Məhkəmə qərarları › İş №e-2(002)-1445/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1445/2023

20.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1445/2023 20.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətin müdafiəsi və cavabdehin evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətin müdafiəsi və cavabdehin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, 70 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, 70 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh da iddiaçı ilə birgə həmin evdə yaşayır. Cavabdeh iddiaçının oğlu X4 həyat yoldaşıdır. Lakin, Şəhanə dəfələrlə Talehi məhkəməyə vermiş, ona qarşı çoxsaylı tələblər irəli sürmüş, hətta nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan evdə yaşaya-yaşaya iddiaçı ilə qətiyyən yola getmir, evdə mütəmadi olaraq münaqişə yaradır, iddiaçını daim söyüb təhqir edir, ona görə də cavabdehlə yaşamaq mümkün deyildir. Cavabdeh yaşayış yeri üzrə başqa ünvanda, valideynlərinə məxsus evdə qeydiyyatdadır və iddiaçıya məxsus evdə heç bir hüquqa, o cümlədən istifadə, yaşamaq hüququna malik deyildir. Belə ki, Şəhanə Talehlə 2008-cu ilin avqust ayında ailə qurub evə gəlin gəlmişdir. Cavabdehlə iddiaçının arasında evdən istifadə hüququ ilə bağlı münasibətlərə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Həmin qanunun tələbinə görə tərəflər arasında evdən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında müqavilə bağlanmalı idi. Onlar arasında belə müqavilə bağlanmamışdır, ona görə də cavabdehin həmin evdə heç bir istifadə və yaşamaq hüququ yoxdur. Həmçinin, bildirir ki, 70 saylı fərdi yaşayış evini iddiaçı mərhum həyat yoldaşı Fərzəliyev Qismətlə birgə nikah dövründə almış, ev əvvəlcə Fərzəliyev Qismətin adında olmuş, sonuncu vəfat etdikdən sonra mülkiyyət hüququ haqqında şəhadətnaməyə və vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmiş, cavabdeh ilə nə Qismət Fərzəliyev, nə də iddiaçı arasında evdən istifadə barədə notarial qaydada müqavilə bağlanmamışdır. Cavabdehin iddiaçının evində yaşaması iddiaçının mülkiyyət hüququnu pozur, iddiaçı öz evindən tam və sərbəst istifadə edə bilmir, cavabdeh iddiaçı üçün məhdudiyyətlər yaradır. Ona görə də iddiaçı mülkiyyət hüququnun müdafiəsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mülkiyyətində olan evdən çıxarılmasını tələb edir. Bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh iddiaçının ünvanına təhqirlər ünvanlayaraq onu təhdid etməyə başlamışdır. Hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, 70 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-JQ seriyalı, 439141 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 19 iyul 1977-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikah bağlandıqdan sonra arvada “Fərzəliyeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 70 saylı ev xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 70 saylı ev X3 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabının 30 nömrəli vərəqində xx.xx.1988-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı No 086034 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 may 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 01 iyun 2020-ci il tarixində 290 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış arvadı İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardər. Şəhadətnamə verilən ümumi birgə əmlak Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.8 kv/m, yaşayış sahəsi 44.9 kv-m, yardımçı sahəsi 46.9 kv/m olan 2 (iki) otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri İddiaçı, X5, X7, X11, X8r və onların hər biri miras əmlakdan 1/10 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.8 kv/m, yaşayış sahəsi 44.9 kv-m, yardımçı sahəsi 46.9 kv/m olan 2 (iki) otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X5, X7, X12, X11 ataları X2 miras qalmış xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.8 kv/m, yaşayış sahəsi 44.9 kv-m, yardımçı sahəsi 46.9 kv/m olan 2 (iki) otaqlı fərdi yaşayış evindən 1/10 hissədə paylarını anaları İddiaçı bağışlamış, pay verilən tərəf İddiaçı payı qəbul etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 70 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 70 saylı evdə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa digər şəxslər də qeydiyyatdadırlar, lakin cavabdeh həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı, 408062 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X9 05 avqust 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Fərzəliyeva” soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, 70 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Cavabdeh iddiaçının oğlu ilə 2008-ci ildə rəsmi nikaha daxil olduqdan sonra həmin evdə yaşamağa başlamış, cavabdehlə evin mülkiyyətçisi arasında evin yaşayış sahəsindən istifadə barədə hər hansı notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamış və cavabdehin evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, həmçinin cavabdeh yaşayış yeri üzrə başqa ünvanda qeydiyyatdadır. Qeyd olunanlara və tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüququ olmadığından, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (əri, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsində “mülkiyyətçinin razılığı” dedikdə, həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşma başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, mülki iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 70 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar