Məhkəmə qərarları › İş №e-2(002)-203/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-203/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-203/2023 17.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 76.678 manat pulun və 351 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdehn məhkəməyə ərizə göndərərək iddiaçı ilə cavabdeh arasında barışıq sazişi bağlandığından, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını, həmçinin məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tərəflərin barışıq sazişi məhkəmə iclas protokoluna əlavə olunmaqla, məhkəmə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanılmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilsin. Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilir:

1. Müqavilənin predmeti

1. Tərəf 1 Mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəsi, **********91-05101-093005 reyestr nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri 11-ci mikrorayonda, ev 2, ümumi sahəsi 90.4 kv. olan 42 saylə mənzil, Tərəf 2-yə və Sumqayıt şəhəri, 4 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində 3M-768 Reyest ilə bağlanmış ilkin müqavilə üzrə gələcəkdə alğı-satqı müqaviləsi rəsmiləşdirməklə satmaq barədə sərəncam vermişdir. Tərəf 2 isə bunun müqabilində Tərəf 1-ə həmin mənzilin dəyərinin ona düşən hissəsini ödəmiş, digər hissəsini isə Banka ödəməkdədir.

2. Tərəflərin öhdəlikləri

2. Tərəf 2 öhdəsinə götürür ki, bu müqavilənin 1-ci bəndinə əsasən həmin mənzil üzrə kredit ödənişin, əlavə faizləri ödəyəcəkdir. 2.2 Tərəflər öhdəsinə götürür ki, gələcəkdə cavabdehin statusu ilə əlaqədar Dövlət tərəfindən həmin ipoteka krediti üzrə hər hansı güzəştlər, azadolmalar tətbiq edilərsə, həmin məbləğlər Tərəf 1-in xeyrinə qəbul olunacaq və Tərəf 2 tərəfindən ödəniləcəkdir. 2.3 Tərəf 1 isə öhdəsinə götürür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2, 42 saylı mənzilə dair Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixində 7E-3209 saylıreyest ilə verdiyi etibarnaməni ləğv etməyəcək və mənzilin geri qaytarması ilə bağlı mübahisə etməyəcəkdir. 2.4. Tərəf 1 Bu müqavilənin 2.3 bəndi üzrə öhdəliyini pozduğu halda Tərəf 2-yə ilkin müqavilə ilə ödənilən vəsaiti, aylıq banka ödənişin vəsaiti və bu razılaşmanın pozulması ilə bağlı vurulmuş zərərin əvəzinin ödənilməsini öhdəsinə götürür.

3. Müqaviləyə əlavə və dəyişiklərin edilməsi

3.1 Müqaviləyə əlavə və dəyişikləri yalnız tərəflərin razılığına əsasən edilə bilər

4.Mübahisələrin həll edilməsi

4.1 Tərəflər arasında hər hansı mübahisə yaranarsa qarşılıqlı razılaşma yolu ilə razılaşma mümkün olmadıqda isə məhkəmə qaydasında həll olunur.

5. Müqavilənin nüsxələri 5.1. Həmin müqavilə 3(üç) nüsxədən ibarət tərtib və təsdiq edildi. Birinci nüsxəsi Sumqayıt şəhər 1 saylı notariat ofisində saxlanılır. Digər nüsxələri isə tərəflərə verilir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar