Məhkəmə qərarları › İş №e-2(002)-1088/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1088/2020

01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1088/2020 01.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı X5 nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı X5 Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsini və “xxxxx” X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə Cavabdeh qarşı “icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsini və “xxxxx” X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə Cavabdeh qarşı “icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 267,75 manat məbləğində icra ödənişi, 191,25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 459 manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(002)-4274/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, Sizdən 8.048 ABŞ dolları məbləğində əsas borc, 1.040,11 ABŞ dolları məbləğində faiz, 42,63 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 9.130,74 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan “BYD F3” markalı ** HN *** dövlət qeydiyyat nişanlı, ağ rəngli, ********* mühərrik nömrəli, LGXC16DF8E0011334 ban nömrəli minik avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, avtomobilin satışından əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, icra vərəqəsi verilmiş və icra olunması üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx xxx 2019-cu il tarixli 2964xx/xx-5567-15/1 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “BYD F3” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı “xxxxx” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “xxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 39/01-1 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “BYD F3” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “xxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 162 nömrəli hesab-fakturasında Cavabdeh məxsus avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 162,08 (bir yüz altmış iki manat 08 qəpik) manat məbləğində xidmət haqqı və 29,17 (iyirmi doqquz manat 17 qəpik) manat məbləğində vergi ödənişinin (18 % ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən “xxxxx” MMC-nin “xxxxxxxxxxxx” ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2019-cu il tarixli 162 nömrəli hesab-fakturaya əsasən Cavabdeh məxsus avtomobilin hərrac xidmətinin dəyəri olaraq 162,08 (bir yüz altmış iki manat 08 qəpik) manat ödənilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına xx.xx.2019-cu il tarixli EQ seriya EAAZ № 107307 əsasən 29,17 (iyirmi doqquz manat 17 qəpik) manat məbləğində ƏDV ödənilmişdir. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına 267,75 (iki yüz altmış yeddi manat 75 qəpik) manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 191,25 (bir yüz doxsan bir manat 25 qəpik) manat məbləğində hərracın keçirilməsi xərci və 267,75 (iki yüz altmış yeddi manat 75 qəpik) manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanıicra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı ASCyə maddi zərər yetirilmişdir. Məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASCtərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı X5 nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, müvafiq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə və “xxxxx” X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxslərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-4274/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı X5 Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia təmin edilərək, 8.048 ABŞ dolları məbləğində əsas borc, 1.040 ABŞ dolları 11 sent məbləğində faiz, 42 ABŞ dolları 63 sent məbləğində dəbbə pulu olmaqla, cəmi 9.130 ABŞ dolları 74 sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh məxsus olan, «BYD F3» markalı ** HN *** dövlət qeydiyyat nişanlı, ağ rəngli, ********* mühərrik nömrəli, LGXC16DF8E0011334 ban nömrəli minik avtomobilinə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilməli, İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması və avtomobilin satışından əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Hərrac təşkilatçısı “xxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 39/01-1 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “BYD F3” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Hərrac təşkilatçısı “xxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 162 nömrəli hesab-fakturasında Cavabdeh məxsus avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 162,08 manat məbləğində xidmət haqqı və 29,17 manat məbləğində vergi ödənişinin (18 % ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən “xxxxx” MMC-nin “xxxxxxxxxxxx” ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2019-cu il tarixli 162 nömrəli hesab-fakturaya əsasən Cavabdeh məxsus avtomobilin hərrac xidmətinin dəyəri olaraq 162,08 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx xxxxxxxx 2019-cu il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına xx.xx.2019-cu il tarixli EQ seriya EAAZ № 107307 əsasən 29,17 manat məbləğində ƏDV ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına 267,75 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 191,25 manat məbləğində hərracın keçirilməsi xərci və 267,75 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş İddiaçı X5 Cavabdeh ünvanladığı 1 icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsinə dair pretenziya məktubunun məzmunundan görünür ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı X8 tərəfindən ödənilmiş 267.75 manat məbləğində icra ödənişi, 191.25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin (hərracın keçirilməsi xərci) 5 (beş) iş günü ərzində İddiaçı X7 ödənilməsi Cavabdeh tələb olunmuş, əks təqdirdə, İddiaçı X8 icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin cavabdeh şəxsdən tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı X8 tərəfindən məhkəmədə müvafiq iddia tələbi qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir; 81.1-ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ödəniş tapşırıqlarından göründüyü kimi, 267,75 manat məbləğində icra ödənişi, 191,25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 459 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı X8 tərəfindən ödənilmişdir. Halbuki, hazırda qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı X7 maddi zərər yetirilmişdir. Hesab edilir ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı X8 tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq İddiaçı X7 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinin tələbinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı X5 hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 267,75 manat məbləğində icra ödənişi, 191,25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 459 manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı X5 xeyrinə Cavabdeh tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 267 (iki yüz altmış yeddi) manat 75 (yetmiş beş) qəpik məbləğində icra ödənişi, 191 (yüz doxsan bir) manat 25 (iyirmi beş) qəpik məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 459 (dörd yüz əlli doqquz) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı X5 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar