Məhkəmə qərarları › İş №e-2(002)-1930/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1930/2024

14.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1930/2024 14.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-yə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC-yə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC, onun etibarnamə əsasında nümayəndəsi X10 və "xxxx" MMC arasında onun mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 m2 tikiliyə dair 27 avqust 2015-ci il tarixdə bağlanmış «İpoteka müqaviləsi» üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC (hazırda Cavabdeh2 ASC) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (hazırki "xxxx" MMC) arasında 7 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı, sementin alğı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ASC tərəflər arasında razılaşdırılmış sementi "xxxx" MMC-yə satmağı, "xxxx" MMC isə həmin sementin dəyərini Cavabdeh2 MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli, 2015/ASM/094 saylı sementin alğı-satqısı müqaviləsi ilə "xxxx" MMC-nin üzərinə götürdüyü öhdəliyin təminatı olaraq Cavabdeh2 MMC, İddiaçı etibarnamə əsasında nümayəndəsi X10 və "xxxx" MMC arasında İddiaçı mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 m2 tikiliyə dair 27 avqust 2015-ci il tarixli «İpoteka müqaviləsi» imzalanmışdır. "xxxx" müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən Cavabdeh2 MMC iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 22 sentyabr 2021ci il tarixli 2(009)-73/2021 saylı qətnaməsi ilə Cavabdeh2 MMC ilə "xxxx" MMC arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı «sementin alğı-satqı» müqaviləsinə əsasən 969.747,15 manat əsas borc, 10.000 manat cərimə borcu olmaqla, cəmi 979.747 manat məbləğində pul vəsaitinin, 70 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqının və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin "xxxx" MMC-dən tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi, tələbin 800.000 manat həcmində 27 avqust 2015-ci il tarixli «İpoteka müqaviləsi» əsasında ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81.62 m2 olan tikiliyə yönəldilməsi, həmin torpaq sahəsi və tikilinin ilkin satış qiyməti 1.828.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitdən 979.747,15 manat borc məbləğinin 800.000 manat hissəsinin Cavabdeh2 MMC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti 800.000 manatdan artıq olarsa, həmin həcmdə borc ödənildikdən sonra qalan hissəsinin İddiaçı qaytarılması, 979.747,15 manat borcdan qalan 179.747,15 manat borc məbləğinin ümumi qaydada "xxxx" MMC-dən tutularaq Cavabdeh2 MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Odur ki, məhkəmənin qətnaməsinin icrası ilə əlaqədar olaraq Səbail rayon Məhkəməsi tərəfindən 22 sentyabr 2021-cü il tarixdə 2(009)-73/2021 saylı icra vərəqəsi verilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı, X8 və X5 nümayəndəsi və vəkili X12 apellyasiya şikayəti vermiş, Bakı Apellasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Səbail rayon məhkəməsinin qeyd edilən icra vərəqəsinə əsasən Abşeron rayon İcra Şöbəsinin 17/75664362V saylı, xx.xx.2023-cü il tarixli (daxil olma (xx.xx.2023-cü il) sifarişi üzrə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və onun üzərində yerləşən 81.62 m2 ümumi sahəsi olan tikilinin açıq hərracda satışının keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 10-a «İxtisaslaşdırılmış əmtəə birjası» "xxxx" MMC tərəfindən hərrac təyin edilmiş, lakin təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmadığından hərrac baş tutmamışdır. Eyni qaydada 7 yanvar 2024-cü il tarixə təkrar hərrac təyin edilmiş, lakin həmin hərrac da müraciət daxil olmadığından baş tutmamışdır. Odur ki, «İxtisaslaşdırılmış əmtəə birjası» "xxxx" MMC xx.xx.2024-cü il tarixli məktubla ipoteka saxlayan Cavabdeh2 ASC-yə müraciət edərək «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci və 43.8-ci maddələrinə əsasən ipoteka predmeti olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81.62 m2 sahəsi olan tikilini təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 1.553.800 manat) 25 faiz az olmayan qiymətə əldə etməyi təklif etmişdir. Cavabdeh2 ASCnin 9 yanvar 2024-cü il tarixli 26/24 saylı məktubu ilə təklif edilən əmlakin borc məbləğinin əvəzi olaraq qəbul edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.. Cavabdeh2 ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(009)-73/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 MMC-nin (hazırda Cavabdeh2 ASC) cavabdehlər "xxxx" MMC-yə (hazırda "xxxx" MMC), İddiaçı, X6 və X7 qarşı «borcun tutulması, tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 MMC-nin (hazırda Cavabdeh2 ASC) ilə "xxxx" MMC-yə (hazırda "xxxx" MMC) arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli 2015/ASM/094 saylı sement alğı-satqısı müqaviləsinə əsasən 969.747,15 manat əsas borc, 10.000 manat cərimə, cəmi 979.747,15 manat məbləğində pul vəsaiti, 70 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdeh "xxxx" MMC-dən (hazırda "xxxx" MMC-dən) tutularaq iddiaçı Cavabdeh2 MMC-nin (hazırda Cavabdeh2 ASC-nin) xeyrinə ödənilməsi, cavabdehlər İddiaçı ilə X8 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 m2 olan tikiliyə dair bağlanmış xx.xx.2016-cı il tarixli 3M- 2142 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi barədə sazişin etibarsız hesab edilməsi, cavabdehlər X8 ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-987 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X5 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********95- 12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeydin (Çıxarış) ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, tələbin 800.000 manat həcmində 27 avqust 2015-ci il tarixli «İpoteka müqaviləsi» əsasında ipoteka predmeti olan (İddiaçı mülkiyyəti) Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə və 81,62 m2 olan tikiliyə yönəldilməsi, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 m2 olan tikilinin ilkin satış qiyməti 1.828.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 m2 olan tikilinin satılmasından əldə edilən vəsaitdən 979.747,15 manat borc məbləğinin 800.000 manat hissəsinin Cavabdeh2 MMC-yə (hazırda Cavabdeh2 ASC-yə) ödənilməsi, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 m2 olan tikilinin satışdan əldə olunmuş pul vəsaiti 800.000 manatdan artıq məbləğdə olarsa, həmin həcmdə borc ödənildikdən sonra qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, 979.747,15 manat borcdan qalan 179.747,15 manat borc məbləği qanunvericilikdə nəzərdə tutulmuş – ümumi qaydada cavabdeh "xxxx" MMC-dən (hazırda "xxxx" MMC-dən) tutularaq iddiaçı Cavabdeh2 MMC-nin (hazırda Cavabdeh2 ASC-nin) xeyrinə ödənilməsi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə mühasibatlıq ekspertizalarının dəyəri olan 150 manatın 75 manat hissəsinin müştərək qaydada cavabdehlər "xxxx" MMC-dən (hazırda "xxxx" MMC-dən), İddiaçı, X2 və X3, 75 manat hissəsinin iddiaçı Cavabdeh2 MMC-dən (hazırda Cavabdeh2 ASC-dən) tutularaq həmin Mərkəzin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kellegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 905/2022 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı, X4 və X5 nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(009)-73/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, ekspertiza xərcinin kimdən tutulmalı olması məsələsinə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarı qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 16 may 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə pretenziya qaydasına riayət etməklə müraciət etmiş, Cavabdeh2 ASC-dən iddiaçının mülkiyyətində olan, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və 81,62 m2 tikilinin 5 gün ərzində ipoteka yüklülüyündən azad edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə məlumat vermişdir. Təqdim edilmiş digər sənədlərdən (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədindən, icra tədbirlərinin həyata keçirilməsinə dair sənədlərdən), eləcə də, "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli hərracın baş tutmamasına dair protokolundan və Cavabdeh2 ASC-nin 29 fevral 2024-cü il tarixli 079/24 saylı təklifin cavablandırılmasına dair məktubundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-73/2021 saylı icra vərəqəsinə əsasən Abşeron rayon İcra Şöbəsinin 17/75664362V saylı xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifarişi üzrə, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və üzərində yerləşən 81,62 m2 ümumi sahəsi olan tikilinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 19 dekabr 2023-cü il tarixinə saat 10.00-a (növbəlilik qaydasında) təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin vaxtı və yeri barədə KİV statuslu «Birjanyus» X1 (portalında), eləcə də, "xxxx" MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 19 dekabr 2023-cü il tarixdə saat 10.00-a (növbəlilik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 19 dekabr 2023-cü il tarixə təyin olunmuş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 09 yanvar 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən 26/24 saylı təklif məktubu ünvanlanaraq qeyd olunan əmlakın borc məbləğinin əvəzi olaraq qəbul edilməsi Cavabdeh2 ASC-yə təklif edilmişdir. Cavabdeh2 ASC həmin əmlakın borc məbləğinin əvəzi olaraq qəbul edilməsindən imtina etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinin tələbinə görə həmin Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar satış qiymətindən 25 faiz az olmayan qiymətə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliyinə görə ipoteka predmetini saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinin tələbinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, ipoteka saxlayan Cavabdeh2 ASC təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir. Bu səbəbdən, iddia əsaslı olduğundan təmin edilməli, hazırkı iş üzrə ipoteka yüklülüyünə xitam verilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu 2 saylı notariat kontorunda 27 avqust 2015-ci il tarixdə ipoteka saxlayan Cavabdeh2 MMC (hazırda təşkilati-hüquqi forması ASC olan) və ipoteka qoyan İddiaçı arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 m2 tikiliyə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 m2 tikili ipoteka yüklülüyündən azad edilməli, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu 2 saylı notariat kontorunda 27 avqust 2015-ci il tarixdə ipoteka saxlayan Cavabdeh2 MMC (hazırda təşkilati-hüquqi forması ASC olan) və ipoteka qoyan İddiaçı arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 m2 tikiliyə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. Həmin ipoteka müqaviləsi üzrə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 m2 tikili ipoteka yüklülüyündən azad edilsin. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar