Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2341/2024 16.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Sadiq qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Sadiq qızının Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sadiq qızı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Sadiq qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında mənə məxsusdur. Cavabdehmənim qızımdır. Mənə məxsus evdə formal qeydiyyatdadır. O, 2010-cı ailə həyatı qurub və ailəsi ilə yaşayır. O vaxtda evə gəlməyib heç bir əlaqədə yoxdur. Hətta 2019-cu ildə həyat yoldaşı- cavabdehin atası X1 dünyasını dəyişəndə də onun yas mərasiminə gəlməyib. O, mənzillə bağlı sərəncam vermək istəyərkən mənzildə pasport qeydiyyatında olanların razılığı tələb edildiyindən bunu həyata keçirə bilmir.O, cavabdehin yaşayış yerini müəyyən edə bilmədiyindən və onunla telefon vasitəsi ilə də əlaqə saxlamaq mümkün olmadığından mülkiyyətçinin hüquqları pozulur. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh həmin mənzildə faktiki olaraq pasport qeydiyyatındadır. O, 15 ilə yaxındır həmin mənzildə yaünvan 1ayıb və mənzilə dair kommunal ödənişlərin ödənilməsində ona kömək etməyib. Onun pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, cavabdehin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaünvan 1ası, amma onun mənzilində pasport qeydiyyatında olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. İddiaçı Sadiq qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh 14 ildir ki, ailə qurub həmin evdən çıxmışdır. Bu vaxt ərzində bir dəfə də olsun ata ocağına gəlməmişdir. Hazırda ev 10 ildən çoxdur ki, iddiaçının mülkiyyətindədir və bütün kommunal xərcləri o, çəkir. Cavabdeh sadəcə həmin evdə formal qeydiyyatdadır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilnin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı Sadiq qızının adına xx.xx.2020ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 124 saylı Mənzil- Kommunal İstismar Sahəsinin Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair olan xx.xx.2024cü il tarixli 416 nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil ünvanında İddiaçı Sadiq qızıxx.xx.1986-cı il tarixdən, Cavabdeh 1988-ci il tarixdən, X4 1991-ci il tarixdən qeydiyyatdadırlar. Məhkəmə iclasında tədqiq edilmiş AZ-İ 715514 saylı nikahın bağlanması haqqında şəhadətnaməsindən görünür ki, X3 ilə X2 arasında nikah xx.xx.2011-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə 1185 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 124 saylı Mənzil- Kommunal İstismar Sahəsinin arayışından görünür ki, X2 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil ünvanında qeydiyyatda olsa da , 2010-cu ildən o, həmin ünvanda yaünvan 1ır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cavabdehin anasıdır. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh 2011-ci il tarixdə ailə quraraq həmin evi tərk etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi hazırki iş üzrə mübahisəli hüquq münasibətləri cavabdeh X2 ilə 2000-ci ilin sentyabrın 1-dək yarandığından və onun gəlin köçən gündən (nikaha daxil olma tarixi 2011-ci) olmasını nəzərə alaraq məhkəmə həmin münasibətlərə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 123-cü maddəsinin və Mülki Məcəllənin 228-ci maddələri baxımından həll olunmalıdır. Mülki işin məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, iddiaçı tərəfin izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh həmin mənzilə 1988-ci ildə qeydiyyata düşmüş və istifadə hüququ yaranmış və halhazırda uzun müddətdirlər ki, həmin ünvanda yaünvan 1ır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən (60-cı maddəsinə əsasən istifadə hüququnun 6 ay müddətində saxlanması tələbi) cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirildiyindən iddia tələbi təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qəraına əsasən Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkhüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Sadiq qızının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Sadiq qızının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-2341/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2341/2024
16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver