Məhkəmə qərarları › İş №e-2(002)-16/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-16/2024

21.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-16/2024 21.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh X3 nümayəndəsi və vəkili X13, Cavabdehlər Cavabdeh8 və Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X20, X8, X14 və Cavabdeh11 MMCyə qarşı «əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X9, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Baxışov Babaşxan Baba oğluna, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı «əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Mədəniyyət evinin (yarımçıq tikili) yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna cavabdehlər Cavabdeh1, X15, X11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Baxışov Babaşxan Baba oğlu, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 tərəfindən edilmiş qəsd və məneələrə son qoyulması, həmin torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən özbaşına inşa edilərək istifadə olunan tikililərin onların hesabına sökülməsi, cavabdehlərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X16 və Baxışov Babaşxan Baba oğlu cavabdehlər siyahısından çıxarılmış, Cavabdeh10, X28, X17, X21 və Cavabdeh11 MMC mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək, X6 və Baxışov Babaşxan Baba oğlunun cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh6 Cavabdeh11 MMC ilə, cavabdeh X6 isə Cavabdeh10 ilə əvəz edilməsini, eləcə də, X7, X12 cavabdeh qismində cəlb edilməsini, həmçinin X18 əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bir qrup şəxs mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini heç bir qanuni əsas olmadan tutaraq orada özbaşına tikintilər inşa etmişlər və hal-hazırda da qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Belə ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Mədəniyyət evinin (yarımçıq tikili) yerləşdiyi 12249,5 m2 torpaq sahəsi dövlət reyestrinin 07 may 2004-cü il tarixli şəhadətnaməsinə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin ərazinin bir hissəsində çoxmərtəbəli yaşayış binaları inşa edilmişdir. Torpaq sahəsinin digər hissəsində də tikinti-abadlıq işlərinin aparılması planlaşdırılır. Lakin qeyd etdiyi kimi ərazinin bir hissəsi cavabdehlər tərəfindən qeyri-qanuni tutulduğu üçün orada iş aparmaq mümkün deyildir. Qeyd olunan torpaq sahəsinə olan mülkiyyət hüququnu pozaraq cavabdehlər orada aşağıdakı obyektləri işlədirlər: Cavabdeh1 – sığorta şirkəti; X15 – parfümeriya mağazası; X11 – kafe; Cavabdeh3 – velosiped satışı mağazası; Cavabdeh4 – bərbər; Cavabdeh5 – İran malları mağazası; Cavabdeh6 – ehtiyat hissələri mağazası və «Topaz»; Baxışov Babaşxan Baba oğlu – «Mədinə» dönər; Cavabdeh7 – bərbər; Cavabdeh8 – zoomağaza; Cavabdeh9 - zoomağaza. Mülkiyyətinin boşaldılması üçün qeyd olunan şəxslərlə aparılan danışıqlar, göstərdiyi cəhdlər uğursuz olmuşdur. Buna görə də, hesab edir ki, torpaq sahəsi üzərindəki mülkiyyət hüququna cavabdehlər tərəfindən edilmiş qəsd və maneələrə son qoyulmalı, həmin torpaq sahəsi hüdudları daxilində inşa və istifadə etdikləri tikililər cavabdehlərin hesabına sökülməli, habelə onlar əmlakları ilə birlikdə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdırlar. Öncəki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Son məhkəmə iclasında iştirak edən cavabdehlər məhkəmədən mülki işə baxılaraq yekun məhkəmə aktı çıxarılmasını tələb etdiklərindən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X3 nümayəndəsi və vəkili X24 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddia tələbi cavabdeh X5 münasibətdə tamamilə əsassızdır və təmin olunmamalıdır. Belə ki, cavabdehə məxsus tikili – mağaza qanuni əsaslarla tikilmişdir və mağazanın tikilməsinin hüquqi əsası vardır. Sözügedən qeyri-yaşayış sahəsi Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1230 saylı sərəncamı əsasında tikilmiş və həmin tikiliyə dair Bakı şəhəri İHBA Tİ və MHQİ tərəfindən müvafiq texniki pasport verilmişdir. Həmin sənədləri məhkəməyə təqdim edirlər. Cavabdeh həmin qeyriyaşayış sahəsini artıq 24 ildir ki, maneəsiz və şəksiz istifadə edir, onun qanuni istifadəsində və sahibliyindədir. Bu səbəbdən, iddianın cavabdeh X5 münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 nümayəndəsi və vəkili X24 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın cavabdeh S.Baxşıyevaya aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh8 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh7 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X25 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın Cavabdeh1 aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X6 vəkili X34 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın hüquqlarını müdafiə etdiyi cavabdehlərə aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak edən Cavabdeh6 nümayəndəsi X35 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın Cavabdeh6 aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak edən Cavabdeh9 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak edən Cavabdeh11 MMC-nin nümayəndəsi X22 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın Cavabdeh11 MMC-yə aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak edən cavabdeh X28 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər və onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin və onların nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh X3 nümayəndəsi və vəkili X13, cavabdehlər Cavabdeh8 və Cavabdeh7 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 07 may 2004-cü il tarixli özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Mədəniyyət evinin (yarımçıq tikili) yerləşdiyi torpaq sahəsini (12249,5 m2) satın almışdır. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 1996-cı il tarixli 1230 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh2 rayon İH-ya müraciət edərək, rayon ərazisində köşklərin yığışdırılması ilə əlaqədar olaraq, rayon İHBnın 31 may 1996-cı il tarixli 318 saylı sərəncamına əsasən ona məxsus olan köşk də yığışdırıldığından, Sahil qəsəbəsində ayrılmış ticarət cərgəsində mağaza tikintisinə icazə verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, rayon İHB-nın 31 may 1996-cı il tarixli 318 saylı sərəncamına əsasən Sahil qəsəbə sakini Cavabdeh2 məxsus olan köşk etibarsız hesab edilmiş; ona kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində ayrılmış ticarət cərgəsində 24,0 m2 ölçüdə mağaza tikintisinə icazə verilmişdir. Bakı şəhər İHBA Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 1998-ə inventar nömrəli texniki pasportdan görünür ki, 26 iyul 2001-ci il tarixə mövcud vəziyyətdə Cavabdeh2 məxsus olan mağaza tikilisinə dair texniki pasport tərtib olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 yanvar 2020-ci il tarixli ünvan barədə arayışdan görünür ki, "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasına ünvan 3 ünvanı verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2000-ci il tarixli 822 saylı sərəncamından görünür ki, Qaradağ RİHB-nın 07 fevral 1994-cü il tarixli 173 saylı sərəncamına əsasən Bakı şəhəri Sahil qəsəbəsi Mərkəzi küçəsindəki ticarət cərgəsində tikilmiş və «Elnur» kiçik müəssisəsinə məxsus olan 24,0 m2 ölçüdəki mağazanın Sahil qəsəbəsi sakini Cavabdeh1 adına keçirilməsinə icazə verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 22 noyabr 2000-ci il tarixli 1067 saylı sərəncamından görünür ki, X26 bərbərçilik fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində bərbərxana tikintisi üçün verilmiş Qaradağ RİHB-nın xx.xx.1998-ci il tarixli 261 saylı sərəncamı etibarsız hesab edilmiş, bu torpaq sahəsi 32,0 m2 ölçüdə bərbərxana tikintisi üçün Sahil qəsəbə sakini X19 verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 23 fevral 1995-ci il tarixli 175 saylı sərəncamından görünür ki, Sahil qəsəbə sakini Cavabdeh8 kommersiya fəaliyyəti göstərməsi üçün Sahil qəsəbəsi mərkəzi küçədə ayrılmış ticarət cərgəsində 6x4 m. ölçüdə mağaza tikintisinə icazə verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2000-ci il tarixli 822 saylı sərəncamından görünür ki, Qaradağ RİHB-nın xx.xx.1994-cü il tarixli 173 saylı sərəncamına əsasən Sahil qəsəbəsi Mərkəzi küçəsindəki ticarət cərgəsində tikilmiş və «Elnur» KM-ya məxsus olan 24,0 m2 ölçüdəki mağazanın Sahil qəsəbəsi sakini Cavabdeh1 adına keçirilməsinə icazə verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 27 iyul 1998-ci il tarixli 782 saylı sərəncamından görünür ki, Sahil qəsəbəsi Sahil küçəsi 49 saylı evin 72-ci mənzilində yaşayan X2 fəaliyyəti göstərməsi üçün Sahil qəsəbəsində ayrılmış ticarət cərgəsində 20 m2 ölçüdə mağaza tikintisinə icazə verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 23 fevral 1998-ci il tarixli 139 saylı sərəncamından görünür ki, Sahil qəsəbəsi Şərq küçəsi 5 saylı yataqxanada yaşayan X1 fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində ayrılmış ticarət cərgəsindən 24,0 m2 ölçüdə mağaza tikintisinə icazə verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 2000-ci il tarixli 1059 saylı sərəncamından görünür ki, Sahil qəsəbəsi Şərq küçəsi 5 saylı yataqxanada yaşayan X1 fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində ayrılmış ticarət cərgəsindən 24,0 m2 ölçüdə mağaza tikintisinə icazə verilməsinə dair xx.xx.1998-ci il tarixli 139 saylı sərəncam etibarsız sayılmış, bu torpaq sahəsi mağaza tikintisi üçün Sahil qəsəbəsi N.Mustafayev küçəsi ev 2 mənzil 36-da yaşayan Cavabdeh6 verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1994-cü il tarixli 28 saylı sərəncamından görünür ki, Sahil qəsəbəsində Mərkəzi küçədə mebel mağazasının qarşısında ticarət cərgəsinin tikintisinə icazə verilmişdir. Ticarət cərgəsində kommersiya mağazası açmaları üçün icazə verilən müəssisələrin siyahısı sərəncamda qeyd olunmuşdur. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 1997-ci il tarixli 747 saylı sərəncamından görünür ki, Sahil qəsəbəsi Mərkəzi küçəsindəki ayrılmış ticarət cərgəsində daşdan tikilmiş və «YuqanZori» şəxsi müəssisəsinin «Anva» filialına məxsus 6x10 m. ölçüdə kommersiya mağazasının Z.Z.Zahidovun adına keçirilməsinə və ona orada kommersiya fəaliyyəti göstərməsinə icazə verilmişdir. Məhkəmə tərəfindən mübahisəyə obyektiv hüquqi qiymət verilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/6281 saylı rəyindən görünür ki, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Taleh Alıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir) cavabdehlər tərəfindən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən (Mədəniyyət evinin (yarımçıq tikili) yerləşdiyi) 0,8505 ha olan torpaq sahəsinin hüdudları daxilində heç bir tikili tikilməmişdir (qərardadın birinci sualı üzrə). Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Mədəniyyət evinin (yarımçıq tikili) yerləşdiyi 0,8505 ha olan torpaq sahəsinin hüdudları daxilində cavabdehlərə məxsus heç bir əmlak yoxdur (qərardadın ikinci sualı üzrə). Qərardadın üçüncü sualının cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil. Qərardadın dördüncü sualı üzrə qeyd olunur ki, sualın cavablandırılması, iş üzrə mübahisəli Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Mədəniyyət evinin (yarımçıq tikili) yerləşdiyi 12249,5 m2 olan torpaq sahəsində çoxmərtəbəli bina inşa edildikdən sonra müəyyən oluna bilər. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən ekspert rəyindən görünür ki, cavabdehlər tərəfindən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən (Mədəniyyət evinin (yarımçıq tikili) yerləşdiyi) 0,8505 ha olan torpaq sahəsinin hüdudları daxilində heç bir tikili tikilməmişdir və cavabdehlərə məxsus heç bir əmlak yoxdur. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X20, X8, X14 və Cavabdeh11 MMC-yə qarşı «əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prossesual Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə bağlı məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X20, X8, X14 və Cavabdeh11 MMCyə qarşı «əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu və aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti İddiaçı dövlət nəfinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; Dövlət Xəzinədarlığı agentliyi, VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN: **********; Hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar