Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1253/2023 28.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, iddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin xüsusi notariusu X3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsi cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin xüsusi notariusu X3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, habelə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin xüsusi notariusu X3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1253/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1253/2023
28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver