Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2118/2023 30.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə Satış Departamenti-Satış 2 şöbəsinə Satıcı-kassir olmaqla işə götürülmüşdür.
2. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
3. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əlavə haqqında müqavilə imzalanmış və Cavabdeh ərizə yazaraq Satış Departamentinin Satış şöbəsində Baş satıcı vəzifəsinə keçirilmiş, əmək haqqı 280 manat təyin edilmişdir.
4. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əlavə haqqında müqavilə imzalanmış, həmin tarixli 433 nömrəli Əmrdən çıxarışdan görünür ki, Cavabdeh ərizə yazaraq Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmiş və əmək haqqı 345 manat təyin edilmişdir.
5. İddiaçı MMC ilə Cavabdeh arasında vəzifə dəyişikliyi ilə əlaqədar (administrator) tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
6. İddiaçı MMC-nin İdarə Heyətinin sədrinə xx.xx.2021-ci il tarixli Xidməti Məlumatın məzmunundan görünür ki, İddiaçı MMC marketlərində quraşdırılmış “Bakı Kart” terminalı və mağaza pos kassasında edilmiş əməliyyatlar üzrə noyabr və dekabr aylarında olan ödəniş fərqlərinin və prosesin gedişatının araşdırması zamanı aşağıda qeyd edilən nöqsanlar aşkar edilmişdir: 1) Bakı Kart terminalı üzrə qəbul edilmiş gediş haqqı ödənişlərinin anında mağazaların pos kassasında satış əməliyyatları edilməməsi (mağazalarda yığılmış vəsaitdən gün sonu kassa fərqi yaranmış məbləğ qədər pos kassada satış əməliyyatı edilir və nəticə etibarilə Bakı Kartla üzləşmə fərqi yaranır. 2) Bakı kart terminalı ilə mağaza pos kassası arasında hər hansı şəbəkə bağlantısının olmaması (Terminalda yüklənmiş gediş haqqı ümumiyyətlə pos kassaya inteqrasiya edilmiş). 3) Bakı kart terminalının bir çox mağazalar üzrə şifrələrinin eynilik təşkil edilməsi (Təhlükəsizlik baxımından şifrə məxfiliyinin qqorunmaması). 4) Aidiyyəti üzrə nəzarət mexanizminin mühasibatlıq və mağaza rəhbərliyi (bölgə müdiri, şöbə müdiri və s.) tərəfindən düzgün təşkil edilməməsi. 5) Bakı Kart MMC ilə zamanında borc-alacaq üzləşmələrinin aparılmaması.
7. İddiaçı MMC-nin İdarə Heyətinin sədri V.E.Şərifov tərəfindən təsdiq edilmiş və işçi qrupu tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli İmtina aktında göstərilir ki, ünvan 1 ünvanında yerləşən Oba-Biləcəri 4 mağazasında 14 yanvar 2022-ci il tarixli tarixində maddi məsul şəxs X3 öhdəsində olan ticari malların yoxlanması məqəsdilə İnventarizasiya prosesində iştirak etsə də İnsan resurslarına təqdim olunan faktiki yaşayış ünvanına Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq müvafiq aktları təsdiqləməkdən imtina etmişdir. Odur ki, Cavabdeh iştirak olmadan İnventarizasiya aparıb nəticəsi müvafiq qaydada aktlaşdırıldı.
8. İddiaçı MMC-nin 14 yanvar 2022-ci il tarixli, 80 nömrəli “Növbədənkənar inventrizasiyanın aparılması haqqında” Əmri ilə Bakı şəhəri, Binəqədi rayonu, U.Hüseynov küçəsi-15 ünvanında yerləşən Oba-Biləcəri 4 mağazasında administrator işləyən Cavabdeh öhdəsində olan maddi ehtiyatların mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxs X5 bilavasitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların xx.xx.2022-ci il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlanması aparılmışdır.
9. İddiaçı MMC tərəfindən tərtib edilmiş Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2022-ci il tarixli yekun Aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, U.Hüseynov küçəsi-15 ünvanında yerləşən Oba-Biləcəri 4 mağazasının maddi məsul şəxsi Cavabdeh iştirakı ilə 67 nömrəli Əmr ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində yaradılmış işçi qrupu tərəfindən xx.xx.2022-ci il tarixli inventarizaisya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyasıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirməsi aparılmış, dır.
10. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Kamran qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2021-ci il tarixində 5347.09 AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 4508.55 AZN borc qalmışdır. Cavabdeh Kamran qızının 15 noyabr 2022-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 4508.55 AZN təşkil edir.
11. İddiaçı MMC-nin DN 5231 №-li xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən, 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin edilməsini, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir.
12. İddiaçı MMC-nin İnventarizasiya komisiyyasına xx.xx.2023-cü il tarixli İltizamnamədən görünür ki, Cavabdeh inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışdı. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənmiş və öhdəsində olan bütün mallar yoxlama işçi qrupuna təqdilm edilmişdir.
13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 55 saylı Əmrdən çıxarışdan görünür ki, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. Son haqq-hesab: İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. Əmək müqxaviləsinə xitam verilməsi ilə bağlı əmək müqavilə bildirişi xx.xx.2022ci il tarixdə sistemə daxil edilmişdir. İddia tələbi
14. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 4508 (dörd min beş yüz səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaitinin, eyni zamanda ödənilmiş 50 (əlli) manat mediasiya ödənişinin və 16 manat ödənilmiş dövlət rusumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli 433 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddiməsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində 55 saylıəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixində Oba – Biləcəri 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdehnun Cəmiyyətə zərər vurması müəyyən edilmiş,“İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləğicəmi 5347 (beş min üç yüz qırx yeddi) manat 09 (sıfır doqquz) qəpik məbləğində zərər vurmasıməlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş. Ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdehnun yekun olaraq qalıq borcu 4508 (dörd min beş yüz səkkiz) manat 55 (əlli beş) qəpik təşkiledir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
16. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 6, 284-1, 284-2, 149.1-ci maddələrinə istinad etmişdir.
17. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndələri X6 və Nümayəndə məhkəmə iclaslarında eyni məzmunlu izahatlar verərək iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişlər ki, cavabdehin iddiaçıya olan borcu o mağazada satıcı-kassir işləyəndə yaranmış, xx.xx.2020-ci ildə satıcıkassir vəzifəsinə, xx.xx.2021-ci ildə baş satıcı vəzifəsinə, xx.xx.2021-ci ildə adminstrator vəzifəsinə qəbul edilib. Əvvəllər də onun işdə ziyan vurma ilə bağlı qüsuru olub, ancaq həmin borc məsələsi həll olunmuşdu, bundan sonra yenidən qüsur etmişdir. Cavabdehin məhsulu oğurlaması ilə bağlı onlarda videogörüntü yoxdur, amma mağazanın büdcəsində ziyan aşkar olunmuşdur, həm də cavabdeh adminstator olaraq mağazaya cavabdehlik daşımış, mal əskik gəlmişdir. Əskikliyin nə zaman yarandığını bilmir, əskikliyin səbəbini də cavabdehin göstərməlidir, əgər malda əskikliyi görsə əşyaların təhvil-təslim aktında bunu göstərməli idi. İnventarizasiya 2020-ci ildə olub, iddiaçı tərəfin 1300 mağazası var, buna görə də işilərinin çox olduğuna görə məhkəməyə gec müraciət etmişlər. Əmək müqaviləsi və digər sənədlərdə cavabdehin imzaları eynidir, tam maddi məsuliyyət haqqında müqavilə bağlanıb, kəsir pulu hesablanıb və 4508 manat borc yaranıb, cavabdeh həm baş satıcı, həm də administrator vəzifəsində olduğu zaman məsul şəxs kimi yaranmış kəsirdə təqsiri olmuşdur. Əmək müqaviləsini və digər sənədləri cavabdeh şəxsən imzalamış, əməkdaş Fətəliyev Orxan cavabdehi təftiş departamentinə çağırmışdır. Onlarda inventarizasiya aktları var, cavabdeh işdə məsuliyyətsizliyə yol verib, mağazada bəzi işçilər müştərinin ödədiyi məbləği mağazanın kassasına yox, özlərinin “Bakı Kart” hesabına köçürüblər, bunu cavabdehlə əlbir olaraq etmişlər. İnventarizasiya aktında 14 yanvar 2022-ci ildən 8 aya qədər mağazaya nə qədər malın daxil olduğu qeyd edilmişdir. Ekspert rəyi ilə razılaşmır, mağazada mal qəbulu qaimə fakturası əsasında olur, həmin fakturalar da qalın kitabçada yerləşir, həmin kitabı da məhkəməyə deyil, ekspertə təqdim edə bilərlər. Rəydə hansı vaxt aralığında nə qədər zərər vurulduğu göstərilməyib, amma onların tərəfindən tərtib edilən aktda hansı vaxt aralığında zərər vurulması göstərilib, zərərin vurulduğu vaxt aralığında cavabdeh adminstrator vəzifəsində işləyib, hazırkı iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət versələr də hesab edir ki, rəydə ziyanın vurulması təsdiqini tapır, yalnız həmin tarixdə hansı vəzifəli şəxsin təqsirinin olması təsdiqini tapmır, o da iş materiallarından görünür ki, məhz cavabdehin administrator olması dövrünə təsadüf edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilir.
19. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, əskikgəlmənin onun tərəfindən edilmədiyini, lazımi sübutların iddiaçı tərəfindən təqdim edilmədiyini. Yalnız özləri tərəfindən imzalanmış, tərtib edilmiş sənədlərlə ondan bu məbləğin tələb edildiyini, administrator vəzifəsində tam məsuliyyət müqaviləsini özünün imzalamadığını, borc hesablanan zaman xəstə olmuduğunu, baş verən kəsir üçün işçiləri məsuliyyət daşıya biləcəyini bildirdi və qeyd etdi ki, ondan sonra bölgə müdiri işi təhvil verib və bölgə müdirinin borcları da onun adına yazılıb, malların kəsir sənədini imzalamamışdır. Mağazada müştəri alış-veriş etdikdən sonra həmin işçi müştərinin ödədiyi pulu “Bakı Kart”-a yükləyirdi, əslində o, həmin məbləği mağazanın kassasına yükləməli idi. Xəstə olduğuna görə işdə olmadığı zaman mağazalar şəbəkəsinin bölgə müdiri kəsir borcunu onun adına yazmışdır. 2021-ci ilin avqust ayında mağazada adminstrator vəzifəsinə keçmişdir, öz işində çatışmazlıq və ya qüsur olmamışdır, bölgə müdirinin kəsir pulu onun adına yazılmış, 500 manat məbləğ onun maaşından silinmiş, yanvar ayının 14-də onun xəbəri olmadan təhvil-təslim aktı yazılmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir.
20. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
27. Maddə 191.2. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır.
28. Maddə 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
29. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
30. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
29. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
30. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
31. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
32. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
33. Maddə 200.5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
34. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
35. Maddə 202.2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
36. Maddə 203.1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
37. Maddə 203.2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
39. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
40. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
44. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası“Mühasibat uçotu haqqında” xx.xx.2004-cü il tarixli Qanunu:
47. Maddə 10.1. İri və X4: 10.1.1. maliyyə hesabatlarını Kiçik və X4 üçün X1 Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri və X4 mühasibat uçotunu Kiçik və X4 üçün X1 Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya; 10.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını X1 Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda mühasibat uçotunu bu Qanunun 8.1-1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar. b) Əsaslandırma
48. İddia əsassızdır.
49. İşin faktiki halları bundan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsində çalışmışdır. İddiaçı MMC-nin 14 yanvar 2022-ci il tarixli, 80 nömrəli “Növbədənkənar inventrizasiyanın aparılması haqqında” Əmri ilə Bakı şəhəri, Binəqədi rayonu, U.Hüseynov küçəsi-15 ünvanında yerləşən Oba-Biləcəri 4 mağazasında administrator işləyən Cavabdeh öhdəsində olan maddi ehtiyatların mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxs X5 bilavasitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların xx.xx.2022-ci il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlanması aparılmışdır. Cavabdeh Kamran qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2021-ci il tarixində 5347.09 AZN çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 4508.55 AZN borc qaldığı bildirilmişdir. Cavabdeh həmin yoxlama aktını imzalamayaraq təsdiqləməkdən imtina etmişdir.
50. İddiaçı cavabdehlə aralarında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə və xx.xx.2022-ci il tarixli inventarizasiyanın nəticələrinə dair yekun akta istinad edərək işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir.
51. Məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
52. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir.
53. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar).
54. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
55. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.
56. Məhkəmə tərəfindən təyin edilmiş ekpsertiza tədqiqatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6311 nömrəli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan "Oba Market MMC tərəfindən aparılmış Aktivlər üzrə inventarizasiya nəticələrinə dair 14 yanvar 2022-ci il tarixli yekun Aktı və mövcud iş materilları (inventarlaşdırma siyahısı və üzləşmə cədvəlləri) nəzərə alınmaqla Bakı şəhəri, Binəqədi rayonu, U-Huseynov küçəsində yerləşən OBA-Biləcəri 4 mağazasında yaranmış əskikgəlmə məbləğinin cəmi 5347 (beş min üç yüz qırx yeddi) manat 09 (sıfır doqquz) qəpik məbləğində olduğu müəyyən edilir. Eyni zamanda iş materiallarında olan iddiaçı şirkət tərəfindən təqdim edilən maliyyə arayışına əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş. Ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh yekun olaraq qalıq borcu 4508 (dörd min beş yüz səkkiz) manat 55 (əlli beş) qəpik təşkil edir. "xxxx" MMC tərəfindən aparılmış Aktivlər üzrə inventarizasiya nəticələrinə dair 14 yanvar 2022-ci il tarixli yekun Aktında və iş materiallarında (inventarlaşdırma siyahısı və üzləşmə cədvəlləri) yaranmış əskikgəlmənin hansı tarixləri əhatə etməsi öz əksini tapmamışdır. Bu səbəbdən də yaranmış əskikgəlmə məbləğinin ilkin mühasibat sənədləri üzrə hansı vəzifəli şəxslərin işlədikləri dövrə aid olduğunu müəyyən etmək mümkün olmadı.
57. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, administrator vəzifəsində çalışan Cavabdeh Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2022-ci il taroxıo yekun Aktı üzrə hesabında yaranmış çatışmazlığı müəyyən etmək üçün ilkin mühasibat sənədləri, o cümlədən əmtəə-pul hesabatları, kassa məxaric orderləri, satış pulunun təhvilinə dair kassa mədaxil orderləri və ya kassa çekləri, həmçinin kassa kitabı, aparılmış maliyyə təsərrüfat faəliyyəti ilə bağlı bütün mehasibat və sair mühasibat sənədlərinin mövcudluğu zəruridir.
58. Məhkəmə araşdırması zamanı iddiaçıya ekspertiza rəyində zəruriliyi sadalanan sənədləri təqdim etməsi təklif edilmiş, bununla bağlı məhkəmə baxışı təxirə salınmış, lakin iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilməyərək iddiaçının nümayəndəsi iş üzrə keçirilmiş ekpsertiza rəyində inventarizasiya aktı üzrə qeyd edilən borc məbləğinin aşkar olmasının qeyd edildiyini bildirmişdir.
59. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, aktivlər üzrə inventarizasiya nəticələrinə dair 14 yanvar 2022-ci il tarixli Yekun Aktında göstərilənlər maliyyə iqtisadi göstəricilərin və uçotun aparılması mühasibat sənədləri (ciddi hesabat blankları sayılan) ilə deyil, üzləşdirmə aktları və komputer məlumatları ilə müəyyən edildiyindən və həmin sənədlər əsasında isə yaranmış əskikgəlmənin hansı tarixləri əhatə etməsini müəyyən etmək mümkün olmadığından işəgötürən təqsirin işçi tərəfindən vurulmasını sübut etmə yükünü yerinə yetirməmişdir.
60. Beləliklə, işçinin əmək münasibətləri prosesində işəgötürənə ziyan vurması lazımi qaydada rəsmiləşdirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri).
61. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
62. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
63. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).
64. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə xərcləri
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
66. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
67. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
68. Hazırkı iddia tələbinin irəli sürülməsi üçü iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 66 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı mediasya sessiyası zamanı çəkdiyi xərc həddində (50 manat) dövlət rüsumundan azad edilmiş və 16 manat dövlət rüsumu ödəmişdir.
69. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını nəzərə alaraq qeyd edir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 50 manat dövlət rüsumu, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməli, ödənilmiş 16 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə
70. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-in Cavabdeh qarşı «pul» barədə iddia tələbi rədd edilməli, ödənilmiş 16 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
71. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı MMC-in Cavabdeh qarşı Cavabdeh vurulmuş maddi ziyana görə 4508 (dörd min beş yüz səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaitinin, eyni zamanda ödənilmiş 50 (əlli) manat mediasiya ödənişinin və 16 manat ödənilmiş dövlət rusumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 16 (on altı) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X2, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova