Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1208/2025 30.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dələduzluq cinayətinin törədilməsi nəticəsində vurulmuş ziyana görə 5.000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülki Cavabdeh ona qarşı dələduzluq edərək 5.000 manat maddi zərər vurmuşlar. Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan cinayətdən xəbərsiz «Təranə» adlı şəxsin vasitəsi ilə tanıdığı İddiaçı işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X1 Bakı şəhəri Yasamal rayonu ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə üç otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 07 yanvar 2024-cü il tarixdə, saat 16:56-da Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən «Bazarstore» supermarketdə «mPay» ödəmə terminalı vasitəsi ilə istifadəsində olan **********056894 nömrəli "xxxx" ASC-yə məxsus bank kartı hesabına köçürdüyü 2.000 manat, 08 yanvar 2024-cü il tarixdə saat 12:14-də həmin ünvanda «mPay» ödəmə terminalı vasitəsi ilə həmin bank kartı hesabına köçürdüyü 2.500 manat, 10 yanvar 2024-cü il tarixdə saat 22:39-da həmin ünvanda «PashaPay» ödəmə terminalı vasitəsi ilə həmin bank kartı hesabına köçürdüyü 2.500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə zərərçəkmiş şəxs İddiaçı məxsus ümumilikdə 7.000 manat məbləğində xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-261/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh hal-hazırda cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan CÇM-də çəkir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan CÇM-ə (Penitensiar Müəssisəsinin) iddia ərizəsinin surəti göndərilərək, onun iddia ərizəsinə dair münasibətinin öyrənilib, məhkəməyə məlumat verilməsi xahiş olunmuş, lakin cavabdeh məhkəməyə iddia tələbini qəbul edib-etməməsi, qəbul etmirsə, iddiaya etirazının nədən ibarət olması barədə yazılı izahat göndərməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-261/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 04 iİ müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 05 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 01 gün müddət, bir günə bir gün hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 iİ 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; cəzaçəkmə müddətinin əvvəli 08 mart 2024-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, iş üzrə maddi sübutların müqəddəratına, müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə xərcinin olubolmamasına hüquqi qiymət verilmiş, zərər çəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd edilən hökmlə cavabdehin törətdiyi cinayət əməli nəticəsində maddi ziyanın vurulması təsdiq edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd olunan, qanun qüvvəsini almış hökmlə təsbit edilmişdir ki, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində iddiaçıya ümumilikdə 7000 manat məbləğində maddi ziyan vurulmuş, həmin maddi ziyanın 2000 manatını qaytarmışdır. Hazırda iddiaçı ona vurulmuş zərərə görə 5.000 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Göründüyü kimi, iddia əsaslı olmaqla, təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat pul vəsaiti və ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat pul vəsaiti və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1208/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1208/2025
30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver