Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-932/2024 26.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 35 saylı ev mülkiyyət hüququ əsasında ona məxsusdur və fərdi yaşayış evinə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX1036862 saylı Çıxarış verilmişdir. Oğlu Nümayəndə Elera ilə 14 noyabr 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 11 avqust 2009-cu il təvəllüdlü X5 və 20 sentyabr 2013-cü il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Oğlu Rövşən üçün Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, (Kola yolu döngə 6) 124 ünvanında yerləşən qeydiyyatsız fərdi yaşayış evi inşa etdirərək ona vermişdir. Elera Rövşən ilə 2008-ci il tarixdə ailə qurduqdan etibarən həmin evə gəlin gəlmiş və cehiz əşyalarını da ora gətirmişdir. Həmin oğlu üçün inşa etdirdiyi fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün Eleranı və övladlarını mülkiyyətində olan ünvan 2 ünvanına qeydiyyata düşmüşlər. 01 iyul 2015-ci il tarixdə oğlu Rövşən Eleranın adına ünvan 3 ünvanında yerləşən 82 saylı (yeni ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 50, M3, m1 saylı) mənzil almışdır. ünvan 3 ünvanında yerləşən 82 saylı (yeni ünvan: ünvan 6ququ Daşınmaz Əmlakın Dövlət Reyestrində Eleranın adına qeydiyyata alınmış və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarış verilmişdir. Hazırda da həmin əmlak Eleranın mülkiyyətindədir. Yəni Cavabdeh mülkiyyətində daşınmaz əmlak vardır və onun, övladlarının onun mülkiyyətində olan fərdi yaşayış evində yaşayış sahəsinə ehtiyacları yoxdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə Rövşən ilə Elera arasında 14 noyabr 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş və birgə nikahlarından 11 avqust 2009-cu il təvəllüdlü X5 və 20 sentyabr 2013-cü il təvəllüdlü X3 anasının himayəsinə verilmişdir. Cavabdeh, övladları X5, X3 heç bir zaman onun mülkiyyətində olan mənzildə yaşamamışlar. Oğlu üçün inşa etdirdiyi yuxarıda qeyd etdiyi ünvanda yaşamışlar. Onun mülkiyyətində olan mənzildə isə formal olaraq qeydiyyatda qalmaqdadırlar. Hazırda cavabdehin, övladlarının ona məxsus mənzildə qeydiyyatda olmaları onun həmin əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də, o, hesab edir ki, onların həmin yaşayış evində istifadə hüquqlarına xitam verilməli və istifadə hüququnun olmaması müəyyən edilməlidir. O, ilkin olaraq Bakı İnzibati Məhkəməsinə qeydiyyatdan çıxarma tələbi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7030-2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-958-2023 saylı Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7030-2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-958-2023 saylı Qərarı ilə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının gəlinin və nəvələrinin mülkiyyət hüququ əsasında ona məxsus olan evdən qeydiyyatdan çıxarılması tələbi inzibati məhkəmə icraatının predmeti ola bilməz. Bunun üçün ümumi yurisdiksiyalı məhkəməyə müraciət edilməlidir. Bundan başqa, cavabdeh və övladlarının onun mülkiyyətində olan evə ehtiyacları yoxdur və cavabdehin özünə məxsus mənzili mövcuddur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh və övladları 11 avqust 2009cu il təvəllüdlü X2 və 20 sentyabr 2013-cü il təvəllüdlü X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 35 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil və digər Nümayəndə hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda iddiaçının nümayəndəsi Vəkil “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə ilə müraciət edərək, Cavabdeh və övladları 11 avqust 2009-cu il təvəllüdlü X2 və 20 sentyabr 2013-cü il təvəllüdlü X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən 35 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən 35 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 82 (yeni qaydalarla: AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 50, M3, M1) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Xocəsən Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 7 ünvanında Cavabdeh (gəlini), X5 və X3 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-958/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7030/2022 saylı 26 iyul 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3168/2023 saylı 05 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh məxsus cehiz əmlakların Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi (Kola yolu döngə 6), 124 ünvanında yerləşən evdən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Ş.Bahadırov tərəfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3168/2023 saylı 05 iyul 2023-cü il tarixli icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuş və bu səbəbdən də, həmin icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3168/2023 saylı 05 iyul 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar sözügedən icra sənədində qeyd edilən əmlaklar Cavabdeh nümayəndəsi tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1043/2024 saylı 06 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3216/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3216/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və sair tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 10 ünvan: ünvan 11issəsində iddiaçı Nümayəndə, ½ hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi üzrə iddiaçı Nümayəndə Cavabdeh qarşı nikahın pozulması, birgə nikahdan olan uşaqların onun yanında saxlanılması tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Nümayəndə ilə Cavabdeh arasında 14 noyabr 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 1238№-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və sair qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış 11 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh qeydiyyata alınmasına əsas olmuş sənədlər DİN-in normalarına uyğun olaraq məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X7 və X6 hər biri ayrı-ayrılıqda iddiaçının qonşusu olmaqla yanaşı, Cavabdeh İddiaçı gəlini olmasını və onun iddiaçıya məxsus evdə yaşamadığını təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. «Mülkiyyət hüququ»nun anlayışı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən 35 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh hazırki iş üzrə iddiaçının gəlini olmaqla yanaşı, sözügedən mənzilə 2009-cu ildən qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə Nümayəndə ilə Cavabdeh arasında 14 noyabr 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 1238№-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan övladları 11 avqust 2009-cu il təvəllüdlü X2 və 20 sentyabr 2013-cü il təvəllüdlü X1 anaları, yəni hazırki iş üzrə Cavabdeh yanında saxlanılması qət edilmişdir. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən 35 saylı ev iddiaçının mülkiyyətində, faktiki sahibliyində və istifadəsindədir, iş materiallarında olan sübutlarla və şahid ifadələri ilə də bir daha təsdiq edilmişdir ki, Cavabdeh ümumiyyətlə həmin ünvanda yaşamamışdır və hazırda da yaşamır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, Cavabdeh Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə mübahisəli mənzilin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən iddiaçı ilə bərabər istifadə etmək hüququ yaranmamışdır. Bununla yanaşı mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması, onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da Cavabdeh mübahisəli mənzil üzərində istifadə hüquqlarının yaranmadığına dəlalət edir. Məhkəmə cavabdehin övladlarına, hazırki iş üzrə iddiaçının nəvələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nəvələri, yəni 11 avqust 2009-cu il təvəllüdlü X5 və 20 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatmayan şəxslərdir və iddiaçının oğlu ilə hazırki iş üzrə cavabdeh arasında olan nikah pozulduqdan sonra onlar məhkəmə qətnaməsi ilə anaları, hazırki iş üzrə cavabdehin yanında saxlanılmışlar. Məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinin dispozisiyasında müəyyən edilmiş şərtləri işdə olan sübutlarla müqayisə edərək belə qənaətə gəlir ki, həmin maddədə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürdükləri təqdirdə onların sözügedən mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasını nəzərdə tutduğuna görə, iddiaçının nəvələri, hazırki iş üzrə cavabdehin övladları ümumiyyətlə sözügedən mənzilə köçürülmədiyindən, həmin mənzildə heç vaxt yaşamadıqlarından onların mübahisəli mənzilə istifadə hüquqları yaranmadığına görə iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh və onun övladlarının mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından iddia təmin edilməməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdehin və övladlarının müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olması tərəfə izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Cavabdeh və övladları 11 avqust 2009-cu il təvəllüdlü X2 və 20 sentyabr 2013-cü il təvəllüdlü X1 müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-932/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-932/2024
26.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver