Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2285/2024 08.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Cavabdeh2 Bank Olmayan Kredit X3 Cəmiyyətinin və Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi və ödənilmiş vəsaitin iddiaçının borcundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00016-01 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz hesablanmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00016-01 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan ünvan 3, 25A saylı fərdi yaşayış evini iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək kreditə görə 20693,08 ABŞ dolları, faiz borcuna görə 3601,98 ABŞ dolları, cərimə borcuna görə 6475 ABŞ dolları olmaqla, cəmi 30770,06 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 1 manat xidmət haqqının tutulması, tələbin cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3079/2016 nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, 20693,08 ABŞ dolları əsas borc, 3601,98 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 24395,06 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-390/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər–X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun cəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3464,53 ABŞ dolları, cəmi məbləğ 24257,61 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22 avqust 2019-cu il tarixli 16806 nömrəli rəyindən görünür ki, cavabdehin ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2016-cı il tarixinə iddiaçıya olan borcu 24335,21 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 20870,68 ABŞ dolları, faiz borcu üzrə 3464,53 ABŞ dolları. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən sonrakı dövrdə 1826,95 ABŞ dolları məbləğində ödənişlər olmuşdur ki, həmin ödənişlər nəzərə alınsa, cavabdehin borcu 22508,26 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyində göstərilmiş xx.xx.2016-cı il tarixdən sonrakı 1826,95 ABŞ dolları ilə bağlı hissədə qeyd etmişdir ki, həmin ödənişlər (i/v 119-130) qətnamə qəbul ediləndən sonra ödənildiyindən və icra mərhələsində nəzərə alınmalı olduğundan, həmin ödənişlər hazırkı mərhələdə nəzərə alınmamalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin protokola dair qeydini, həm də, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 03 avqust 2016-cı il tarixdə qərardad (i/v 63) qəbul etməsinə baxmayaraq, rəy almadan evin ilkin satış qiymətini ipoteka müqaviləsindən götürməsini nəzərə alıb, evin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 28/BAM/32 saylı rəyinə əsasən ipoteka predmetinin ümumi dəyəri 69800 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilsə də kassasiya şikayəti təmin edilməmişdir. Tərəflər arasında mübahisəli mənzilə dair keçirilmiş hərrac mübahisələndirilmiş ilk dəfə hərracın nəticələri etibarsız hesab olunmuşdur. Lakin ikinci dəfə mübahisələndirilsə də iddia təmin edilməmişdir. Belə ki, ölkədə baş vermiş devalivasiya nəticəsində dolların manata olan məzənnəsi gözlənilməyən səviyyədə yüksəldiyindən qeyd olunan kredit üzrə borc ABŞ dolları ilə olduğundan “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunma ehtimalı vardır. Lakin borcun Azərbaycan Respublikası Prezidentin 551 saylı 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd olunan məbləğdən çox oldugundan, yenidən rəsmiləşdirilməsi olan kreditlər siyahısına düşməmişdir. Hərracın nəticələri ləğv olunduqdan sonra Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti ilə aralarında olan razılaşmaya əsasən borcun hissə-hissə ödənilməsinə başlanılmışdır. Məhkəmə araşdırması gedən müddət və ondan sonrakı dövrdə iddiaçının həyata keçirilən ödənişlər aşağıdakı qaydada aparılmışdır: 1. xx.xx.2016-1826,95 ABŞ dolları; 2. xx.xx.2017-300 3. xx.xx.2017-300 4. xx.xx.2017-300 5. xx.xx.2017-250 6. xx.xx.2017-300 7. xx.xx.2017-300
8. xx.xx.2017-200 9. xx.xx.2017-250 10. xx.xx.2017-250 11. xx.xx.2017-200 12. xx.xx.2017-250 =3105 AZN (Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxanadək) 13. xx.xx.2020-300 14. xx.xx.2020-300 15. xx.xx.2020-300 16. xx.xx.2020-300 17. xx.xx.2020- 300 18. xx.xx.2021-300 19. xx.xx.2021-200 20. xx.xx.2021-250 21. xx.xx.2021-300 22. xx.xx.2021-250 23. xx.xx.2021-250 24. xx.xx.2021-250 25. xx.xx.2021-300 26. xx.xx.2022- 300 27. xx.xx.2022-300 28. xx.xx.2022-300 29. xx.xx.2022-200 30. xx.xx.2022-200 31. xx.xx.2022-200 32. xx.xx.2022-200 33. xx.xx.2022-200 34. xx.xx.2023-800 35. xx.xx.2023- 8500 36. xx.xx.2023-800 37. xx.xx.2023-800 38. xx.xx.2023-600 39. xx.xx.2023-500 40. xx.xx.2023-500 41. xx.xx.2023-500 42. xx.xx.2024-600 43. xx.xx.2024-650 44. xx.xx.2024- 500 45. xx.xx.2024-600 =20600 AZN Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul etdikdən sonra 20600AZN olmaqla cəmi 12118ABŞ dolları (əlavə olaraq 1826,95 məhkəmə dövründə ) ödənilmişdir. Cavabdehin hazırda qalıq borcu 10312.66 ABŞ dolları təşkil edir (rəqəmlər mütəxəssis cəlb edilməklə təkrar hesablana bilər). Lakin Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti sonradan razılaşmanı pozaraq, məhkəmə qətnaməsi mövcud və qanuni qüvvəsində olmasına və üzərindən 4 il keçməsinə baxmayaraq yenidən qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə hərrac keçirilməsinə nail olmuşdur. Hazırda qeyd edilən bu günədək Banka ödənilmiş iddiaçıya məxsus olan pul vəsaitlərini qəbul etmiş olsalar da iddiaçıya məxsus olan mənzilin də hərrac yolu ilə satılmasını tələb edirlər. Halbuki iddiaçı qalıq borcunun birdəfəyə ödənilməsini və ona “təmizlik” vərəqəsinin verilməsini dəfələrlə bildirmişdir. Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru Səbuhi Əhmədov da Bankın dediklərini təkrar edir. Bu qədər ödənilmiş vəsaitin, təqdim edilmiş ödəniş qəbzlərinin heç bir əhəmiyyət daşımadığını bildirir. Belə olan halda hər iki cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, bu günədək iddiaçı tərəfindən ödənilmiş vəsaitlər onun borcundan çıxılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı müqavilə üzrə ödənişlər etməsə də, sonradan müqavilə borc tələbinin məhkəmədə baxılması və daha sonralar da qeyd olunana məbləğlərdə ödənişlər edilmişdir. Belə ki, iddiaçı bankla razılığa gəlmişdir ki, borcundan ödənişlər etsə evi satılmayacaq. 2017- 2022-ci il tarixlər aralığından bank tərəfi heç bir hərəkət etməmişdir. Bu müddət ərzində iddiaçı isə borcdan ödənişlər etmişdir.Lakin daha sonra iddiaçıya evin hərracdan satılması ilə əlaqədar bildiriş gəlmişdir. İddiaçının 12000 manat borcu qalmışdır. Qətnamə ilə 24395 ABŞ dolları məbləğində borcu təmin edilmişdir. İddiaçı 2016-cı il tarixdən bu yana 12000 manat məbləğində borcu ödənilmişdir. Birinci instansiyanın qətnaməsi Bakı Apeliyasiya Məhkəməsində yalnız cərimə hissəsində azaldılmışdır. Hazırda ödənişlərə dair qəbzçeklər iddiaçıdadır. Bütün bu ödənişləri cavabdeh nəzərə almayaraq, hazırda iddiaçıya həmin evi 46 minə satmaq istəyir. Hazırda iddia ərizəsində icra məmurunu ona görə qeyd edib ki, icra məmuru da bankın dediklərini təkrar edir, belə ki, icra məmuru ödənilmiş ödənişləri nəzərə almır. Səbəb kimi isə onunla əsaslandırır ki, əgər tələbkara ödənişlər edilibsə, tələbkar bu barədə arayış təqdim etməlidir, ancaq bu halda işə xitam verilə bilər. Hazırda icra sənədi üzrə icraata xitam verilmədiyindən və həmçinin digər cavabdehin qeydiyyatı üzrə məhkəməyə bundan əvvəl verdiyi iddia ərizəsinin icra işinin Qaradağ rayonu icra şöbəsinin icraatında olmasını əsas gətirərək həmin məhkəmə tərəfindən qaytarılmasını nəzərə alaraq bu dəfə iddia ərizəsinə icra məmurunu əlavə etməklə Qaradağ rayon Məhkəməsinə vermişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, onun tərəfindən edilmiş ödənişləri tələbkarın hesabına öz müştəri adından etmişdir və çeklər özündədir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasında qeyd etdi ki, icra işi əvvəllər icra məmuru İlkin Məmmədovun icraatında olmuşdur. İcra məmuru məhkəmə qərarının icrası üçün icra tədbirlıərinin görülməsi üçün məsuldur. Müvafiq qətnamə üzrə icra sənədinin icrası ilə əlaqadar onun heç bir qanunsuz hərəkəti olmamışdır. İddia ərizəsindən göründüyü kimi, hazırda iddia tələbi ödənilmiş borc məbləğlərinin silinməsidir. Buna isə ancaq tələbkar cavabdehdir. Ev hərraca getmiş və hərracdan satılmışdır. Demək olar k, həmin iş üzrə icra yekunlaşmışdır. Belə olan halda hazırkı tələb üzrə onlar cavabdeh ola bilməzlər. Bu səbəbdən hazırki tələb üzrə tək cavabdeh tələbkar "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti olduğuna görə mülki iş ASCnin qeydiyyat ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. İcra məmuru işin aidiyyəti üzrə göndərilməsi barədə yazılı vəsatəti məhkəməyə təqdim etdi. Cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, Qaradağ rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 16(002)-74/2024 saylı müvəqqəti təminat tədbiri barədə qərardadı ilə müəyyən olunan halları nəzərə alaraq qeyd edir ki, vəsatət təmin olunmalı, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-317/2024 saylı qərarından görünür ki,
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)- 3079/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 20.693 ABŞ dolları 08sentəsas borc, 3.601 ABŞ dolları 98 sent faiz, 100 ABŞ dolları cərimə, cəmi 24.395 ABŞdolları 06 sentin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrəmanat hesabı ilə, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun və 1 manat məbləğdə bank xidməti haqqının cavabdehdən tutularaq Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdehin mülkiyyətində olan ünvan 2 25A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, iddiaçıCavabdeh2 BOKT ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 390/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq,hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)-3079/2016 nömrəli qətnaməsi faiz borcunun, cəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3.464,53 ABŞ dolları, cəmi məbləğ 24.257,61 ABŞ dolları məbləğdə, ipoteka predmetinin ilkin satış qiyməti 69.800 manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2026/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - kredit borcu tələbinin təmin olunmuş hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli 2(102)-317/2024 saylı qərarına əsasən, müəyyən olunur ki, İddiaçı cavabdehlər “FİNOKO» BOKT Açıq Səhmdar Cəmiyyətinə, Qaradağ rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciətedərək,onun mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 25A nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1416/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5269/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev, F.Abdıyev, F.Qasımov) apellyasiya şikayəti qismən təmin edilməsi,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunması və iddia tələbinin rədd edilməsi qət olunmuşdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-317/2024 saylı qərarı iləsə iddiaçının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5269/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Yasamal rayon məhkəməsinin 16(004)-69/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadına əsasən, müvəqqəti təminat tədbiri ərizəsi qismən təmin edilərək, ünvan 3 ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(004)-69/2024 saylı qəradadı ilə Yasamal rayon məhkəməsinin 16(004)-69/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, ünvan 3 ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə dair qoyulmuş qadağan götürülmüşdür. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ödənilmiş məbləğlərin silinməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədədir. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, iddia tələbinin Qaradağ rayon Məhkəməsində irəli sürülməsi ona görə olmuşdur ki, Qaradağ rayon İcra şöbəsinin icra məmurları Yasamal rayon Məhkəməsinə gəlməyəcəklər. Məhkəmə qeyd edir ki, Qaradağ rayon İcra şöbəsi cavabdeh qismində göstərilsə də, lakin iddia ərizəsinin məzmununa, hazırkı işin faktiki hallarına, həmçinin ödənilən məbləğlər varsa onların müqavilə dövründə, məhkəmə icraatı dövründə və ya ev hərracdan satıldıqdan sonra olan dövürdə araşdırılan hallar olmasını nəzərə alaraq iddiaçının tələbi adı qeyd olunan cavabdehə yönəldilməsi müəyyən olunmur. İddia ərizəsini və işin faktiki hallarını, qətnamənin icrasının başa çatdığını-ev hərracdan satıldığını nəzərə alaraq müəyyən olunur ki, iddia tələbi "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə yönələn tələbdir. İşin göstərilən hallarını nəzərə alan məhkəmə qeyd edir ki, Qaradağ rayon İcra şöbəsi formal olaraq cavabdeh qismində iddia ərizəsində qeyd edilmişdir. Belə ki, hazırkı iddia ərizəsi və fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə müvəqqəti təminat barədə ərizə xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. Elə həmin gündə Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(004)-69/2024 saylı qəradadı ilə Yasamal rayon məhkəməsinin 16(004)-69/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, ünvan 3 ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə dair qoyulmuş qadağan götürülmüşdür. Əmlakın üzərinə yenidən həbs qoyulması barədə müvəqqəti təminat barədə ərizə verilməsi üçün iddiaçı tərəf bu dəfə formal olaraq cavabdeh qismində Qaradağ rayon İcra şöbəsi qeyd edilmişdir ki, ərizəsi təmin olunsun. Buna görə də iddia ərizəsini də Qaradağ rayon Məhkəməsində irəli sürmüşdür. İş materiallarında olan vergi ödəyicilərinin məlumatlarından görünür ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin( VÖEN: **********) hüquqi ünvanı- ünvan 4al rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 36, 488/489-cu məhəllə, mənzil 3 kimi qeyd edilmişdir. Göründüyü kimi, iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməli olduğu halda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa göndərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Qamət Əbilov.