Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-996/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında rəsmi nikah dövründə əldə olunmuş “AUDİ A7” minik markal **-DL-*** dövlət nömrə nişanlı, AD730338 nömrəli xx.xx.2020-ci il tarixli şəhadətnaməsi olan 2018-ci buraxılış illi qara metallik rəngli, ban nömrəsi WAUZZF22KN063582 olan nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 ( qırx doqquz min yeddi yüz əlli) manat pul vəsatinin həmin məbləğə görə ödədiyi 239,25 manat dövlət rüsumunun və 300 manat vəkilin xidməti haqqına dair ödədiyi vəsaitində cavabdehdən alınmaqla ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə arasında Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 dekabr 2018-ci il tarixli 267980№-li Nikah haqqında Şəhadətnamə ilə rəsmiləşdirilmiş nigahları Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(001)-232/2023 saylı qətnaməsi ilə ləğv olunmuşdur. Birgə nikahlarından olan 01 oktyabr 2019-cu il təvəllüdlü X6 və 18 oktyabr 2021-cı il təvəllüdlü X1 ötrü ona veriməklə aliment tələbi təmin olunmuşdur Birgə nikah dövüründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə arasında razılıq əldə olunmadığından iddia qaydasında Bakı şəhəri, Binqədi Rayon Məhkəməsində işə baxılmış və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cu il tarixli 2(001)-1580/2023 nömrəli qərardadı ilə avtomobil üzərinə həbs qoyulmuş 17 may 2023-cu il tarixli 2(001)-1580/2023 saylı qətnaməsi ilə 99.500.00 (doqsan doqquz min beş yüz) manat dəyərində olan xx.xx.2020-ci il tarixdə verilmiş şəhadətnaməsi olan 2018ci il mburaxılış, qara metallik rəngli, ban nömrəsi WAUZZF22KN063582 olan “AUDİ A7” minik markal **-DL-*** dövlət nömrə nişanlı, AD730338 nömrəli avtomobil üzərində İddiaçıə Adil qızı və Cavabdeh hər birinin ½ hissədə payının müəyyən edilməsi qərara alınmışdır. Həmin qətnamədən verilmiş apellasiya şikayəti üzrə Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cu il tarixli 2(103)-5877/2023 saylı qətnaməsi və verilmiş Kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cu il tarixli 2(102)-710/2024 saylı qərarı ilə şikayətlər təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə qətnaməsi icraya yönəldilmiş olsa da indiyə qədər icra olunmamış və avtomobil cavabdeh tərəfindən idarə olunmaqla istismarı ilə əlaqədar iddiaçıya ziyan dəymiş və məhkəmə qətnaməsi qanuni quvvəsini almış olsa da, indiyə qədər icra olunmamış və avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq indiyə qədər cavabdeh tərəfindən idarə olunmasında davam etdirilir. Göstərilənlərə əsasən həmin avtomibilin məhkəmə qətnaməsi çıxarılan vaxtda olan 99.500 (doqsan doqquz min beş yüz) manat dəyərinin 50%- yəni ½ -nin dəyəri 49750 (qırx doqquz min yeddi yüz əlli) manat cavabdehdən alınaraq ona verilməsi, həmin məbləğə görə 239,25 manat dövlət rüsumunun və 300 manat vəkilin xidməti haqqına dair ödədiyim vəsaitində cavabdehdən alınmaqla ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisə predmeti olan “AUDİ A7” minik markal **-DL-*** dövlət nömrə nişanlı avtomobil hazırda cavabdehin istifadəsindədir. Lakin onun satılaraq payların bölünməsində heç bir addım atmamışdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilərək “AUDİ A7” minik markal **-DL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 ( qırx doqquz min yeddi yüz əlli ) manat pul vəsatinin cavabdehdən alınmaqla iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 11 noyabr 2024-cü il tarixdə iş üzrə Cavabdeh elektron kabinet vasitəsi ilə iddia tələbinə etiraz göndərərək göstərmişdir ki, iddiaçının iddiası absurd və əsassızdır, o təmin edilə bilməz. Belə ki, iddiada 49750 manat pul tələbi ümumiyyətcə əsaslandırılmamış və bu tələbə əsas ola biləcək hüquqi normalar qeyd olunmamışdır. Belə ki, iddiada əsas kimi qeyd olunan hüquqi normalar normativ hüquqi aktlarda əks olunmuş insan və vətəndaş hüquqlarının ümumi müddəalara aiddir. Məlum olduğu kimi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1580/2023 nömrəli qüvvəyə minmiş qətnaməsi ilə “Audi A7” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı, 2018-ci il buraxılışlı, WAUZZZF22KN063582 ban nömrəli avtomobil üzərində İddiaçıə Adil qızının və Cavabdeh hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Həmin qətnamədə məhkəmə iddiada qeyd olunan və yuxarıda sadalanan mülkiyyətə dair normaları “pul” tələbinə deyil, pay bölgüsünə əsas olan hüquqi normalar kimi müəyyən etmişdir. Eyni zamanda, məhkəmənin mövqeyinə əsasən iddia tələbində iddiaçının hansı əsasla 49750 manat pulu (əlavə tələblər çıxdıqdan sonra) cavabdehdən tələb etməsi aydın deyil. Belə ki, avtomobilin qiymətləndirilməsi aparılmayıb və iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən "xxxx" MMC-nin avtomobili qiymətləndirmə rəyi hər-hansı bir bazar qiymətlərinə əsaslanmayan və eyni zamanda, hüquqi qüvvəsi olmayan kağız parçasıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirmə ilə tərəflərin hər hansı biri razı olmadığı halda, avtomobilin açıq hərracdan satılaraq dəyərinin paylara uyğun bölünməsi təmin edilir. Digər tərəfdən, hüquq və azadlıqların məhkəmə müdafiəsi müvafiq məhkəmə aktının qəbul edilməsi ilə yanaşı onun icra edilməsi ilə təmin olunur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir, icra məmuru tərəfindən icra sənədi əsasında icraata başlanılır. Məhkəmə aktları ilə icra məmuru icraata başlayır və icra hərəkətləri aparılmaqla şəxsin pozulmuş hüquqlarının müdafiəsi təmin edilir. Məhz bu səbəbdən də, mülki prosessual qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmədən kənar müdafiəsi mümkündürsə, belə bir qayda qanunvericiliklə nəzərdə tutulmuşdursa, o zaman həmin qaydaya uyğun olaraq, məhkəmədən kənar həyata keçirilir. Hazırda baxılan mülki iş materiallarından aydın olur ki, qeyd edilən məsələ üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1580/2023 nömrəli qüvvəyə minmiş qətnaməsi mövcuddur və icra mərhələsində həll edilməlidir. Hesab edir ki, tərəflərinin hər birinin ½ hissədə avtomobil üzərində payı müəyyən edilməsi barədə məhkəmənin qüvvəyə minmiş qətnaməsi olduğunu nəzərə alaraq, avtomobilin qiymətləndirilməsi, satılması və paylar üzrə tərəflərə çatacaq pulun ödənilməsi 2(001)-1580/2023 nömrəli məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Belə ki, hazırki iddiaya baxılarkən avtomobilin pay bölgüsü aparılmır və onun məbləği müəyyən edilmir. Həmçinin, məsələyə məhkəmə tərəfindən təkrar baxılması üçün səbəb olan məhkəmə qətnaməsinin icrasına maneçilik törətməyinə və ya qərəzli şəkildə icra etməkdən yayınmağına dair icra şöbəsindən hər hansı sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Hətta belə bir hal mövcud olsaydı, iddiaçı deyil icra şöbəsi icranı təmin etmək məqsədilə məhkəməyə müraciət etməlidir. Bundan əlavə bildirir ki, hazırkı iddiada qeyd olunan “avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq indiyə qədər cavabdeh tərəfindən idarə olunmasında davam etdirilir” ifadəsi şər, böhtan və yalandır. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16(001)-29/2023 nömrəli qüvvəyə minmiş qərarı ilə “Audi A7” markalı həmin avtomobilin üzərinə bir aylıq (xx.xx.2023-cü il tarixədək) həbs qoyulmuşdur. Vicdanlı tərəf olaraq avtomobili satmamış, məhkəmə çəkişmələrinin bitməsini və icra şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icrasını gözləmişdir. Təəssüf hissi ilə bildirir ki, ədavəti davam etdirərək, ona maddi ziyan vurmaq məqsədilə iddiaçı tərəf süni vasitələr ilə icra şöbəsi tərəfindən məhkəmə qətnaməsinin bu günə qədər icra edilməməsinə müvəffəq olub. Məlumat üçün bildirir ki, avtomobilin sifarişi üçün ödəmələr (bank köçürmələri) rəsmi nikah bağlandıqdan əvvəl həyata keçirilmişdir. Sadəcə azyaşlı övladının (1 yaşa qədər) olduğunu nəzərə alaraq qarşı tərəfin boşanmaya razı olması üçün tərəfindən sədəqə olaraq avtomobilin bölünməsi vəd edilmiş və həmin vəd tərəfindən əməl edilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı tərəfindən bu günə qədər ona və onun qohumlarına qarşı 40 yaxın əsassız, şər və böhtan xarakterli mülki və cinayət işləri başlanılmışdır. Rəsmi sənədlərdə yalan, şər və böhtan yazan və tərəf olaraq iddiaçını xarakterizə edən faktları məhkəmənin diqqətinə çatdırır. Tahirəə Məhərrəmova, əmlakın bölgüsü üçün xx.xx.2023-cü il tarixində müraciət etdiyi iddia ərizəsində həqiqətə uyğun olmayan məlumatlar - Cavabdeh sərxoş və narkotik aludəçisi olduğunu göstərmişdir. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli aktdan məlum olur ki, Cavabdeh müayinə olunarkən narkotik vasitələrdən istifadəsi müəyyən edilməmişdir. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 narkoloji qeydiyyatında yoxdur. Tahirəə Məhərrəmova məhkəmə istintaqında ifadəsində bildirdiyi kimi hər hansı sübut təqdim etməmişdir. İddiaçıə Adil qızı məhkəmələrdə Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə tanış olduğunu, xx.xx.2018-ci il tarixdə aralarında rəsmi nikah bağlandığını, xx.xx.2019-cu il tarixdə aralarında toy məclisi olduğunu bildirmişdir. Lakin, Bakı şəhər Nəsimi rayon məhkəməsinə ünvanlanan, Tahirəə Məhərrəmovanın özü və nümayəndəsi tərəfindən imzalanan X4 adına rəsmiləşdirilən Bakı şəhəri Nəsimi rayon Ş.Əzizbəyov küçəsi 185 saylı evin, 6 saylı mənzilinə “daşınmaz əmlakın dövlət reyestr xidmətində verilmiş çıxarışın və buna əsas olmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” xx.xx.2023cü il tarixli iddia ərizəsinin 2-ci vərəqəsinin 7-ci abzasında qeyd edilən mənzili almaq üçün Cavabdehla nikaha girməzdən əvvəl 2018-ci ilin iyul ayında valideynləri tərəfindən Cavabdeh 50 000 manat pul verildiyini bildirmişdir. İddia ərizəsində göstərilən xüsusat Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1328/2023 nömrəli qətnaməsində və digər məhkəmə qərarlarında öz əksini tapmışdır. Tahirəə Məhərrəmova, xx.xx.2023-cü il tarixli iddia ərizəsində mənzili almaq üçün Cavabdehla nikaha girməzdən əvvəl 2018-ci iiin iyul ayında valideynləri tərəfindən Cavabdeh 50 000 manat pul verildiyini bildirsə də, Cavabdeh xarici pasportundan görünür ki, o, həmin dövrdə ümumiyyətlə ölkə hüdudlarından kənarda olmuşdur. Tahirəə Məhərrəmova xx.xx.2023-cü il tarixli iddia ərizəsində qeyd edilən mənzilin alınması üçün Cavabdeh nikaha girməzdən əvvəl 2018-ci ilin iyul ayında valideynləri tərəfindən 50 000 manat pul verildiyini bildirsə də onun mülki iş üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya məhkəməsinin hakimi Sabit Bəhrəmzadəyə ünvanladığı xx.xx.2023-cü il tarixli əriziəsində mənzilin alınması üçün pul çatışmadığına görə 50 000 manat və mənzildə olan əşyalara görə də 50 000 manat olmaqla ümumilikdə 100 000 manat pul təmsil etdiyi Tahirəə Məhərrəmovanın valideynləri tərəfindən 2018-ci ilin iyul ayında Cavabdeh verildiyi göstərilmişdir. Bununla da Tahirəə Məhərrəmovanın mülki qaydada məhkəmlərə ünvanladığı iddia ərizəsində göstərdiyi Cavabdehla tanış olma tarixi, məhkəmə baxışları zamanı göstərdiyi tarixlə ziddiyyət təşkil etməsi, mülki iddia ərizəsində göstərdiyi Cavabdehla tanış olma tarixində Cavabdeh ümumiyyətlə ölkə hüdudlarından kənarda olması, iddia ərizəsində guya mənzilin alınması üçün valideynləri tərəfindən verilən məbləği iki dəfə müxtəlif məbləğlərdə göstərməsi Tahirəə Məhərrəmovanın hazırki mülki iş üzrə iddiasının mötəbər olmadığını göstərməklə yanaşı hazırki iddianın əsassız pul əldə etmək üçün vasitə olduğunu təsdiq edir. İddiaçıə Adil qızının iddiası üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və məsələnin icra üsulu və qaydasında həll edilməli olduğunu nəzərə alaraq, iddia tələbi rədd edilərək iddia ərizəsi təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11 dekabr 2024-cü il tarixdə iş üzrə Cavabdeh elektron kabinet vasitəsi ilə ərizə göndərərək, etiraz ərizəsində iddia tələbinə münasibət bildirdiyini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-29/2023 saylı qərardadından görünür ki, İddiaçıə Adil qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək, Cavabdeh mülkiyyətində olan “Audi A7” minik markalı, 10-DL008 dövlət qeydiyyat nişanlı, 2018-ci il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WAUZZZF22KN063582 olan avtomobilin üzərinə həbs qoyulması, qərardadla tətbiq edilmiş müvəqqəti təminat tədbirinin 24 fevral 2023-cü il tarixədək qüvvədə saxlanılması, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1580/2023 saylı qətnaməsindən görünür ki, Məhərrəmova X5 Emil Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Audi A7” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlə aralarında bölünməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 388,5 manat, ekspertiza xərci kimi ödədiyi pulun əvəzi olaraq 240 manat, vəkil haqqı kimi 150 manatın, ümumi olaraq 50528,5 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin ediərək, “Audi A7” markalı, **- DL-*** dövlət qeydiyyat nişanlı, 2018-ci il buraxılışlı, WAUZZZF22KN063582 ban nömrəli avtomobil üzərində İddiaçıə Adil qızının və Cavabdeh hər birinin 1/2 hissədə payının müəyyən edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat Cavabdeh tutularaq İddiaçıə Adil qızına ödənilməsi qət edilmişdir. Həmçinin həmin iş üzrə qiymətlərdirmə keçirilmiş və "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli rəylə müəyyən edilmişdir ki, “Audi A7” markalı, 2018-ci il buraxılışlı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 99500 manatdır. Həmin qətnamədən narazı qalan iş üzrə Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5877/2023 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iş üzrə Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-710/2024 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-5877/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. - 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin halları ondan ibarətdir ki, İddiaçıə Adil qızı ilə Cavabdeh ilə arasında Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından 01 oktyabr 2019-cu il təvəllüdlü X6 və 18 oktyabr 2021-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(001)- 232/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlarının analarının himayəsində saxlanılması və uşaqların 18 yaşlarına çatanadək Cavabdeh aliment tutulması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Məhərrəmova X5 Emil Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Audi A7” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlə aralarında bölünməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 388,5 manat, ekspertiza xərci kimi ödədiyi pulun əvəzi olaraq 240 manat, vəkil haqqı kimi 150 manatın, ümumi olaraq 50528,5 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1580/2023 saylı qətnaməsindən görünür ki, və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin ediərək, “Audi A7” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı, 2018-ci il buraxılışlı, WAUZZZF22KN063582 ban nömrəli avtomobil üzərində İddiaçıə Adil qızının və Cavabdeh hər birinin 1/2 hissədə payının müəyyən edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat Cavabdeh tutularaq İddiaçıə Adil qızına ödənilməsi qət edilmişdir. Həmin iş üzrə qiymətlərdirmə keçirilmiş və "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli rəylə müəyyən edilmişdir ki, “Audi A7” markalı, 2018-ci il buraxılışlı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 99500 manat təşkil edir. Həmin qətnamədən narazı qalan iş üzrə Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5877/2023 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iş üzrə Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-710/2024 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-5877/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddia tələbinin əsasını təşkil edən “AUDİ A7” minik markal **-DL-*** dövlət nömrə nişanlı avtomobil üzərində tərəflərin 1/2 hissədə payları habelə həmin avtomobilin dəyəri artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit olunmuşdur. Hazırda isə iddiaçı əmlakdan düşən payına uyğun onun dəyərini tələb edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.03. 2024-cü il tarixli Qərarının 6.18-ci bəndində qeyd edilmişdir ki, “məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri).”. Həmin Qərarın 6.19-cu bəndində göstərilir ki, “paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir.”. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırda İddiaçı birgə nikah dövründə əldə olunmuş “AUDİ A7” minik markal, **-DL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 (qırx doqquz min yeddi yüz əlli) manat məbləğində pul vəsatinin Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş Unibank Paypoint terminalına məxsus qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 220 manat, xx.xx.2024-cü il tarixdə isə 80 manat məbləğində (ümumilikdə 300 manat) Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına ödəniş etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli “ExpresPay” ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının nümayəndəsi (vəkil) X7 tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi ilə bağlı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına İddiaçı tərəfindən ödənilmiş 300 manat, 239,25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 539,25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “AUDİ A7” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 (qırx doqquz min yeddi yüz əlli) manat pul vəsati tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “AUDİ A7” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 (qırx doqquz min yeddi yüz əlli) manat pul vəsati tutularaq İddiaçı ödənilsin. Hüquqi xidmətin göstərilməsi ilə bağlı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 300 manat və dövlət rüsumu ilə bağlı ödənilmiş 239,25 manat olmaqla, ümumilikdə 539,25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-996/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-996/2025
24.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver