Məhkəmə qərarları › İş №e-2(002)-1167/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1167/2023

10.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1167/2023 10.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı təhqiqat orqanının cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının, həmçinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 01674104B-422 nömrəli inzibati aktının ləğv edilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat orqanının cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının, həmçinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 01674104B-422 nömrəli inzibati aktının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati möbahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki, İddiaçı ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina olunmalı, ona cinayət işinin başlanılmasının rədd edilməsi barədə təhqiqat orqanının qəbul etdi qərardan inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə, inzibati orqanın qəbul etdiyi inzibati aktından isə inzibati icraat qaydasında inzibati məhkəməyə şikayət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı təhqiqat orqanının cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının, həmçinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 01674104B-422 nömrəli məktubunun ləğv edilməsinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi İddiaçı təhqiqat orqanının cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə, inzibati orqanın digər qərarından isə inzibati icraat qaydasında inzibati məhkəməyə şikayət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar