Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1017/2023 18.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə vurduğu 29295 manat real zərər və həmin real zərər üçün xx.xx.2021-ci il tarixindən başlayaraq məhkəmə qətnaməsinin icra olunduğu günədək Bank uçot dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda formasında zərərin və 177,88 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 03 iyul 2021-ci il tarixində saat 04:05 radələrində ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan İddiaçı ASCnin “İnşaatçılar” filialının nəzdində yerləşən 24 saat fəaliyyət göstərən ATM bankomat və ödəmə terminalı olan 7/24 sahəsinə daxil olaraq orada quraşdırılmış K0100974 saylı ödəmə terminalının kilidini sındıraraq terminalın saxlanc hissəsinə qanunsuz daxil olmuş və oradan içərisində 38643 manat məbləğində nağd pul vəsaiti olan 01 ədəd üzərində 404 yazıları olan 400 manat dəyərində kasseti gizli olaraq talamaqla İddiaçı ASC-yə ümumilikdə 39043 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Baş vermiş cinayət hadisəsi nəticəsində banka məxsus ödəmə terminalının qapısı və kilidi sındırılmış və nəticədə əlavə olaraq Banka 150 manat maddi ziyan dəymişdir. Beləliklə baş vermiş hadisə nəticəsində təqsirləndirilən şəxslər tərəfindən İddiaçı ASC-yə ümumilikdə 39193 manat məbləğində maddi ziyan vurulmuşdur. Hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 9898 manat pul vəsaiti Cavabdeh2 yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Həmin məbləğ hal-hazırda istintaq orqanı tərəfindən depozit hesabına yerləşdirilmiş lakin Banka təhvil verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-359/2021 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 4 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-54/2022 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İbtidai araşdırma zamanı həm Cavabdeh2, həm də Cavabdeh1 baş vermiş cinayətin onlar tərəfindən törədildiyini etiraf etmişlər. Eyni zamanda cinayətin onlar tərəfindən törədilməsi iş üzrə digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-359/2021 saylı və xx.xx.2022-ci il tarixli, 1(004)-54/2022 saylı hökmləri ilə cavabdehlər tərəfindən Banka ziyan vurulması faktı və vurulmuş ziyanın məbləği öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarındsa olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 54/2022 saylı, 04.2.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabında saxlanılan saxlanılan ümumi miqdarı 9898 manat təşkil edən 65 ədəd 100 manatlıq pul əskinaslarının, 32 ədəd 50 manatlıq pul əskinaslarının, 84 ədəd 20 manatlıq pul əskinaslarının, 17 ədəd 5 manatlıq pul əskinaslarının və 33 ədəd 1 manatlıq pul əskinaslarının, həmçinin Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd üzərində “404” yazıları olan "xxxx"ASC-nin K0100974 saylı terminalına məxsus kasetin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-359/2021 nömrəli hökmü ilə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-359/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabında saxlanılan ümumi miqdarı 9898 manat təşkil edən 65 ədəd 100 manatlıq pul əskinasları, 32 ədəd 50 manatlıq pul əskinasları, 84 ədəd 20 manatlıq pul əskinasları, 17 ədəd 5 manatlıq pul əskinasları və 33 ədəd 1 manatlıq pul əskinasları, həmçinin Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd üzərində 404 yazıları olan KapitalBank ASC-nin K01000974 saylı terminalına məxsus kaset zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə qaytarılması hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-736/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 fevral 2022ci il tarixli, 1(004)-54/2-2022 saylı hökmü məhkum Cavabdeh1 barəsində zərərçəkmiş hüquqi şəxs İddiaçıASC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi vəkil Nümayəndə kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, vəkil Nümayəndə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Beləliklə, ibtidai araşdırma zamanı həm Cavabdeh2, həm də Cavabdeh1 baş vermiş cinayətin onlar tərəfindən törədildiyini etiraf etmişlər. Eyni zamanda cinayətin onlar tərəfindən törədilməsi iş üzrə digər mötəbər sübutlarla öz təsdiqini tatmışdır. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-359/2021 saylı və xx.xx.2022-ci il tarixli, 1(004)-54/2022 saylı hökmləri ilə cavabdehlər tərəfindən Banka ziyan vurulması faktı və vurulmuş ziyanın məbləği öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasənzərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar Həmçinin həmin Məcəllənin 449.1-ci maddəsində qeyd olunanlara əsasən, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: etməklə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 177.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə vurduqları 29295 manat real zərər və 177.88 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixindən başlayaraq məhkəmə qətnaməsinin icra olunduğu günədək Bank uçot dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda formasında zərərin ödənilməsi ilə bağlı tələb irəli sürmüşdür. Lakin baş vermiş oğurluq hadisəsi nəticəsində Bankın vəsaitinin əsassız və qanunsuz olaraq olaraq ələ keçirilməsi təsdiq edilsə də nəticə etibarı ilə cavabdehlərin həmin pul vəsaitindən faydalanması faktı təsdiq edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə vurduqları 29295 manat real zərər və 177.88 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1017/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1017/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver