Məhkəmə qərarları › İş №e-2(002)-1257/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1257/2025

26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1257/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı icra işi üzrə icraata xitam verilməsi və aliment üzrə tutmaların dayandırılması öhdəliyinin icra məmurunun üzərinə qoyulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 dekabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli e-2(060)- 1384/2024 saylı qətnaməsi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(060)-6332/2018 saylı icra sənədi üzrə borclu İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 atasının olmaması müəyyən edilməklə, X1 doğum haqqında akt qeydləri kitabında 16 iyul 2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatlar silinməklə X1 doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatlar ləğv edildiyindən, Qaradağ rayon İcra şöbəsinin icraatında olan Sumqayıt şəhər məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(060)-6332/2018 saylı qətnaməsi ilə müəyyən edilən alimentin tutulmasına dair icra işi üzrə icraata xitam verilməsinə dair bizim müraciətimizin təmin edilməməsi barədə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməklə, aliment üzrə tutmaların dayandırılması və icra işi üzrə icraata xitam verilməsi öhdəliyin Qaradağ rayon İcra Şöbəsinin üzərinə qoyulması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin faktiki halları bundan ibarətdir ki, Sumqayıt şəhər məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(060)-6332/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin iddiaçı X2 verilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli e-2(060)-1384/2024 saylı qətnaməsi ilə xx.xx.1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş X1 atasının olmamasının müəyyən edilməsi, X1 doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatların ləğv edilməsi qət edilmişdir. Hazırkı ərizə “məhkəmə nəzarəti qaydasında şikayət” formasında deyil, “iddia ərizəsi” qaydasında verilmişdir. İddiaçının tələbləri: alimentin tutulmasına dair icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, aliment üzrə tutulmaların dayandırılması və icra icraatına xitam verilməsi öhdəliyinin müvafiq icra məmuruna həvalə edilməsindən ibarətdir. Məhkəmə əvvəlcə qeyd edir ki, iddiaçı Qaradağ İcra Şöbəsinin icra məmurunun icra sənədinin icrası ilə əlaqədar hərəkətlərindən (aliment borcunun səhv hesablanması, icra sənədinin tam icra edilməsinə baxmayaraq icra icraatına xitam verilməməsi və s.) narazıdırsa, müraciətini iddia ərizəsi qaydasında deyil, məhkəmə nəzarəti qaydasında şikayət olaraq, müvafiq indeks üzrə irəli sürməli idi. Məhkəmə nəzarəti qaydasında şikayət ilə müraciət etdikdə isə ərizəçi nəzərə almalıdır ki, icra sənədinin icrasına xitam verilməsi əsasları “İcra Haqqında” Qanununda konkret göstərilmişdir. Odur ki, həmin əsasların yaranıb yaranmaması, alimentin tutulmasına dair qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu halında icra məmurunun hərəkətlərinin qanunsuz olub-olmaması ərizəçi tərəfindən məhkəməyə müraciət edərkən nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə iddiaçının hüquqi marağının uşağın atası olmaması əsası ilə alimentin dayandırılmasından ibarət olmasını nəzərə alaraq hesab edir ki, alimentin ləğv edilməsi barədə ayrıca iddia qaldırmaq hüququ ona izah edilməlidir. Hazırkı iddianın irəli sürülməsi ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi zamanı Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı 2 dekabr 2024cü il tarixdə qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli e-2(060)- 1384/2024 saylı qətnaməsi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(060)-6332/2018 saylı icra sənədi üzrə borclu İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 atasının olmaması müəyyən edilməklə, X1 doğum haqqında akt qeydləri kitabında 16 iyul 2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatlar silinməklə X1 doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 3375 № ilə qeyd olunmuş ataya dair məlumatlar ləğv edildiyindən, Qaradağ rayon İcra şöbəsinin icraatında olan Sumqayıt şəhər məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(060)-6332/2018 saylı qətnaməsi ilə müəyyən edilən alimentin tutulmasına dair icra işi üzrə icraata xitam verilməsinə dair bizim müraciətimizin təmin edilməməsi barədə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməklə, aliment üzrə tutmaların dayandırılması və icra işi üzrə icraata xitam verilməsi öhdəliyin Qaradağ rayon İcra Şöbəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı, FİN: xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar