Məhkəmə qərarları › İş №e-2(002)-264/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-264/2022

23.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-264/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsındə yerləşən 35a saylı fərdi yaşayış evindən məcburi çıxarılması və bütün əmlakın boşaldılaraq “AccessBank'’ QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli 2(002)-2763/2017 saylı qətnaməsinə əsasən Cavabdeh, X3, X6 və X2 müştərək qaydada cəmi 94092.65 manat pulun tutulması, Bakı şəhəri Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evin ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitdən 94092.65 manatın bankın xeyrinə ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 23.09.2019-cu il tarixli 2(103)-1024/2019 saylı qətnaməsinə əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli 2(002)-2763/2017 saylı qətnaməsi (fərdi yaşayış evinin ixtisaslaşdırılmış açıq hərracdan satılması hissəsində) dəyişdirilmiş, Bakı şəhəri Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 130000 manat müəyyən edilərək ixtisaslaşdırılmış açıq hərracdan satılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.Ali Məhkəmənin 16.03.2020-ci il tarixli 2(102)- 1624/2020 saylı qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya h^əhkəməsinin 23.09.20519-cu il tarixli 2(103)-1024/2019 saylı qətnaməsi cavabdeh Qli’ Abbasova münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.Bakı Apellyasiya Məhkəməsinin. 23.09.2019-cu il tarixli 2(103)-1024/2019 saylı icar sənədi icra olunması üçün Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsindəki tələb könüllü müddət ərzində icra edilmədiyindən İcra şöbəsi tərəfindən. O hərrac təşkilatına sifariş verilmiş, əmlakın açıq hərracda satılması üçün hərrac keçirilmiş, keçirilmiş hərraclar baş tutmadığından, əmlak banka təklif edilmiş, İddiaçı QSC tərəfindən əmlak əldə edilmiş və mülkiyyətində olması barədə çıxarış alınmışdır.Hazırda Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. 'Həmin əmlak üzərində bankın mülkiyyət hüquqları daşınmaz əmlakın **********32-10301 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 30.12.2020-ci il tarixli çıxarışda əks olunmuşdur.Əmlakın boşaldılması barədə xahişlə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə müraciət olunmuş, sonuncu tərəfindən əmlakın boşaldılması tələbi ilə aidiyyatı məhkəməyə müraciət etməyimiz tövsiyə olunmuşdur.Bundan sonra Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evinin 10 gün ərzində könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə 27.10,2021-ci il tarixdə keçmiş mülkiyyətçi - Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, məktub sonuncu tərəfindən 28.10.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü olaraq boşaldaraq banka təhvil verməmişdir.Cavabdeh hazırki tarixədək əmlakı boşaltmamaqla əmlak üzərində mülkiyyətçi kimi hüquqlarımızı həyata keçirməyə mane olur.Qeyd edilməlidir ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş məktuba əsasən həmin əmlakda hər hansı bir şəxs qeydiyyatda yoxdur.Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, həmin əmlakı bank hərracdan 15-20% aşağı qiymətə satın alıb, amma qiymətini dəqiq bilmir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi. Cavabdeh məcburi köçkündür.Cavabdeh evi bankla razılaşıb hərracdan geri almaq istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evi "xxxx" QSC-nin adına 30.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli 2(002)-2763/2017 saylı qətnaməsi ilə Cavabdeh, X1, X4 və X2 müştərək qaydada əsas borc üzrə 84596,64 manat, faiz borcu üzrə 9446,01 manat, cərimə borcu 20 manat, ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 94.092 (doxsan dörd min doxsan iki) manat 65 (altmış beş) qəpik tutularaq «Accessbank”QSC-nin hesabına ödənilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahasi və həmin torpaq sahəsində olan yerləşən ümumi sahəsi 178.7 kv.m, yaşayış sahəsi 100.3 kv.m, yardımçı sahəsi 78.4kv.m,tikinti altı sahəsi 140.6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evi ixtisaslaşdırılmış açıq hərracdan satılması, torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitdən 94.092 (doxsan dörd min doxsan iki) manat 65 (altmış beş) qəpik «Accessbank” QSC-nin xeyrinə ödənilməsi, Torpaq sahəsi və fərdi yaşayış evinin satışından götürülmüş məbləğ «Accessbank” QSCnin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğ Cavabdeh, X1, X4 və X2 müştərək qaydada «Accessbank” QSC-nin xeyrinə tutulması, torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə edilmiş məbləğ «Accessbank” QSC-nin tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası № 2(103)-1024/2019 saylı 23.09.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2763/2017 saylı işi üzrə 24 iyul 2017-ci il tarixli qətnaməsi (fərdi yaşayış evinin ixtisaslaşdırılmış açıq hərracdan satılması hissəsində) dəyişdirilməsi,Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi -178,7 kv.m, yaşayış sahəsi 100,3 kv.m, yardımçı sahəsi 78,4 kv.m, tikinti altı sahəsi 140,6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat müəyyən edilərək ixtisaslaşdırılmış açıq hərracdan satılması, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması,Ekspertiza xərcləri olan 208 (iki yüz səkkiz) manat məbləğdə pul vəsaiti "xxxx" MMC-nin hesabına, 300 (üç yüz) manat məbləğdə pul vəsaiti “AB Consulting" MMC-nin hesabına Cavabdeh tutularaq ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası № 2(102)-1624/2020 saylı 16.03.2020-ci il tarixli Qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası № 2(103)-1024/2019 saylı 23.09.2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 15.09.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsındə yerləşən 35a saylı fərdi yaşayış evdə yaşayış yeri üzrə qeydiyyatda heç kim yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 27.10.2021ci il tarixli keçmiş mülkiyyətçisi- Cavabdeh xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evinin 10 gün ərzində könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmi Qaradağ rayon icra şöbəsindən "xxxx" QSC-yə ünvanlanmış 24.05.2021-ci il tarixli məktubdan görünür ki, icra şöbəsi qeyd edirik, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası № 2(103)-1024/2019 saylı 23.09.2019-cu il tarixli qətnaməsində əmlakın boşaldılması göstərilmədiyindən bankin müvafiq tələbinə mahiyyəti üzrə baxmaq mümkün olmamışdır və banka müvafiq aidiyyatı məhkəməyə müraciət olunması təklif edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh həmin mənzilin əvvəlki mülkiyyətçisidir. Cavabdehin həmin mənzildə yaşaması isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, iddiaçının cavabdehə qarşı olan tələbi əəsaslıdır və mənzildən çıxarılmalıdır. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq 6 araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsındə yerləşən 35a saylı fərdi yaşayış evindən məcburi çıxarılmalı və bütün əmlakı boşaldılaraq “AccessBank'’ QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35 a saylı fərdi yaşayış evindən məcburi çıxarılsın. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35 a saylı fərdi yaşayış evi boşaldılaraq, iddiaçı « AccessBank'’ QSC-yə təhvil verilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar