Məhkəmə qərarları › İş №e-2(002)-1932/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1932/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1932/2024 10.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC müəyyən edilməklə) pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ASC “Xalq” Bankı (Borc verən) ilə Cavabdeh (borc alan) və X1 (birgə borc alan) arasında bağlanmış xx.xx.2013-ci il tarixli **********48013 saylı kredit müqaviləsinə əsasən, borc alana 120 ay müddətinə, hər ay 479.99 manat ödəmək şərtilə, kreditdən istifadəyə görə illik 4% ödənilməklə 47408,68 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Kredit xəttinin məqsədi: Borc alan tərəfindən “Neftçi” mənzil-tikinti kooperativinə yaşayış sahəsinin əldə edilməsi üçün pay haqqının ödənilməsinin kreditləşməsi.

2. ASC “Xalq” Bank tərəfindən təqdim edilmiş, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə aylıq ödənişlərin fiziki şəxs İddiaçı tərəfindən aparılma tarixlərinə və məbləğlərinə dair məlumata əsasən: xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il-480 AZN, xx.xx.2019-cu il-480 AZN, xx.xx.2019-cu il-480 AZN, xx.xx.2019-cu il-480 AZN, xx.xx.2019-cu il-480 AZN, xx.xx.2019-cu il-480 AZN, xx.xx.2021-ci il-480 AZN, xx.xx.2021-ci il-480 AZN, xx.xx.2021-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il- 480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il- 480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2022-ci il-480 AZN, xx.xx.2023-cü il-480 AZN, xx.xx.2023-cü il-480 AZN, xx.xx.2023-cü il-480 AZN, xx.xx.2023-cü il-480 AZN, xx.xx.2023-cü il-480 AZN və xx.xx.2023-cü il-150 AZN. Cəmi ödənilib: 15,945.00 AZN. İddia tələbi

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15,692 manat məbləğində pul vəsaitini alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh onun qudasıdır. Cavabdeh 2013-cü ildə ünvan 1, ipoteka ilə ev almışdır. 2018-ci ildə vəziyyətləriağır olduğu üçün Cavabdeh ona müraciət etdi və ondan borc pul istədi. Onunda vəziyyəti yaxşı olmadığı üçün borc pulu aybaay verəcəyini bildirdi. Ondan sonra Cavabdeh bildirdi ki, mümkündüsə bir müddət evin ipotekasını o ödəsin və sonda ümumilikdə yığılan pulu ona qaytarar. 2018-ci ilin may ayından etibarən 2023-cü ilin may ayına kimi ümumilikdə həmin evin ipotekasına, ümumilikdə, 15692 manat 23 qəpik pul ödəmişdir. Pulu ödədikdən sonra ona pul lazım oldu. O, qudası- yəni, Cavabdeh ödədiyi pulunu istəyəndə, cavabdeh evdə narazılıq saldı və onunla mübahisə etməyə başladı. Bügünə kimi də cavabdeh pulu istəməyinə baxmayaraq pulumu geri qaytarmır. Həmin pulun onun tərəfindən ödənilməsinə dair ödənilmiş qəbzləri sübüt olaraq iddia ərizəsinə qoşma kimi əlavə edirəm. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinə etiraz

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilmişdir ki, guya Hacıyeva X3 Sahib Osgər oğlundan borc pul istəmişdir. Lakin qeyd olunan həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh heç bir zaman İddiaçı borc pul istəməmişdir. Ümumiyyetle, Cavabdeh İddiaçı borc pul istemesi, İddiaçı da aybaay hemin pulu ödeceyini bildirmesi tamamilə absurddur. 2013-cü ildə ipoteka ilə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ödənişlərinin məbləği müddətin sonuna qədər Cavabdeh tərəfindən həyata keçirilmişdir. Lakin bu ödənişləri bir çox şəxsin vasitəsilə edilmişdir. Maliyyə cədvəlindən göründüyü kimi müxtəlif vaxtlarda Hacıyev Ziyaddin, Hacıyev Roman, Hüseynli Tural, İddiaçı adlı şəxsli ödənişin həyata keçirilməsində vasitəçi olmuşdur. Belə ki, ipoteka kreditinin ödənişləri Cavabdeh tərəfindən həmin şəxslərə verilmiş, adı çəkilən şəxslər də ödənişlərin edilməsində iştirakçı olmuşdur. İştirakçılıq isə məhz Cavabdeh tərəfindən verilmiş pulların banka ödənilməsi ilə xarakterizə olunur. İpoteka kreditini Cavabdeh və digər yaxınları müvafiq müddətlərdə ödəmişlər. Belə ki, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində Hacıyev Roman, xx.xx.2021-ci il tarixində Hüseynli Tural, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində Hacıyev Ziyəddin fiziki olaraq banka ödənişləri həyata keçirmişdir. İddiaçı de Cavabdeh müxtəlif vaxtlarda aldığı pulla xx.xx.2018-ci ilden xx.xx.2019-cu ilə qədər və xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək banka ödənişləri həyata keçirmişdir. İddiaçı və Cavabdeh arasında borc alınmasına və istənməsinə dair hər hansı razılaşma olmamışdır. İddia ərizəsində və əlavə edilən sübutlarda ümumiyyətlə Cavabdeh tərəfindən borc pul istənməsinə dair her hansı sübut əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Hər hansı sübut teqdim etmədən 15692 manat məbləğində vəsaitinin tələb olunması tamamilə əsassızdır və təmin olunması isə qanunsuzdur. 2. ünvan 1 ünvanında yerləşən mənzilin banka ödənişləri üçün ödədiyi məbləği qızına bağışladığını və ya Cavabdeh borc pul olaraq verdiyini bildirmişdir. Lakin İddiaçı məhkəməni aldatmaq və ədalət mühakiməsini yayındırmaq məqsədilə gah Cavabdeh borc pul verdiyini, gah da verdiyi pulu qızına bağışladığını bildirmişdir. 3. Bundan başqa nəzərinizə çatdırmaq istəyirlər ki, 2013-cü ildə ipoteka ilə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhkəmə iclasında 2013-cü ildə ipoteka ilə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin banka ödənişləri üçün ödədiyi məbləği qızına bağışladığını ya da X2 borc pul olaraq verdiyini bildirmişdir. Bu hal da yəni, Cavabdeh asasız olaraq pul tələb etməsi məhz ailə münasibələtləri pisləşən və nikah münasibətlərinə xitam verilən Cavabdeh oğlu Hacıyev Romani narahat etmək məqsədi daşıyır. Belə ki, İddiaçı bir neçə məhkəməyə müraciət edərək Hacıyev Romanı da cavabdeh qismində cəlb etdirmişdir. Məhkəmə iclaslarının da birində vəkili bundan sonra ayrı-aynı iddialarla məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bu iddia məhz Hacıyev Romanı incitmək məqsədilə verilmişdir. İddiaçı ödənişləri həyata keçirən zaman Hüseynli Türkan va Hacıyev omanın münasibətləri yaxşı olmuş, Cavabdeh ve İddiaçı arasında da qohumluq münasibətləri yaxşı olmuşdur. xx.xx.2018ci ildən 2019-cu ilə qədər və 2021-ci ildən xx.xx.2023-cü il tarixinədək banka ödənişlərinin həyata keçirilməsində İddiaçı fiziki olaraq köməklik göstərmiş, görüşdüklərindən Cavabdeh aldığı pulla banka gedərək aylıq ödənişi etmişdir. Lakin İddiaçı məhkəməni aldatmaq və ədalət mühakiməsini yayındırmaq məqsədilə gah Cavabdeh borc pul vediyini, gah da verdiyi pulu qızına bağışladığını bildirmişdir. Hər iki hal özü də müxtəlif nəticələr yaradır. Bu baxımdan iddia tələbinin əsasını düzgün müəyyən etməmiş şəxsin tələbinin təmin edilməsi iddiaçını və onun ailəsini narahat etmək şəxsin məqsədinə çatmasına şərait yaradacaqdır. İddiaçı və Cavabdeh arasında borc alınmasına və istənməsineə dair hər hansı razılaşma olmamışdır. Belə bir razılaşmanın olmasına dair iddiaçı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. 4. Bundan başqa nəzərinizə çatdırmaq istəyir ki, 2013-cü ildə ipoteka ilə əldə edilmiş ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı mahkeme iclasında 2013-cü ildə ipoteka ilə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin banka ödənişləri üçün ödədiyi məbləği qızına bağışladığını ya da X2 borc pul olaraq verdiyini bildirmişdir. Bu hal da yeni, Cavabdeh əsassız olaraq pul tələb etməsi məhz ailə münasibələtləri pisləşən və nikah münasibətlərinə xitam verilən Cavabdeh oğlu Hacıyev Romanı narahat etmək məqsədi daşıyır. Belə ki, İddiaçı bir neçə məhkəməyə müraciət edərək Hacıyev Romanı da cavabdeh qismində cəb etdirmişdir. Məhkəmə iclaslarının da birində vəkili bundan sonra ayrı-ayrı iddialarla məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bu iddia məhz Hacıyev Romanı incitmək məqsədilə verilmişdir. İddiaçı ödənişləri həyata keçirən zaman Hüseynli Türkan ve Hacıyev Romanın münasibətləri yaxşı olmuş, Cavabdeh ve İddiaçı arasında da qohumluq münasibetləri yaxşı olmuşdur. xx.xx.2018ci ilden 2019-cu ilə qədər və 2021-ci ildən xx.xx.2023-cü il tarixinədək banka ödənişlərinin heyata keçirilməsində İddiaçı fiziki olaraq köməklik göstərmiş, görüşdüklərindən Cavabdeh aldığı pulla banka gedərək aylıq ödənişi etmişdir. Lakin İddiaçı məhkəməni aldatmaq ve əḍalət mühakiməsini yayındırmaq məqsədilə gah Cavabdeh borc pul vediyini, gah da verdiyi pulu qızına bağışladığını bildirmişdir. Hər iki hal özü də müxtəlif nəticələr yaradır. İddiaçı və Cavabdeh arasında borc alınmasına ve istənməsinə dair hər hansı razılaşma olmamışdır. Belə bir razılaşmanın olmasına dair iddiaçı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.

5. İddiaçı bildirir ki, guya Cavabdeh ondan borc pul istəmişdir. Əsas kimi də Cavabdeh maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Maliyyə cədvəlindən göründüyü kimi İddiaçı fiziki olaraq ödənişləri həyata keçirdiyi müddət xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər və xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədəkdir. Göründüyü kimi İddiaçı 2 illik aralıqla ödənişləri həyata keçirmişdir. Bu halda Cavabdeh pula ehtiyacı olduğunu, İddiaçı 25692 manat borc pul istəməsi düşünmək tamamilə absurddur. Çünki 2019-cu ildən 2021-ci ilə qədər də ödənişləri fiziki olaraq Cavabdeh və digər şəxslər həyata keçirmişdir. Göründüyü kimi 2 illik məsafənin olması özü də sübut edir ki, Cavabdeh kredit ödənişlərini bəzi hallarda başqa şəxslərə vermiş, bu şəxslərdən biri də İddiaçı olmuşdur və həmin şəxslər də fiziki olaraq banka ödənişlərin həyata keçirilməsinə köməklik göstərmişdir. 6. Digər tərəfdən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər və xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədəkdir. Qanunun tələbinə müvafiq olaraq xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il- 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN,xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, bu ödənişlərdən 7 ay sonra yeni, xx.xx.2019-cu il 480 AZN ödənişlər üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddesine əsasən əsassız varlanma obyektini qaytarnaq hüququnu məhrum olana öz hüququnun məlum olduğu vaxtdan en geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Yəni məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi mövqeyindən də baxdıqda xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər və xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədəkdir. Qanunun tələbinə müvafiq olaraq xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci 11- 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu İİ 480 AZN, bu ödənişlərdən 7 ay sonra yəni, xx.xx.2019-cu il 480 AZN ödənişlər üçün iddia müddəti keçmiş olacaqdır. 7. Digər tərəfdən əgər məsələyə borc mübahisəsi mövqeyindən baxsalar, bu halda da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddəti keçmiş olacaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Yuxarıda göstərdikləri əsasında da müxtəlif normalar prizmasından baxdıqda şahidi olur ki, hər bir halda xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər və xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədəkdir. Qanunun tələbinə müvafiq olaraq xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il- 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, bu ödənişlərdən 7 ay sonra yeni, xx.xx.2019-cu il 480 AZN ödənişlər üçün iddia müddəti keçmişdir, yəni həmin dövrlərin ödənişləri ümumiyyətlə mübahisə predmeti ola bilməz. Har bir halda 2 illik məsafənin olması da gösterir ki, 6240 manat, yəni xx.xx.2018-ci il tarixden xx.xx.2019-cu il tarixinə qədər olan və xx.xx.2019-cu il tarixində edilmiş ödəniş başqa bir mübahisə, 2021-ci ildən xx.xx.2023-cü il tarixinədək edilmiş ödənişlər isə digər mübahisənin predmeti, yəni vahid pul tələbi olaraq baxıla bilməz. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

6. Etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 354.1-ci maddələrinə istinad edilmişdir.

7. Bununla yanaşı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək İddiaçı məhkəməyə hər hansı borc müqaviləsi təqdim etmişdir. İddiaçının tələb etdiyi cavabdehden teleb etdiyi məbləğ 15692 manatdır. Bu məbləğ isə qanunvericilikdə yazılı formada bağlanması tələb borc müqaviləsinin predmetindən, yani 3000 AZN-dən çoxdur. Bu halda əgər İddiaçı Cavabdeh borc pul vermişdirse, bu halda müqaviləni yazılı formada bağlamalı və notarial qaydada təsdiq etdirməli idi. Lakin məhkəməyə belə bir müqavilə təqdim edilmədiyi halda cavabdehdən əsassız olaraq 15692 AZN pulun istənməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirseə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Belə olan halda iddiaçı tərəfindən irəli sürülən borc tələbinin əsasında durmalı olan borc müqaviləsi etibarsız hesab olunacaqdır. Artıq məhkəmə praktikasında bu hal təkzibolunmaz haldır. Ali Məhkəmənin bir neçə qərarında göstərdiyi mövqeyinə əsasən əgər borc müqaviləsi etibarsızdırsa və onun nəticəsində cavabdeh tərəfindən nəyinsə əldə olunduğuna istinad olunursa, bu halda əhəmiyyətsiz əqddən doğan əsassız varlanma halı yaranır. Bunu tesdiq edən Ali Məhkəmənin bir çox qərarı mövcuddur. Belə ki, həmin Qərarlardan birinə nəzər yetirək. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4048/2023 saylı xx.xx.2023-cü tarixli Qərarının 35-ci bəndinə müvafiq olaraq "əhəmiyyətsiz əqd üzrə yalnız əvəzədilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir". Belə olan halda İddiaçı tərəfindən irəli sürülən arqumenti nəzərdən keçirsək, şahidi oluruq ki, o Cavabdeh müxtəlif vaxtlarda borc pul verdiyini, həmin pulu Cavabdeh adına qeydiyyata alınmış mənzilin kreditin ödənilməsinə xərclədiyini bildirmişdir. Belə olan halda tətbiq olunacaq norma iddiaçının formal tələbinə uyğun olaraq Azerbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi olacaqdır. Həmin normaya müvafiq olaraq əhəmiyyətsiz eqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 ve 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Plenum Qərarına əsasən "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlerin geri qaytarılması tələblərinə tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından tecrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar - avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar - telefon, kompüter ve s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda ise xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz eqd üzrə icra edilmişlerin geri qaytarılması ile bağlı iddia verə bilər. Yeni hemin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz eqdin icrası neticesinde yaranmış əsassız varlanma halları ile bağlı telebler üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında esassız varlanma halı baş verdiyi teqdirdə, Mülki Məcəllənin 354.1-ci maddesine uyğun olaraq qarşı terefin əhəmiyyətsiz əqd esasında elde etdiklerinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı teleb hüququ bir il erzinde ireli sürüle biler. Diger sebeblerden yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şexsin hesabına pul vəsaiti köçürməsi) ise əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun melum olduğu vaxtdan en geci iki il sonra müddətin keçmesine göre qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir". İddiaçı terefinden Cavabdeh terefinden verilən məbləğlərin ödənilməsi tarixine nezer keçirsek görürük ki, İddiaçı fiziki olaraq ödənişləri həyata keçirdiyi müddət xx.xx.2018-ci ilden xx.xx.2019-cu ilə qədər və xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədəkdir. Qanunun tələbinə müvafiq olaraq xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-cl il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, bu ödənişlərdən 7 ay sonra yani, xx.xx.2019-cu İİ 480 AZN ödənişlər üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik iddia müddəti ötmüş olacaqdır. Həmçinin qanunvericiliyin tələbinə müvafiq olaraq Azerbayan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət kəsici müddət deyil, iddia müddəti olduğundan tələbin haqlılıq payından asılı olmayaraq cavabdehin erizəsinə əsasən iddia müddəti keçmiş hesab olunmalı və iddia rədd edilməlidir. Diger terefden xx.xx.2018-ci ilden xx.xx.2019-cu ile qadar və xx.xx.2021-ci ildan xx.xx.2023-cü il tarixinədəkdir. Qanunun tələbinə müvafiq olaraq xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il- 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN,xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, bu ödənişlərdən 7 ay sonra yeni, xx.xx.2019-cu il 480 AZN ödənişlər üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddesine əsasən əsassız varlanma obyektini qaytarnaq hüququnu məhrum olana öz hüququnun məlum olduğu vaxtdan en geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Yəni məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi mövqeyindən də baxdıqda xx.xx.2018-ci ilden xx.xx.2019-cu ile qadar ve xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədəkdir. Qanunun tələbinə müvafiq olaraq xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci 11- 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu İİ 480 AZN, bu ödenişlerden 7 ay sonra yani, xx.xx.2019-cu il 480 AZN ödənişlər üçün iddia müddəti keçmiş olacaqdır. Digər tərəfdən eger meseleye borc mübahisəsi mövqeyindən baxsaq, bu halda da Azerbaycan Respublikası Mülki Mecellesinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddəti keçmiş olacaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Yuxarıda göstərdiklərimiz esasında da müxtəlif normalar prizmasından baxdıqda şahidi oluruq ki, hər bir halda xx.xx.2018-ci ilden xx.xx.2019-cu ile qedər və xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədəkdir. Qanunun tələbinə müvafiq olaraq xx.xx.2018-ci il-480 AZN, xx.xx.2018-ci il- 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2018-ci il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, xx.xx.2019-cu il 480 AZN, bu ödənişlərdən 7 ay sonra yeni, xx.xx.2019-cu il 480 AZN ödənişlər üçün iddia müddəti keçmişdir, yəni həmin dövrlərin ödənişləri ümumiyyətlə mübahise predmeti ola bilməz. Har bir halda 2 illik məsafənin olması da gösterir ki, 6240 manat, yəni xx.xx.2018-ci il tarixden xx.xx.2019-cu il tarixinə qədər olan və xx.xx.2019-cu il tarixində edilmiş ödəniş başqa bir mübahisə, 2021-ci ilden xx.xx.2023-cü il tarixinədək edilmiş ödənişlər isə digər mübahisənin predmeti, yəni vahid pul tələbi olaraq baxıla bilməz. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, ev 2013-cü ildə alınıb, cavabdeh öz kredit borcuna görə ondan 2018-ci ildə pul istədi, borc kimi. O isə kreditin aylıq ödənişlərini edə biləcəyini bildirdi. Cavabdeh keçmiş qudası olduğu üçün kömək edib. Beləliklə, cavabdehlə "xxxx" ASC arasında bağlanmış müqavilə üzrə aylıq ödənişlərin 15.000 manatdan çoxu onun tərəfindən icra edilib. Evin çıxarışı cavabdehin adınadır. 2013-cü ildə ev alınıb. Hər ay "xxxx" ASC-yə 480 manat ödəniş edib. Odur ki, həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Pulu cavabdehdən 7-8 ay öncə istədi. Ona dedi ki, pulu qaytaracaq. Cavabdehin həyat yoldaşı ona dedi ki, hər ay pensiyasından 300 manat ödəyəcək. Buna razı olmadı. Pulun birdəfəyə ödənilməsini istəyir. Evin pulunu özü ödəyib. Cavabdeh keçmiş qudasıdır. O, evə görə hər ay 480 manat pul ödəyib. Daha sonra cavabdeh ona dedi ki, “mən heç bir yerdə işləmirəm, ancaq pensiya alıram. Sən ipoteka pulunun hamısını ödə, mən axırda səninlə hesablaşaram”. Həmin vaxt ipoteka pulunu ödəmək üçün cavabdehin maddi imkanı yox idi. O da cavabdehin sözünə uyğun olaraq ipoteka pulunun hamısını özü ödədi. Bunu cavabdehin xahişi əsasında etmişdir, qızının ailəsinə bağışlama və ya əvəzsiz olaraq banka pul ödəməmişdirr. 15692 manat ipoteka pulu ödəyib. Amma cavabdeh borcunu hələ də qaytarmayıb. Onun maddi imkanı yaxşıdır. İpoteka pulunu bir dəfə oğlu ödəyib. Evin ipoteka pulunu öz pulu hesabına ödəyib. Cavabdeh ona heç vaxt pul verməyib. Cavabdeh ondan borc pul istəyib, o da borc verib. Əvvəllər qızı cavabdehin gəlini olduğuna, cavabdeh ilə qohum olduğuna, həm də cavabdehin maddi imkanı aşağı olduğuna görə illərlə verdiyi pulu cavabdehdən istəməyib. Roman cavabdehin oğlu, Ziyəddin isə onun həyat yoldaşıdır. Cavabdeh və həyat yoldaşı işləyən zaman ipoteka pulunu özləri ödəyirdilər, ancaq daha sonra pensiyaya çıxdılar, ipoteka pulunu ödəyə bilmədilər. O da cavabdehdən pulu geri istəyəndə qızını və nəvəsini evdən çıxardılar. O, qızı və nəvəsi üçün şərait qurmaq istəyir, buna görə cavabdehdən pulunu tələb edir. İddiaçı tərəf iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 02 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, iddiaçının qızı cavabdehin oğlu ilə evlənmişdi. İddiaçı uşaqlar üçün həmin evi alıb. İddiaçının maddi imkanı yaxşı olduğuna görə uşaqlar üçün ev almışdı. Ev cavabdehin adınadır. İddiaçı ev üçün hər ay 480 manat ödəyib. İddiaçı pulu cavabdehə borc olaraq verib, tərəflər arasında borc münasibəti olub. Tərəflər arasında ailə münasibəti olmayıb. Cavabdehin pulu olmayan vaxt iddiaçı ödəniş edib. İddiaçı sonuncu dəfə 15 may 2023-cü ildə 105 manat ödəyib. İddiaçı qisas məqsədi ilə hərəkət etmir. İddiaçı cavabdehin oğluna avtomobil alıb, onu geri tələb etmir. İddiaçı qisas məqsədi ilə hərəkət etsəydi həmin avtomobili geri tələb edərdi. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, ev cavabdehin adınadır. İddiaçı cavabdehə qarşı qisas məqsədi ilə hərəkət edir. Cavabdehin oğlu iddiaçının qızından boşandığına görə iddiaçı cavabdehdən qisas alır. Onların nikahın pozulması haqqında məhkəmə qətnaməsi hələ qüvvəyə minməyib. Cavabdehin 66 yaşı var. O, ipoteka götürüb, pulu özü ödəyib. Tərəflər bir yerdə işləyiblər. Cavabdeh yaşlı olduğundan pulu özü banka ödəyə bilmirdi. O, pulu başqa şəxslərə verirdi ki, banka ipoteka borcu ödənsin. İddiaçı ardıcıllıqla ödəniş etməyib. İddiaçı 2018-2024-cü illər arasında cavabdeh pul tələb etməyib, indi ondan pul tələb edir? Əgər cavabdeh iddiaçıya pulu qaytarmırdısa niyə iddiaçı hər ay pulu ödəyirdi? İddiaçının qızı da gəlin köçdükdən sonra bir müddət evdə yaşayıb. Ödəniş qəbzlərində başqa şəxslərin də adı var. Cavabdehin pulu ödəməsi barədə onun başqa sübutu yoxdur. İpoteka pulunu cavabdeh iddiaçıya verib. İpoteka pulu cavabdehin pulu hesabına ödənilib. İddiaçı bildirir ki, ipoteka pulunu həmişə özü ödəyib. Ancaq ipoteka üzrə ödənişlərə baxdıqda görmək olur ki, ipoteka pulu bir dəfə olmaqla Tural, Ziyədddin və Roman tərəfindən də ödənilib. Ödənişlərin müddətində də iki il fasilə aşkar olunur. Mübahisənin predmeti borc müqaviləsi deyil. Ödənişin müntəzəmliyi pozulub. İddiaçının cavabdehə pulu hansı məqsədlə verdiyi müəyyən edilməlidir. İddiaçı tərəfin yeganə sübutu ödəniş çekləridir, onun başqa sübutu yoxdur. İddiaçı ipoteka ilə ev alıb. Hazırkı mübahisə nə borc müqaviləsinə, nə də əsassız əsassız varlanmaya aiddir. Bununla belə, hər iki əsasla yanaşdıqda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Həmin ərizənin nəzərə alınmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. İş üzrə məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-ə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

13. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;

14. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

15. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

16. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

17. 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

18. 372.1-ci maddəsinə əsasən, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

19. 377.1-ci maddəsinin tələbinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

20. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

21. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

22. 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

23. 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

31. İddia əsaslıdır. İddia qismən təmin edilməlidir.

32. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər keçmiş qudalardır. Cavabdeh ilə ASC “Xalq” Bankı arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən aylıq ödənişlər İddiaçı tərəfindən həyata keçirilmişdir. Bu barədə sübutlar (iddiaçının imzası olan ödəniş qəbzləri) iddiaçı tərəfindən təqdim edilmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2014cü il tarixli qərardadı əsasında ASC “Xalq” Bank tərəfindən təqdim edilmiş kredit müqaviləsi üzrə aylıq ödənişlərin fiziki şəxs İddiaçı tərəfindən aparılması barədə məlumata əsasən iddiaçı ardıcıl olmamaqla, xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək, cəmi 15,945.00 manat məbləğində ödənişi həyata keçirmişdir. Cavabdeh tərəfindən iddiaçıya hər hansı pul məbləğinin iddiaçıya geri ödənilməsi və ya Cavabdeh tərəfindən aylıq ödənişlərin İddiaçı verilməsi (banka aylıq ödənişlərin fiziki olaraq icra edilməsi məqsədilə) ilə bağlı sübutlar təqdim edilməmişdir.

33. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə iddia tələbinin qanuni əsası düzgün müəyyən edilməlidir.

34. İddiaçının tələbinin qanuni əsası kimi şifahi borc müqaviləsinə istinad etmişdir. Belə ki, iddiaçının bildirdiyinə görə, cavabdeh ondan krediti ödəyə bilmədiyi üçün borc istəmiş, o da, həmin məbləğ əlində olmadığını, lakin kreditin aylıq ödənişlərini həyata keçirəcəyini bildirmişdir.

35. Cavabdeh tərəf iddiaçıdan borc istəməsini qəbul etməmişdir. İddiaya etiraz ərizəsində qeyd edilmiş “İddiaçı və Cavabdeh arasında borc alınmasına və istənməsinə dair hər hansı razılaşma olmamışdır. İddia ərizəsində və əlavə edilən sübutlarda ümumiyyətlə Cavabdeh tərəfindən borc pul istənməsinə dair hər hansı sübut əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir” ifadələri ilə cavabdeh iddiaçı ilə aralarında borc münasibətlərinin olmasını təkzib etmişdir.

36. Məhkəmə işin faktiki hallarını mülki qanunvericiliyin normalarına tətbiq edərək belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibəti mövcud olmamışdır.

37. Belə ki, tərəflər arasında yaranmış münasibətin xarakteri, iddiaçı tərəfindən pul məbləğinin cavabdehə birdəfəlik verilməsi halının olmaması, cavabdehin banka qarşı öhdəliklərinin iddiaçı tərəfindən ardıcıl olmamaqla uzun müddət ərzində icra edilməsi, onlar arasında yazılı borc müqaviləsinin bağlanmamasını (3000 manatdan yuxarı məbləğlər üçün borc müqaviləsinin yazılı bağlanması şərti Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbidir), eləcə də, şifahi borc razılaşması bağlanmasının cavabdeh tərəfindən qəbul edilməməsi onu deməyə əsas verir ki, tərəflər arasındakı mübahisənin həlli zamanı borc müqaviləsi üzrə öhdəliklərin icrası, eləcə də, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi institutları hazırkı mülki işin qanuni əsası qismində çıxış edə bilməz.

38. Məhkəmə cavabdehin etirazının “iddiaçının banka aylıq ödənişləri qızının ailəsinə bağışlama şəklində yerinə etməsi” barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, bağışlama müqaviləsinin bağlanması iddiaçı tərəfindən rədd edilmişdir. Bundan əlavə, cavabdehin etirazının dəlillərindən biri “işin faktiki hallarının pul məbləğlərinin iddiaçıya məhz cavabdeh tərəfindən verilməsi, cavabdeh uzaqda yaşadığından banka gedə bilməməsi səbəbindən aylıq ödəniş məbləğlərini qudası İddiaçı verərək onun əvəzinə ödəniş etməsini xahiş etməsi” olmuşdur. Odur ki, məhkəmə cavabdehin müdafiəsində olan bu ziddiyyətləri nəzərə alaraq qeyd edir ki, tərəflər arasında “bağışlama müqaviləsi”nin bağlanmadığı aşkardır və iddiaçının həmin ödənişləri qudasına bağışlaması ilə bağlı işin halı sübut edilmir.

39. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin öhdəlikləri üzrə 15,692 manat məbləğində ödənişlərin iddiaçı tərəfindən icra edilməsi ilə bağlı sübutetmə yükü onun tərəfindən icra edildiyindən, həmin pul vəsaiti əmlak xarakterli olduğundan, nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün hazırkı mübahisə üzrə Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur və cavabdeh tərəfindən əldə edilmişlərin qaytarılması ilə bağlı iddiaçının tələbi əsaslıdır.

40. Lakin məhkəmə iddiaçının “iddia müddətinin tətbiqi barədə” ərizəsini nəzərə alaraq qeyd edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ..digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

41. İddiaçıya cavabdehin əsassız varlanması nəticəsində əmlakından məhrum olması 2018-ci ildən məlum olmuşdur. Odur ki, onun banka ödənişlərinin əvəzi olaraq iddia ərizəsi verilən günə qədərki son iki illik məbləğ, yəni xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək həyata keçirilmiş ödənişlər həddində - 5865 manat həddində cavabdehdən tutulmalı, əvvəlki müddətə aid olan əsassız varlanma obyektini qaytarma hüququ isə iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Nəticə

42. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 5865 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

43. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5865 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar