Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-952/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cаvаbdеhdən 11.500 manat məbləğində borcun, 320 manat məbləğində vəkilin xidmətinə görə ödənilmiş xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabeh Cavabdeh ilə əvvəllər qonşu olmuş və onların münasibətləri həmişə yaxşı olmuşdur. O, 2016-cı ilin aprel ayında özünə motosiklet almış lakin onu saxlamağa qarajı olmamışdır və həmin ərəfədə Faiq Fərhada yeznəsinə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən qarajı ona satmağı təklif etmiş və cavabdeh qarajı 11 500 manata satmağı onunla razılaşdırmışdır. O, İddiaçı 11 500 manat məbləğində pulu cavabdehə sonuncunun yaşadığı məhəllədə ona vermiş, cavabdeh isə qarajın sənədlərinin onun adına rəsmiləşdirəcəyini desə də qarajı onun adına rəsmiləşdirməmiş və ona verilmiş pulu da geri qaytarmamışdır. Bundan sonra o, Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma zamanı izahatı alınmış Cavabdeh həqiqətən də ondan 11 500 manat məbləğində pulu aldığını etiraf etmiş lakin pulu borc kimi aldığını bildirmişdir. Yekunda cavabdeh ondan aldığı 11 500 manat pulu 2 (iki) il ərzində cavabdeh İddiaçı qaytaracağını demiş və o, bununla razılaşmışdır. Bundan sonra Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Rövşən Cavadov xx.xx.2021-ci il tarixli Qərarı ilə cinayət işinin başlanmasını rədd etmişdir. Bildirmək istəyir ki, cаvаbdеhin ona olan 11 500 manat məbləğində borcunu 2 (iki) il ərzində, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək qаytаrmаğı öhdəsinə götürməsinə bахmаyаrаq, üzərinə götürdüyü öhdəliyini yеrinə yеtirməmiş, bоrc öhdəliyini icrа еdilmədiyindən o, pozulmuş huquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdilər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında Cavabdeh barəsində toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə mülki qaydada məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah olunmuşdur. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, əvvəllər Fərhadın vəziyyəti pul baxımından yaxşı olmuş, İddiaçı şikayət ərizəsi ilə tanış olmuş, Fərhaddan 11.500 manat pulu 2016-cı ildə borc kimi almış, həmin sözü gedən qarajı da Fərhada qonşu kimi vermişdi ki, maşınını saxlasın. Fərhad bu yaxınlarda pulunu istəmiş, ona pulunun olmadığını demiş. Fərhada həmin qaraja müştəri tapmasını və qarajı sataraq pulunu götürməsini demiş, lakin Fərhad razılaşmayaraq qarajın sənədini istəmiş, qarajın sənədinin yeznəsində olmağını demiş, İddiaçı 11.500 manat pulu 2016-cı ilin aprel may aylarında borc kimi almış, həmin qaraj bacısının əri X2 məxsus olmuş, hazırda o, Moskvadadır. Həmin qarajı İddiaçı qonşu kimi maşınını saxlamaq üçün vermiş, X1 həmin qarajı İddiaçı verməyindən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Zəfər Vəkil Bürosunun hesabına 320 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (münasibətlər yarandığı an qüvvədə olan maddə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə qeyri-yaşayış sahəsinin (qarajın) alqı-satqısı barədə razılaşdıqları və bunun üçün cavabdehə 11.500 manat məbləğində pul verdiyini bildirsə də, cavabdeh bunun əksi olaraq 11.500 manat məbləğində pulu borc kimi aldığını və ona məxsus qaraj olmadığını bildirmişdir. Ona görə də məhkəmə cavabdehin Binəqədi RPİ-nin İstintaq Şöbəsində verdiyi izahatı əsas götürərək hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 11.500 manat məbləğində pul məhz borc kimi tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “vəkilə ödənilmiş 320 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı isə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilməli və 320 manat məbləğində hüquqi xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Beləki, iddiaçı məhkəmə prosesində vəkili vasitəsilə təmsil olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 133 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 11.500 (on bir min beş yüz) manat borc, 320 (üç yüz iyirmi) manat hüquqi xidmət haqqı və 133 (bir yüz otuz üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-952/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-952/2025
13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver