviləyə birtərəfli qaydada xitam vermişdir. 2. X32 kobud davranma və ona mənfi psixoloji təzyiqlə əlaqədar: İddia ərizəsində Mərufə Mədətlinin, Leyla Cəbrayılovanın və məktəbin pedaqoji heyətindən hər hansı işçinin X28 ilə kobud davranması və ona mənfi psixoloji təzyiq göstərməsi barədə qeyd edilənlər doğru deyil. Bu səbəbdən də iddiaçı ərizəsinə hər hansı dəlil və ya sübut əlavə etməyib. Qeyd edir ki, məktəbin sinif otaqları və dəhlizləri video müşahidə altındadır, indiyədək X43a qarşı hər hansı kobud davranış və ya hər hansı formada təzyiq qeydə alınmamışdır.3.Məktəbdən xaric edilmə barədə əmrin təqdim edilməməsi ilə əlaqədar: İddiaçının ərizədə şagirdin məktəbdən xaric edilməsi barədə əmrin təqdim edilməməsini öz hüququnun pozulması kimi təqdim etməyə çalışması anılaşılmır və qəbul edilmir. Görünür ki, iddiaçı mülki hüquq münasibətlərini digər hüquq münasibətləri, böyük ehtimalla əmək hüquq münasibətləri ilə səhv salıb. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqavilə əmək müqaviləsi deyil ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənsin və müqaviləyə xitam verilməsi əmrlə rəsmiləşdirilsin. xx.xx.2024-cü il tarixli 56 nömrəli müqavilə xidmət göstərilməsinə dair müqavilədir, həmin müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir və həmin məcəllədə müqaviləyə xitam verilərkən bir tərəfin digər tərəfə hər hansı əmr təqdim etməsi nəzərdə tutulmur. Cavabdeh ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilələrə xitam verərkən öz sənəd dövriyyəsini nizamlamaq məqsədilə sırf daxili istifadə üçün əmr verir və bu əmrlərin surəti mülki müqavilə üzrə tərəflərə təqdim edilmir. 4. X33 təhsil hüququnun pozulması ilə əlaqədar: İddiaçının sözügedən müqaviləyə xitam verilməsinin övladı Quliyev Furkanın təhsil hüququnun pozulması kimi qələmə verməsi qəbul edilmir. Belə ki, iddia ərizəsində istinad edilən hüquq normaları dövlətin vətəndaşlar qarşısında götürdüyü öhdəliyini göstərir ki, bu öhdəliyi də dövlət təhsil müəssisələri lazımi qaydada yerinə yetirirlər və bu zaman vətəndaşlarla müqavilə bağlamırlar. Cavabdeh isə özəl təhsil müəssisəsidir, təhsil xidmətlərini əvəzli müqavilə bağlamaqla təqdim edir və ödənilən xidmət haqqı müqabilində bağladığı müqavilənin şərtləri yerinə yetirildikcə ayrı-ayrı şəxslərə təhsil xidmətləri göstərir. İddiaçının övladı Quliyev Furkan və yoldaşı Quliyeva Lamiyə isə müqavilənin şərtlərinə əməl etməmiş və cavabdehə müqaviləyə xitam verməkdən başqa seçim buraxmamışlar.
5. Müqaviləyə xitam verilməsi üçün xəbərdarlıq müddəti ilə əlaqədar: Müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 329 nömrəli xəbərdarlıq bildirişi müqavilə şərtlərinə uyğun verilmişdir. Belə ki, valideyn xx.xx.2024-cü il tarixdə səhər tezdən saat 09:00-dan bildirişi almışdır, həmin tarix bildirişin verildiyi 1-ci iş günüdür və yeddinci iş günü xx.xx.2024-cü il tarixdir. Beləliklə də, cavabdeh müqavilənin 7.3-cü bəndinə uyğun olaraq 7 (yeddi) iş günü öncədən yazılı bildiriş vermə qaydasına riayət etmişdir. 6. Quliyev Furkanın mənəvi sarsıntı keçirməsi ilə əlaqədar: İddiaçı ərizədə övladının mənəvi sarsıntı keçirməsini iddia etsə də, buna dair ərizəsinə hər hansı dəlil əlavə etməmiş, habelə övladının hansı mənəvi sarsıntı keçirməsini izah etməmiş, müqaviləyə xitam verilməsi ilə övladının mənəvi sarsıntı keçirməsi arasında səbəbli əlaqənin olmasını və cavabdehin təqsirinin nədən ibarət olmasını sübut etməmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının izahatına dair mülahizəsində göstərir:1. Etirazın nəzərə alınmaması barədə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsi ilə işdə iştirak edən şəxsin iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməsi barədə qayda müəyyən edilsə də, vurğulayırıq ki, sözügedən müddətin ötürülməsi işdə iştirak edən şəxsi iddiaya etiraz etməkdən, məhkəməyə izahat verməkdən və digər prosessual hüquqlardan məhrum etmir. Bu səbəbdən də məhkəmə hazırlıq iclasında yazılı etirazda göstərilən hallar barədə şifahi nitqimizi dinləmiş və iddiaya etiraz olaraq bildirilənlər iclas protokoluna düşmüşdür. Belə olan halda etirazın nəzərə alınmaması barədə iddiaçının xahişinin heç bir əhəmiyyəti qalmır. 2. Pedaqoji şuranın qərarına istinad olunmaması, psixoloqun rəyi və imzasının olmaması, sonuncu cədvəlin Azərbaycan dilində tərtib edilməsi barədə: Məktəbin nizamnaməsinin 5.3.9-cu bəndinə əsasən pedaqoji şura şagirdlərin sinifdən-sinfə keçirilməsi, imtahanlara buraxılması, təkrar sinifdə, habelə payız imtahanlarına saxlanılması, yay tədris tapşırığı almasına dair məsələləri müzakirə edir və qərar qəbul edir. Həmin müddəaya uyğun olaraq hər tədris ilinin yekununda illik qiymətlərə əsasən pedaqoji şura tərəfindən X33 sinifdən- sinfə keçirilməsi məsələsi müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir. Nizamnamənin 5.3.10-cu bəndinə uyğun olaraq pedaqoji sura tədris ilinin sonunda illik qiymətlərə əsasən təhsildə zəif nəticələr göstərən şagirdlərin məktəbdən xaric edilməsi məsələsini müzakirə edir və müvafiq qərar qəbul edir. Şagird Quliyev urkan tədris ilinin əvvəlində (illik yekun qiymətlər olmadan) davranışına görə məktəbdən xaric edilmişdir ki, bu qaydada xaric etmə məsələsi pedaqoji şurada müzakirə edilməmiş, qərar direktor tərəfindən qəbul edilmişdir. Bu səbəbdən də Quliyev Furkanın məktəbdən çıxarılması barədə pedaqoji şuranın qərarına istinad edilməmişdir. Sözügedən cədvəllərdə sinif rəhbəri, psixoloq və direktorun imzası yalnız təhsil ilinin sonunda şagirdin sinifdən - sinfə keçirilməsini əsaslandırmaq üçün qeyd edilir. Vİ sinif şagirdi Quliyev Furkanın tədris ilinin əvvəlindən məktəbdə təhsil aldığı müddət çox qısa olduğu üçün şagirdi xarakterizə edən hər hansı məlumat yazılmamış, yalnız şagird kontingentindən çıxarılması barədə müvafiq məlumat qeyd edilmiş, təkcə Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətli tərəfindən imzalanmış, müvafiq möhür vurulmuş, daxili istifadə üçün verilmiş əmrin nömrəsi və tarixi göstərilmişdir. Sözügedən cədvəllər məktəbdaxili sənədlər olduğuna, daxili istifadə üçün nəzərdə tutulduğuna, rus bölməsi üzrə ibtidai sinif müəllimləri əsasən rusdilli olduqlarına, rus bölməsində təhsil alan şagirdlərin valideynlərinin rus dilini bildiklərinə, habelə bir qisim valideynin əcnəbi olmaqla Azərbaycan dilini bilmədiklərinə görə, habelə tələb edilərkən sözügedən cədvəllərdəki məlumatların həmin valideynlər üçün də bilavasitə əlçatan olmasını təmin etmək məqsədilə şəxsi işdə şagird haqqında qeydlər rus dilində yazılır. Məktəbdən çıxarılan şagirdlər barədə qeydlər ona görə Azərbaycan dilində yazılır ki, gələcəkdə həmin sənədləri sorğulayan digər məktəblər, habelə yarana biləcək mübahisəyə baxan orqan sənədin məzmunu ilə bilavasitə dövlət dilində tanış ola bilsin. 3. Quliyev Furkanın şagird kimi qiymətləndirilməsi və davranışı barədə: İddia ərizəsinə etirazla bağlı izahatında iddiaçı bildirir ki, İ-V siniflərdə Quliyev Furkanın şəxsi işində şagird haqqında yalnız müsbət rəylər qeyd olunmuşdur. Halbuki, Quliyev Furkan V sinifdə oxuyarkən sinif rəhbəri Qardaşxanova Həmidə, bölmə rəhbəri Cəbrayılova Leyla tərəfindən rəhbərliyə şagirdin davranış pozuntuları barədə təqdimatlar daxil olmuşdur. X38 özü də məhkəmədə şahid qismində ifadə verib təsdiq edə, həmin təqdimatlar və nəticələri barədə ətraflı məlumat verə bilər. Quliyev Furkanın V sinif üzrə şəxsi işində şagird haqqında yazılan qeydlər şagirdin müsbət tərəfləri ilə yanaşı, həm də zəif tərəflərini əks etdirir. Belə ki, həmin qeydlərdən görünür ki, "Furkan arzu edərsə, yaxşı oxuya bilər, onda oturaqlıq və diqqət çatışmır" kimi xüsusiyyətlər şagirdin zəif tərəflərinə işarə edir. V sinifdə Quliyev Furkanın 7 fənn üzrə illik nailiyyəti 149 bal arasında qiymətləndirilmişdir. İlin sonunda şagirdin zəif tədris fəaliyyəti barədə valideynə məlumat verilmiş və valideyn ərizə yazaraq, övladının təhsil və davranışına diqqətin artırılacağına söz vermişdir. Habelə əlavə edirik ki, iddiaçının X7 təqdim etdiyi çıxarışlardan da Quliyev Furkanın çatışmazlıqları barədə aşağıdakı qeydlər görünür: a. xx.xx.2024-cü il tarixdə ümumi tarix müəllimi X29 tərəfindən "Təəssüf ki, şagird dərsə hazırlıqsız gəlir. Dərsə qulaq assa da, yetərsiz hazırlıq materialın yadda saxlanılmasını çətinləşdirir"; b. xx.xx.2024-cü il tarixdə ədəbiyyat müəllimi X10 tərəfindən "Diqqəti tez-tez dağılır və yeni mövzunun izahında fəallığı zəifdir: Qaydalara riayət etsə də, bəzən (nadir hallarda) dərs prosesini davranışı ilə pozur"; C. xx.xx.2024-cü il tarixdə təbiət fənni müəllimi X6 tərəfindən "Diqqəti tez-tez dağılır və yeni mövzunun izahında fəallığı zəifdir; Qaydalara riayət etsə də, bəzən (nadir hallarda) dərs prosesini davranışı ilə pozur". Eyni zamanda iddiaçı X12 digər müəllimlərin Quliyev Furkanın davranış və təhsili barədə qeydlərinə laqeyd yanaşmış və onları görməzlikdən gəlmişdir. Belə ki sözügedən jurnalda şagird barədə aşağıdakı qeydlər də yazılmışdır: a. xx.xx.2024cü il tarixdə təbiət fənni müəllimi X6 tərəfindən - "Həm intizama riayət etmək, həm də dərs tapşırıqlarını yerinə yetirməkdə çətinliklər var. Hər iki sahədə dəstək əhəmiyyətli dərəcədə nəticələri yaxşılaşdıra bilər"; b. xx.xx.2024-cü il tarixdə ədəbiyyat müəllimi X10 tərəfindən - "Əsəri evdə oxumur, dərslərdə aktiv deyil, müəllimin izahını diqqətlə dinləmir"; c. xx.xx.2024-cü il tarixdə təsviri incəsənət müəllimi X18 tərəfindən - "Furkan ardıcıl olaraq dərsləri pozur, intizamı pozur, dərsdən yayınır və digərlərini yayındırır. İradlara məhəl qoymur (iradları dinləmir)"; d. xx.xx.2024-cü il tarixdə Azərbaycan dili müəllimi X25 tərəfindən "Furkan dərsə kitabsız, dəftərsiz, qələmsiz gəlir. Dərsə çox məsuliyyətsiz yanaşır"; e. xx.xx.2024-cü il tarixdə rus dili müəllimi X19 tərəfindən "Dərsə gecikib. Dərsə hazır deyildi"; f. xx.xx.2024-cü il tarixdə ingilis dili müəllimi X4 tərəfindən - "Ev tapşırığı yoxdur"; g. xx.xx.2024-cü il tarixdə informatika müəllimi X13 tərəfindən - "Dərsə gecikir. Danışır dərs zamanı"; h. xx.xx.2024-cü il tarixdə ədəbiyyat müəllimi X10 tərəfindən "Dərsə hazırlıqsız gəlib, əsəri oxumayıb"; i. xx.xx.2024-cü il tarixdə Azərbaycan dili müəllimi X25 tərəfindən - "Furkan qəti şəkildə dərs oxumur. Dərsin gedişini də pozur. Çox narazıyam"; j. xx.xx.2024-cü il tarixdə Azərbaycan tarixi müəllimi X29 tərəfindən "... Sizin uşaq tez-tez ayağa qalxır və sinifdə gəzir, bu təkcə dərs prosesini pozmur, həm də digər şagirdlərin diqqətini yayındırır"; k. xx.xx.2024-cü il tarixdə ikinci xarici dil (alman dili) müəllimi X30 tərəfindən - "Dərsi pozaraq digər uşaqların diqqətini yayındırır va dərsə hazırlıqsız gəlir". İddiaçı övladı Quliyev Furkanın davranışındakı nöqsanlar barədə xəbərdar olmuş və bunu bilmişdir. Hətta iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində öhdəlik götürmüşdür ki, müəllimlərlə birgə Qüliyev Furkanın təlim-tərbiyəsinə nəzarət edəcəkdir. Beləliklə, iddiçı cavabdehi nə qədər qərəzli hesab etsə də, cavabdehin X43a qərəzli yanaşdığını söyləsə də, övladının davranışında, təlim- tərbiyəsində problemlərin mövcud olduğunu bilmiş və yuxarıda istinad edilən ərizəsində bunu təsdiqləmişdir. İddiaçı izahatında bildirir ki, müqaviləyə xitam verilməsi barədə bildirişdə göstərilən xx.xx.2024-cü il tarixində də X12 müəyyən qeydlər aparılmışdır. Vurğulayırıq, ki, X12 şagirdlər haqqında yazılan qeydlər həftəlik dərslər barədədir və həftənin sonunda yazıla bilir. Bu səbəbdən də Quliyev Furkan barədə sözügedən jurnalda xx.xx.2024-cü il tarixində yazılan qeyd 21-24 oktyabr tarixlərində şagirdin həftəlik məktəb fəaliyyətini əks etdirir. Qısası, X24 müəllimlərə texniki imkan verir ki, şagirdlər barədə sonuncu dərs gününə dair qeydləri həftənin sonunda yazsınlar. 4. Valideyndən "qisas" almaq məqsədi barədə: İddiaçı izahatında övladının təhsil müəssisəsindən xaric edilmə səbəbini cavabdehin valideynlərdən "qisas" alması kimi qiymətləndirir. İddiaçının irəli sürdüyü iddialar faktlara əsaslanmadığı üçün əslində bu cür qiymətləndirmə onun məktəbə, rəhbərliyə, pedaqoji heyətə qərəzli münasibətini göstərir. Cavabdehin belə bir mövqedən çıxış etmədiyini şahidlər - Mərufə Mədətli, Leyla Cəbrayılova, Heydər Əliyev, Kəmalə Qasımova, Pərvanə Qurbanlı təsdiq edə bilərlər. Belə ki, müqavilə üzrə müəyyən edilmiş güzəşt tətbiq edilə bilən hallar olmadığı halda iddiaçıya illik təhsil haqqına hər il 1000 AZN güzəşt edilmişdir. Bunu təsdiq edən sənədlər mülahizəyə qoşulur. İddiaçı iddia ərizəsində və izahatında bildirir ki, cavabdeh və pedaqoji heyət qərəzli və valideynlərdən qisas almaq niyyəti ilə davranmışdır. Belə olan halda sual yaranır ki, nə üçün iddiaçı pedaqoji mühiti qərəzli olan bir özəl təhsil müəssisəsinə övladının bərpa edilməsini istəyir? Hesab edirik ki, İddiaçı tərəfindən irəli sürülən iddialar cavabdehin işgüzar nüfuzuna xələl gətirilməsinə yönəlib və övladının məktəbdən çıxarılmasına görə məhz iddiaçının cavabdehdən qisas almaq niyyətinə işarə edir. Vurğulayırıq ki, 25 illik fəaliyyəti dövründə heç kəs cavabdehi və pedaqoji heyəti şagirdlərə va ya valideynlərə qərəzli münasibət bəsləməkdə təqsirləndirməmişdir. 5. Sinif rəhbəri Pərvanə Qurbanlının işdən çıxarılmasına dair təzyiq barədə: İddiaçı həyat yoldaşı Quliyeva Lamiyə tərəfindən sinif rəhbəri Qurbanlı Pərvanəyə işdən çıxması barədə təzyiqin edilmədiyini, yalnız sinif rəhbərliyindən kənarlaşdırılmasını xahiş etdiyini iddia etsə də, rus bölməsinin tədris işləri üzrə koordinatoru Leyla Cəbrayılovaya göridərilmiş audio mesajlar təzyiqin həqiqət olduğunu göstərir. X38, həmçinin Pərvanə Qurbanlı özü də məhkəmədə şahid qismində ifadə verib təsdiq edə bilər. 6. Sinif rəhbəri X15 Furkana qərəzli münasibəti, şagirdi stressə salması, daimi təzyiq altında saxlaması barədə İlk əvvəl qeyd edirik ki, sinif rəhbəri Pərvanə Qurbanlının 09 sentyabrdan deyil, 16 sentyabr 2024-cü il tarixindən fəaliyyətə başlaması səhhəti ilə bağlı xaricdə müalicə alması ilə əlaqədardır. Həmin müddət ərzində Pərvanə Qurbanlını sinif rəhbəri vəzifəsində digər müəllim - Altuntac Məmmədova əvəz etmişdir. İddiaçının izahatında sinif rəhbəri X15 Furkana qərəzli münasibəti, şagirdi stressə salması, daimi təzyiq altında saxlaması barədə qeyd etdikləri doğru deyil. Pərvanə Qurbanlı şagirdlərə, o cümlədən Quliyev Furkana münasibətdə gülərüz, qayğıkeş və mehriban davranmış, Furkan dərsdə 2 dəqiqə belə başını qaldırmayanda səbəbi ilə maraqlanmış, digər şagirdlər kimi Furkanı səhər qarşılamış, günün sonunda yola salmış, Furkanın dərslərə gecikməsinin səbəbini qayğı ilə öyrənmiş, hətta qaydalara zidd olsa da, avtomobilini parklayıb məktəbə gəlməklə əlavə vaxt itirməməsi və diskomfort yaşamaması üçün anası Lamiyə xanımın istəyinə uyğun olaraq Furkanın məktəbin girişindəki şlaqbauma getməsinə dəfələrlə şərait yaratmışdır. İndiyədək nə Pərvanə Qurbanlının özünə, nə psixoloq Kəmalə Qasımovaya, nə də digər məktəb nümayəndələrinə X15 Furkana qərəzli münasibəti, şagirdi stressə salması, daimi təzyiq altında saxlaması barədə heç bir müraciət edilməmişdir. 7. Quliyev Furkanın davranış pozuntuları barədə İddiaçı izahatında qeyd etmişdir ki, Quliyev Furkana sinif yoldaşını tənəffüs zamanı eyvana itələyib qapını örtdüyünə görə çox ağır cəza verilmişdir. Buna etiraz olaraq bildiririk ki, sözügedən neqativ davranışa görə şagirdə heç bir cəza verilməmişdir. Baş vermiş hadisəni müşahidə edən Leyla Cəbrayılova sinfə daxil olaraq sözügedən hadisənin nümunəsində şagirdlərlə ciddi söhbət aparmış və hadisənin nə qədər təhlükəli olduğunu şagirdlərə izah etməyə çalışmışdır. Əlavə edirik ki, Quliyev Furkan özündən boyca balaca və fiziki cəhətdən zəif sinif yoldaşının üzünə heç bir səbəb olmadan sillə vurur, vurulan uşaq özünü müdafiə etməyə aciz qalır, cavab qaytarmağa özündə güc tapmır. X35 evdə valideynlərinə alman dili dərsində müəllim Əbilova Leylanın onu bir partadan digər partaya tullaması barədə məlumat verir və iddiaçı bu məlumata əsəbiləşib məktəbə gəlir. Məktəbdə iddiaçını nizam-intizama nəzarət və valideynlərlə əlaqə koordinatoru Heydər Əliyev qarşılayır və birlikdə hadisənin video görüntüsünə baxırlar. Yalnız bundan sonra iddiaçı oğluna üzünü tutub hadisənin sonuncunun təsvir etdiyi kimi olmadığını irad bildirir. Təsvir edilən hadisə barədə təfərrüatları Heydər Əliyev məhkəmədə şahid qismində ifadə verib təsdiq edə bilər. Yuxarıda istinad edilən hər üç epizoda dair video görüntülər ayrıca flash diskə yazılıb məhkəməyə təqdim ediləcək. Həcmcə böyük olduqlarına və formatları dəstəklənmədiyinə görə həmin faylları elektron məhkəmə portalındakı kabinetə yükləmək mümkün olmadı. Həmçinin əlavə edirik ki, Altuntac Məmmədova sinif rəhbəri vəzifəsini əvəz etdiyi qısa müddətdə Quliyev Furkanın digər şagirdin penalına tüpürdüyünün və bu hadisənin digər şagirdə çox pis təsir etdiyinin şahidi olmuşdur. Sözügedən hadisənin təfərrüatları barədə Altuntac Məmmədovanın məhkəmədə şahid qismində ifadə verməsi məqsədəmüvafiqdir. 8. Valideyn iclasında qaldırılan məsələ və iclasın protokolunun tərtib edilməsi barədə İddiaçı izahatında qeyd edir ki, xx.xx.2024-cü il tarixində Vİ sinif valideynləri ilə keçirilən toplantının protokolunda Lamiyə Quliyevanın rəhbərliyə ünvanladığı şikayət ərizəsində irəli sürülən tələb (Qurbanlı Pərvanənin sinif rəhbərliyindən kənarlaşdırılması) təhrif edilmiş, valideynlərə fərqli suallarla müraciət edilmiş və sinif rəhbəri Qurbanlı Pərvanənin işdən çıxarılmasına dair rəylərini bildirmələri xahiş edilmişdir. X26 şikayət ərizəsində Qurbanlı Pərvanənin sinif rəhbərliyindən kənarlaşdırılmasını yazsa da, xx.xx.2024-cü il tarixdə rəhbərlik yanında keçirilən görüşdə israrla sinif rəhbərinin məktəbdən çıxarılmasını tələb etmişdir. Rəhbərlik tərəfindən valideynə sinif rəhbərinin dəyişdirilməsi və ya şagirdin sinfinin dəyişdirilməsi təklif olunsa da, X26 razılaşmamışdır. Görüşdə iştirak edən məktəb nümayəndələri - Mərufə Mədətli, Heydər Əliyev, Kəmalə Qasımova, Leyla Cəbrayılova bu halı məhkəmədə şahid qismində ifadə verib təsdiq edə bilər. Ardınca məktəb rəhbərliyi valideyn Lamiyə Quliyevaya bildirmişdir ki, tək bir valideynin şikayəti əsasında müəllimin işdən çıxarılması ədalətli və düzgün deyildir, digər valideynlərin rəylərinin alınması vacibdir. Bunu da qeyd edək ki, görüşdən sonra Quliyeva Lamiyə sinif rəhbəri Qurbanlı Pərvanəyə zəng edərək 2 saat ərzində öz xahişi ilə işdən çıxmasını tələb etmiş və məktəb rəhbərliyinin ünvanına təhqiredici ifadələr işlətmişdir. Sonra isə X26 bölmə rəhbəri Leyla Cəbrayılovaya bu barədə Whatsapp platforması üzərindən səsli mesajlar göndərmişdir. Göstərilən halları həm Pərvənə Qurbanlı, həm də Leyla Cəbrayılova məhkəmədə şahid qismində ifadə verib təsdiq edə bilər. 30 sentyabr 2024-cü il tarixində Vİ sinif valideynləri ilə keçirilən valideyn iclasında Quliyeva Lamiyə iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. X36 28 sentyabr 2024-cü il tarixdə Lamiyə Quliyevaya zəng etmiş, zəngi cavabsız qaldığı üçün Whatsapp üzərindən iclas barədə audio mesaj göndərmiş, lakin bu mesajı da Lamiyə Quliyeva cavabsız saxlamış və Leyla Cəbrayılovaya geri dönüş etməmişdir. İclasda valideynlərlə Quliyeva Lamiyənin şikayət ərizəsi və sinif rəhbəri Qurbanlı Pərvanənin işdən azad olunması tələbi müzakirə edilmişdir. İclasda aşağıdakı fikirlər valideynlər tərəfindən səsləndirilmişdir:➤ Müəllimə çox səmimidir, mülayimdir, daha sərt olmalıdır ki, şagirdlər onun dediklərinə riayət etsinlər; ➤ Yaranan vəziyyətə görə müəlliməni işdən azad etmək çıxış yolu deyil. Bu, şagirdin müəllimlə gələcək münasibətinə mənfi təsir edər; ➤ Müəllim şagirdə səs tonunu qaldıra bilər, burada mənfi bir vəziyyət yoxdur. Şagirdlərə hər dəfə yüksək tonla müraciət edəndə müəlliməni işdən azad etmək olmaz; ➤ Şagird o vəziyyətə gətirməməlidir ki, müəllim qışqırsın. Müəllim də pedaqoji etikanı qorumalıdır; ➤ Sinif otaqlarının eyvanları bağlı olmalıdır, eyvanların açıq olması təhlükəlidir; ➤ Nizam-intizam koordinatoru, psixoloq uşaqlarla iş aparmalıdır; ➤ Tərbiyəni uşaq evdə alır, məktəb akademik bilik və bacarıqlar verir; ➤ Biz özümüz uşaqları hər bir şeydən müdafiə edirik, çətinliklərdən qoruyuruq və bu onların gələcək həyatına pis təsir göstərir; ➤ Valideyn Furkana vəziyyəti, davranışları başa salmalıdır və şagird öz davranışlarına cavabdeh olmalıdır. İclasda aşağıdakı fikirlər məktəbin nümayəndəsi Leyla Cəbrayılova tərəfindən səsləndirilmişdir:➤ Müəllim şagirdlərlə ünsiyyət qurarkən pedaqoji etikaya riayət etməlidir;➤ Hər bir şagirddən nizamintizam tələb olunur və bu bizim intizam siyasətində əks olunub. 9. Çinarə Piriyevanın təqdimatının sonradan tərtib edilməsi barədə Rus dili və ədəbiyyatı müəllimi Çinarə Piriyevanın təqdimatı sonradan tərtib edilməmiş, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, lakin rəhbərlik tərəfindən işlərin çoxluğu səbəbindən, o cümlədən həmin ərəfədə çoxlu təqdimatlar olduğuna görə həmin təqdimat çevik qaydada müzakirə edilməmişdir. Belə ki, müəllimlər tərəfindən yazılan təqdimatlar ilk əvvəl müəllimin özünün və Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətlinin, rus bölməsinin tədris işləri üzrə koordinatoru Leyla Cəbrayılovanın, nizam-intizama nəzarət və valideynlərlə əlaqə koordinatoru Heydər Əliyevin, psixoloq Kəmalə Qasımovanın iştirakı ilə iclasda geniş müzakirə edilir, həmin müzakirə nəticəsində müəllimin təqsiri müəyyən edilməzsə, valideynlə əlaqə yaradılır, məsələ ona bildirilir və digər tədbirlər görülür. Məktəb nümayəndələri Ç.Piriyevanın xx.xx.2024-cü il tarixli təqdimatını müzakirə etməyə imkan tapmamış artıq 2 gün sonra valideyn Lamiyə Quliyeva müraciət etmiş və pedaqoji heyətin diqqəti valideynin müraciətinin araşdırılmasına yönəlmişdir. Yəqin edirik ki, göstərilən səbəbdən iddiaçıda sözügedən təqdimatın sonradan tərtib edilməsi təəssüratı yaranmışdır. 10 məktəbin fəaliyyətinin lisenziyalaşdırılması və akkreditasiyası barədə: İddiaçının izahatında məktəbin lisenziya əsasında fəaliyyət göstərməsi və akkreditasiyadan keçməsi barədə qeyd edilənlər cavabdehlə dövlət, o cümlədən səlahiyyətli dövlət orqanları arasında olan münasibətlərə aiddir. Sözügedən münasibətlər "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 16 və 29, "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 4 va 16-cı maddələri ilə tənzimlənir. Cavabdehlə dövlət arasında olan lisenziyalaşdırma və akkreditasiya barədə münasibətlərin valideynlərə, o cümlədən iddiaçıya heç bir aidiyyəti yoxdur və iddiaçının cavabdehlə dövlət arasında olan sözügedən münasibətləri indiki məhkəmə mübahisəsi ilə əlaqələndirməyə çalışması qəbuledilməzdir. 11. Görüntülərin təqdim edilməsi barədə: Yuxarıda bildirildiyi kimi həcmləri böyük olduğuna və formatları dəstəklənmədiyinə görə Quliyev Furkanın sinif yoldaşını balkona salaraq qapını kilidləməsinin, sinif yoldaşının üzünə sillə vurmasının, alman dili dərsində müəllimin Furkanı "bir partadan digər partaya tullaması"nın və "sərbəst iş" dərsinin video görüntüləri əks olunan faylları elektron məhkəmə portalında şəxsi kabinətə yükləmək mümkün olmadı, sözügedən görüntülərin yazıldığı ayrıca flash disk məhkəməyə təqdim ediləcək. 12. Quliyev Furkanın təhsil hüquqlarının pozulması barədə: İddiaçı izahatında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunun bir çox müddəalarına istinad edib Quliyev Furkanın təhsil hüququnun pozulmasını əsaslandırmağa çalışsa da, nədənsə həmin qanunun 40.4-cü maddəsinə istinad etmir və həmin müddəanı görməzlikdən gəlir. Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 40.4-cü maddəsinə əsasən özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Həmçinin "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 30.8-ci maddəsinə əsasən bələdiyyə və özəl ümumi təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Təkrarən qeyd edirik ki, iddiaçının ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləyə xitam verilməsinin övladı Quliyev Furkanın təhsil hüququnun pozulması kimi qələmə verməsi qəbul edilməzdir. Belə ki, iddia ərizəsində və izahatda istinad edilən hüquq normaları ya dövlətin təhsil müəssisələrinin fəaliyyətini nizamlamasına dair müddəaları, ya da dövlətin vətəndaşlar qarşısında götürdüyü öhdəliyini tənzimləyir ki, bu öhdəliyi də dövlət təhsil müəssisələri lazımi qaydada yerinə yetirirlər və bu zaman vətəndaşlarla müqavilə bağlamırlar. Cavabdeh özəl təhsil müəssisəsidir, təhsil xidmətlərini əvəzli müqavilə bağlamaqla təqdim edir və ödənilən xidmət haqqı müqabilində bağladığı müqavilənin şərtləri yerinə yetirildikcə ayrı-ayrı şəxslərə təhsil xidmətləri göstərir. İddiaçının övladı Quliyev Furkan və yoldaşı Quliyeva Lamiyə müqavilənin şərtlərinə əməl etməməklə cavabdehi müqaviləyə xitam verməyə məcbur buraxmışlar. 13. Məktəbin nizamnaməsinin və intizam siyasətinin məhkəməyə təqdim edilməsi barədə: Cavabdehin nizamnaməsinin və intizam-siyasətinin (həm ilkin, həm də 2-ci redaksiyada) surəti mülahizəyə qoşulmaqla məhkəməyə təqdim edilir. 14. Sinif rəhbəri Pərvanə Qurbanlının vəzifələrini yerinə yetirməsi barədə: Sinif rəhbəri Pərvanə Qurbanlı kifayət qədər bilik, səriştə və bacarığa malikdir, məktəbdə işlədiyi müddət ərzində hazırki məhkəmə işində bəhs edilən Lamiyə Quliyevanın müraciəti istisna olmaqla, barəsində hər hansı şikayət qeydə alınmamışdır. P.Qurbanlı müəllim kimi üzərinə düşən vəzifələri, o cümlədən iddiaçının izahatında sadaladığı "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 23.3.8-23.3.12-ci bəndlərində göstərilən vəzifələri yaxşı bilir və onları layiqincə yerinə yetirir, həmçinin həmin vəzifələri Quliyev Furkana münasibətdə də yerinə yetirmişdir. 15. Təhsilalanların mənafelərinin balanslaşdırılması barədə: Yuxarıda təsvir edilən hallar göstərir ki, Quliyev Furkanın nöqsanlı davranışı ilə dərsləri pozması, sinif yoldaşlarına münasibətdə kobud davranması və sonuncuların özlərini müdafiə etməkdə aciz qalmaları digər şagirdlərin mənafeyi ilə uzlaşmamış, onları əlverişsiz vəziyyətə salmışdır. Habelə F.Quliyev nöqsanlı davranışı ilə sinif yoldaşlarının diqqətinin dərslərdən yayınmasına səbəb olmuş, bu da yekunda digər şagirdlərin həm davranışına, həm də təhsil göstəricilərinə neqativ təsir etmişdir. Bu neqativ təsir isə cavabdehə digər valideynlərlə bağlanmış müqavilələr üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə mane olmuşdur. Beləliklə də, digər şagirdlərin üstün mənafeyi və cavabdehin müqavilə üzrə öhdəliklərinə sadiq qalması, həmçinin öz öhdəliklərini yerinə yetirməyə mane olacaq təsirləri neytrallaşdırılması naminə haqlı olaraq Quliyev Furkanın məktəbdən xaric edilməsi barədə qərar qəbul edilmişdir. 16. Yekun qeydlər Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı ilə məktəb nümayəndələri arasında olan münasibətlərin araşdırılması, həqiqətin üzə çıxarılması və ədalət mühakiməsinin hərtərəfli aparılması məqsədilə məktəb nümayəndələrinin şahid qismində məhkəmə baxışına dəvət edilməsi ifadələrinin alınması məqsədəmüvafiqdir. Vurğulayırıq ki, iddiaçı izahatını məhkəmənin hazırlıq iclasından az əvvəl təqdim etdiyinə və hazırlıq iclasında həmin izahatla tanış ola bilmədiyimizə görə şahidlərin məhkəməyə dəvət edilməsi və ifadə vermələri barədə vəsatətin olacağını məhkəməyə bildirmək imkanımız olmadı və məhkəmə işi baxışa təyin etdi. Buna baxmayaraq şahid qismində dəvət edilmə barədə vəsatətlə məhkəməyə müraciət edəcəyik.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X20 izahatında bildirmişdir ki, 2015-ci ildə Bakı Dövlət Üniversitetinin müəllimlik ixtisasını bitirib. 2023-cü ilin sentyabr ayından müqavilə üzrə "xxxx" MMC-də müəllim işləyir. Rus bölməsi üzrə 6 b sinifinin rəhbəri olduqdan sonra Furkan Quliyevin hiperaktiv uşaq olduğunu, sinif yoldaşları ilə kobud rəftarını müşahidə etmişdir. Uşağın davranış qaydalarına uymayan ehtiyatsız hərəkətləri var idi. Zarafatyana kiməsə şillə vurur, təpik vurur, sinif yoldaşını balkona çıxarır, sonra geri qayıda bilməməsi üçün qapını bağlayır. Sentyabr ayının 25-i tarixində müstəqil iş dərsində Furkanın səs-küy saldığını görüb, iki dəfə sakit tonda ona iradını bildirmişdir ki, sakit olsun, çünki həm digər uşaqları dərsdən yayındırır həm də, qonşu sinif otaqlarında dərs keçirilməsinə mane olurdu. Lakin Furkan iki xəbərdarlığa məhəl qoymadığından üçüncü dəfə adını azda olsa ucadan çağırmaqla, onu öz yerində oturmağa dəvət etmişdir. Furkan bu dəfə onu eşidərək, yanına gəlmiş, həmin an uşaq ağlamadan sadəcə “ bir daha etməyəcəyini” demişdir. Uşağı həmin gün dərsdən evə heçnə olmamış kimi yola salmış, uşaqdan özünə qarşı aqressiya hiss etməmişdir. Uşağın dərsdəki davranışlarından məsuliyyət hiss etdiyindən uşaq barəsində təqdimat yazmışdır. Həmin gün dərsdən sonra evə gedərkən, uşağın valideyni valideynlər qrupuna səs atmış, səsdə Furkanın evə küskün gəldiyini, ona müəllim kimi səsini qaldırdığını, bu halın birinci dəfə olmadığını demişdir. Həmin səsə qulaq asıb valideyn qrupunda cavab olaraq yazmışdır ki, “İlhamə xanım sizə şəxsidə izah edəcəm” Valideyn isə cavabını yenə qrupa yazmışdır ki, digər valideynlərin də, məlumatı olsun. Səhəri gün valideyn Lamiyə xanım məktəbə gələrək, ondan rəhbərliyə şikayət edib. Hətta özü, valideyn və Heydər müəllimin üçlü görüşündə aralarında mədəni qaydada müzakirə olsa da, hətta valideyn kimi keçirdiyi narahatlığa görə ondan üzr istəsə də, valideyn ondan şikayət edəcəyini bildirmişdir. Hətta sentyabr ayının 26-sında Furkan normal qaydada və yaxşı əhval ruhiyyədə dərsə gəlmiş, onda küskünlük halını müşahidə etməmişdir. Sentyabr ayının 30-da keçirilmiş valideyn iclasında yalnız rəhbərlik etdiyi sinifin valideynləri ilə arasında tanışlıq olmuşdur. Həmin iclasdan sonra sentyabr ayının 30-da Furkanın valideyni olan Lamiyə xanım ona zəng edərək, kobud səs tonunda demişdir ki, “məni eşidirsən, sənə 2 saat vaxt verirəm, ərizəni yaz işdən çıx, əgər rəhbərlik 2 saat ərzində zəng vuraraq, məlumat verməsi bir knopkanı baxmaqla, prokurorluq yolu ilə onu məktəbdən uzaqlaşdıracaq” Bu danışıqdan sonra bir dəfə 17 oktyabrda ona şəxsi mesaj ünvanlamışdır. Həmin mesajdan bilmişdir ki, Furkan məktəbdən xaric olub. Həmin mesajda profilinə şəklinə qoyduğu övladı üçün yazmışdır ki, “övladının xeyrini görmüyəsən, qazancını dərmanlara xərcliyəsən” kimi sağ olan övladına qarğış səsləndirmişdir. Valideynin məktəb rəhbərliyi ilə qohumluq münasibətindən də, xəbərsiz olmuşdur. Özü iki ildir işləyir 6 sinifdə fizika fənni tədris edir. Bu vaxta kimi 150 nəfər şagird və valideynlə ünsiyyətdə olub. Lakin ona qarşı bu vaxta kimi belə bir rəftar və ya irad bildirilməyib. Özü sinif rəhbəri kimi boş dərsi olduqda, sinifinin digər fənlər üzrə dərslərində nəzarət xarakterli iştirak edir. Digər fənn müəllimləri də, Furkan barəsində jurnala hazırlıqsız olması barədə qeydlər aparır, həm ona, həm rəhbərliyə iradlarını bildirirlər. Şagird barəsində isə məktəbin qaydalarına uyğun olaraq təqdimat yazmışdır. Belə ki, məktəbin qaydasına görə hər hansı əhəmiyyət daşıyan məsələ barədə rəhbərliyə məlumat verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
15. Xəzər Universiteti Dünya Məktəbi MMC ilə valideyn İddiaçı arasında bağlanan xx.xx.2024-cü il tarixli ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən və müqaviləyə 2 saylı əlavədən görünür ki, məktəb ödənişli əsaslarla müvafiq təhsil proqramlarına və Müqavilənin şərtlərinə uyğun olan şağird X21 təhsil xidmətləri göstərməyi, valideyn isə məktəbin müəyyənləşdirdiyi və müqavilənin əlavələrində qeyd olunan qiymətlər üzrə təhsil haqqını və tərəflərin razılaşdıqları digər xərcləri məktəbə ödəməyi öhdəsinə götürür. 2024-2025-ci tədris ili üçün illik təhsil haqqının məbləği artırılır və 9500 manat müəyyən edilir.
16. Müqavilənin 7-ci bəndində Müqavilənin ləğv edilməsi qaydalarında göstərilir: 7.1. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər; 7.2. Məktəb aşağıdakı hallarda birtərəfli qaydada bu Müqaviləyə xitam verə bilər: 7.2.1. Valideyn təhsil haqqını və Tərəflərin razılaşdığı digər xərcləri iki ay ardıcıl ödəmədikdə; 7.2.2. Valideyn və ya Şagird pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmadıqda; 7.2.3. Valideyn və ya Şagird Məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə; 7.2.4. Valideyn və ya Şagird təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim- tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmədikdə; 7.2.5. Valideyn tədrisə müdaxilə etməklə təlim-tərbiyə prosesinə zidd olan hərəkətlərə yol verdikdə; 7.2.6. Şagird üzürsüz səbəbdən 3 (üç) və ya daha çox gün dərs buraxdıqda və Məktəb vaxtında xəbərdar edilmədikdə: 7.2.7. Şagird digər şagirdlərə, müəllimlərə və Məktəbin işçilərinə qarşı kobud rəftar etdikdə, Məktəbin daxili qaydalarını pozduqda, dərslərdə düzgün davranmadıqda, dərsləri mənimsəyə bilmədkikdə, bilik səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə keçirilən imtahanları verə bilmədikdə; və s.
17. Xəzər Universiteti Dünya Məktəbinin direktoru tərəfindən valideyn İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 329 №-li məktubda göstərilir: Hörmətli valideyn, Bu məktubla bildiririk ki, dərsə hazırlıqsız gəldiyinə, dərs vaxtı sistematik olaraq diqqətini dərsdən yayındırdığına və digər şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb olduğuna, dərsdə yersiz replikalar atdığına, sakitliyi və dərsi pozduğuna görə, habelə valideyn Lamiyə Quliyeva tərəfindən 6b sinif rəhbəri Pərvanə Qurbanlıya işdən çıxmasına dair təzyiq edildiyinə görə Sizinlə "Xəzər Universiteti Dünya Məktəbi” MMC (bundan sonra Məktəb) arasında bağlanmış ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləyə əsasən övladınız X17 2024-2025-ci tədris ilində Məktəbdə təhsilini davam etdirməsi mümkün olmayacaq. Belə ki, dərsə hazırlıqsız gəlmə, dərsdə diqqəti yayındırma, dərsi pozma Məktəbin daxili qaydalarına görə intizam pozuntusu hesab edilir və bu hal Müqavilənin 7.2.3 və 7.2.7-ci bəndlərinə əsasən Məktəb tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məktəb müqavilənin 2.2.2.1, 7.2.3, 7.2.7, 7.3 və 7.6-cı bəndlərini rəhbər tutaraq bu məktubla Sizi xəbərdar etməklə müqaviləyə xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada xitam verir.
18. Xəzər Universiteti Bakı Dünya Məktəbinin direktoruna ünvanlanmış və 6 B sinfinin şagirdi Furkan Quliyev haqqında rus dili və ədəbiyyat müəllimi Çinarə Piriyevanın xx.xx.2024-cü il tarixli təqdimatının mətni: Hörmətli Leyla xanım, nəzərinizə çatdırmaq istəyirəm ki, 6º sinif şagirdi Quliyev Furkan tədris ilinin əvvəlindən dərslərə hazırlıqsız gəlir. Mənim daimi və çoxsaylı xəbərdarlıqlarıma baxmayaraq, verilən ev tapşırıqlarını yerinə yetirmir, hələ də rus dili fənni üzrə dəftəri yoxdur. Dərs zamanı sistematik olaraq fikri yayınır və bu zaman başqa şagirdlərində fikrini yayındırır. Mən dərs izah etdiyim zaman hər kəs mənə qulaq asdığı zaman, yerindən replikalar səsləndirərək sakitliyi pozur, başqaların fikrini yayındırır və nəticədə dərs prosesini pozur. Xahiş edirəm bu məsələdə bizə dəstək olasınız.
19. Xəzər Universiteti Bakı Dünya Məktəbinin direktoruna ünvanlanmış və 6 B sinfinin sinif rəhbəri Pərvanə Qurbanlının xx.xx.2024-cü il tarixli təqdimatının mətni: Hörmətli Mərufə xanım, yazıb məlumat vermək istəyirəm ki, mən xx.xx.2024-cü il tarixindən 6ª sinifində sinif rəhbəri vəzifəsini icra etməyə başlamışam. Həm sinif şagirdləri, həm də onların valideynləri ilə yaxından tanış olmaq üçün müəyyən tədbirlər keçirmişəm. Şagirdlərlə keçirdiyim sinif saatlarında məktəbimizin fəlsəfəsi, missiyası, intizam siyasəti müzakirə edilmişdir. Bunlara baxmayaraq, Quliyev Furkan heç bir qaydalara riayət etmir, öz sinif yoldaşları ilə ehtiyatsız rəftar edir, dərs zamanı səs salmaqla özünə və digər şagirdlərə mane olur. Keçən həftə Quliyev Furkan intizam pozuntusuna yol verərək, sinif yoldaşı M.Raufu balkona salaraq qapını bağlamışdır. Belə davranış valideynlərdə narahatçılıq yaratmışdır. xx.xx.2024 tarixində müstəqil iş zamanı Quliyev Furkan mənim xəbərdarlıqlarıma baxmayaraq səs salaraq şagirdlərin müstəqil işləmələrinə mane olmuşdur. Üçüncü xəbərdarlıqdan sonra, mən səs tonunu yüksəldərək (otaq səs-küylü idi) onun oturduğu yeri dəyişməsini söylədim. Çətinliklə onu müəllim stolunun arxasında oturtdum. Onu da qeyd etmək istəyirəm ki, Quliyev Furkan məktəbin intizam siyasətinə uyğun olmayan davranış pozuntuları ilə tədrisin keyfiyyətinə ciddi zərbə vurur. Sizdən xahiş edirəm ki, bu məsələnin həllinə valideynləri cəlb edəsiniz.
20. Xəzər Universiteti Bakı Dünya Məktəbinin direktoruna ünvanlanmış və Furkan Quliyevin valideyni Lamiyə Quliyeva tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizənin mətni: Hörmətli Mərufə xanım, sizdən xahiş edirəm 6 b sinif rəhbəri Pərvanə x. İlə bağlı ciddi ölçü götürəsiz, övladıma yaşatdığı streslə əlaqədar həmin günün gecəsi uşaq yaşadığı qorxudan səhərə yaxın həkim müdaxilə etdi və tək bununla bitmədi. Valideyn olaraq, övladlarının narahatlığından yoldaşı və özü səhhətlərində gərginlik keçirtmişlər. Xahiş edir ki,nəzərə alınsın və müəlliməni sinif rəhbərliyindən kənarlaşdırasınız, hesab edirəm ki, buna kifayət qədər əsas var. (yaşadıqları səhhət problemləri ciddiyə dönüşə bilir)
21. xx.xx.2024-cü il tarixli valideyn Lamiyə Quliyeva ilə keçirilmiş, görüşü protokolunda göstərilir: 27 sentyabr 2024-cü il tarixində rus bölməsi 6ª sinif şagirdi Furkan Quliyevin anası Quliyeva Lamiyə ilə məktəb nümayəndələri arasında görüş keçirilmişdir. Görüşün əsas məqsədi 26 sentyabr 2024-cü il tarixində Quliyeva Lamiyə tərəfindən rəhbərliyə təqdim edilmiş şikayət ərizəsini araşdırmaq olmuşdur. Görüşdə valideyn, Quliyeva Lamiyə öz övladında davranış problemlərinin olduğunu etiraf etsə də, yenə də sinif rəhbərinin yüksək tonla danışığını qəbul etməmiş və işdən çıxarılmasını tələb etmişdir. Məktəb rəhbərliyi X43ı başqa sinfə keçirilməsi təklifini vermişdir, lakin valideyn bu təklifi rədd etmişdir. Məktəb rəhbərliyi valideynə bildirmişdir ki, sinif rəhbəri barədə şikayət ilk dəfə olduğu üçün onun işdən çıxarılması məktəbin intizam siyasətinə uyğun deyil. Bununla yanaşı, şikayət yalnız 1 valideyn tərəfindən edilmişdir. Valideyn israrla sinfin digər valideynlərinin də sinif rəhbərindən narazı olduğunu bildirmişdir. Bu faktın doğruluğunu araşdırmaq üçün 6b sinif valideynləri ilə toplantının keçirilməsinin vacibliyi valideynin nəzərinə çatdırılmışdır və valideynin özünün də toplantıda iştirakı vacib hesab edilmişdir. 6b sinif valideynləri ilə toplantının xx.xx.2024-cü il tarixində keçirilməsi qərara alınmışdır. Lakin, X26 həmin toplantıda iştirakdan imtina etmişdir. Görüşün sonunda Quliyeva Lamiyə bölmə rəhbəri Leyla Cəbrayılovaya, Nizam-intizam koordinatoru Heydər Əliyevə, psixoloq Kəmalə Qasımovaya öz təşəkkürünü bildirmişdir.
22. xx.xx.2024-cü il tarixində rus bölməsi 6 b sinif valideynləri ilə rəhbərlik yanında toplantının protokolunda göstərilir: Toplantıda 6b sinif şagirdi Quliyev Furkanın valideyni Quliyeva Lamiyənin rəhbərliyə şikayət məktubu müzakirə edildi. X26 şikayət məktubunda 6ª sinif rəhbəri Qurbanlı Pərvanənin müstəqil iş saatında Q. Furkana yüksək tonla qışqıraraq ona təzyiq göstərdiyini bildirib. Bu vəziyyətin şagirdə mənfi təsir göstərməsini əsas gətirərək Qurbanlı Pərvanənin işdən azad edilməsini tələb etmişdir. Azərbaycan və rus bölmələrinin direktoru M.Mədətli valideynin şikayət məktubunu valideynlərin nəzərinə çatdırdı. M.Mədətli valideynlərdən xahiş etdi ki, yaranmış vəziyyətlə və Ümumiyyətlə sinif rəhbəri barədə öz rəylərini bildirsinlər. Valideynlər sinif rəhbərinin də toplantıya dəvət olunmasını xahiş etdilər. Sinif rəhbəri toplantıya dəvət edildi və valideynlərin çoxsaylı suallarını cavablandırdı. Valideynlərin ümumi rəyləri: Müəllimə çox səmimidir, mülayimdir, daha sərt olmalıdır ki, şagirdlər onun dediklərinə riayət etsinlər; Yaranan vəziyyətə görə müəlliməni işdən azad etmək çıxış yolu deyil. Bu, şagirdin müəllim ilə gələcək münasibətinə mənfi təsir edər.; Müəllim şagirdə səs tonunu qaldıra bilər, burada mənfi bir vəziyyət yoxdur. Şagirdlərə hər dəfə yüksək tonla müraciət edəndə müəlliməni işdən azad etmək olmaz.; Şagird o vəziyyətə gətirməməlidir ki, müəllim qışqırsın. Müəllim də pedaqoji etikanı qorumalıdır; Sinifdə balkonlar bağlı olmalıdır, balkonların olması təhlükəlidir.; Nizam-intizam koordinatoru, psixoloq uşaqlarla iş aparmalıdır; Tərbiyəni uşaq evdə alır, məktəb akademik bilik və bacarıqlar verir; Biz özümüz uşaqları hər bir şeydən müdafiə edirik, çətinliklərdən qoruyuruq və bu onların gələcək həyatına pis təsir göstərir.; Valideyn Furkana vəziyyəti, davranışları başa salmalıdır və şagird öz davranışlarına görə cavabdeh olmalıdır. Bölmə rəhbəri Cəbrayılova Leyla bildirdi ki, hər bir müəllim şagirdlərlə ünsiyyət qurarkən pedagoji etikaya riayət etməlidir. Qeyd etdi ki, hər bir şagirddən nizam-intizam tələb olunur və bu bizim intizam siyasətində əks olunub. X8 qeyd etdi ki, Quliyev Lamiyə, Pərvanə müəlliməyə zəng edərək öz ərizəsi ilə işdən çıxmasını tələb etmişdir. Bu məsələ ilə bağlı valideynlərdən öz münasibətlərini bildirməyini xahiş etdi. Sorğu: Müəllimə işdən çıxarılsın? 12 valideyn müəllimənin çıxarılmasının əleyhinə olaraq səs verdilər. Müəllimə işdən azad olunmasın,şans verilsin.
23. Furkan Quliyevin valideyni İddiaçı Xəzər Universiteti Bakı Dünya Məktəbinin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində göstərir: Quliyev Furkanın təlim-tərbiyəsinə cavabdehliyi siz müəllimləri ilə birlikdə nəzarətə götürməyinə söz verir. O cümlədən, xahiş edir ki, müəllimlər uşağa pedaqoji cəhətdən daha çox yanaşsınlar.
24. Xəzər Universiteti Bakı Dünya Məktəbində psixoloq, rus bölməsinin tədris işləri üzrə koordinatoru, Orucov Muhammedin valideyni, Quliyev Furkanın valideyni və Nizam intizam və valideynlərlə əlaqə üzrə kordinatorun iştirakı ilə tərtib edilən aktda göstərilir: xx.xx.2023-cü il tarixində Rus bölməsinin 5(b) sinif şagirdlərinin X28 və X11 valideyinləri ilə görüş keçirildi. Görüş əsnasında valideyinlərə Furkanın Muhammədə güclü zərbə vurması barədə məlumat verildi. X28 məktəbin intizam siyasətini ciddi pozaraq tədris prosesini dəfələrlə pozduğuna və öz davranışı ilə digər şagirdlərin dərslərə cəlb edilməsinə maneə törədir. Quliyev Furkanın valideyinlərinə bildirildi ki rəhbərlik tərəfindən "töhmət" elan edilib və şagirdin məktəbdən xaric edilməsi qərarının verilməsi labüd olacağı bildirilib. Valideyinlərin imza çəkilmədiklərinin səbəbləri: X11 tibbi müayinənin nətiçəsindən sonra qərar verəcəyini bildirib. X17 atası əsəbləşib otağı tərk etdi.
25. X1 çıxarışa görə Müəllimlərin X2 dərsə hazırlığına, davamiyyətinə və davranışına görə qeydləri: X31 (Azərbaycan dili fənni müəllim) – Furkan dərsə kitabsız, dəftərsiz, qələmsiz gəlir, Dərsə məsuliyyətsiz yanaşır; X19 ( rus dili müəllimi) Furkan dərsə gecikir və dərsə hazır deyildi. X13 (informatika müəllimi) dərsə gecikir, dərs zamanı danışır. X6 ( təbiət fənni müəllimi) dərslərə vaxtında gəlir, qaydalara riayət etsə də, bəzən (nadir hallarda) dərs prosesini davranışı ilə pozur, diqqəti tez-tez dağılır və yeni mövzunun izahında fəallığı zəifdir.
26. Cavabdeh MMC-nin xx.xx.2016-cı ildə təsdiq edilmiş Nizamnaməsinin iddiaçı tərəfindən istinad olunan bəndləri:
27. 5.2.3. Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən edilir. 5.3. Pedaqoji Şuranın vəzifələrinə daxildir: (5.3.10. bənd) Təhsildə zəif nəticələr göstərən şagirdlərin məktəbdən xaric olunması: Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
28. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında Müqavilə bağlanmış və müqavilə ilə məktəb, iddiaçının oğlu, xx.xx.2013-cü il təvəllüdlü Furkan Quliyevə ödənişli əsaslarla müvafiq təhsil proqramlarına uyğun təhsil vermək öhdəliyi götürmüşdür. İddiaçının oğlu bu Müqavilə və digər analoji müqavilələr əsasında artıq 6-cı ildir ki, sözügdən məktəbdə təhsil alır. Hazırda iddiaçı 2024 – 2025-ci tədris ilində məktəbin öhdəliyinin icrasından qərəzli və məqsədli şəkildə yayındığını və Müqaviləyə əsassız olaraq birtərəfli qaydada xitam verməklə, oğlunun məktəbdən xaric edildiyini iddia edir.
29. Hadisənin təfərrüatları: Furkan Quliyevə Cavabdeh-nin rus bölməsi üzrə 6 B sinfində təhsil alan dövrdə xx.xx.2024-cü il tarixində sinif rəhbər Pərvanə Qurbanlının rəhbərlik etdiyi müstəqil iş adlı dərsdə sistematik olaraq diqqətini dərsdən yayındırdığına və digər şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb olduğuna, sakitliyi və dərsi pozduğuna görə, sinif rəhbəri tərəfindən irad bildirilir. Şagird bu faəliyyətləri mütəmadi icra etdiyindən və digər sinif yoldaşlarına zarafat adı altında fiziki təsir göstərdiyindən sinif rəhbərinin şagird barəsində rəhbərliyə təqdimat yazmasına səbəb olur. Sentyabr ayının 25-i dərsdən sonra şagirdin valideyni (anası) valideyn qrupuna müəllimin oğlu ilə davranışından narazılığını bildirdiyi səs yazısı atır. Səhəri gün yəni, sentyabr ayının 26sında isə məktəbə gələrək, müəllim barəsində şikayət ərizəsi yazmaqla, uşağının hadisədən psixoloji sarsıntı keçirdiyini bildirir. (hadisə: xx.xx.2024-cü il tarixində dərs vaxtı Furkanın dərsi pozmasına görə müəllim tərəfindən 2 dəfə sakit tonda, 3-cü dəfə nisbətən yüksək tonla şagirdin adı ilə çağırılıb, müəllimin yanında əyləşdirilməsi). Məktəb rəhbərliyi sinif rəhbərinin dəyişdirilməsi məsələsinə digər valideynlərin iştirakı ilə baxılması qənaətinə gəlir. Sentyabr ayının 30-u keçirilən valideyn iclasında tərtib edilmiş protokola görə, mövcud şikayət ərizəsi əsasında müəllimin işdən kənarlaşdırılmasına zərurət olubolmaması aydınlaşdırılır və yekdilliklə buna əsas olmadığı qənaətinə gəlinir. Hansı ki, Furkanın valideyni İlhamə Quliyeva həmin iclasda iştirak etmir. Xəzər Universiteti Dünya Məktəbinin direktoru tərəfindən valideyn İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 329 №li məktubla sonuncuya onunla məktəb arasında bağlanmış ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləyə həmin Müqavilənin 7.2.3 və 7.2.7-ci bəndlərinə əsasən Məktəb tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün əsas yarandığı bildirilir və müqavilənin 2.2.2.1, 7.2.3, 7.2.7, 7.3 və 7.6-cı bəndlərini rəhbər tutaraq, bu məktubla xəbərdarlıq edilməklə, müqaviləyə xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada xitam verilir.
30. Hazırda iddiaçının oğlu Bakı şəhəri 1 №-li məktəbdə təhsilini müvəqqəti olaraq davam etdirir. İddiaçı isə məktəbin xx.xx.2016-cı il tarixində təsdiq edilmiş nizamnaməsinin 5.3.10.-cu maddəsinə istinad etməklə, tədrisdə zəif nəticə göstərən şairdlərin məktəbdən xaric olunmasının pedaqoji şuranın vəzifəsinə aid olduğunu, lakin Furkanın məktəbdən xaric edilməsi üçün pedaqoji şuranın iclasının keçirilmədiyini və bu xaricetmənin əsassız olduğunu iddia edir.
31. Cavabdehin nümayəndəsi və vəkili isə şagirdin məktəbdən xaric edilməsinin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhəliklərin iddiaçı tərəfindən pozulmasından qaynaqlandığını və müqavilənin birtərəfləri qaydada ləğvi üçün əsas yarandığını bildirir. Bu halda isə xx.xx.2024-cü il tarixli 56 nömrəli Müqavilənin 7.2.3 və 7.2.7-ci bəndlərinə istinad edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
34. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
35. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
36. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
39. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.
40. 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
41. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
42. 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.
43. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir: Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarının mahiyyətinə aydınlıq gətirilməsini və onların hüquqi nəticələrini tənzimləyən mülki qanunvericilik normalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur.
45. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi);– Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
46. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsində “xidmət müqaviləsi” adlı müqavilə növü nəzərdə tutulmasa da, müqavilənin şərtlərindən, mahiyyətindən onun podrat, tapşırıq müqaviləsinin xarakterinə uyğun gəldiyi müəyyən edilir. Belə ki, müqavilə üzrə məktəb müvafiq təhsil proqramlarına və müqavilənin şərtlərinə uyğun olaraq təhsil xidməti göstərməyi, valideyn isə tərəflərin razılaşdırdığı muzdu ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə müqavilə üzrə tərəflər müqavilənin birtərəfli qaydada ləğv edilməsi əsaslarını da razılaşdırmışlar.
47. Hansı ki, müqavilənin-7.2.1. Valideyn təhsil haqqını və Tərəflərin razılaşdığı digər xərcləri iki ay ardıcıl ödəmədikdə; 7.2.2. Valideyn və ya Şagird pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmadıqda; 7.2.3. Valideyn və ya Şagird Məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə; 7.2.4. Valideyn və ya Şagird təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim- tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmədikdə; 7.2.5. Valideyn tədrisə müdaxilə etməklə təlim-tərbiyə prosesinə zidd olan hərəkətlərə yol verdikdə məktəb birtərəfli qaydada müqaviləyə xitam verə bilər.
48. İddia tələbinin mahiyyətindən isə aydın olur ki, iddiaçı məktəbin müqaviləyə birtərəfli qaydada xitam verməsini əsassız hesab edir.
49. Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarətdir ki, tədqiq edilmiş sübutlar iddiaçının tələbinin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, şagird dərsdə dəfələrlə nizam-intizamı pozmuş və valideynə edilən xəbərdarlıqlar nəticə verməmişdir. Hansı ki, şagirdin məktəbin daxili qaydalarının tələblərinə riayət etməməsi, iş materiallarında olan sinif rəhbəri tərəfindən verilmiş təqdimatla, şagirdin davranışları ilə bağlı tərtib edilmiş protokolla öz təsdiqini tapır. Belə ki, xx.xx.2023-cü il tarixində Rus bölməsinin 5(b) sinif şagirdlərinin X46 və X11 valideyinləri ilə keçirilən görüşlərdə valideynlərə Furkanın Muhammədə güclü zərbə vurması barədə məlumat verilmiş. X28 məktəbin intizam siyasətini ciddi pozaraq tədris prosesini dəfələrlə pozduğuna və öz davranışı ilə digər şagirdlərin dərslərə cəlb edilməsinə maneə törətdiyinə görə, rəhbərlik tərəfindən "töhmət" elan edilib və şagirdin məktəbdən xaric edilməsi qərarının verilməsi labüd olacağı bildirilib. Həmçinin təqdim edilən yaddaş kartının müayinəsi nəticəsində X3 yoldaşlarına münasibətdə qəbul edilən davranış qaydalarından fərqli olaraq kobud ünsiyyəti, sinif yoldaşını qaldırmaqla balkona çıxarması, bir digərinə sillə vurması (vurulan uşağın etirazını göstərən üz ifadəsi) aydın müşahidə olunur. Halbuki, uşağının üstünə qışqırılmasından narazı olan və bu barədə məktəbə sinif rəhbərinin dəyişdirilməsi ilə bağlı müraciət edən valideyn onun tələbinin sorğusuz yerinə yetirilməməsindən narazı olmuş və yaranmış mübahisənin həlli ilə bağlı təşkil edilən iclasda iştirak etməmişdir. Bunun yerinə valideyn müəllimin işdən və ya sinif rəhbərliyindən çıxarılması ilə bağlı müəllimi və məktəb rəhbərliyini, onun tələbinin yerinə yetirilmədiyi halda müvafiq qurumlara şikayət edəcəyini, bəzi məlumatları ifşa edəcəyini bildirməklə hədələmişdir. Hansı ki, mübahisənin həllində maraqlı olan valideyn vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olduğu halda bunu etməmişdir. Belə ki, təyin olunmuş vaxtda hər hansı üzrlü və ya üzrsüz səbəbdən iclasda iştirak etməsə də, sonrakı tarixlərdə iclasın təkrar keçirilməsini tələb etməmiş, övladının davranışında həqiqətən neqativ halların olub-olmadığını, uşağa qarşı qərəzin olub-olmadığını müəyyən etmək üçün hər hansı əmək sərf etməmiş, uşağının narahatçılıq yaratdığı digər uşaqların valideynləri və digər müəlimlərlə məsələnin mahiyyətini araşdırmamışdır. Məktəbin həmin məsələ ilə bağlı araşdırmasına isə qərəz kimi yanaşmışdır. Halbuki, iddiaçı məktəb rəhbərliyinin onların yaxın qohumları olduqlarını, aralarında hər hansı mübahisəli halın olmadığını bildirmişdir.
50. Odur ki, cavabdehin tərəflər arasında olan müqavilənin şərtlərinə uyğun olaraq müqaviləni birtərəfli qaydada ləğv etməsi barədə mövqeyi əsassız hesab edilə bilməz.
51. Bundan başqa məhkəmə, iddiaçı tərəfin şagirdin yalnız məktəbin nizamnaməsinə uyğun olaraq, pedaqoji şuranın qərarı ilə xaric edilməsi barədə mövqeyini ona görə əsassız hesab edir ki, Nizamnamənin 5.3.10-cu bəndi təhsildə zəif nəticələr göstərən şagirdlərin xaric edilməsi məsələsini tənzimləyir. Halbuki, şagirdin dərslərə hazırlıqsız gəlməsi, dərslərdə nizam intizam qaydalarını pozması, valideynin davranışı(hədələmək) nəticəsində müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti müqavilənin şərtlərindən irəli gəlir.
52. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsini də əsassız hesab edir.
53. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
54. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
55. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır.
56. İddiaçı ona mənəvi zərər vurulmasını cavabdehin qeyri-hüquqi hərəkətləri ilə əsaslandırsa da, cavabdehin hər hansı hüquq pozuntusu törətdiyi təsdiq olunmadığından iddia həmin hissədə də əsassız hesab edilməlidir.
57. Tətbiq edilən prosessual normalar:
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
59. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
60. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
61. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
62. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
63. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “təhsil hüququnun bərpası və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
64. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı “təhsil hüququnun bərpası və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə(Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev