Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1336/2023 11.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “evin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 2 evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********73-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alaraq 38/80 hissədə paylı mülkiyyət hüququ əldə etmişdir. Hal-hazırda paylı mülkiyyətçilərdən biri olan cavadeh Cavabdeh həmin evdə öz ailə üzvüləri ilə birlikdə yaşayır. İddiaçının həmin evdən mülkiyyətçi kimi istifadə etməyinə suni maneələr yaradır, heç bir səbəb olmadan həmin evdə yaşamağına icazə vermir. İddiaçının mülkiyyətçi kimi həmin evdən istifadə etmək və evə dair sərəncam vermək hüququndan istifadəsinə məhdudiyyət yaradır. Bununla bağlı iddiaçı dəfələrlə mülkiyyətində olan mənzilə köçmək istəsə də, cavabdeh ciddi cəhdlə buna mane olmuşdur. Nəticədə iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. AR MPM, MM-nin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Tərəflərin və digər proses iştirakçılarının izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahatında mübahisə predmeti olan mənzildə cavabdehin ailəsi ilə birlikdə yaşadığını və iddiaçı ora köçürülməsi halında onların arasında mübahisənin yaranmasın və problemlərin artmasına gətirib çıxaracağını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdilər. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küç.ev 26 ünvanı xüsusi mülkiyyət hüququ əsasında anası Gülnisa Novruz qızına məxsus olmuşdur.İddiaçı 1994-cü ildə Gəncə şəhərinə köçərək ailə həyatı qurmuşdur.Lakin onun həyat yoldaşı cinayət törətdiyi üçün,yəni adam öldürdüyü üçün təqsirli bilinərək müvafiq cəzaya məhkum olunmuşdur.Orada tək qalmasın deyə onu oğlu ilə birlikdə gətirmişdir, mübahisəli evə və anası tərəfindən ona ayrılmış payı ona verdi. Anası həmişə onun yanında yaşayıb, ona onun ailəsi baxıb və vəfat edənə kimi anasına o və onun ailəsi qulluq edib. Vəfat etdikdən sonra da anasının hüzr mərasimlərini o, bir oğul kimi yola vermişdir.İddiaçının həyətdə yaşadığı ev ümumi evdən əlavə tikilmişdir, şərait qurub ayrıca giriş-çıxıçı olmaqla yaşamağa münasib olduğu üçün anası oranı öz aralarında qızlara vəsiyyət etmişdir. Bunu bacıları özləri də təsdiqləyə bilərlər.O, isə ailə üzvləri ilə və anası ilə indiki evdə yaşamışlar. Bir müddətdən sonra bacısı Məmmədova Nailə həyat yoldaşından boşandıqdan sonra onu da həyətdə yerləşdirdilər. Həyat yoldaşından boşanmış digər bacısı Məmmədova Səbinə qızı ilə kirayədə yaşadıqları üçün və kirayə pulunu verə bilmədikləri üçün,ata evinə qayıtmaqlarını məsləhət gördü. Lakin onların gəlişi İddiaçı xoş gəlmədi, aralarında münaqişələr oldu, hətta onların mübahisəsi birbirlərinə xəsarət yetirməklə nəticələndi. O, araya girib Məmmədova Səbinədən sakitləşməyini və tədricən hər şeyin yoluna qoyulacağını dedi.Lakin İddiaçı yenə də bununla barışmırdı. O özünün Nailənin və Səbinənin ayrı-ayrı otaqlarda qaldıqlarına baxmayaraq, lakin otaqların onun qaldığı yerlə bir cərgədə yerləşdiyi üçün, onların oradan onun tərəfə köçmələrini tələb edirdi. Onlar bununla da razılaşdı, lakin onların köçmələri üçün o ondan bir müddət verilməsini istədi. O razılaşdı. Həmin müddət ərzində Nailə ilə Şəbinə və qızı onun köməkliyi ilə həyətin digər tərəfində bir otaq tikdirib,oraya köçdüləİddiaçı hələ ananın sağlığında qaldığı yerdə tam şəraitini qurmuşdur. Bir qardaş kimi iddiaçının həyətin ona məxsus olan hissəsində hamam və ayaq yolunun tikilməsi üçün imkanı olandan (daş,qum və sement ilə ) təmin edilməsini təşkil etmişdir. Anasının adına olan elektrik sayğacının və telefonun da Səfərovanın adına köçməsinə etiraz etməmişdir Hörmətli hakim bütün yuxarıda sadaladıqlarını sizcə yaşamaq üçün maneə,yaxud köməklik sayılr. Hazırda iddiaçının qaz,su,işıq,rabitə,kanalizasiya sistemi,qaldığı yerin həyətinə ayrı giriş- çıxışı və yaşamağa tam münasib otaqları vardır. Belə ki,mərhum anası Gülnisa Novruz qızı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu ,Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 26 saylı evi sağlığında övladları arasında bölmüşdür. Bütün qohumlar və qonşular arasında mülk vərəsələr arasında bölgü aparılmış və hər vərəsə bölgü aparılmış evlərində öz ailələri ilə birlikdə yaşayırlar. Əgər İddiaçı öz yaşadığı yerdən əlavə onun yaşadığı yerin 80/38 yiyələnmək istəyirsə,o zaman yaşadığı yer sökülüb ümumi istifadəyə verilməlidir.Onun yaşadığı ev 1954-cü ildə tikilmiş evdir. Bu illər ərzində evin qapı-pəncərəsi,tavanı və döşəməsi çürümüş,otaqların divarlarının suvağı keyfiyyətini itirmiş,uçularaq yerə tökülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********73-10301 reyestr nömrəli çıxarışından görünür ki, İddiaçı ünvan 2 evin 38/80-hissəsinə olan mülkiyyət hüququnu xx.xx.2019-cu il tarixdə, Cavabdeh ünvan 2 evin 14/80-hissəsinə olan mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsinə (mülkiyyətindən istifadə) yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, iş materiallarında olan çıxarış, tərəflərin izahatları müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, mübahisəli ünvan 2 mənzil 38/80-hissəsində iddiaçının 14/80-hissədə cavabdehin mülkiyyətindədir, lakin həmin mənzildə cavabdeh ailəsi ilə birlikdə yaşasa da, cavabdehin həmin evdən istifadəsinə cavabdeh tərəfindən maneələrvar. Tərəflər arasında mübahisəli hal: iddiaçı həmin evə köçürülməsini tələb edir, cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzildə pay hüququna malikdir. Hazırda cavabdeh tərəfindən iddiaçının həmin paydan istifadə etməsinə, yaşamasına maneələr törədildiyindən həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddiaçının mübahisəli mənzilə dair 38/80-hissədə mülkiyyət hüququ olduğundan həmin paydan istifadə ilə bağlı subyektiv hüququ vardır, həmin əmlaka sahibliyini itirmiş mülkiyyətçidir, sahiblikdən məhrum edilmişdir, və ona məxsus pay hazırda faktiki olaraq cavabdehin istifadəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, onun evə köçürülməsinə dair iddiası təmin edilərək, İddiaçı ünvan 2 ünvanında olan evə köçürülməlidir. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı ünvan 2 mənzilə köçürülsün. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova