Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-159/2025 04.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan **-DN-*** dövlət nömrə nişanlı, FORD TRANSİT markalı nəqliyyat vasitəsinə dəymiş 9450 manat zərərin və 114,5 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı ilə alıcı Cavabdeh **-DN-*** dövlət nömrə nişanlı, FORD TRANSİT markalı nəqliyyat vasitəsi barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Belə ki, avtomobil 9450 manata qiymətləndirilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən hər ay 470 manat olmaqla 20 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə bağlandığı tarixdən cəmi 4 (dörd) ay müddətində müqavilə ilə müəyyən edilən aylıq ödənişləri etmiş, yəni iddiaçıya cəmi 1880 manat ödəmişdir. 2023-cü ilin noyabr ayında cavabdeh avtomobili yararsız hala salaraq ödəniş etməkdən imtina etmiş, həmin ilin dekabr ayında isə evakuatorla avtomobili maşın bazarına apararaq dayanacağa yerləşdirmişdir. Daha sonra tərəflər arasında danışıqlar aparılsa da, heç bir nəticəsi olmamışdır. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə avtomobilə baxış keçirmək üçün maşın bazarına gedəndə avtomobilin yararsız vəziyyətdə olduğunu, avtomobilə böyük məbləğdə maddi ziyan vurulduğunu görmüş, bu vəziyyəti aktlaşdırmış, bundan sonra avtomobili servisə aparmış, avtomobilin bərpası üçün dəymiş zərərin məbləği müəyyən edilmişdir. İddiaçı avtomobili bərpa etmək üçün cavabdehdən dəymiş ziyanı ödəməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, hazırda müqavilə müddəti başa çatmış, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, iddiaçı da cavabdeh tərəfə verdiyi etibarnaməni ləğv etmiş, avtomobili faktiki sahibliyinə qaytarmış, əsas müqavilənin bağlanması mümkünsüz olmuşdur. İddiaçı tərəf hazırda avtomobili bərpa etmək üçün dəymiş ziyanı tələb edir, ekspertiza rəyi ilə razıdır, həmçinin cavabdeh tərəfdən cəmi 1880 manat ödənildiyini təsdiq edir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, tərəflər xx.xx.2025-ci il tarixə kimi satıcı İddiaçı məxsus olan 1993-cü il buraxılışlı, **-DN-*** dövlət nömrə nişanlı, FORD TRANSİT markalı avtomobilin 9450 (doqquz min dörd yüz əlli) manata Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Birinci tərəf İddiaçı nümayəndəsi X1 avtomobili 9450 (doqquz min dörd yüz əlli) manata qiymətləndirir, ikinci tərəf Cavabdeh isə avtomobili 9450 (doqquz min dörd yüz əlli) manata almağı öhdəsinə götürür. İkinci tərəf Cavabdeh satış məbləğini xx.xx.2023-cü il tarixindən etibarən hər ay 470 (dörd yüz yetmiş) manat olmaqla 20 (iyirmi) ay ərzində ödəməyi, qalan 50 (əlli) manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən, ikinci tərəf əsas müqavilə bağlananadək qəza və ya texniki nasazlıq nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərəri ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki FORD TRANSİT markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı oğludur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, FORD TRANSİT markalı avtomobilə cəmi 8760 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 9/10100 nömrəli ekspert rəyindən görünür ki, 1993-cü il buraxılışlı, mühərrik həcmi 2496 cm3 olan, “Ford Transit” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 8755 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, təhvil verən evakuator sürücüsü P.Nadirov, təhvil alan İddiaçı nümayəndəsi E.Mirzəyev, usta X.Həsənov təsdiq etmişlər ki, “Ford Transit” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili Badamdar maşın bazarında evakuator vasitəsilə təhvil almışlar, avtomobilin vəziyyəti telefon vasitəsilə videoçəkilişlə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillər və disk (fləş-kart) məhkəmə baxışı zamanı tədqiq edilmiş, fotoşəkillərdə və videoyazıda mübahisəli avtomobilin qəzalı vəziyyətdə olduğu və evakuatordan düşürüldüyü əks olunmuşdur. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında **-DN-*** dövlət nömrə nişanlı, FORD TRANSİT markalı nəqliyyat vasitəsinin ilkin alqısatqısına dair müqavilə bağlanmış, müqavilə üzrə cəmi 1880 manat ödəniş edilmiş, daha sonra avtomobil cavabdeh tərəfindən iddiaçıya texniki nasaz vəziyyətdə qaytarılmışdır. Hazırda iddiaçı avtomobilə dəymiş ziyanın ödənilməsini tələb edir. Müqavilənin 2.5-ci bəndinə əsasən, həmçinin mülkiyyətçi kimi əşyasına vurulmuş maddi zərərə görə iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır. Bununla yanaşı, ekspert rəyinə əsasən, dəymiş ziyanın 8755 manat olduğu müəyyən edilmişdir. Məhkəmə, ilkin alqı-satqı müqaviləsi icra edilmədiyindən əsas alqı-satqının baş tutmadığını və avtomobilin iddiaçının sahibliyinə qaytarıldığını, həmçinin cavabdeh tərəfindən iddiaçıya 1880 manat pulun ödənildiyini nəzərə alaraq müəyyən edir ki, avtomobilə dəymiş ziyan barədə iddia tələbi 8755-1880=6875 manat həddində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh **-DN-*** dövlət nömrə nişanlı, FORD TRANSİT markalı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 6875 (altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul və 83,3 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 27 (iyirmi yeddi) manat, Cavabdeh 73 (yetmiş üç) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı:X2, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-159/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-159/2025
04.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver